Məhkəmə qərarları › İş №2(107)-801/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-801/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-801/2020 12.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Mahmudov Ayaz Akif oğlundan ibаrət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)- 995/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(046)-995/2018 nömrəli qətnaməsi ilə (hakim Z.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasının rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid olunması, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi və 9500 (doqquz min beş yüz) manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 9530 (doqquz min beş yüz otuz) manat İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 19525 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla, eləcə dövlət rüsumu hesabına ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək öz izahatında bildirmişdir ki, 2008-ci ilin əvvəllərində tanışı X9 ilə görüşərək şərikli məhsul toplayaraq Rusiya Federasiyasına göndərmək qərarına gəlmişlər. Bununla əlaqədar B.Məmmədov ona 27500 ABŞ dolları pul vermişdir. O, həmin pula Göyçay və ətraf rayondan xurma və nar məhsulları alaraq Rusiya Federasiyasında onların satışı ilə məşğul olan Cavabdeh göndərmişdir. Bundan əlavə o, özünün pulu ilə əlavə olaraq məhsul tədarük edərək cavabdehə göndərmişdir. Məhsul təyinatı üzrə çatandan sonra dəfələrlə cavabdehdən məhsulların satışı ilə maraqlananda o, hər şeyin qaydasında olmasını bildirmiş və yaxın zamanda pul göndəriləcəkdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh pulu qaytarmaqdan yayınır. Cavabdeh onu və X4 aldatdığından və pulu qaytarmaqdan imtina etdiyindən B.Məmmədov ona və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X2 xeyrinə ondan və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Həmin iş üzrə məhkəmə baxışında Cavabdeh B.Məmmədovla şəriki olan ona 27500 ABŞ dolları dəyərində meyvə məhsulu göndərdiklərini, həmin məhsulu satıb pulun ona göndərməli olduğunu, lakin göndərə bilmədiyini, maddi imkanı olan kimi həmin 27500 ABŞ dolları pulu ona göndərəcəyini, eləcə də əlavə olaraq onlara 4000 ABŞ dolları, cəmi 31500 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Həmin məhkəmə aktı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bu qətnamənin icrasından yayındığına görə o və cavabdeh inzibati, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Bu zaman cavabdeh B.Məmmədova cəmi 4500 ABŞ dolları pulu ödəmişdir. Keçən müddətdə cavabdeh ona və B.Məmmədova pul borclu olduğunu, onun ucbatından cavabdeh qismində cəlb edildiyini dəfələrlə bir neçə şəxsin yanında etiraf etmiş, ona və B.Məmmədova pulu qaytaracağını vəd etmiş, bunun sübutu kimi borcdan 4500 ABŞ dolları Bilala qaytarmasıdır. Cavabdeh B.Məmmədova borclu olduqları 23000 ABŞ dolları qaytarmadığından həmin borca görə B.Məmmədov ona və cavabdehə qarşı pul, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbləri ilə məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin olunaraq ondan və Cavabdeh müştərək qaydada 8050 (səkkiz min əlli) ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 (on iki) manat məbləğində pul vəsaiti alınaraq X5 verilməsi qət olunmuşdur. Yuxarıda göstərdiyi əsaslara görə, yəni cavabdehlə müştərək qaydada B.Məmmədova borclu olduğu 23000 ABŞ dolları qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq qaytarmadığından və buna görə də B.Məmmədova əlavə olaraq 8050 ABŞ dolları borclu olduqlarından hesab edir ki, hazırda cavabdehin ona 15525 ABŞ dolları və əlavə olaraq özünə 4000 ABŞ dolları olmaqla cəmi 19525 ABŞ dolları borcu yaranmışdır. O, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, o, həqiqətən cavabdehdən 9500 manat pul almışdır. Lakin həmin pul cavabdehin ona olan borcu olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X3 da təmsil etdiyi şəxsin iddiasını müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və onun təmin olunması, qarşılıqlı iddianı isə qəbul etməyərək rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh da ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək bildirmişdir ki, o, İddiaçı başqa şəxsə çatdırılması məqsədilə 9500 manat pul vermişdir. Lakin, cavabdeh İddiaçı verdiyi 9500 manat məbləğində pulu həmin şəxsə çatdırmamış, etibarından sui-istifadə edərək mənimsəmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi, eyni zamanda vəkili X7 da təmsil etdiyi şəxsin iddiasını müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və onun təmin olunması, ilkin iddianı isə qəbul etməyərək rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, polis şöbəsində verdiyi izahatı dəqiq xatırlamır. SalmanovRacAğaismayıloğlununİddiaçınaMırtı kəndsakinlərinə qaytarmaq üçün 9500 manatpulverməsiniCavabdeh özü onademişdir. Mırtı kənd sakinlərinə həmin pul verilməmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(046)-995/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 251/2019 nömrəli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(046)- 995/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-251/2019 nömrəli qətnaməsindan kassasiya şikayəti verimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4525/2019 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-251/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2641/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-995/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilərək Cavabdeh 4000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə hesablanmaqla və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi alınıb İddiaçı verilməsi, ilkin iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh və vəkili X1 Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabre 2019-cu il tarixli 2(107)- 2641/2019 nömrəli qətnaməsindan kassasiya şikayəti verimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-433/2020 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2641/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə cavabdehin kassasiya şikayətinəəsasən mübahisələndirilən qalan hissədə, yəni ilkin iddia tələbinin təmin edilərək Cavabdeh 4000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə hesablanmaqla və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin alınıb İddiaçı verilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, 2008-ci ilin əvvəllərində tanışı X9 ilə görüşərək şərikli məhsul toplayaraq Rusiya Federasıyasına göndərmək qərarına gəlmişlər. Bununla əlaqədar B.Məmmədov ona 27500 ABŞ dolları pul vermişdir. O, həmin pula Göyçay və ətraf rayonlardan xurma və nar məhsulları alaraq Rusiya Federasiyasında onların satışı ilə məşğul olan Cavabdeh göndərmişdir. Bundan əlavə o, özünün pulu ilə əlavə olaraq məhsul tədarük edərək cavabdehə göndərmişdir. Məhsul təyinatı üzrə çatandan sonra dəfələrlə cavabdehdən məhsulların satışı ilə maraqlananda o, hər şeyin qaydasında olmasını bildirmiş və yaxın zamanda pul göndəriləcəkdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh pulu qaytarmaqdan yayınır. Cavabdeh onu və X4 aldatdığından və pulu qaytarmaqdan imtina etdiyindən B.Məmmədov ona və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X2 xeyrinə ondan və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Həmin iş üzrə məhkəmə baxışında Cavabdeh B.Məmmədovla şəriki olan ona 27500 ABŞ dolları dəyərində meyvə məhsulu göndərdiklərini, həmin məhsulu satıb pulun ona göndərməli olduğunu, lakin göndərə bilmədiyini, maddi imkanı olan kimi həmin 27500 ABŞ dolları pulu ona göndərəcəyini, eləcə də əlavə olaraq onlara 4000 ABŞ dolları, cəmi 31500 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Həmin məhkəmə aktı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bu qətnamənin icrasından yayındığına görə o və cavabdeh inzibati, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Bu zaman cavabdeh B.Məmmədova cəmi 4500 ABŞ dolları pulu ödəmişdir. Keçən müddətdə cavabdeh ona və B.Məmmədova pul borclu olduğunu, onun ucbatından cavabdeh qismində cəlb edildiyini dəfələrlə bir neçə şəxsin yanında etiraf etmiş, ona və B.Məmmədova pulu qaytaracağını vəd etmiş, bunun sübutu kimi borcdan 4500 ABŞ dolları Bilala qaytarmasıdır. Cavabdeh B.Məmmədova borclu olduqları 23000 ABŞ dolları qaytarmadığından həmin borca görə B.Məmmədov ona və cavabdehə qarşı pul, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbləri ilə məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin olunaraq ondan və Cavabdeh müştərək qaydada 8050 (səkkiz min əlli) ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 (on iki) manat məbləğində pul vəsaiti alınaraq X5 verilməsi qət olunmuşdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-995/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-995/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və onun gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsinin (bundansonra mətndə MPM-in) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X6 xx.xx.2016-cı ildə Göyçay rayon polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, “X17 Mırtı kənd sakinlərinə qaytarmaq üçün verəcəyi 9500 manat pulu ondan götürüb, lakin nə bizə, nədəki borclu olduqları Mırtı kənd sakinlərinə həmin pulu verməmişdir.” Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, polis şöbəsində verdiyi izahatı dəqiq xatırlamır. Cavabdeh İddiaçı Mırtı kənd sakinlərinə qaytarmaq üçün 9500 manat pul verməsini Cavabdeh özü ona demişdir. Mırtı kənd sakinlərinə həmin pul verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-433/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 2641/2019 nömrəli qətnaməsi qismən ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, məhkəmə bu hissədə işdə olan sübutları ətraflı tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğun olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 9500 manat pul borca götürməsi işdə olan sübutlarla təsdiq edilmir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddianı təmin edərkən ziddiyyətli şahid ifadələrinəəsaslanmışdır. İddiaçı cavabdehdən borc deyil, ona olan borcun əvəzi olaraq həmin pulu qəbul etdiyini bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən 9500 manat pul almasına dair cavabdehin istinad etdiyi sübutların mötəbər deyildir, yalnız qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin məbləği aldığını etiraf etməsinə istinad olunmuşdur. Halbuki, İddiaçı həmin məbləğin ona borc kimi verilməsini qəbul etməmişdir. Belə olan halda, həmin məbləğin nə vaxt, hansı şərtlərlə borc verilməsi halını sübut etmək yükü qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşsə də, bu barədə işdə mötəbər sübutlar müəyyən etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehdən 9500 manat pul almasını etiraf etmişdir. Bu hal qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin sübut etmə yükündən azad edir. Belə ki, MPM-in 106.3-cü maddəsinəəsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı həmin pulun ona borc kimi verilmədiyini qeyd etmişdir. Bu hal, yəni qarşılıqlı iddiaçının tələb etdiyi pulun cavabdehdən tələb etməsinə və bu hissədə iddia tələbinin rədd edilməsinəəsas vermir. Qarşılıqlı iddiaçı tələbində göstərmişdir ki, o, Göyçay rayonu Mırtı kənd sakinlərindən aldığı məhsulların dəyərini ödəmək üçün pulu İddiaçı vermiş, lakin sonuncu kənd sakinlərinə həmin pulu verməmişdir. Göründüyü kimi, qarşıqlı iddiaçını iddia tələbinin faktiki əsasını ümumiyyətlə borc münasibətləri təşkil etmir. Apelyasiya instansiyası məhkəməsi isə verilmiş pulun borc kimi alınmaması əsası ilə qarşılıqlı iddia tələbini rədd etməklə iş üzrə bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılqlı iddiaçı Cavabdeh borclu olduğu digər şəxslərə ödənilməsi üçün ona verdiyi pulu təyinatı üzrə çatdırmadan mənimsəməklə Cavabdeh hesabına əsassız varlanmışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə qanuni vəəsaslı sayıla bilməz. Ona görə də qətnamə, həmin hissədə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinəəlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. ” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-433/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 2641/2019 nömrəli qətnaməsi tam yox, qismən- yəni 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərildiyindən, işə yalnız həmin hissədə baxılaraq nəticə verilməlidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Birinci instansiya məhkəməsi 9500 (doqquz min beş yüz) manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 9530 (doqquz min beş yüz otuz) manatın İddiaçı alınıb Cavabdeh verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-in 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-433/2020 nömrəli qərarında şərh edilən göstərişləri nəzərə alaraq, işin həqiqi hallarını yuxarıda istinad edilən qanunvericilik normalarının işığında araşdıraraq bunları qeyd etməyi zəruri hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehdən 9500 manat pul almasını etiraf etmişdir. Bu hal qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin sübut etmə yükündən azad edir. Qarşılıqlı iddiaçı tələbində göstərmişdir ki, o, Göyçay rayonu Mırtı kənd sakinlərindən aldığı məhsulların dəyərini ödəmək üçün pulu İddiaçı vermiş, lakin sonuncu kənd sakinlərinə həmin pulu verməmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçını iddia tələbinin faktiki əsasını ümumiyyətlə borc münasibətləri təşkil etmir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılqlı iddiaçı Cavabdeh borclu olduğu digər şəxslərə ödənilməsi üçün ona verdiyi pulu təyinatı üzrə çatdırmadan mənimsəməklə Cavabdeh hesabına əsassız varlanmışdır. Digər tərfdən cavabdeh İddiaçı 9500 manat pulun Cavabdeh ona olan borcundan verdiyini qeyd etsədə, bu halların təsdiqi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Elcədə İddiaçı Göyçay Rayon Məhkəməsinə təqdim etdiyi idia ərizəsində də Cavabdeh ona olan borcundan 9500 manat verdiyini qeyd etməmiş, yalnız ona qarşı qarşılıqlı iddia verildikdən sonra 9500 manat pulun Cavabdeh ona olan borcundan verdiyini göstərmişdir. Bu baxımdan da kollegiya İddiaçı 9500 manat pulun Cavabdeh ona olan borcundan verməsi ilə bağlı izahatını işin gerçək hallarına uyğun olmayan qeyri-səmimi izahat kimi dəyərləndirir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, Cavabdeh öz əmlakından faktiki olaraq məhrum olunmuş, İddiaçı isə Cavabdeh hesabına əsassız varlanmışdır. Buna görə də 9500 manat məbləğində pul İddiaçı alınıb Cavabdeh verilməlidir. İddiaçı aldığı 9500 manat pulun Cavabdeh ona olan borcu olmasını bildirsə də, bu fakt məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, ilkin iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-995/2018 nömrəli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, 9500 (doqquz min beş yüz) manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 9530 (doqquz min beş yüz otuz) manat İddiaçı alınıb Cavabdeh verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlki iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-995/2018 saylı qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. 9500 (doqquz min beş yüz) manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 9530 (doqquz min beş yüz otuz) manat İddiaçı alınıb Cavabdeh verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar