Məhkəmə qərarları › İş №2(107)-790/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-790/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-790/2023 20.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət tərkibdə; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rаyоn Məhkəməsinin 01 may 2023-cü il tаrixli, e-2(039)-47/2023 sаylı “iddia ərizəsinə əlavənin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 28,212.20 manat faiz borcu, 4,170.70 manat cərimə borcu olmaqla, cəmi 150,748.86 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulmas, tutmanın Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 441 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulmas, tutmanın Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə də icraata götürülmüş, iş məhkəmə baxışına təyin edilmişdir. Daha sonra iddianın dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavədə iddiaçı Cavabdeh İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 47,719.63 manat faiz borcu, 27,045.18 manat cərimə borcu olmaqla, cəmi 193,130.77 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 170,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 484 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rаyоn Məhkəməsinin (hakim Kamil Əliyev) 01 may 2023-cü il tаrixli, e-2(039)- 47/2023 sаylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavə geri qaytarılmışdır. İddiаçı İddiaçı ASC sözügedən qərardaddan narazı qalaraq şikayət vermişdir. Şikayətdə 01 may 2023-cü il tаrixli, e-2(039)-47/2023 sаylı qərardadın ləğv edilməsi və 07 aprel 2023-cü il tarixdə İddiaçı ASC tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rаyоn Məhkəməsinin 10 may 2023-cü il tаrixli, e-2(039)-47/2023 sаylı qərardadı ilə həmin məhkəmənin 01 may 2023-cü il tаrixli, e-2(039)-47/2023 sаylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rаyоn Məhkəməsinin 01 may 2023-cü il tаrixli, e-2(039)-47/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavəni birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı vermiş və bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı halda bu baş verməmişdir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətdə göstərilmişdir ki, iddianın qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavəyə əlavə edilmiş və elektron məhkəmə portalı vasitəsi ilə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilsə belə, birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavəni Azərbaycan Respublikası MPM-in 53-cü maddəsini rəhbər tutaraq qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Yevlax Rаyоn Məhkəməsi 01 may 2023cü il tаrixli, e-2(039)-47/2023 sаylı qərardadından İddiaçı ASC-nin verdiyi şikayət əsassızdır. Ona görə də şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin maddədə sadalanan qərardadlar siyahısında «iddia ərizəsinə əlavənin geri qaytarılması» barədə qərardad nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı ASC tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rаyоn Məhkəməsinin 01 may 2023-cü il tаrixli, 2(039)-47/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar