Məhkəmə qərarları › İş №2(107)-8/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-8/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-8/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tаrixli, 2(016)-745/2018 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tаrixli, 2(016)-745/2018 saylı qətnaməsi ilə (hakim T.İsmayılov) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04.11.2010-cu il tarixli 26L000000232 saylı kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə 24.06.2014-cü il tarixli 232 saylı sazişə və 10.07.2014cü il tarixli 26R000005659 saylı kredit razılaşmasına xitam verilməsi, İddiaçı ASC-in ilə Cavabdeh1 arasında bağlanmış 10.07.2014-cü il tarixli 26R000005659 saylı kredit razılaşması üzrə 31604 ABŞ dolları məbləğində cərimənin 2000 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 10.07.2014-cü il tarixli 26R000005659 saylı kredit razılaşması üzrə qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla əsas borc üzrə 35146.85 ABŞ dolları, faiz borcu üzrə 23140.7 ABŞ dolları, cərimə üzrə 2000 ABŞ dolları, ümumilikdə 60287.55 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 67 faiz, yəni 20.1 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı alınıb İddiaçı QSC-in hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 33 faiz, yəni 9.9 manat iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan Ağsu şəhəri, Melioratorlar qəsəbəsində yerləşən 0.02125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 179.7 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Ağsu şəhəri Xurşudbanu Natəvan küçəsində yerləşən 0.21 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi və iddia tələbinin Cavabdeh4 mülkiyyətində olan Ağsu şəhəri, Melioratorlar qəsəbəsində yerləşən 0.02125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 179.7 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair hissəsinin rədd edilməsi, iddia tələbinin Cavabdeh1 mülkiyyətində olan Ağsu şəhəri, Xurşudbanu Natəvan küçəsində yerləşən 0.21 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması, yaşayış evinin boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair hissəsinin rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının qiyməti olan 150.00 (bir yüz əlli) manat İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərardadı ilə qiymətləndirici rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 10 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirdiyini və banka heç bir borcunun qalmadığını bildirmişdir. Həmçinin onlar bildirmişdirlər ki, əmlakın qiymətləndirilməsinə də zərurət qalmamışdır. Odur ki, onlar mülki iş üzrə icraatın təzələnməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Həmin Məcəlləsinin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Mülki Prosessuаl Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu məcəllənin 19-20-ci fəsillərində göstərilən əsasları olduqda apelyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Mülki Prosessuаl Məcəllənin 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. Mülki işin materiallarından görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı QSC-nin iddiаdan imtina etməsinə dаir ərizəsini nəzərə alaraq mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tаrixli, 2(016)-745/2018 saylı qətnaməsi ləğv edilib, işin icrааtınа xitаm verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 370, 391 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tаrixli, 2(016)-745/2018 saylı qətnaməsi ləğv edilsin. Hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Şəki apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar