Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-800/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair tələbi üzrə (Açar sözlər: aliment miqdarının artırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(051)-417/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 26 sentyabr 2017–ci il tarixdə Ayşə adlı uşağı doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017–ci il tarixli 2(051)–4693/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 26 sentyabr 2017–ci il təvəllüdlü Ayşə adlı uşağın İddiaçı yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının və başqa gəlirlərinin 110 manat miqdarında alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. X5 İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh X5 İstismarı İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə avadanlıqların istismarı və təmiri üzrə çilingər vəzifəsində işçidir və onun vəzifə maaşı 614.40 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 26 sentyabr 2017–ci il təvəllüdlü Ayşə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 16 sentyabr 2016–cı il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 26 sentyabr 2017–ci il tarixdə Ayşə adlı uşağı doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 2(051)- 4693/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh hər ay xx.xx.2017-ci il təvəllüdlü Ayşə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Lakin hazırkı dövrdə hazırkı alimentlı uşağın təminatı üçün çox aşağı məbləğdir. Maddi imkanı olmadığından uşağın digər ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 14 mart 2022-ci il tarixli, 2(051)-417/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 26 sentyabr 2017–ci il təvəllüdlü Ayşə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017–ci il tarixli 2(051)–4693/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər 16 sentyabr 2016–cı il tarixdə rəsmi nikah bağlamış, onların birgə nikahdan 26 sentyabr 2017–ci il tarixdə Ayşə adlı uşağı doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər məhkəmə qaydasında ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017–ci il tarixli qətnaməsi ilə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün aylıq qazancının və başqa gəlirlərinin 110 manat məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. X5 İstismarı İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə avadanlıqların istismarı və təmiri üzrə çilingər vəzifəsində işçidir və onun vəzifə maaşı 614.40 manat təşkil edir. Cavabdeh hər ay qazancından iddiaçıya 110 manat məbləğində aliment ödəyir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 130 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən 110 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün cavabdehin aylıq qazancının dörddə bir hissəsinin miqdarında aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə, “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1 və 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur və dəyişdirilməlidir. Belə ki, hakim cavabdehin X6 İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə avadanlıqların istismarı və təmiri üzrə çilingər vəzifəsində işlədiyini və onun maaşı 614 manat 40 qəpik olduğunu qeyd etsədə, “alimentin miqdarının artırılaraq hər ay uşağ üçün 130 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlməsini” qeyd edir. Halbuki iddiaçını aylıq əmək haqqı 360 manatdır, əlavə olaraq anasının himayəsində yaşayır, cavabdehin Ayşədən başqa digər övladı yoxdur və 2017-ci ildən sonra 110 məbləğində alimenti dəyişdirməklə bağlı məhkəməyə müraciət etməmişdir Hakim qeyd etmişdir ki, aliment təyin edilərkən tərəflərin madi və ailə vəziyyətini, uşağın mənafeyini və uşağın iddiaçının himayəsində yaşamasını və digər halları nəzərə alaraq təyin etmişdir. Maddi vəziyyətə qalanda ümumi birləşdirəndə iddiaçı ilə cavabdehin əmək haqqısı 976,40 manat olduğu halda, iddiaçının himayəsində olduğu uşağa 130 manat aliment təyin edilməsi ədalətsizdir. Belə çıxır ki, Uşaqların bilavasitə saxlaması ilə yanaşı, onun saxlanma xərclərinin çox hissəsinin ananın üzərinə qoyulur. Bu isə yolverilməzdir. Hakim Ailə Məcəlləsinin 112.1 maddəsini tətbiq etsə də cavabdehin 2017-ci ildən əmək haqqının 2 dəfə artırılmasını və AR 2022-ci il üçün yaşayış minumumu haqqında“ Qanunun tələblərinə uyğun olaraq AR 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə 193 (yüz doxsan üç) manat olmasını nəzərə almamışdır. Hakim qeyd etmişdir ki, alimentin 130 manatdan artıq təyin edilməsi cavabdehi əlverişsiz vəziyyətə sala bilər. Lakin alimentin aşağı olması iddiaçını maddi durumunun pis olmasını qeyd etmir. Cavabdehin alimentin 193 manat təyin edilməsi müəyyən olunsa ona yaşaması üçün əlavə 421 manat qalır. Hakim qeyd edir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini sübuta yetirə bilməmişdir. Cavabdehin əmək haqqını 614 manat olması onun yüksək əmək haqqı almasını sübut edir. Respublika üzrə minimum əmək haqqı 300 manatdır. Məhkəmə təcrübəsində bir uşağ üçün işləməyənlərə 150 manat təyin olunan halda 614 manat əmək haqqı alan cavabdehdən tutulan alimentin miqdarı 130 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsnin dəyişdirilməsini, iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat məbləğində aliment uşağın normal saxlanılması üçün kifayət etmir. İddiaçı özü işləsə də, əmək haqqısı kifayər qədər çox deyil. Hesab edir ki, iddiaçının əmək haqqı alması cavabdehi uşağını saxlamaqdan azad etməməlidir. Ona görə də apellyasiya şikayətinin təmin olunraq, alimentin artırılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, müəyyən edilmiş alimenti ödəyə bilər, lakin artırılacağı təqdirdə ödəyə bilməyəcəkdir. Ona görə də o, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(051)-417/2022 nömrəli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(051)- 417/2022 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən tərəflər arasındakı qarşılıqlı münasibətə, uşaqların azyaşlı olmaqla ananın himayəsində olmasına, eləcə də uşaqlar üçün yaşayış minimumunun məbləğinə xüsusi diqqət yetirməmişdir. Cavabdehin məhkəmə iclasında qeyd etdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin izahatında qeyd etdiyi dəlillər, o cümlədən ikinci dəfə ailə həyatı qurması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi 26 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarını 130 manat müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş 130 manat məbləğində aliment, uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də kifayət qədər yetərli sayıla bilməz. Belə ki, iş materialları ilə sübut olunur ki, Cavabdeh rəsmi qaydada işləməklə aylıq 614 manat məbləğində aylıq əmək haqqı alır. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. X5 İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh X5 İstismarı İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə avadanlıqların istismarı və təmiri üzrə çilingər vəzifəsində işçidir və onun vəzifə maaşı 614.40 manat təşkil edir.Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği cavabdehin qazancının dörddə bir hissəsindən də az edir. (614:4=153.5). Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və Cavabdeh tutulacaq alimentin məbləği 150 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(051)- 417/2022 nömrəli qətnaməsi alimentin məbləğinə münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(051)-417/2022 nömrəli qətnaməsi “Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-800/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-800/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver