Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-807/2025 27.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyana görə pul” tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(051)-361/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyan kimi 150000 manat, maddi ziyan kimi 15000 manat, vəkilə ödənilən 300 manat pulun, cəmi 165300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun və X3 haqqında xx.xx.2021-ci il tarixdə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona görə ki, guya o, X6 ilə əvvəlcədən razılaşıb qanunsuz olaraq psixotrop maddələri, eləcədə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, daşıma və satma barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Samir Məmmədovun 2019-cu ilin təxminən dekabr ayının əvvəllərində istintaqa məlumolmayan mənbədən və şəraitdə təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 2 ədəd kasetdə ümumi 9 ampul psixotrop maddə «Relanium...Diazepamum 2 ml-lik» 4 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks...Diazepam 2 ml-lşk» 1 ədəd blisterdə 10 ədəd tablet psixotrop maddə «Phenobabital 100» dərman preparatlarını, eləcə də külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə 100 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Actopentin...Gabarentin 300 mql», külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə 50 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Sirentin...Gabarentin...300 mql» dərman preparatlarını satış məqsədi ilə əldə edib arvadı X1 olmaqla fəaliyyətinə özünün gündəlik nəzarət etdiyi ünvan 1 ünvanında yerləşən «Sübhan» adlı aptekə daşımış, qeyri-rəsmi əczaçı işləyən Rəşad ilə birlikdə aptekin ayrıayrı yerlərində gizlədib saxlamış, xx.xx.2019-cu ildə DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həmin maddələr aptekdə aşkar edilib götürülmüşdür. Həmin ittihamla o xx.xx.2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş və sonradan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun haqqında olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsində uzun müddət ərzində işə baxılıb araşdırma aparılmış və tamamilə qanunsuz və əsassız olaraq ona həmin cinayəti törətməkdə təqsirli bilinib 05 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, davranışının üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün icrasının Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılması barədə 30 iyul 2021-ci il tarixli hökm çıxarılmışdır. Hökmdə üzərinə müəyyən məhdudiyyətlər qoyulması qeyd edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və digər təqsirləndirilən şəxsin müdafiəçilərinin verdiyi apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işə baxılmış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli 1(107)-10/2022 nömrəli qərarı ilə apellyasiya protesti və şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və S.Məmmədovun müdafiəçilərinin verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, Kollegiyanın xx.xx.2022-ci il tarixli 1(102)1272/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli 1(107)- 13/2023 nömrəli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Digər təqsirləndirilən şəxsin haqqında ittihamedici hökm çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və S.Məmmədovun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, Kollegiyanın xx.xx.2023-cü il tarixli 1(102)1349/2023 nömrəli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Cinayət məsuliyyətinə cəlb olunmağı, 1 il 7 ay 25 gün həbsdə qalmağı və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətimi ləkələyən informasiyalar yayılmışdır. Bundan başqa o, qeyd edilən aptekə əczaçı kimi işə qəbul olunmuşdur. Hadisə ilk iş günündə baş vermiş, bu səbəbdən əmək müqaviləsini rəsmiləşdirə bilməmişlər. Razılaşmalarına əsasən hər ay ona 350 manat əmək haqqı veriləcəkdi. Respublikada minimum əmək haqqının da məbləği 350 manata yaxındır. Lakin həbs olunmaqla və barəsində 3 il 9 ay müddətində cinayət təqibi aparıldığından işləyə bilməmiş və gəlir əldə etməkdən məhrum olmuşdur. Bu hesabla ona minimum həddə hesablama aparmaqla 15.000 manat maddi ziyan dəymişdir. Eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 300 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirmişdir. Ona görə də ona dəymiş mənəvi ziyan kimi 150.000 manat, maddi ziyan kimi 15.000 manat, vəkilə ödənilən xərc 300 manat ağlabatan və ədalətli hesab edilib cavabdehdən tutulub ona ödənilməlidir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdehin nümayəndəsi məhkəməyə iddiаyа еtirаz göndərərək göstərmişdir ki, əmək haqqına görə kompensasiya tələb edilərkən aylıq gəlirlə bağlı təsdiqedici sübutlar təqdim edilməli, xərclər əsaslandırılmalıdır. Yəni vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 izahat verərək, iddianın əsassız olduğunu, tələbin təmin edilməməsini xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-cü il tarixli, 2(051)-361/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva), iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi ziyana görə dövlət büdcəsinin vəsaiti hesabına 19000 (on doqquz min) manat və vəkilə ödədiyi 300 (üç yüz) manat, cəmi 19300 (on doqquz min üç yüz) manat məbləğində pul ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə DİN-nin BMCMİ tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(091)-21/2021 saylı hökmünə əsasən İddiaçı CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək CM-nin 234.4.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-13/2023 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1349/2023 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. İddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçı 15 dekabr 2019-cu il tarixdən etibarən 30 iyul 2021-ci il tarixədək 2 saylı İstintaq Təcridxanasında qanunsuz saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli 1(107)-13/2023 nömrəli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdi ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 7 ay 15 gün müddətinə azadlıq hüququndan məhrum edilməsinə görə ziyanın məbləği 19.000 manat (bir ay üzrə 1000 manat x 19 ay) məbləğində müəyyən olunmalıdır. Belə ki, iddiaçı 1 il 7 ay 15 gün müddətində, yəni 15 dekabr 2019-cu il tarixdən 30 iyul 2021-ci il tarixə kimi qanunsuz azadlıqdan məhrum edilmişdir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 19000 (on doqquz min) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.
9. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Eyni zamanda cavabdehin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.
10. Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ona 15000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.
11. İddia tələbinin hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, vəkilə həmin məbləğin ödənilməsi barədə qəbz təqdim edildiyindən vəkilin göstərdiyi yardıma görə göstərilən məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
12. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası qismən təmin edilməli və iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərə görə 19000 manat və vəkilə ödənilən 300 manat məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 43.3, 1101.1, 1101.2, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56, 56.0.1, 57.1, 58.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 121.1, 217.1 və 217.3 maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri 14.Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi аpellyаsiyа şikаyəti vermişlər. 15.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(051)-361/2025 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə təqdim olunmuş sübutlar əsasında deyil, hakimin özünün hesablamaları və mülahizələri əsasında çıxarılmışdır.
16. İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində onun və digər şəxs X3 barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş və uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o, AzərbaycanRespublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona görə ki, guya Samir Məmmədovla əvvəlcədən razılaşıb qanunsuz olaraq psixotrop maddələri, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, daşıma və satma barədə cinayət əlaqəsinə girərək Samir Məmmədovun 2019-cu ilin təxminən dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən və şəraitdə psixotrop maddə olan dərman preparatlarını və külli miqdarda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatını satış məqsədi ilə əldə edib arvadı Səadət Babayevanın sahibi olmaqla fəaliyyətinə özünün nəzarət etdiyi“Sübhan” adlı aptekə daşımış, qeyri-rəsmi əczaçı işləyən Rəşad (yəni o, ) ilə birlikdə aptekin ayrı-ayrı yerlərində gizlədib saxlamış, xx.xx.2019-cu ildə DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həmin maddələr aptekdə aşkar edilib götürülmüşdür. Həmin ittihamla o, xx.xx.2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, sonradan barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 17.Bundan sonra işə Şəki Ağır Cinayətlər Məhkəməsində uzun müddət ərzində baxılıb araşdırma aparılmış və tamamilə qanunsuz və əsassız olaraq o, təqsirli bilinib 05 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli hökm çıxarılmışdır. Həmin hökmlə sınaq müddətində ona müəyyən məhdudiyyətlər qoyulmuşdur. Bundan sonra iş apellyasiya protesti və apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya məhkəməsində baxılmış və Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Kassasiya protesti və kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası işə baxaraq xx.xx.2022-ciil tarixli qərarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən qərarını ləğv etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Şəki ACM-nin hökmü ləğv edilərək ona bəraət verilmişdir. Kassasiya protestinə əsasən işə yenidən Ali Məhkəmənin Cinayət Kollegiyasında baxılmış, xx.xx.2023-cü il tarixli qərarla protest təmin olunmamışdır.
18. Beləliklə, 1 il 7 ay 25 gün həbsdə qalmış, eləcə də 1 il 6 ay 15 gün şərti cəzada qalmışdır. Şərti cəza müddətində də uzun müddət məhkəmələrin təyin etdiyi proseslərə gedib-gəlmiş, iş tapa bilməmiş, hara müraciət etsə də, barəsində şərti cəza təyin olunduğundan heç bir yerdə ona iş verməmişlər.
19. Cinayət məsuliyyətinə cəlb olunmağı, həbsdə qalmağı, şərti cəza dövründə müəyyən məhdudiyyətlər altında yaşamağı və uzun müdət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır.
20. Beləliklə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və mənəvi sarsıntı keçirmişdir. 21.Məhkəmə faktiki olaraq bu xüsusda araşdırma aparsa da, iddiasının maddi ziyan tələbi hissəsini təmin etməmiş, mənəvi ziyan tələbini isə xeyli az məbləğdə təmin etmişdir ki, bunu da ədalətli hesab etmək olmaz.
22. Beləliklə hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın tam məbləğdə təmin olunması haqqında yeni qətnamə çıxarılmalıdır.
23. Məhkəmə ona olan haqsızlığı təsdiq etsə də, iddianın nəyə görə az məbləğdə təmin edilməsinin səbəblərini əsaslandırmamışdır. Qətnamədə qeyd edilir ki, iddiaçı ona 15000 manat ziyan vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmənin qeyd etdiyi tamamilə əsassızdır. İşin hallarından görünür ki, 3 il 9 ay müddətində barəsində cinayət təqibi aparılmışdır. Ondan 1 il 7 ay 25 gün həbsdə qalmışdır. Bu müddətdə işləyib ailəsinə qazanc gətirə bilməmişdir. Əgər həbsdə olmasa idi, yaxud buraxıldıqdan sonra şərt icəza təyin edilməsə idi, işləyərdi və ən aşağısı minimum əmək haqqı miqdarında qazancı olardı. Onu aptekə işə götürmüşdülər və aylıq əmək haqqı veriləcəkdi. Hələ işə qəbul rəsmiləşdirilənə kimi aptekə gəlib işlə tanış olduğu müddətdə (cəmi 4 saat aptekdə olmuşdur) bu hadisə baş vermişdir.
24. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)- 361/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hesab edirlər ki, həmin qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir.
26. Belə ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası(konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşıreqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 11500 (on bir min beş yüz) manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Hesab edir ki, Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 19300 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. 27.Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
28. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında”Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir. 29.Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)- 361/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi Vəkil məhkəmə kollegiyasına göndərdiyi ərizəsində işə iştirakları olmadan baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Maddə 7 1 .İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin.
34. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 56 və 56.0.2. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 35.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 5.1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 5.5.Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.
36.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolu Maddə 3. Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əvf edildikdə, habelə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövtətin qanuna və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
37. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.5. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli Qərarı: “..Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, xx.xx.2008-ci il tarixli Qərarı: “...İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41- ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...”
40. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndi: Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
42. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)- 361/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən, təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
48. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
49. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. 51.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 52.İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərlə bağlıdır.
53. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları nəticəsində 1 (bir) il 7 (yeddi) ay 15 (on beş) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 150 000 (yüz əlli min) manat miqdarında kompensasiyanın və qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə gəlir əldə etməkdən məhrum olduğu üçün maddi zərərə görə 15000 (on beş min) manat məbləğində pulun, eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün ödədiyi 300 (üç yüz) manat məbləğində pulun dövlət büdcəsindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
54. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, yəni iddiasının tam təmin edilməsini tələb edir. Cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə cavabdeh iddia tələbinin rədd edilməsini tələb edir.
55. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olmuşdur.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Cinayət, habelə hakimiyyətdən sui- istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
57. Kollegiya xüsusilə vurğulayır ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqlarının real mahiyyəti heçə enir və həmin hüquqlar deklarativ xarakter daşıyır.
58. Azadlıq hüququ həm də onunla şərtlənir ki, onun pozulması həmin şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
59. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. 60.İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
61. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. 62.Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsinin 4cü bəndinə əsasən tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
63. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ona ödənilməsi hüququ vardır.
64. Nəzərə alınmalıdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmununa əsasən, şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.
65. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs, CPM-nin 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-nin 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər.
66. Bundan başqa, Avropa Konvensiyası 5.5-ci maddəsinə əsasən, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.
67. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əvf edildikdə, habelə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövtətin qanuna və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
68. Göründüyü kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndi və 7 saylı Protokolun 3-cü maddəsi də tələb edir ki, dövlət maddi hüquq normaları pozulmuş şəxsə kompensasiya verilməsi üçün öz ölkəsində tədbirlər görsün. Bununla bağlı kompensasiya almaq hüququ həm maddi, həm də mənəvi zərəri əhatə edir.
69. “X5rşı işdə” İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirdi ki, yalnız azadlıqdan məhrum etmə dövlətdaxili qanunvericiliyə görə qanunsuz sayıldığı halda ərizəçilər 5-ci bəndə əsasən komensasiya almaq hüququna malik olacaqlar. Məhkəmə qeyd etdi ki, 5-ci bəndi tətbiq etmənin mümkünlüyünün bu cür şərhi bu bəndin predmetinə və məqsədinə cavab vermir, çünki onun formulundan aydın görünür ki, kompensasiya o hallarda verilməlidir ki, həbs və ya tutma «bu maddənin müddəaları pozulmaqla» həyata keçirilmiş olsun. Məhkəmə sonda bu nəticəyə gəldi ki, ərizəçilər dövlətdaxili hüquqa görə qanuni qaydada tutularaq həbs edilsələr də, bu, 5-ci maddənin 3-cü bəndi pozulmaqla baş verib. Dövlətdaxili qanunvericilik maddi müddəanın pozulduğu müəyyən edildikdə kompensasiya almaq hüququnu nəzərdə tutmadığına görə, burada həm də 5-ci maddənin 5-ci bəndi pozulub.
70. İddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum olunması işin mübahisəsiz hallarıdır.
71. Belə ki, İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə DİN-nin BMCMİ tərəfindən şübhəli şəxs qismində tutulmuş və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(091)-21/2021 saylı hökmünə əsasən İddiaçı CMnin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək CM-nin 234.4.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)- 13/2023 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)- 1349/2023 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qərara alınmışdır.
72. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına görə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi barədə arqumentlərini əsaslı hesab edir. Belə ki, iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşmüş, şəxsin barəsində mənfi fikir formalaşmış, habelə onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr yaranmasına səbəb olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarında qeyd olunmuşdur ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
73. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş 19000 manat vəsait iddiaçının keçirtdiyi mənəvi iztirab və sarsıntıların həcmi və xarakteri baxımından cinayət prosesini həyata keçirən orqanın və məhkəmənin qanunsuz hərəkətlərinin adekvat və effektiv şəkildə aradan qaldırılması baxımından məqsədəmüvafiqdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənəvi zərər əvəzində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 19000 manat alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
74. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi ziyan dəydiyi və bu ziyanın əvəzinin ödənilməli olması barədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir.
75. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
76. Göründüyü kimi, mübahisəyə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddiaçının qanunsuz həbsdə qalmaqla mənəvi iztirab çəkməsini, bu halda şəxsə vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməli olmasını, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Maliyyə Nazirliyi olduğunu nəzərə alaraq, iddiaçının tələb etdiyi zərərin əvəzini MM-in 1101.1-ci maddəsinə əsasən, cavabdeh təşkilatdan qismən tutmuşdur.
77. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin maddi ziyanla hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticə əsaslıdır və iddiaçı əks nəticəyə gəlinməsini mümkün edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı da bu cür sübutların olması müəyyən olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, o, iş yerini qanunsuz məhkum edilmə ilə bağlı olaraq itirməmiş, əmlakı müsadirə edilməmiş, götürülməmiş və ya üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.
78. Digər tərəfdən, cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilən hal, iddiaçıya vurulmuş ziyana görə məsuliyyətin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üzərinə qoyulmasının əsassızlığıdır.
79. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası Mülki Hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır.
80. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır
81. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
82. “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 75 nömrəli Qərarın 5.1-ci bəndinə əsasən, dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
83. Həmin Qərarın 5.23-cü bəndinə əsasən, dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.
84. Həmin Qərarın 5.40-cı bəndinə əsasən, dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 440 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nda isə (“Büdcə xərclərinin funksional təsnifatı”, “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” bölməsi - 12.9.0) 12.9.0 bölməsinin 222980-ci paraqrafı bilavasitə “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərcləri” nəzərdə tutulmuşdur.
85. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
86. Məhz bu hallar nəzərə alınmaqla, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçıya vurulan ziyanın “Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi”ni qət etmişdir.
87. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.
88. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)-361/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, iddiaçı, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.