Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-806/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi və cavabdeh X7 iştirakı ilə İddiaçı cavabdeh X9 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)- 198/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 uşaqları - xx xxxxx 2010-cu il təvəllüdlü X5 və xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxx 2021-ci il tarixli, 2(075)- 198/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X5 və xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 olmaqla, cəmi 240 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, X4 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X3 Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-198/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxxx 2008ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahları pozulmuş, onların birgə nikahdan olan uşaqları - xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X5 və xx xxxxx 2010-cu il təvəllüdlü X2 onun yanında saxlanılmış X1 və X2 yetkinlik yaşına çatanadək saxlanımalan üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat alimentin tutularaq ona verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Bildirmişdir ki, uşaqları əkiz doğulmuşdur. Hər uşağa görə 60 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü-gündən övladlarının tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, onlara pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikahı pozulduqdan sonra o yeni ailə həyatı qurmuşdur. Hazırda həmin ailəsi ilə, yəni həyat yoldaşı X10 və övladı X8 ilə birgə Şəki şəhəri, Pişnamazzadə küçəsi, 7 ünvanında yaşayır. Bu fakta dair məhəllə nümayəndəliyinin arayışını məhkəməyə təqdim etmişdir. Oğlu Miradil doğulandan xəstə hesab olunur və o, spastik kvadroplegik serebral iflic diaqnozu ilə mütəmadi olaraq nevroloji müalicələrə cəlb olunur. Bu barədə müvafiq tibb müəssisəsinin arayışını da məhkəməyə təqdim etmişdir. Qeyd edir ki, onun da səhhətində ciddi problemlər var. Bu səbəbdən fiziki aktivliyi məhduddur və normal əmək fəaliyyəti göstərmək iqtidarında deyil. Belə ki, fəqərəarası diskin arxa sağ foraminal ekstruziyası diaqnozu ilə interlaminar mikrodiskektomiya cərrahi əməliyyatı keçirmiş və əməliyyatdan sonra cərrah nəzarəti altında mütəmadi ambulator müalicələrə cəlb olunmuşdur. Buna dair müvafiq epikriz iş materiallarına əlavə edilmişdir. Heç yerdə işləmir. Məhdud fiziki imkanları normal qazanc əldə etməyinə əngəl yaradır. Həm özünün, həm də 4 yaşlı oğlunun səhhətində olan problemlər ailəsini daim maddi sıxıntılarla üz-üzə qoyur. Ehtiyaclarının qanunla müəyyən olunmuş yaşayış minimumu səviyyəsində belə qarşılamağa imkanları çatmır. İddiaçı isə hər ay ondan 500 manat pul tələb etməklə nəinki uşaqları saxlamaq vəzifəsini tam olaraq onun üzərinə qoymağa səy göstərir, hətta öz ehtiyaclarını da onun hesabına qarşılamaq məqsədini güdür. O, uşaqların saxlanması üçün imkanları daxilində aliment ödəyir. Bundan artığına gücü çatmır. Yuxarıda qeyd etdiyi kimi, xəstədir, qazancı yoxdur. Himayəsində serebral iflicdən əziyyət çəkən uşaq var. Birinci instansiya məhkəməsindən bütün bu diqqətəlayiq halları nəzərə almağı və qərar qəbul edərkən ədalətli balans prinsipini rəhbər tutmağı xahiş etmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bu məqamları diqqətəlayiq hal kimi qiymətləndirməmiş və alimentin məbləğini artıraraq onu icra etmək iqtidarında olmadığı öhdəliklə yükləmişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-198/2021 saylı qətnaməsini tamamilə ləğv edərək, həmin məhkəmənin xx xxxxxx 2013-cü il tarixli, 2 (075)-1438/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o cavabdehdən boşandıqdan sonra ikinci dəfə ailə qurmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkir. İddiaçı da uşaqlara baxmağa borcludur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və hər ay hər uşaq üçün 90-100 manat civarında aliment müəyyən edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətidən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2008-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X5 və X2 anaları İddiaçı anaları İddiaçı yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat alimentin tutularaq İddiaçı verilməsi alimetin tutulmasının əvvəlinin xx xxxxxx 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdırAzərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Beləliklə işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-1438/2013 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2008-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqlarıxx xxxxx 2010-cu il tarixdə anadan olmuş X5 və X2 anaları İddiaçı yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat alimentin tutularaq İddiaçı verilməsi alimetin tutulmasının əvvəlinin xx xxxxxx 2013-cü il tarixdən hesablanması qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağının tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə ikinci dəfə nikah girərək ailə qurmasını, həmin nikahdan da bir uşağının olmasını, həmin uşağın da iflic omasını, özünün də xəstə olmasını və hər hansı işlə məşğul olmamasını bildirmiş, lakin ikinci dəfə rəsmi nikah qeyd etdirməsi və həmin nikahdan da uşağının olması barədə həm birinci instansiya məhkəməsinə, həm də Apellyasiya Məhkəməsinə hər hansı rəsmi sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri və əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun heç bir yerdə işləməməsi və normal qazancının olmaması ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu (500-120=380x12=4560) 2000 manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-198/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-806/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-806/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver