Məhkəmə qərarları › İş №2(107)-794/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-794/2022

30.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-794/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-242/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)-492/2014 saylı qətnaməsi ilə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7, Cavabdeh1, X5 və X9 Ağdaş rayonunun Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsində iddiaçılar X7 və Cavabdeh1 hər birinin payı ¼ hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X10 və Cavabdeh1 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X16, Cavabdeh1, X11, X17, X8 və X2 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.80 hektar torpaq sahəsində iddiaçılar X16, Cavabdeh1 və X3, eləcə də maraqlı şəxs X9 hər birinin 1/6 hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X16, Cavabdeh1, X8 və maraqlı şəxs X14 verilməsi qət edilmişdir. Onun ölümündən sonra qeyd etdiyi 0.50 hektar həyətyanı, 0.7211 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası payları və fərdi yaşayış evi miras qalmışdır. 0.7211 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldırsalar da, 0.50 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçirilməmişdir. X4 30 oktyabr 2014-cü il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. Ölümündən sonra ondan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası hissəsi və həyətyanı torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evi miras qalmışdır. Ondan miras qalmış həmin əmlakları faktiki olaraq özü qəbul edərək sahiblik və istifadə edir. Mərhum ərinin ölümündən sonra ondan miras qalmış həmin əmlaklara vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, vərəsəlik işinin açılması üçün 0.15 hektar həyətyanı topraq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin DƏDRXdə qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. Bundan sonra o, torpaq sahəsinin ümumi birgə, üzərində olan fərdi yaşayış evinin isə tam mülkiyyət hüququ əsasında qeydə alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaayış evini və həyətyanı torpaq sahəsinin mühəndisinventarlaşdırıcısı yaşayış evi və evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə həyətə getmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ölçü işlərinin aparılmasına etiraz edərək mütəxəssisi həyətə buraxmamaqla müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Bu barədə həmin idarə tərəfindən ona rəsmi məlumat verilməmişdir. Bütün bunlara görə, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, ərinin ölümündən sonra vərəsəlik işini açdıra bilmir. Odur ki, mərhum X4nun ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1 ünvanında miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tаrixli, 2(014)-242/2022 saylı qətnaməsi (hakim F.Nəsibov) ilə iddianın təmin edilməsi, mərhum X5 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1 ünvanında miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair KOD 90313018 JN-021F saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonu Məşəd kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinəəsasən X1 Əhməd Əhmədiyyə oğlu ilə 07 iyul 2001-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və nikah bağlandıqdan sonra qadın ərinin “Əhmədova” soyadını qəbul etmişdir. Ölüm haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X11 xx.xx.2014-cü ildə vəfat etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-135/2015 saylı 16 dekabr 2015-ci il tarixli qətnaməsinin surətinə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-492/2014 saylı 31 iyul 2014-cü il tarixli qətnaməsində Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)- 492/2014 saylı qətnaməsi ilə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999- cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7, Cavabdeh1, X5 və X9 Ağdaş rayonunun Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsində iddiaçılar X7 və Cavabdeh1 hər birinin payı ¼ hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X10 və Cavabdeh1 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X16, Cavabdeh1, X11, X17, X8 və X2 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.80 hektar torpaq sahəsində iddiaçılar X16, Cavabdeh1 və X3, eləcə də maraqlı şəxs X9 hər birinin 1/6 hissədə müəyyən edilməsi və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X16, Cavabdeh1, X8 və maraqlı şəxs X14 verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)- 492/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24 noyabr 2021-ci il tarixli X6 ünvanlanan məktubuna əsasən Ağdaş rayonu, Məşəd kəndində yerləşən fərdi yaşayış evində mühəndis-inventarlaşma işləri aparılan zaman Cavabdeh2 və Cavabdeh1 adlı şəxslər ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Ağdaş Bələdiyyəsi tərəfindən ünvan 1ndə yaşayan İddiaçı verilmiş 28 nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına 0.00375 ha torpaq sahəsi və 25 kv metr ölçüdə fərdi yaşayış evi vardır. Həmin ünvanın torpaq və əmlak vergiləri bugünə kimi İddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu, Məşəd kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu, cavabdehlər maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və reyestr xidmətinə müraciətin cavablandırılması mümkün olmamışdır. Odur ki, belə olan halda məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 119.1, 217.2, 217.3, 217.4, 218.3-cü maddələri, «Qavazov Bolqarıstana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar bu evdə yaşayırlar. Onların maraqları təmin edilmir. İddiaçı atalarının miras əmlakını ələ keçirmək üçün hazırki oyununu oynayır. Onlar bilirlər ki, miras əmlakın vərəsələrindir. Ancaq iddiaçı bu işini qanunazidd apardığından ciddi mübahisələr yaranıb. Məhkəmə maddi hüquq normalarını pozmuşdur. Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 №-li qərarı ilə Ağdaş rayonu Məşəd kəndində yerləşən 0,15 ha torpaq sahəsi atalarının X5 mülkiyyəti olmuşdur. Atası xx.xx.2014-cü ildə vəfat edib. Qeyd olunan 0,00375 ha torpaq sahəsi və 25 kv metr ölçüdə fərdi yaşayış evi atasınındır. O, bu evdə yenilik etmişdir. Böyük tikinti işləri aparmışdır. 35 kv metr əlavə artım etmişdir. 5 m eni 15 m uzunu çardax (nafes) tikmişdir. Bütün bunlardan başqa 1000 ədəd kubikdən tikinti işləri aparmış, tövləni tikmiş, böyük dam tikmiş, 7 illik ağaclar əkmişdir. Vergiləri o ödəmişdir. Necə ola bilər ki, iddiaçı bütün bunları razılaşmadan saxta Arayışı ilə istədiyini etsin. O, bütün bunlara etiraz etmişdir. Bu baxımdan ona aid inventarlara əl qoymadan əvvəlki sənədlərlə inventarlaşmaya etiraz etməmişdir. Ancaq onun əməyi ilə əldə edilmiş əmlakı da ələ keçirmək, bu mülklə əsassız varlanmaya səbəb olma heç bir qanuna və ədalətə sığmaz. İnventarlaşma işlərinin aparılması onun əldə etdiyi əmlaka münasibətdə sənədləşə bilməz. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-242/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbi təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(014)- 242/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını ona aid hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni Cavabdeh1 apellyasiya şikayəti həcmində, yəni ona münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya hesab edir ki, hazırki halda qətnamə Cavabdeh1 apellyasiya şikayəti həcmində, yəni ona münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-242/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdaş rayonu, Məşəd kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu, cavabdehlər maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və reyestr xidmətinə müraciətin cavablandırılması mümkün olmamışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 №-li qərarı ilə Ağdaş rayonu Məşəd kəndində yerləşən 0,15 ha torpaq sahəsi atalarının X5 mülkiyyəti olmuşdur. Atası xx.xx.2014-cü ildə vəfat edib. Qeyd olunan 0,00375 ha torpaq sahəsi və 25 kv metr ölçüdə fərdi yaşayış evi atasınındır. O, bu evdə yenilik etmişdir. Böyük tikinti işləri aparmışdır. 35 kv metr əlavə artım etmişdir. 5 m eni 15 m uzunu çardax (kafes) tikmişdir. Bütün bunlardan başqa 1000 ədəd kubikdən tikinti işləri aparmış, tövləni tikmiş, böyük dam tikmiş, 7 illik ağaclar əkmişdir. Vergiləri o ödəmişdir. Necə ola bilər ki, iddiaçı bütün bunları razılaşmadan saxta Arayışı ilə istədiyini etsin. O, bütün bunlara etiraz etmişdir. Bu baxımdan ona aid inventarlara əl qoymadan əvvəlki sənədlərlə inventarlaşmaya etiraz etməmişdir. Ancaq onun əməyi ilə əldə edilmiş əmlakı da ələ keçirmək, bu mülklə əsassız varlanmaya səbəb olma heç bir qanuna və ədalətə sığmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli evin əvvəlki mülkiyyətçisi X15 ilə İddiaçı Əliyusif qızı nikahda olmuşlar. X15 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və onun mülkiyyətində olan mübahisəli mənzillə bağlı vərəsəlik hüququ yaranmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-135/2015 saylı 16 dekabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-492/2014 saylı 31 iyul 2014-cü il tarixli qətnaməsində Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)- 492/2014 saylı qətnaməsi ilə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999- cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7, Cavabdeh1, X5 və X9 Ağdaş rayonunun Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsində iddiaçılar X7 və Cavabdeh1 hər birinin payı ¼ hissədə müəyyən edilməsi və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X10 və Cavabdeh1 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X16, Cavabdeh1, X11, X17, X8 və X2 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.80 hektar torpaq sahəsində iddiaçılar X16, Cavabdeh1 və X3, eləcə də maraqlı şəxs X9 hər birinin 1/6 hissədə müəyyən edilmiş və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X16, Cavabdeh1, X8 və maraqlı şəxs X14 verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)-492/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24 noyabr 2021-ci il tarixli X6 ünvanlanan məktubdan görünür ki, Ağdaş rayonu, Məşəd kəndində yerləşən fərdi yaşayış evində mühəndis-inventarlaşma işləri aparılan zaman Cavabdeh2 və Cavabdeh1 adlı şəxslər ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Həmçinin iş materiallarında olan Ağdaş Bələdiyyəsi tərəfindən ünvan 1ndə yaşayan İddiaçı verilmiş 28 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına 0.00375 ha torpaq sahəsi və 25 kv metr ölçüdə fərdi yaşayış evi vardır. Həmin ünvanın torpaq və əmlak vergiləri bugünə kimi İddiaçı tərəfindən ödənilmişdir. Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ var. Belə ki, cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bu isə həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Mülki Qanunvericilik baxımından yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-242/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-242/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar