Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-794/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı LPO İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dаir mülki iş üzrə (Açar sözlər: pul tələbi, tutmanın girov predmetinə yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiаçı LPO İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dаir mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(014)-320/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 115.LN.1675.101219.00003 saylı, kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 01 faizlə ödənilmək şərti ilə 5930 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Gərayevə Məsmə Məmməd qızı ilə Bank arasında 10 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış 10 dekabr 2019-cu il tarixli, 115.CL.101219.00003/b saylı Saxlanc müqaviləsinə və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon-cəmi dəyəri 4383 manat) girov qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3013.07 manat-bundan 5930 manat əsas, 83.07 manat faiz borcu və iş üzrə ödənilmiş 80.60 manat dövlət rüsumumun cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın girov qoyulmuş, Cavabdeh2 məxsus cəmi dəyəri 4383 manat olan qızıl-zinət əşyalarına (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon) yönəldilməsi, yuxarıdakı qızıl-qinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması və ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 115.LN.1675.101219.00003 saylı, kredit müqaviləsi əsasən cavabdehə 60 ay müddətinə illik 01 faizlə ödənilmək şərti ilə 5930 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Gərayevə Məsmə Məmməd qızı ilə Bank arasında 10 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla bilrikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış 10 dekabr 2019-cu il tarixli, 115.CL.101219.00003/b saylı Saxlanc müqaviləsinə və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon-cəmi dəyəri 4383 manat) girov qoyulmuşdur. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borclana bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********145 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun və **********434 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsaduf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 6013.07 manat təşkil edir. Bundan 5930 manat əsas, 83.07 manat faiz borcu təşkil edir.
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hüquqşünası X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə üzürlü səbəbdən gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.
7. Məhkəmə hesab etmişdir ki, həmin pul Cavabdeh2 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir.
8. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır.
9. Məhkəmə, eyni zamanda digər cavabdeh Gərayevə Məsmə Məmməd qızının mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.
10. Məhkəmə eyni zamanda tələbin girov əmlaka yönəldilməsi və onun açıq hərracda satılmasına dair hissədə iddianı əsaslı hesab etmişdir.
11. Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur.
12. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə girov predmeti olan qızılzinət əşyalarının ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan əşyaların ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir.
13. Məhkəmə həmçinin iddianın “girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalıq məbləğin cavabdehdən tutulması” tələbinə münasibətdə də iddianı əsaslı hesab edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı girov əmlakın satışından əldə olunacaq məbləğ borcun ödənilməsi üçün kifayət etməyəcəyi təqdirdə qalıq borc məbləğlərinin tutulması icra tədbirləri qismində icra məmuru tərəfindən ümumi qaydada davam etdirilməklə təmin edilməlidir.
14. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Gərayevə Məsmə Məmməd qızı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Gərayevə Məsmə Məmməd qızı onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, cavabdehlər Cavabdeh2 və Gərayevə Məsmə Məmməd qızından müştərək qaydada 5930 manat əsas, 83.07 manat faiz borcu olmaqla, cəmi 6013.07 manat həmçinin 80.60 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, tutmanın girov qoyulmuş Cavabdeh2 məxsus cəmi dəyəri 4383 manat olan qızıl-zinət əşyalarına (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon) yönəldilməli, yuxarıdakı qızıl-qinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
15. Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(014)-320/2023 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Gərayevə Məsmə Məmməd qızından müştərək qaydada 5930 manat əsas, 83.07 manat faiz borcu olmaqla, cəmi 6013.07 manat borc və həmçinin 80.60 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi, tutmanın girov qoyulmuş Cavabdeh2 məxsus cəmi dəyəri 4383 manat olan qızıl-zinət əşyalarına (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon) yönəldilməsi, qızıl-qinət əşyalarının açıq hərracda satılması, həmin əşyanın satışından əldə edilən vəsait hesabına borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc məbləğinin cavabdehlər Cavabdeh2 və Gərayevə Məsmə Məmməd qızından müştərək qaydada tutulması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 296, 385, 442, 448 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
17. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 115.LN.1676.101219.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, 60 ay müddətinə illik 01 faizlə dərəcəsi ilə 5930 AZN məbləğində kredit verilmişdir.
18. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 115.CL.101219.00003/a saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit verilərkən Gərayevə Məsmə Məmməd qızı ilə Bank arasında 10 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
19. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********580 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Banka əsas məbləğ üzrə borc 5930 manat əsas, 83.07 manat faiz borcu olmaqla, cəmi 6013.07 manat müəyyən olunur.
20. İş materiallarında olan, 10 dekabr 2019-cu il tarixli, 115.CL.101219.00003/b saylı Saxlanc müqaviləsinə və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları (7 ədəd boyunbağı, 3 ədəd qolbağı, 4 ədəd dəst, 3 ədəd sırğa, 5 ədəd klon-cəmi dəyəri 4383 manat) girov qoyulmuşdur.
21. İş materiallarında olan, İddiaçı ASC tərəfindən **********145 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan məlum olur ki, kredit borcunu 3 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
22. İş materiallarında olan, **********434 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubundan məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir
23. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən əmlakın qiymətləndirilməsinə zərurət yaranmasına baxmayaraq əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılmamışdır. Bundan başqa əsas və faiz borcu həddən artıq çoxdur. İş üzrə mühasibatlıq ekspertiziyası təyin edilməmişdir. Qızıllların real bazar qiymətini yoxlaqdıqda qızılların həqiqətən də cox asağı qiymətləndirildiyi ortaya çıxır.
25. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(014)- 320/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, əsas və faiz borcuna dair hissədə azaldılaraq qismən, qızıl-zinyət əşyalarına dair hissədə isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiаçı LPO İddiaçı ASC-nin nümayəndəsi, cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 279-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
29. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur.
30. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
33. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(014)- 320/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh göstərdiklərini təsdiq edəcək heç bir sübut və dəlil təqdim etməmiş, əsas və faiz borcunun şişirdilməsinin nədən ibarət olması, əslində borcun hansı məbləğdə olmasa və bunun hansı dəlillərlə təsdiq olunması, əmlakın qiymətləndirilməsini zərurətin nədən irəli gəlməsi, bank tərəfindən keçirilən qiymətləndirmədə qızıl-zinət əşyalarının qiymətlərinin aşağı göstərilməsinin, həmçinin gerçək qiymətlərin hansı məbləğdə olmasının hansı dəlillərlə təsdiq olunması əsaslandırılmamışdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi ekspertiza keçirilməsinə zərurət olmadığından hər hansı bir ekspertiza keçirməməkdə haqlı olmuşdur.
36. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(014)-320/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(014)-320/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.