Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-795/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, borc tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tаrixli, 2(075)-1/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə 11082.01 ABŞ dolları əsas borc, 1247.45 ABŞ dolları faiz borcu və 1348.40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13677.86 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor İddiaçı-nin ərizəsinə 03 dekabr 2015-ci il tarixdə əmr icraatı qaydasında baxılaraq 2(075)-7004/2015 saylı məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz verdiyindən Şəki Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli, 2(075)-7004/2015 saylı əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 12745 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 10 dekabr 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit təşkilatı qarşısında 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını bu günədək təmin etməmişlər. Hazırda cavabdehlərin İddiaçı-yə 11082.01 ABŞ dolları əsas borc, 1247.45 ABŞ dolları faiz borcu və 1348.40 ABŞ dolları cərimə borcları vardır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tаrixli, 2(075)-1/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 13200 (on üç min iki yüz) manat əsas və 2215.90 (iki min iki yüz on beş manat doxsan qəpik) manat faiz borcu olmaqla, cəmi 15415.90 (on beş min dörd yüz on beş manat doxsan qəpik) manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın Cavabdeh2 və Cavabdeh3 aid, həmçinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 30 (otuz) manat dövlət rüsumunun tutularaq onun 20 (iyirmi) manatının İddiaçı-nin hesabına, 10 (on) manatının isə dövlət büdcəsinə ödənilməsi, 290 (iki yüz doxsan) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 12745 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.03-cü (b) bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin “borcalan” tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə günlük 1 (bir) % cərimə hesablanır. Cavabdeh1 Abdulla oğlunun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 Məmmədsani oğlunun arasında zaminlik müqaviləsi imzalanmış, zaminlər Əhmədov Eldəniz Tahir oğlu və Cavabdeh3 Cavabdeh1 oğlunun bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşlər. Bundan başqa tərəflər arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi üzrə 08 dekabr 2015-ci il tarixdə kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma imzalanmışdır. Tərəflər arasında imzalanmış 08 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən Kredit müqaviləsi üzrə əsas orcun qalığı, hesablanmış faiz məbləği və cərimələr cəmləşir, AZN-ə konvertasiya olunur (kurs 1.055) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 13200.00 manat məbləğində müəyyən edilir. Tərəflər arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən kreditin qalıq məbləğinə faizlər illik 29% ilə hesablanır və kreditin bitmə müddəti 10 dekabr 2018-ci il müəyyən edilir. Kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən «Bank Respublika» ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh tərəf isə heç bir gecikmə olmadan borcunu ödədiyini, hazırda bank qarşısında hər hansı öhdəliyi olmadığını bildirərək iddianı qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. zaminlər Cavabdeh2 və Cavabdeh3 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş, həmin müqavilədə illik faiz dərəcəsi 25 % müəyyən edilmişdir. 10 dekabr 2014-cü il tarixli, 034CASA143440003 saylı Kredit müqaviləsi üzrə həmin müqavilənin restrukturizasiyasına dair 08 dekabr 2015-ci il tarixli Razılaşma isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, kreditin qalıq məbləğinə faizlər illik 29% ilə hesablanmışdır. Həmin razılaşma zaminlərin razılığı olmadan öhdəliyin dəyişdirilməsinə, onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Bu səbəbdən də iddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlı olsa da, zaminlər Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlı deyildir. Cavabdeh tərəf məhkəmə iclasında borc məbləğini tam olaraq ödədiyini, hazırda iddiaçı qarşısında heç bir öhdəliyi olmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2020-ci il tarixli, 9/4650 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin tədqiqat hissəsindən görünür ki, işdə olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən banka ümumilikdə 18 iyun 2020-ci il tarixədək 9300.00 manat məbləğində ödəniş aparılmış, həmin məbləğin 9300.00 manatı ümumilikdə faiz borcuna silinmiş, əsas borcdan isə ödəniş olunmamışdır. Odur ki, məhkəmə cavabdehin ifadəsinə tənqidi yanaşır. İddiaçı Cavabdeh1, Cavabdeh2 Tahir oğlu və Cavabdeh3 xeyrinə 11082.01 ABŞ dolları əsas borc, 1247.45 ABŞ dolları faiz borcu və 1348.40 ABŞ dolları cərimə borcunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə-mühasibalıq ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 9/4650 saylı rəyi ilə cavabdehlərin banka əsas borcunun 13200 manat, faiz borcunun 2215.90 manat olması, cərimə borcunun isə olmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas və faiz borcu üzrə az olması müəyyən edilmişdir. İddiaçı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən məbləği daha əsaslı və cavabdehin banka olan borcunun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci, 472.1-ci, 477.0.1ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizə ilə Şəki rayon məhkəməsinə müraciət edilmişdir. Şəki Rayon Məhkəməsinin 03,12,2015- ci il tarixli, 2(075)-7004/2015 saylı məhkəmə əmrinə əsasən, borclu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 13677,86 USD məbləğində borcun və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə verilməsi əmr edilmişdir. Sözü gedən məhkəmə əmrindən 5 gün sonra tələbkar tərəf borclu Cavabdeh1 dəvət edərək məhkəmə əmri üzrə olan kredit borcunu restrukturizasiya etmişdir. Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında 08.12.2015-ci il tarixli razılaşma ilə məhkəmə əmri üzrə olan borc məbləği AZN valyutasına konvertasiya edilməklə restrukturizasiya etmişdir. Tərəflər arasında olan razılaşmadan 13 gün sonra devalvasiya baş vermiş və dolların manata olan məzənnəsi 60%-ə yaxın qalxmışdır. Buna görədə tələbkar tərəf məhkəmə əmri üzrə icra sənədinə xitam verməmişdir. Borclu Cavabdeh1 restrukturizasiya müqaviləsindən sonra uzun müddət ödənişlər (9300 manat) etmişdir. 2020-ci ilin əvvəllərində Şəki rayon üzrə İcra və probasiya şöbəsindən bildiriş gəlmişdir. Bu zaman məlum olmuşdr ki, iddiaçı bank 08.12.2015-ci il tarixli razılaşma üzrə müqaviləni sistemə işləməmiş və nəticədə Cavabdeh1 ödəniş etdiyi bütün məbləğlər 10.12,2014-cü il tarixli kredit müqaviləsi üzrə (dollar kreditinə) silinmişdir. Məhz buna görədə Cavabdeh1 tərəfindən Şəki Rayon Məhkəməsinin 03.12.2015-ci il tarixli, 2(075J-7004/2015 saylı məhkəmə əmrinə etiraz verilmişdir. Onun etirazı qəbul edilmiş və tələbə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə araşdırma aparan Şəki Rayon Məhkəməsi iş üzrə iki dəfə mühasibatlıq ekspertizası təyin etmişdir. Yekunda Şəki Rayon Məhkəməsi 28.01.2021-ci il tarixli, 2(075)- 1/2021 saylı qətnamə ilə iddianı qismən təmin etmiş və Cavabdeh1 15415,9 manat borcun tutularaq İddiaçı-nin hesabına ödənilməsi qət edilmişdir. Apelyator hesab edir ki, Şəki rayon məhkəməsi qərar çıxararkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında 10.12.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 12745 USD kredit verilmişdir. Müəyyən dövr ödənişlərdən sonra tərəflər 08.12.2015-ci il tarixli restrukturizasiyaya dair razılaşma imzalayaraq, qalıq borcu AZN-ə konvenasıya edərək yeni qrafik müəyyən etmişdilər. 08.12.2015-ci il tarixinə borc məbləği 13200 manat olmuşdur, Tərəflər arasında olan razılaşmanın imzalanmasına baxmayaraq, İddiaçı səhlənkarlıq edərək yeni müqaviləni bankın sisteminə salmamışdır. Nəticədə sistemdə bu günə kimi 10.12.2014-cü il tarixli kredit müqaviləsi qalmış və bu günə kimi olan bütün ödənişlər dollar hesabına silinmişdir. Halbuki, 08.12.2015-ci il tarixindən sonra olan bütün ödənişlər razılaşma üzrə konvertasiya edilmiş manat kreditinə silinməli idi. Bundan başqa tərəflər arasında restrukturizasiyaya dair razılaşma imzalandıqdan dərhal sonra 10.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc bağlanmalı idi. Artıq iddiaçı tərəf öz tələbini 08.12.2015-ei il tarixli restrukturizasiyaya dair razılaşma üzrə tələb etməliydi. İş materiallarından göründüyü kimi, İddiaçı-nin tələbi 10.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə olmuşdur. İddiaçı iş ekspertizaya göndərilərkən yeni maliyyə arayışı təqdim etmiş və 2020-ei ilin iyun ayına olan borc məbləğinin 6195,45 USD əsas, 1236,64 USD faiz. 771,94 USD cərimə, cəmi 8204,03 USD olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı bankın tələbi qətnamə çıxarılana kimi 10.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə olmuşdur. Cavabdeh tərəf həmin müqavilənin bağlandığını və aralarında yeni müqavilə bağlanması barədə məhkəməyə sənədlər təqdim etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi sənədləri məhkəmə qəbul edərək tələbdən kənara çıxmış və yeni müqavilə üzrə cavabdehdən 15415.9 manat pulun tutulmasını qət etmişdir. Bununla da Şəki Rayon Məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Odur ki, apelyator Şəki Rayon Məhkəməsinin 28.01.2021 -ci il tarixli 2(075)-1/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı “Bank Respublika" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) X1 Rayon Məhkəməsinin 28.01.2021 -ci il tarixli 2(075)-1/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı “Bank Respublika" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya shdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaşırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə gsrə, iştirakşılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakşıya (borc alana) keşirməyi shdəsinə gstürür, digər iştirakşı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir , Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021 -ci il tarixli 2(075)-1/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı “Bank Respublika" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlərdən yalnız apelyator Cavabdeh1 apellyasiya şikayəti üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 28 yanvar .2021 -ci il tarixli, 2(075)-1/2021 saylı qətnaməsini apelyator Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İlk olaraq kollegiya qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, onun nəticələri ilə razılaşmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianın əsas borca aid hissəsini 13200 (on üç min iki yüz) manat müəyyən etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 28.01.2021 -ci il tarixli 2(075)-1/2021 saylı qətnaməsi əsas borca aid hissədə qismən ləğv edilməli və əsas borcun məbləği 4900 manat müəyyən edilməlidr. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 12745 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.03-cü (b) bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin “borcalan” tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə günlük 1 (bir) % cərimə hesablanır. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmış, zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşlər. Bundan başqa tərəflər arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi üzrə 08 dekabr 2015-ci il tarixdə kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma imzalanmışdır. Tərəflər arasında imzalanmış 08 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən Kredit müqaviləsi üzrə əsas orcun qalığı, hesablanmış faiz məbləği və cərimələr cəmləşir, AZN-ə konvertasiya olunur (kurs 1.055) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 13200.00 manat məbləğində müəyyən edilir. Tərəflər arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən kreditin qalıq məbləğinə faizlər illik 29% ilə hesablanır və kreditin bitmə müddəti 10 dekabr 2018-ci il müəyyən edilir. Kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən «Bank Respublika» ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh tərəf isə heç bir gecikmə olmadan borcunu ödədiyini, hazırda bank qarşısında hər hansı öhdəliyi olmadığını bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca aid hissədə yəni, 13200 manatın 8300 manatına aid hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin 8300 manata aid hissədə təmin edilməməlidir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 9410 nömrəli rəyinin nəticə hissəsinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 10 dekabr 2014-cü il tarixli 034CASA143440003 saylı əsas kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış 08 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı-yə soruşulan tarixə olan borcu əsas borc üzrə-4900 manat, faiz borcu üzrə-9266,64 manat kimi müəyyən edilir. Bundan əlavə tərəflər arasında imzalanmış razılaşma üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021 -ci il tarixli, 2(075)-1/2021 saylı qətnaməsi əsas borca aid hissədə yəni, 13200 manatın 8300 manatına aid hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya şikayətin digər cavabdehlərə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilmədiyindən apelyasiya şikayətinin onlara aid hissəsi üzrə kollegiya hüquqi dəyərləndirmə aparmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021 -ci il tarixli 2(075)-1/2021 saylı qətnaməsi qismən əsas borc olan 13200 manatın 8300 manatına aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi 8300 manata aid hissədə təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 28.01.2021 -ci il tarixli 2(075)-1/2021 saylı qətnaməsi apelyatorun apellyasiya şikayəti üzrə mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 145 (yüz qırx beş) manat pulun 72 manat 50 qəpiyi iddiaçı “Bank Respublika" ASC-ən, 72 manat 50 qəpiyi Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-795/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-795/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver