Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-802/2025 04.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, ləğv, icraata qəbul) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-556/2025 saylı, 09 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(046)- 556/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat pul və dövlət rüsumu üçün ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 saylı qətnaməsindən apellyasiya şikayəti müddətinin bərpa edilməsi barədə ərizəsi 30 may 2025-ci il tarixdə məhkəməyə elektron qaydada daxil olmuşdur. Göyçay Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)- 556/2025 saylı, 09 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət vermiş, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(046)- 556/2025 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 il tarixli qətnaməsi sifarişli-xəbərnaməli poçt göndərişi ilə cavabdehin nümayəndəsi Nümayəndə göndərilmiş, cavabdehin nümayəndəsi şəxsən “Leyla” adı qeyd ilə xəbərnaməyə imza etməklə xx.xx.2025-ci il tarixdə almışdır. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin nümayəndəsi Nümayəndə 29 may 2025-ci il tarixində E-kabinet vasitəsilə elektron qaydada apellyasiya şikayəti vermək istəmiş, lakin Elektron Məhkəmə İnformasiya Sistemində baş vermiş texniki nasazlıqlar səbəbindən şikayətin göndərilməsi mümkün olmamış və əməliyyatın uğursuz olduğu qeyd edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti, eyni zamanda müddətinin bərpa edilməsi barədə ərizəsi 30 may 2025-ci il tarixdə məhkəməyə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, məhkəməyə şikayət verilməsi üçün müddətlərin axımının müvafiq məhkəməyə müraciətin edilməsi ilə dayanması qaydası da istisna edilmir. Belə bir tənzimetmənin də qanunverici orqan tərəfindən müəyyən edilməsi fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnun real təmin edilməsi baxımından məqbul hesab oluna bilər.” Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında kassasiya şikayəti ilə bağlı göstərilənlər analoji qaydada apellyasiya şikayətlərinə də tətbiq oluna bilər. Kollegiya qeyd edir ki, hazırki işdə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsinə cəhd olunmasını, lakin Elektron Məhkəmə İnformasiya Sistemində baş vermiş texniki nasazlıqlar səbəbindən cavabdehin nümayəndəsinin təqsiri olmadan şikayətin göndərilməsinin mümkün olmamasını nəzərə almadan birinci instansiya məhkəməsi düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermə müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qərardadı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2(046)-556/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-802/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-802/2025
04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver