Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-8/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X16 və X8 ibarət tərkibdə, X4 iclas katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh Məmməd qızına qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-1372A KOD 40201004 nömrəli Şəhadətnamə”nin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi və yolun bağlanması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsindən Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları
1. İddiaçı nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində iddia qaldıraraq Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında 0,03 ha torpaq sahəsinin X10 mülkiyyətinə verilməsinə dair JN-1372A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Cavabdeh Məmməd qızı tərəfindən qanunsuz olaraq açılmış yolun giriş qapısının bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra Nümayəndə iddia tələbini artıraraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,0605 ha torpaq sahəsinin Cavabdeh Məmməd qızının mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv.m hissəsinin Cavabdeh mülkiyyətindən çıxarılaraq İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Zaqatala şəhəri Sabir küçəsi 29-da, 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evi Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsində qeydə alınmışdır. Lakin hal-hazırda həmin evin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsinə X10 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin ev əvvəllər Əlizadə Şirxanın, sonradan onun oğlu, iddiaçının atası Fikrət Əlizadənin adına olub. X15 Əlizadənin adına keçib. Nümayəndə isə həmin evi qızı İddiaçı bağışlayıb. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,0605 ha olmasına baxmayaraq aqrar islahat zamanı sənədləşmədə müəyyən səhvlər olmuşdur. Həyətin bir hissəsi bələdiyyədə saxlanılmış, bir hissəsi Şirxanın, bir hissəsi isə Fikrətin adına işlənmişdir.
4. Bundan əlavə həyətin bir hissəsindən Cavabdeh Məmməd qızı qanunsuz istifadə edərək yol açmışdır, hal-hazırda da həmin yoldan istifadə edir. Həmin yoldan istifadə etməyə əvvəllər Şirxan və Fikrət Əlizadələr icazə vermişlər. Lakin bu icazə rəsmi olmamışdır. Həmin torpağın bir hissəsi qanunsuz olaraq Cavabdeh mülkiyyətinə verilmişdir. Hazırda cavabdeh həmin giriş qapısını bağlı saxladığından həyətə girmək çətin olur. Ona görə də cavabdehin istifadə etdiyi giriş qapısı bağlanmalıdır. Onun evinin küçəyə baxan pəncərəsindən yol açılmalıdır. Çünki daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh qanunsuz bağladığı yol İddiaçı adına qeydə alınmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Məmməd qızı iddianı etiraf etməyərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşdiyi ev onun və X5 mülkiyyətindədir. Həmin ev vərəsəliklə keçmişdir. Babazadə Alyona hazırda həmin evdə yaşamır. Həmin evin 0,02 ha həyətyanı torpaq sahəsi vardır. Lakin yerində faktiki olaraq torpaq sahəsi bir qədər artıqdır. O, həmin evə reyestrdən çıxarış və texniki pasport almışdır. Mübahisəli sahə onun mülkiyyətinə işlənmişdir. Yaşadığı ev mərhum atası tərəfindən 1960-cı illərdə tikilmişdir. Özü və ailəsi 50 ilə yaxındır ki, həmin giriş qapısından istifadə edirlər. Həmin yol sahəsi 60 kv.m-dir. X21 1970-ci illərdə onun mərhum atası Məmməd Babazadəyə dəmir dirəklər üzərində ikinci mərtəbədə evə əlavələr etməyə icazə vermişdir. Son vaxtlara qədər iddiaçı tərəfindən buna heç bir narazılıq olmamışdır. Şirxan və Fikrət Əlizadələrin sağlığında da həmin sahədən yol kimi hər iki ailə istifadə etmişlər. Əgər həmin yol bağlanarsa, onun evinə və həyətinə giriş mümkün olmayacaqdır. İddiaçının nümayəndəsinin pəncərədən yol açılması barədə dedikləri də qanunsuzdur. Bu onun mülkiyyətinə qəsd deməkdir. O, həmin giriş sahəsini bağlı saxlamaq fikrində deyildir. Əvvəllər hər iki ailə həmin qapıdan istifadə etdikləri kimi, indi də hər iki ailənin istifadə etməsinə etiraz etmir. İddianın təmin edilməməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında şahid X11 göstərmişdir ki, iddiaçı onun qardaşı qızı, cavabdeh Rasimə isə dayısı qızıdır. Həmin həyət keçmişdə alınanda balaca taxta qapı var idi, həmin qapı evin otağına deyil, həyətə açılırdı, həyətin o başına kimi gedirdi. Rasimənin atası Məmməd 1960-cı illərdə köhnə evi söküb yerində təzə ev tikmişdir. Bu zaman evə keçid olmadığı üçün atası Şirxan Əlizadə həmin sahədən istifadə üçün icazə verib. Həmin vaxtdan həmin yerdən hər iki ailə istifadə edib. Yerin qanuni istifadəçisi isə atası Şirxan olub.
7. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis kimi dindirilən Azərbaycan Respublikası DTXK-nin Zaqatala rayon şöbəsinin aparıcı mütəxəssisi X12 göstərmişdir ki, mübahisəli yerdə baxış keçirmişdir. İddiaçının evinin yerləşdiyi torpaq sahəsinin 605 kv.mdən, Cavabdeh torpaq sahəsində 218 kv.m-dən çox olduğu müəyyən edilmişdir. Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinə dair yerquruluşu izahat layihəsində İddiaçı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 300 kv.m hissəsi X10 mülkiyyətinə işlənmiş və müvafiq şəhadətnamə verilmişdir. Qalan hissə isə qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. DƏDRX-də isə İddiaçı 605 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. Cavabdeh ailəsinin mülkiyyətinə isə 214 kv.m torpaq sahəsi verilmiş və ona şəhadətnamə işlənmiş evinin qarşısında olan torpaq sahəsinini bir hissəsi qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmış, mübahisəli yol sahəsinin (60 kv.m) çox hissəsi də qanunsuz olaraq onun mülkiyyətinə işlənmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 göstərmişdir ki, Azərbaycan Respublikası DRX-nin Zaqatala rayon Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Cavabdeh Məmməd qızınının evinin texniki pasportunu o işləyib. Bu zaman o, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaslanıb. Həmin şəhadətnamədə mübahisəli yolun böyük hissəsi Rasimə Babazadənin mülkiyyətində göstərilib. Evin qarşısında olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq bələdiyyənin mülkiyyətində saxlanılıb. Əslində həmin sahə Cavabdeh olmalıdır.
9. Zaqatala Rayon Məhkəməsinin (hakim Elçin Hüseynov) 1 may 2009-cu il tarixli 2(033)–13/2009 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə X14 0,03 ha həyətyanı sahəsi verilməsi hissəsində ləğv edilməklə X10 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair JN-1372A KOD 40201004 nömrəli Şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsinə onun mülkiyyət hüququnun ləğv edilməsi, həmin 60 kv.m sahənin İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir.
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Məmməd qızı və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikаyəti vermişlər.
11. Şəki Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(107)-962/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)–13/2009 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(107)-962/2021 nömrəli nömrəli qətnaməsindən Cavabdeh Məmməd qızı və DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(102)-39/2022 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-962/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edil təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, iş üzrə rəy alınanadək mülki işin icraatı dayandırılmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, 10/5726 nömrəli ekspert rəyi 25 noyabr 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(107)-543/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Məmməd qızına və DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında 0,03 ha torpaq sahəsinin X10 mülkiyyətinə verilməsinə dair JN-1372A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Cavabdeh Məmməd qızı tərəfindən qanunsuz olaraq açılmış yolun giriş qapısının bağlanmasına, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,0605 ha torpaq sahəsinin Cavabdeh Məmməd qızının mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv.m hissəsinin Cavabdeh mülkiyyətindən çıxarılaraq İddiaçı mülkiyyətində olması faktının” müəyyən edilməsi tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-2057/2022 nömrəli inzibati iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənədək dayandırılmışdır.
16. Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-2057/2022 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh Məmməd qızına qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, yolun bağlanması tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxışı 24 aprel 2024-cü il tarixə təyin edilmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli iclas protokolu qərardadı ilə qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin 8 may 2024-cü il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,0605 ha torpaq sahəsinin Cavabdeh Məmməd qızının mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv.m hissəsinin Cavabdeh mülkiyyətindən çıxarılaraq İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsinə dair hissəsi ləğv edilmiş, həmin hissə üzrə icraata xitam verilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
20. Cavabdeh Məmməd qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Qətnamənin surətini o almamışdır. Onun xəbəri və məlumatı olmadan barəsində qanunsuz qətnamə qəbul edilmişdir. Həmin qətnamə ona təqdim edilməmiş, məhkəmə iclaslarına çağırışa dair bildirişlər ona təqdim edilməmişdir və Zaqatala Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli məktubu ilə həmin tarixli qərardadı aldıqdan sonra həmin qətnamədən məlumatı olmuşdur. Qətnamədən razı deyil. Məhkəmənin çıxardığı qətnamə qanunsuzdur. O hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmənin onun mülkiyyətində olan 60 kv.m torpaq hissəsinə dair mülkiyyət hüququnun ləğv edilməsi qanunsuz olmuşdur. Belə ki, həmin torpaq sahəsi onun qanuni mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir. Vərəsəlik hüququ isə Zaqatala Rayon Məhkəməsinin 2-131, xx.xx.1997-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmişdir. Həmin qətnamədən görünür ki, evə giriş-çıxış yolu, mətbəx, hamam və həyətyanı torpaq sahəsi vərəsələrin ümumi istifadəsində saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda Zaqatala Rayon Aqrar İslahat Komissiyası xx.xx.2005-ci il tarixdə 117 saylı qərarla ümumi istifadədə saxlanılmış torpaq sahəsinin qanunsuz olaraq X10 mülkiyyətinə verilməsinə dair “JN-1372A saylı torpağın mükiyyətə verilməsinə dair” şəhadətnamə hazırlamışdır. Həmin dövrdə qətnamə icra olunarkən əri xəstə olduğundan və onun müalicəsi ilə məşğul olduğundan məhkəmə qətnaməsini ala bilməmiş və beləcə şikayət edə bilməmişdir. Məhkəməyə müraciət etsə də ona qətnamə verilməmişdir. Ümumi istifadədə olan yol sahəsi heç bir şəxsin mülkiyyətinə verilə bilməz. Bu faktı məhkəmə öz qətnaməsində qeyd etmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsinin axırıncı cümləsində qeyd edir ki, həmin torpaq sahəsi yol İddiaçı mülkiyyətinə verilməli və ümumi istifadədə saxlanılmalıdır. Buradan görünür ki, mülkiyyətə verilmiş torpaq sahəsi ümumi istifadədə saxlanıla bilməz, eyni zamanda ümumi istifadədə saxlanılan torpaq sahəsi hər hansı bir şəxsin mülkiyyətinə verilə bilməz. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, faktları kifayət qədər araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)–13/2009 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz hesab edir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, X10 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nömrəsi JN-1371A deyil, JN-1372A-dır. İş üzrə Cavabdeh 2/3 hissə və A.R.Babazadənin 1/3 hissə adlarına ********** nömrə ilə qeydiyyata alınmış 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 02 sentyabr 2013-cü il tarixli, 4Ə-593 reyestr nömrəli notarial bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş və həmin müqaviləyə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)– 13/2009 nömrəli qətnaməsini ləğv edərək icrası mümkünsüz olan hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya şikayəti üzrə izahatlar:
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)–13/2009 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili Vəkil4 apellyasiya şikayətlərinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009cu il tarixli 2(033)–13/2009 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən X17 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)–13/2009 nömrəli qətnaməsini ləğv edərək icrası mümkünsüz olan hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
Apellyasiya baxışının hədləri
28. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “qanunsuz olaraq açılmış yolun giriş qapısının bağlanması” barədə tələbi rədd edilsə də, iddiaçı qətnamənin bu hissəsindən apellyasiya şikayəti vermədiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(102)-39/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi iddianın mümkünlüyü, “Torpağın mülkiyyətə verilməsinə dair JN- 1372A KOD 40201004 nömrəli Şəhadətnamə”nin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi tələbinə aid hissədə ləğv edilərək, bu hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün göndərildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını çıxarışın və şəhadətnamənin ləğv edilməsi hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının yaşayış evi və həmin evin yerləşdiyi 0,0605 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına görə həmin torpaq sahəsinin bir hissəsinin X14 verilməsinə dair şəhadətnamə ləğv edilməlidir.
30. Məhkəmə kollegiyası tərəfindən 8 may 2024-cü il tarixli qərardadla iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi qismən, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,0605 ha torpaq sahəsinin Cavabdeh Məmməd qızının mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv.m hissəsinin Cavabdeh mülkiyyətindən çıxarılaraq İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsinə dair hissəsi ləğv edilərək, işin məhkəmədə baxılmalı olmaması əsası ilə həmin hissə üzrə icraata xitam verilmişdir.
31. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Torpağın mülkiyyətə verilməsinə dair JN-1372A KOD 40201004 nömrəli Şəhadətnamə”nin ləğv edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətləri həmin hissədə əsassız olduğundan Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - 287 inventar nömrəli, xx.xx.2006-cı il tarixdə tərtib olunmuş "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X18 və X6 bərabər paylı mülkiyyətində olmuşdur. Texniki pasportda evin yerləşdiyi sənəd üzrə torpaq sahəsi 605 kv.m, faktiki 677 kv.m qeyd olunmuşdur. - JN-1372A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il 117 saylı qərarı ilə X14 0.03 ha torpaq sahəsi verilmişdir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri, X30 küçəsində mülkiyyətdə olan 0.0208 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh Məmməd qızının və X7 adına qeydiyyata alınmışdır. - xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0605 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X13 və X10 ümumi birgə mülkiyyətində olmuşdur. - xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyası, ******* nömrəli çıxarışdan görünür ki, Sabir küçəsi 29 ünvanında mülkiyyətində olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Nümayəndə mülkiyyətində olmuşdur - RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri, X30 küçəsi 27 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh Məmməd qızının adına dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri, X30 küçəsində mülkiyyətində olan 0.0605 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.1996-cı il tarixli "Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X9 mülkiyyətindədir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən mübahisələndirilən 60 kv.m torpaq sahəsi Cavabdeh Məmməd qızının adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışla hüquqları dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 fevral 2023-cü il tarixli 2- 1(116)-337/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh Məmməd qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2-1(107)-288/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya məhkəməsinin icraatı zamanı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırki işin Şəki İnzibati Məhkəməsinə verdikləri iddia üzrə qəbul ediləcək qərardan asılı olduğunu bildirərək, işin icraatının yenidən dayandırılmasını xahiş etmişdir.
34. Şəki Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(107)-543/2022 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh Məmməd qızına qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, yolun bağlanması tələbinə dair mülki iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)- 2057/2022 nömrəli inzibati iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənədək dayandırılmışdır.
35. İşin icraatının dayandırılmasına əsas olan inzibati iş üzrə qəbul edilmiş Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir.
36. Həmin qərardan üçüncü şəxs Cavabdeh Məmməd qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-288/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
37. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)- 288/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
38. Hazırkı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(107)- 962/2021 nömrəli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarında göstərilmişdir ki, hazırkı işdə mübahisəli 60 kv.m sahə ilə bağlı iddia tələblərinin göstərilən şəkildə irəli sürülməsinə baxmayaraq məhkəmələr, iddianın mümkünlüyünü müzakirə etməmiş, Cavabdeh adına qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsinə onun mülkiyyət hüququnun ləğv edilməsi, həmin 60 kv.m sahənin İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsinin maddi və prosessual hüquqi əsaslarını göstərməmişlər. Kollegiya bildirir ki, cavabdehin 0,02 ha torpaq sahəsinin qeydindən mübahisəli 60 kv.m sahənin silinməsi üçün əvvəlcə, həmin sahənin cavabdehin adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində olması, daha sonra isə həmin qeydiyyatın əsassız aparılması müəyyən edilməlidir. Məhz bu halların sübuta yetirilməsi, hüququ pozulmuş şəxsin iddiası əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılmasına əsas verir. Hazırkı işdə bu xüsusatlar üzrə, yəni iddiaçının mübahisələndirdiyi 60 kv.m sahənin cavabdehin ləğv edilən qeydiyyatına daxil olub-olmaması, əgər daxildirsə həmin qeydiyyatın hüquqi əsaslarının nədən ibarət olması, sözügedən əsasların mübahisələndirilməklə ləğv edilib-edilməməsi, nəticə etibarilə həmin qeydin əsassızlığı lazımi qaydada araşdırılmamış, bu məsələlərə Mülki Məcəllənin qeyd olunan normaları çərçivəsində hüquqi qiymət verilməmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə elektron baza məlumatlarına əsasən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsinin üst-üstə düşməsi müəyyən edilmişdir. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
40. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarındakı göstərişləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılmadan, iddia tələbi qismən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsinə onun mülkiyyət hüququnun ləğv edilməsi hissəsində təmin edilməklə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə elektron baza məlumatlarına əsasən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının və X7 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsinin üst-üstə düşməsi müəyyən edilmişdir.
41. Göründüyü kimi hazırkı mübahisələndirilən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə Şəki İnzibati Məhkəməsi tərəfindən ləğv edildiyindən və həmin qərar hazırda qüvvədə olduğundan hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd edilən Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışı 60 kv.m hissədə ləğv etməkdə haqlı olmamışdır.
42. Bundan başqa məhkəmə kollegiyası “Torpağın mülkiyyətə verilməsinə dair JN- 1372A KOD 40201004 nömrəli Şəhadətnamə”nin ləğv edilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası DƏDRX-nin vermiş olduğu çıxarışa əsasən İddiaçı mülkiyyətində 0,0605 ha torpaq sahəsi vardır. Lakin mülki işə əlavə olunan Azərbaycan Respublikası DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş, Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair yerquruluşu islahat layihəsindən çıxarışdan məlum olur ki, İddiaçı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 300 kv.m hissəsi X10 adına işlənmiş, X6 adına işlənməli olan 260 kv.m torpaq sahəsi isə qeyri-qanuni olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. Həmin çıxarışa əsasən Cavabdeh Məmməd qızının mülkiyyətində 214 kv.m torpaq sahəsi olmuşdur. Mübahisəli torpaq sahəsi isə 60 kv.m-dir.
43. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verillməsinə dair şəhadətnamələrdən X10 0.03 ha, Babazadə Mamed (Məmməd) Mehdi oğlu və ailə üzvlərinin, o cümlədən Babazadə (Babayeva) Rasimənin 0.02 ha həyətyanı torpaq sahələri olduğu məlum olur. Həmin şəhadətnamələrə əsasən, hər iki həyətyanı sahələrin bir hissəsi qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. Əvvəllər Ş.Əlizadənin qanuni istifadəsində olmuş mübahisə obyekti olan giriş yolunun əksər hissəsi Mehdi Babazadənin (qızı Cavabdeh) mülkiyyətinə verilmişdir.
44. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi qismən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış 0,02 ha torpaq sahəsinin 44 kv.m hissəsində ləğv edilməli, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq VÖEN:**********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir.
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi qismən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış 0,02 ha torpaq sahəsinin 44 kv.m hissəsində ləğv edilsin. Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)-13/2009 nömrəli qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq VÖEN:**********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.