Məhkəmə qərarları › İş №2(107)-794/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-794/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-794/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı Xalit qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)- 303/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-303/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 1459.35 (min dörd yüz əlli doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Xalit qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Xalit qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı –cavabdehlərdən 1767.35 manat məbləğində pulunun və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiyaçı şəxsdir. Cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 qonşularıdır. Onlarla əvvəllər heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Cavabdehlər qonşuları olduğu üçün onların xahişi ilə öz adına kredit götürüb pul vermişdir. Lakin onlar öz öhdəliklərinə biganə yanaşdılar. Nəticədə tək qadının pensiyasından pullar tutulmağa başlanılmışdır. Bununla bağlı aralarında davaları da olmuş, məhkəmə tərəfindən cərimə kəsilmişdir. Mən pul iddiası dəAğsu RPŞ-ya da müraciət etmiş, polis şöbəsindən məhkəməyə müraciət etməsi bildirilmişdir. xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nın Göyçay filialından 1767.35 manat pul götümüş, həmin pulu cavabdehlərə vermişdir. Adının qara siyahıya düşməsini və ondan əlavə pullar tutulmasını istəmir. Ona görə dəcavabdehləri məhkəməyə vermək məcburiyyətində qalmışdır. Buna görə də cavabdehəkredit götürüb verdiyi pulu tədəb edir ki, həmin borcu tamamilə bağlasın və tam rahat olsun. Bununla bağlı ona əlavənə qədər maddi və mənəvi ziyan dəysə də, insanlıq edib tələb etmir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək,Cavabdeh2 və Cavabdeh1 1767.35 (min yeddi yüz altmış yeddi manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Xalit qızına ödənilməsi qət edilmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı tələbi üzrə ondan və oğlu Cavabdeh1 1767.35 manat pul və 30 manat dövlət rüsumu tutulması barədə qiyabi qətnamə qəbul edilmişdir. Məhkəmə bildirişlərini almadığından məhkəmədən xəbərsiz olmuşdur. Tələb edilən borcu ödədiyindən Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-303/2020 saylı qiyabi qətnaməsi üzrə işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-303/2020 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Xalit qızı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı Xalit qızından 1767.35 manat borc almışdır. Həmin məbləği bankdan pul götürüb onlara vermişdir. Pandemiya ilə əlaqədar borcundan ödəniş edə bilməmişdir. Lakin hazırda 1459.35 manat borcu qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onların iddiaçıya heç bir borcu yoxdur. Birincisi o-Cavabdeh2 məhkəmə iclasında iddiaçıya verdiyi tələb üzrə borclu olduğunu bildirməmişdir, bu əvvəlki qiyabi qətnamədə də, öz əksin tapıb. Onlar iddiaçının adına 2019-cu ildə deyil, ondan əvvəl 2015-ci ildə kredit götürərək pul almışlar və həmin pulu ödəmişlər, az qismdə pul qalıb ki, onu da hər ay ödəyirlər. Məhkəmə isə onun izahatını yeni münasibətə şamil edib, halbuki 2019-cu ildə iddiaçıdan kredit müqaviləsi üzrə heç bir borcu olmayıb. Bu sadəcə kredit müqaviləsinin yenilənməsi olub ki, bunun da onlara heç bir aidiyyəti yoxdur. Beləliklə məhkəmə izahatını fərqli təfsir edib, halbuki AR MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Onun isə yazılı ərizəsi yoxdur bu barədə, nə də protokola imza etməmişdir. Bu hal prosessual hüquq normasının pozulması deməkdir. Digər bir hal isə həmin məhkəmədə o-Cavabdeh1 iştirak etməmişdir və iddianı qəbul etməmişdir. Məhkəmə isə heç bir subuta əsaslanmadan, anasının da izahatını yanlış təfsir edərək və anasının iddianı qismən etiraf etməsinə əsaslanaraq (yanlış təfsir edərək) ondan da həmin pulun tutulmasını qət etmişdir. O, həmin tələbi qətiyyən qəbul etmir, bu tələbin o, Cavabdeh1 aidiyyəti yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-303/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçının tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı Xalit qızı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımı qaydada məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-303/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 aid iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə rədd edilməlidir. İşdə olan “xxxx” ASC-nin Göyçay filialı ilə İddiaçı Xalit qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 62-xx-xx-108628 saylı kredit müqaviləsinə əsasənsonuncuya illik 1 faiz olmaqla 60 ay müddətinə 1767.35 manat məbləğində kredit verilmişdir. İşdə olan Ağsu Rayon Polis Şöbəsi tərəfindən İddiaçı göndərilmiş məktubla Cavabdeh1 pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(016)-14/2020 saylı qərarı ilə Cavabdeh2 AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 739.1-ci maddələrinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı uzun illər qonşuluq etdiyi Cavabdeh2 və Cavabdeh1 xahişi ilə “xxxx” ASC-nin Göyçay filialından xx.xx.2019-cu il tarixli, 62-xx-xx-108628 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, 1 faiz ödəmək şərti ilə 1767.35 manat məbləğində kredit götürmüş və həmin məbləği cavabdehlərə borc vermişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər İddiaçı borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini İddiaçı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər İddiaçı borc almalarına dair hüquqlarından istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tamamilə yerinə yetirməmişlər. Cavabdeh2 hazırda 1459.35 manat borcu qaldığını məhkəmə iclasında qeyd etmişdir. Odur ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 aid hissədə də qismən təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, ona münasibətdə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prsessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Xalit qızı Cavabdeh2 ilə birlikdə digər Cavabdeh1 da 1767.35 manat borc verməsini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərini qismən işin faktiki hallarına uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları tam şəkildə məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən iddia tam təmin edilə bilməz. Mülki işin 77-ci vərəqində olan Cavabdeh2 Ağsu Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, onun İddiaçı Xalit qızına 1459.35 (min dörd yüz əlli doqquz manat otuz beş qəpik) manat borcu vardır. Ona görə də, iddianın qismən təmin edilməsini xahiş edir. İddiaçı Xalit qızı Cavabdeh2 ona 1459.35 (min dörd yüz əlli doqquz manat otuz beş qəpik) manat borclu olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bildiyi halda Cavabdeh1 ona hər-hansı bir məbləğdə borcunun olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh İsayeva X1 Tamara Xalit qızına borclu olduğu 1459.35 (min dörd yüz əlli doqquz manat otuz beş qəpik) manatı qaytarmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 aid hissədə də qismən təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və ona aid hissədə qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-303/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 aid iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə rədd edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-303/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 aid iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Xalit qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 1767.35 manat məbləğində pulun və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi tələbinə dair iddiası Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamənin mübahisələndirilən-Cavabdeh2 1459.35 (min dörd yüz əlli doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Xalit qızına ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar