Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-784/2025 11.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 18500 manat pul, 1295 manat faiz, 3700 manat əldən çıxmış faydanın və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 33490 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 (on min altı yüz altmış beş) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 61 manatın cavabdehlərdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişlər. İşə apellyasiya qaydasında baxılarkən Mingəçevir Şəhər Məhkəməsinin sədri X7 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair 25 iyun 2025-ci il tarixli, 2(051)-225/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin şikayətə baxılması zərurəti ilə əlaqədar olaraq Mingəçevir Şəhər Məhkəməsinin icraatında olmuş 2(051)-225/2025 saylı mülki işin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-784/2025 nömrəli mülki iş üzrə apellyasiya şikayətlərinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 10 iyul 2025-ci il tarixli, 2(107)-784/2025 nömrəli və 11 iyul 2025-ci il tarixli, 2(107)-784/2025 nömrəli qərardadları ləğv edilsin. İş Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(051)-225/2025 saylı qərardadından Cavabdeh1 verdiyi şikayətin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-784/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-784/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver