Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-808/2025 18.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “İcarə haqqının və digər xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak icarəsi, icarə haqqının və ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 Cababdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının və digər xərclərin ödənilməsi, dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 11800 manat icarə haqqının, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə verilən 1500 manatın, 2105 manat əmlaka vurulan zərərin, 1200 manat torpaq vergisinin, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsinin, 176 manat kommunal xərclərin, cəmi 18205 manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin azaldılması barədə ərizəsi ilə cavabdehdən 5900 manat icarə haqqı, kassa aparatının cəriməsinə və işçilərin əmək haqqından tutulan vergilərə görə 1424 manat vergi borcu, kommunal xərclərə görə 176 manat olmaqla, cəmi 7500 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçının nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin artırılması barədə ərizəsi ilə xx.xx.2025-ci il tarixli ərizəsində göstərdiyi 7500 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Oğuz rayon sakini Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 008 saylı icarə müqaviləsinə görə icarədar İddiaçı MMC Oğuz şəhərindən 1 km aralı, “Oğuz” X8 çayının sahilində yerləşən, 2 hektar sahəsi olan ictimai iaşə kompleksini ( bundan sonra “icarə obyekti”) aylıq haqqı ödənilməklə icarəçinin istifadəsinə vermişdir. Həmin müqavilənin 3.1-ci bəndinə görə icarə obyektinin illik icarə haqqı 15000 manat təşkil edir. Müqavilə 3 il müddətinə, yəni xx.xx.2023cü ildən xx.xx.2026-ci ilədək bağlanmışdır. Həmçinin, 26 аprel 2023-cü ildə icarədar ilə icarəçi arasında “Oğuz” istirahət Mərkəzinin bütün əmlakının təhvil-təslimi haqqında akt tərtib edilmişdir. 2023-cü ilin iyul ayından başlayaraq Cavabdeh “Oğuz” istirahət Mərkəzini icarə ödənişlərini tələb etsə də hər dəfə bəhanə edib ödənişlər etməmişdir. Həmin ilin avqust ayının dövriyyəsi barədə ondan məlumat alanda bildirdi ki, 19 000 manata yaxın yeməkxanadan 4500 manata yaxın kotteclərdən pul mədaxil olmuşdur. Hətta kassa aparatından istifadə etmədiyinə görə vergi işçiləri tərəfindən İddiaçı MMC-yə cərimə yazılmış və bu pulu da o ödəməmişdir. İcarəçi Cavabdeh obyektdən istifadə dövründə öz niyyətini gizlətmək məqsədilə müxtəlif bəhanələrlə icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməkdən boyun qaçırmışdır. 2023-cü ilin aprel ayından 2023-cü ilin oktyabr ayınadək icarəçi Cavabdeh 1 illik icarə haqqı kimi 15000 manat ödəmək əvəzinə yalnız 4200 manat icarə pulu ödəmişdir. İcarəçi Cavabdeh davranışlarında dələduzluq əməlinin olduğuna şübhə edib 2023-cü ilin sentyabr ayının sonundan ondan icarə pulunu tələb etməyə başlamışdır. O, cavabdehdən qalan 11800 manat illik icarə haqqı borcundan əlavə , obyekti vaxtından əvvəl qoyub getdiyi üçün, icarə müqaviləsində (3.2.bəndi) nəzərdə tutulan 1500 (min beş yüz) manatı, vergi və sosial ödənişləri, təhvil götüdüyü əşya və lavazimatların sıradan çıxan hissəsinin pulunu tələb etmişdir Həmçinin, icarə müqaviləsində (3.3-cü bəndi) göstərilən 2 ha torpaq sahəsinin (illik 1200 manat ) icarə haqqını icarəçi - Cavabdeh tələb etmişdir. Lakin, onun icarə müqaviləsinin şərtlərinə zidd olaraq ( müqavilənin 6.1-ci bəndi) 2023-cü ilin avqust ayından etibarən Oğuz rayon sakini X4 (+**********02, FİN :7K424PC) icarə obyektin isənədsiz subicarəyə verdiyini , gələn müştərilərin pulunu onun vasitəsi ilə əldə etməyə başladığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixindən etibarən Cavabdeh bütün nömrələri söndürmüş və bir daha ondan məlumat almaq mümkün olmamışdır, həmçinin icarə obyektini mühafizəsiz qoyub getmişdir. Cavabdehin dələduzluq hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə Oğuz rayon Polis şöbəsində baxılmış və bildirilmişdir ki, məsələyə mülki qydada Məhkəmədə baxılmalıdır. Beləliklə, Cavabdeh etibardan sui-istifadə edib ( 11800 manat icarə haqqını, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə veriləcək 1500 manatı, 2105 manat əmlaka vurulan zərəri, 1200 manat torpaq vergisini, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsi, 176 manat kommunal xərcləri) İddiaçı MMC-yə böyük miqdarda, yəni - 18205 (on altı min dörd yüz on) manat məbləğində vurduğu maddiziyan indiyədək ödənilməmiş qalır. Odur ki, cavabdeh, Cavabdeh 11800 manat icarə haqqını, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə verilən 1500 manatı, 2105 manat əmlaka vurulan zərəri , 1200 manat torpaq vergisini, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsini, 176 manat kommunal xərcləri - 18205 (on səkkiz min iki yüz beş) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, İddiaçı MMC-nin təsisçisidir. MMC ilə Oğuz rayon sakini Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 08 saylı icarə müqaviləsinə görə icarədar İddiaçı MMC Oğuz şəhərindən 1 km aralı, “Oğuz” X8 çayının sahilində yerləşən, 2 hektar sahəsi olan ictimai iaşə kompleksini (“icarə obyekti”) aylıq icarə haqqı ödənilməklə cavabdehin (icarəçi) istifadəsinə vermişdir. Həmin müqavilənin 3.1-ci bəndinə görə icarə obyektinin illik icarə haqqı 15000 manat təşkil edir. Müqavilə 3 il müddətinə, yəni xx.xx.2023-cü ildən xx.xx.2026ci ilədək bağlanmışdır. 26 аprel 2023-cü ildə icarədar ilə icarəçi arasında “Oğuz” İstirahət Mərkəzinin bütün əmlakının təhvil-təslimi haqqında akt tərtib edilmişdir. 2023-cü ilin iyul ayından başlayaraq Cavabdeh “Oğuz” İstirahət Mərkəzinin icarə ödənişlərini tələb etsə də o hər dəfə bəhanə edib ödənişlər etməmişdir. Həmin ilin avqust ayının dövriyyəsi barədə ondan məlumat alanda bildirmişdir ki, 19000 manata yaxın yeməkxanadan, 4500 manata yaxın kotteclərdən pul mədaxil olmuşdur. Hətta kassa aparatından istifadə etmədiyinə görə vergi işçiləri tərəfindən İddiaçı MMC-yə cərimə yazılmış və cavabdeh bu pulu da ödəməmişdir. İcarəçi Cavabdeh obyektdən istifadə dövründə öz niyyətini gizlətmək məqsədilə müxtəlif bəhanələrlə icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməkdən boyun qaçırmışdır. 2023-cü ilin aprel ayından 2023-cü ilin oktyabr ayınadək icarəçi Cavabdeh 1 illik icarə haqqı kimi 15000 manat ödəmək əvəzinə yalnız 4200 manat icarə pulu ödəmişdir. İcarəçi Cavabdeh davranışlarında dələduzluq əməlinin olduğuna şübhə etdiyindən 2023-cü ilin sentyabr ayının sonundan ondan icarə pulunu tələb etməyə başlamışdır. Ondan qalan 11800 manat illik icarə haqqı borcundan əlavə, obyekti vaxtından əvvəl qoyub getdiyi üçün icarə müqaviləsində (3.2.bənd) nəzərdə tutulan 1500 manatı, vergi və sosial ödənişləri, təhvil götürdüyü əşya və ləvazimatların sıradan çıxan hissəsinin pulunu tələb etmişdir. Həmçinin, icarə müqaviləsində (3.3 bənd) göstərilən 2 ha torpaq sahəsinin (illik 1200 manat ) icarə haqqını icarəçi Cavabdeh tələb etmişdir. Onun icarə müqaviləsinin şərtlərinə zidd olaraq (6.1 bənd) icarə obyektini 2023-cü ilin avqust ayından etibarən Oğuz rayon sakini X1 subicarəyə verdiyini, gələn müştərilərin pulunu onun vasitəsi ilə əldə etməyə başladığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh bütün nömrələri söndürmüş və bir daha ondan məlumat almaq mümkün olmamışdır, həmçinin icarə obyektini mühafizəsiz qoyub getmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qaralama kağız sübut sayılmır. Onun dediyi pulu da verdiyini söylədiyi 6600 manatın içində çıxıblar. Cavabdeh təmiri onun pulu ilə edib. Qab-qacaq və yataq dəstlərini də özü alıb cavabdehə verib. Cavabdehin dələduzluq hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə Oğuz rayon Polis şöbəsində baxılmış və mülki qaydada məhkəməyə müraciət hüququ izah edilmişdir. Beləliklə, Cavabdeh tərəfindən 11800 manat icarə haqqı, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə veriləcək 1500 manat, 2105 manat əmlaka vurulan zərər, 1200 manat torpaq vergisi, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsi, 176 manat kommunal xərcləri, yəni 18205 manat məbləğində vurduğu maddi ziyan indiyədək İddiaçı MMC-yə ödənilməmiş qalır. Buna baxmayaraq hazırda bəzi tələblər üzrə sübutların təqdim edilməsinin çətinliyini nəzərə alaraq iddia həçminin azaldılması mövqeyindən yanaşmağı üstün tutur. Belə ki, 1200 manat torpaq vergisi ilə bağlı məbləğ, 2105 manat dəymiş zərər, cavabdehin vaxtından əvvəl müəssisəni qoyub getdiyi üçün mühafizəyə verilən 1500 manat hissədə iddia məbləğini tələb etmir. Cavabdeh İstirahət Mərkəzinin işləmədiyini desə də, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi Mərkəz xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tərəfindən qərarla 1000 manat cərimə edilmişdir, yəni cavabdeh işə götürdüyü işçilərin gəlir vergisini ödəməyib. Həmin məbləğdən 200 manatı xx.xx.2023-cü il tarixdə cavabdeh özü ödəyib. 3-cü rüb üçün əmək haqqı vergiləri ödənilməyib, üzərinə cərimə gəlib. 450 manat sadələşdirilmiş vergi hesablanmış, nəticədə Mərkəzə cəmi 1537,20 manat vergi borcu hesablanmış, həmin borcdan 200 manat ödəniş edilsə də, qalan məbləğə 92,45 manat faiz borcu əlavə edilmiş, hazırda MMC-nin 1429,65 manat vergi borcu mövcuddur. Təqdim edilmiş iki ödəniş qəbzinə əsasən İddiaçı üçün xx.xx.2023-cü il tarixdə 105 manat, xx.xx.2023-cü il tarixdə 70 manat işıq pulu ödəmişdir ki, həmin məbləğ də cavabdehin iş dövrünü əhatə etdiyindən onun tərəfindən qaytarılmalıdır. Həmin işıq pullarını Mərkəzdə iş rejimində fasilə yaranmaması üçün özü ödəmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatla icarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq iyul, avqust və sentyabr ayları üzrə icarə haqqının 12500 manat olduğunu təsdiq etdiyindən və Oğuz rayon Polis şöbəsində verdiyi izahatla ödədiyi icarə haqqının 4200 manat deyil, 6600 manat olduğunu bildirdiyindən həmin məbləği qəbul etməklə cavabdehdən sentyabrın 15-nə qədər qalıq icarə haqqı kimi 5900 manat (12500-6600=5900), 1424 manat vergi cəriməsi və 176 manat elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğ olmaqla cəmi 7500 manat pulun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin icraçı direktoru Nümayəndə1 iddia ərizəsinin məzmununu təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, X3 MMC-nin təsisçisi olmaqla əmisidir. Obyekt mövsümi fəaliyyət göstərir. Dəymiş ziyana aydınlıq gətirmək olar, digər məsələlər sənədlərlə təsdiq olunur. Cavabdehlə müqavilə və təhvil-təslim aktı imzalanıb. Elvin dəvət edəndə obyektə gəlsə də Elvin özü orda olmayıb. Elvinə demişdir ki, əmisi razılığa gələn adamdır, obyekti sahibsiz qoyma. Obyekt hazırda fəaliyyət göstərmir. İddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini rədd edərək bildirmişdir ki, Oğuz şəhərində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin aprel ayında Oğuz şəhərinin yuxarı hissəsində yerləşən, İddiaçı MMCyə məxsus istirahət mərkəzini icarəyə götürmüşdür. Mərkəzin sahibi Məmmədrəsul Bilalovla şərtlər barədə razılaşaraq müqavilə bağlamış, akt tərtib edərək orada olan əşyaları da təhvil götürmüşdür. Razılıq belə olmuşdur ki, obyekti abadlaşdıraraq təmir edəcək və işə salacaq, qoyduğu xərclər isə icarə haqqından çıxılacaq. Buna görə də fəaliyyətə iyun ayında başlamışdır. 2023-cü ilin yay ayları isə yağıntılı olduğundan, Mərkəzə iki dəfə sel düşdüyündən və Bakıdan gələn yol bağlandığından obyektdə müştəri az olmuşdur. Bu səbəbdən müqavilədə nəzərdə tutulan icarə haqqını ödəyə bilməmişdir. Buna baxmayaraq işlədiyi dövrdə icarədara 6600 manat pul vermişdir. Avqusta qədər işləyib. X2 müqavilədə nəzərdə tutulan pulu tələb etdiyindən və digər səbəblərdən aralarında narazılıq yaranmışdır. Buna görə səhhətində problem yaranmış və xx.xx.2023-cü ildə mədəsindən əməliyyat olunmuşdur. Bu səbəbdən istirahət mərkəzini işlədə bilməmiş və qanuni təmsilçi Nümayəndə1 müraciət edərək obyekti təhvil götürməyi xahiş etsə də obyekt təhvil götürülmədiyindən obyekti Səfayel adlı şəxsə tapşırıb müalicəyə getmişdir. İddiaçı əvvəl ona çox vədlər versə də, sonra buna əməl etməmişdir. Ona telefonla hədə-qorxu gəliblər. Sübutları da yoxdur. Üzərinə düşən vəzifələri yerinə yetirib, təmir işləri aparıb. Əvvəl onun fəaliyyətindən çox razı qalmışdılar. Müqavilə üzrə məbləğ razılaşdırılıb, amma iki ay təmir və quruculuq işləri görüb, onun pulunu hesablamırlar. İddiaçıya heç bir borcu qalmamışdır. İddianın rədd olunmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında onun izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, bu obyekt üzrə başqa adama qarşı 2015-ci ildə eyni iddia qaldırılmışdır. 11800 manat icarə haqqı tələb edilir, halbuki illik 15000 manat icarə haqqından 4200 manat çıxanda 10800 manat qalır, amma 4500 manat pul ödənilib. Polis şöbəsində də araşdırma aparılıb, obyektin bütün hissələrində Elvin tərəfindən çəkilən xərc mövcuddur. Müqavilənin müddəti mübahisəsizdir, bütün əmlaklar da təhvil götürülüb. Elvin bütün xərcləri çəkdiyindən iddia əsassızdır. Təhvil-təslim vaxtı Elvin xəstəxanada olub, işçi təhvil verib. Bununla bağlı sənəd təqdim ediləcək. İddiaçı tərəf sübut təqdim edə bilmir. Hesablama düzgün aparılmayıb. 2023-cü ilin avqust ayında fors-major halı ilə bağlı Elvin obyekti işlədə bilməyib, yanında işləyən işçi oranı mühafizə edib və təhvil verib. Həmin vaxt iddiaçı tərəfə məlumat verilsə də, onlar vaxtı məqsədli şəkildə uzadıblar. Elvin hesab edir ki, borcu yoxdur. Bundan başqa iddiaçı məhkəməyə müraciət müddətini ötürüb, bir il müddət keçib. Məhkəməyə ərizə təqdim edilib, iddia müddəti tətbiq olunmalıdır. İddiaçının nümayəndəüsi ümumi sözlərdən istifadə edir, ortada isə fakt yoxdur. Elvin obyekti işlədib, fəaliyyət göstərərkən bütün xərcləri ödəyib. İddiaçı obyekti təhvil götürmədiyindən Elvin məcburən 3 ay cibindən pul verərək gözətçi saxlayıb. 1000 manat depozit Elvinin öz puludur, 1500 manat isə 2024-cü il üçün hesablanmış puldur.Tələbdə ancaq icarə pulundan söhbət gedə bilərdi, Elvin isə işlədiyi dövr üçün icarə haqqını ödəyib, özü də müəyyən xərclər çəkib, bununla bağlı əlyazma məhkəməyə təqdim edilib, həmçinin iddiaçının obyekt təhvil-təslim edilərkən çəkdiyi görüntülərlə bağlı verdiyi video-yazıdan da bu görünür. İki ay təmir işləri aparılanda iddiaçı müdaxilə etməyib. Kassa cəriməsinin kimə yazıldığı məlum deyil. Həmin dövrdə Elvin xəstəxanada olub. Qanunun tələbinə görə sübutetmə yükü iddiaçının üzərinə düşür. İstər iddia müddətinin tətbiq edilməsi, istərsə də iddiaçı tərəfindən sübutların təqdim edilmədiyi əsası ilə iddia tələbi təmin edilməməlidir. İddianın rədd edilməsini xahiş etmişdir. 9.Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh 5900 manat icarə haqqı, 1424 manat vergi borcu, istifadə edilmiş elektrik enerjisi üçün ödənilmiş 105 manat, cəmi 7429 (yeddi min dörd yüz iyirmi doqquz) manat pul və ödənilmiş 94,29 (doxsan dörd manat iyirmi doqquz qəpik) dövlət rüsumu alınaraq İddiaçınə verilməsi iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC-nin direktoru Nümayəndə1 ilə (icarədar) Oğuz rayon sakini Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən icarədar İddiaçı MMC-nin mülkiyyətində olan, Oğuz şəhərindən 1 km aralı, Oğuz çayının sahilində yerləşən və “Oğuz” İstirahət mərkəzinin 2 ha sahəsi olan İctimai iaşə kompleksi (İcarə obyekti) xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəçinin istifadəsinə verilmiş, icarəçi 1000 manat depozit ödəmiş, icarə obyektinin illik icarə haqqı 15000 manat müəyyən edilməklə 3500 manat hissəsinin 15 iyuladək, 5500 manat hissəsinin 15 avqustadək, 3500 manat hissəsinin isə 15 sentyabradək, qalan 1500 manat məbləğin xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmişdir.Cavabdeh aprelmay aylarında obyektdə təmir və quruculuq işləri gördüyünü, işə iyun ayında başladığını, ilin yağıntılı keçdiyini, buna görə də qonaq sayının az olduğunu, iddiaçı ilə aralarında narazılıq olduğundan və buna görə səhhətində problem yarandığından xx.xx.2023-cü ildə mədəsindən əməliyyat olunduğunu, 6600 manat icarə haqqı ödədiyini, qalan məbləğlə bağlı razılaşmaya uyğun olaraq obyektdə təmir-tikinti işləri apardığından və digər xərcləri olduğundan icarə haqqını müqavilədə şərtləşdirilmiş qaydada verməli olmadığını, onun iddiaçıya heç bir borcunun olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin vəkili iddiaçının məhkəməyə müraciət üçün iddia müddətini ötürdüyünü, müqavilədə göstərilən fors-major halının yarandığını, cavabdehin çəkdiyi xərclərə uyğun olaraq iddiaçıya heç bir borcunun olmadığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə qeyd etmişdir ki, sözügedən icarə müqaviləsinin əvvəlində müqavilənin tarixi xx.xx.2022-ci il yazılsa da, tərəflər bunu mübahisələndirməmiş, müqavilənin mətnindən də göründüyü kimi tarixin xx.xx.2023 olması heç bir şübhə doğurmamışdır.
12. Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiqi barədə verdiyi xx.xx.2025ci il tarixli ərizəyə və məhkəmə iclasında izahatına qiymət verərək bildirmişdir ki, mülki qanunvericilikdə müəyyən edildiyi kimi icarə müqaviləsi münasibətləri ilə bağlı 3 illik iddia müddəti tətbiq edilir. Hazırki iş üzrə müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, tərəflər arasında mübahisəli vəziyyət ilin sonlarında yaranmış, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia əriəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi qanuna uyğun deyil.
13. İddia tələbinin 12500 manat icarə haqqından cavabdeh tərəfindən ödənilmiş 6600 manat çıxıldıqdan sonra qalan 5900 manat hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən icarə müqaviləsində nəzərdə tutulan fors-major halı ilə bağlı sübutlar, həmçinin cavabdehin xəstə olmaqla əməliyyat olunması ilə bağlı sənədlər təqdim edilmədiyindən, bundan əlavə iş materiallarında olan ismarıclarla obyektə xx.xx.2023-cü il tarixdə hesablanmış 1000 manat vergi borcundan cavabdehin xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş məbləğini Ramin adlı şəxsə göndərdiyi və beləliklə onun obyektlə bağlı fəaliyyətinin həmin vaxt davam etdiyi müəyyən edildiyindən iddia tələbi 5900 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. 14.Məhz bu mövqedən yanaşmaqla məhkəmə hesab etmişdir ki, iddia tələbi icarə müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq obyektlə bağlı hesablanmış cəmi 1424 manat vergi borcunun tutulması hissəsində də təmin edilməlidir.
15. İddia tələbinin elektrik enerjisindən istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 176 manat pulun cavabdehdən tutulmasına dair hissədə məhkəmə bildirmişdir ki, təqdim edilmiş mədaxil qəbzləri araşdırılarkən həmin məbləğdən 105 manatının xx.xx.2023-cü il tarixdə, 70 manatının xx.xx.2023-cü il tarixdə ödənildiyi müəyyən edildiyindən və cavabdehin noyabr ayında obyekti işlətmədiyi mübahisə mövzusu olmadığı nəzərə alınmaqla iddia tələbi 105 manat hissədə təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 375.2, 377.1, 385.1. 386.1, 442. 443.1, 448.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 700.1-ci, 700.2-ci və 700.3-cü maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmənin qeyd edilən maddəni tətbiq etməsinin səbəbi aydın deyil. Belə ki, onun borclu, iddiaçının isə kreditor olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyil.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 08 saylı icarə müqaviləsinə görə onun qarşısında öhdəliyi əmələ gəlmişdir. 21.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırki halda onun tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış və onun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Bundan başqa iddiaçı ilə şərtlər barədə razılaşaraq müqavilə bağlanmış, akt tərtib edilmiş və əşyaları təhvil alınmışdır. Həmin müqaviləyə və akta əsasən razılıq belə olmuşdur ki, obyekti abadlaşdıraraq təmir edəcək və işə salacaq qoyduğu xərclər isə icarə haqqından çıxılacaq.
22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən qeyd edilən hüquq normasının da tətbiq edilməsi anlaşılan deyil. Çünki həmin maddənin hazırki işə heç bir aidiyyatı yoxdur. 23.Həmin Məcəllənin700.1-ci maddəsinin tələbinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tərəfindən həmin hüquq normasının da tətbiq olunması qanunsuz və əsassızdır. Belə ki, əvvəl hər iki tərəfin müqavilə üzrə öhdəlikləri nəzərə alınmalıdır. Hazırki iş üzrə cavabdehə iddiaçı tərəfindən hər hansı köməklik göstərildiyini təsdiq edən heç bir sübut yoxdur.
24. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edilən maddəni iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışsa da, iş materiallarından da göründüyü kimi əsassız varlanmaq niyyəti iddiaçıya aiddir.
25. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Hazırki iş üzrə iş materialları ilə də sübuta yetirilir ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08 saylı icarə müqaviləsi vardır. Bu müqaviləyə əsasən məbləğ razılaşdırılıb, amma iki ay təmir və quruculuq işləri görüb, onun pulunu hesablamırlar. O, aralarında olan müqaviləyə əsasən iddiaçıya 6600 manat məbləğində pul ödədikdən sonra iddiaçıya heç bir borcu qalmamışdır.
26. Oğuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(054)-77/2025 nömrəli Qətnaməsi ümumiyyətlə heç bir araşdırma aparılmadan mülahizələrlə əsaslandırılmışdır. Məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır.
27. O, məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etmişdir Həm də onun təqdim etdiyi dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Məhkəmə isə iddiaçının iddia tələbinin əsaslandırılması üçün təqdim etdiyi sübutlara cavabdehin münasibətinə də hüquqi qiymət verməmişdir.
28. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır.
29. Odur ki, Oğuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 33.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)- 77/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
35.“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun; 1-ci maddəsinə görə, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 7-ci maddəsinin 1-ci hissəsinə görə, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci maddəsinin 1-ci hissəsinə görə, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. 9-cu maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 9-cu maddəsinin 6-cı hissəsinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
41. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 42.Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
43. Apellyator Oğuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin direktoru Nümayəndə1 ilə (icarədar) Oğuz rayon sakini Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən icarədar İddiaçı MMC tərəfindən Oğuz şəhərindən 1 km aralı, Oğuz çayının sahilində yerləşən və “Oğuz” İstirahət mərkəzinin 2 ha sahəsi olan İctimai iaşə kompleksi (İcarə obyekti) xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəçinin istifadəsinə verilmiş, icarəçi 1000 manat depozit ödəmiş, icarə obyektinin illik icarə haqqı 15000 manat müəyyən edilməklə 3500 manat hissəsinin 15 iyuladək, 5500 manat hissəsinin 15 avqustadək, 3500 manat hissəsinin isə 15 sentyabradək, qalan 1500 manat məbləğin xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmişdir.26 аprel 2023-cü ildə icarədar ilə icarəçi arasında “Oğuz” İstirahət Mərkəzinin bütün əmlakının təhvil-təslimi haqqında akt tərtib edilmiş və icarə obyekti icarəçiyə təhvil verilmişdir. Cavabdeh tərəfindən icarə haqqı, o cümlədən 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsi, 176 manat kommunal xərcləri) ödənilmədiyini əsas gətirən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh aprel-may aylarında obyektdə təmir və quruculuq işləri gördüyünü, işə iyun ayında başladığını, ilin yağıntılı keçdiyini, buna görə də qonaq sayının az olduğunu, iddiaçı ilə aralarında narazılıq olduğundan və buna görə səhhətində problem yarandığından xx.xx.2023-cü ildə mədəsindən əməliyyat olunduğunu, 6600 manat icarə haqqı ödədiyini, qalan məbləğlə bağlı razılaşmaya uyğun olaraq obyektdə təmir-tikinti işləri apardığından və digər xərcləri olduğundan icarə haqqını müqavilədə şərtləşdirilmiş qaydada verməli olmadığını, onun iddiaçıya heç bir borcunun olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun tərəfindən iddiaçıya hər hansı zərər vurulmaması və onun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmaması, iddiaçı ilə bağlanmış müqaviləyə və akta əsasən obyekti abadlaşdıraraq təmir edəciyi və işə salacağı qoyduğu xərclərin isə icarə haqqından çıxılması barədə razılaşmalarına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarədar Oğuz şəhərindən 1 km aralı, Oğuz çayının sahilində yelrəşən “Oğuz” İstirahət Mərkəzinin 2(iki) hektar sahəsi olan ictimai iaşə kompleksini aylıq haqqı ödənilməklə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
48. İş materiallarına əlavə edilmiş, təhvil-təslim aktından görünür ki, icarədar İddiaçı MMC tərəfindən “Oğuz” İstirahət Mərkəzinin icarəçisi Cavabdeh cəmi 1945 manat dəyərində 30 ədəd yastıq, 30 ədəd yorğan, 30 ədəd yataq dəsti, 30 ədəd dəsmal, 5 ədəd telefon aparatı, 5 ədəd fen, ( o cümlədən cəmi dəyəri 220 manat olan 10 ədəd 2 nəfərlik yorğan, cəmi dəyəri 380 manat olan 20 ədəd 1 nəfərlik yorğan, cəmi dəyəri 330 manat olan 10 ədəd 2 nəfərlik yataq dəsti, cəmi dəyəri 500 manat olan 20 ədəd 1 nəfərlik yataq dəsti, cəmi dəyəri 160 manat olan 20 ədəd böyük dəsmal, cəmi dəyəri 150 manat olan 30 ədəd yastıq, cəmi dəyəri 80 manat olan 5 ədəd fen, cəmi dəyəri 80 manat olan 5 ədəd telefon) təhvil verilmişdir.
49. 26 aprel 2023-cü il tarixli icarə müqaviləsinin 2.2.1-ci bəndinə əsasən icarəçinin bu müqavilə şərtləri əsasında icarə obyektini icarədardan təhvil götürmək və 5 gün ərzində əvvəldən qalan nasazlıqlar və çatışmamazlıqlar aşkar edərsə bu haqda icarədara SMS-lə bildiriş göndərmək, müqavilənin 2.2.2-ci bəndinə əsasən icarəçinin icarə obyektinin təminatı olaraq 1000 manat depoziti əvvəlcədən 15 iyunadək və aylıq icarə haqlarını isə hər ayın 15-dək icarədara ödəmək vəzifəsi vardır.
50. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən İcarə obyektini təhvil götürdükdən sonra kompleksdə əvvəldən qalan hər hansı nasazlıq aşkar edərsə, öz hesabına bu çatışmamazlıqları aradan qaldırır.
51. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyektinin illik icarə haqqı 15000 manat müəyyən edilməklə 3500 manat hissəsinin 15 iyuladək, 5500 manat hissəsinin 15 avqustadək, 3500 manat hissəsinin isə 15 sentyabradək, qalan 1500 manat məbləğin xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmişdir.
52. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi müqavilə müddətinin bitməsini gözləmədən obyekti geri qaytarmaq istəyərsə bu haqda 10 gün əvvəlcədən icarədara məlumat verməli və qalan 1500 manatı 3 bank günü ərzində icarədara ödəməlidir.
53. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən kassa çekləri və kassa mədaxil orderləri əsasında müştərilərə göstərilən xidmət haqlarından vergi, işıq, su, rabitə, zibil daşınması, öz işçilərinin əmək haqqından büdcəyə ayırmalar, 2 ha torpağın icarə haqqı icarəçi tərəfindən ödənilir.
54. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək 3 il müddətinə müəyyən edilir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi nəzərdən keçirilərkən müqavilənin şərtlərində cavabdehin obyekti abadlaşdıraraq təmir edəciyi və işə salacağı qoyduğu xərclərin isə icarə haqqından çıxılması barədə razılaşmaların olması barədə şərtə rast gəlinməmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən iki ay təmir və quruculuq işlərinin görülməsi, həmin təmir-quruculuq işlərinə sərf olunmuş pulun hesablanmaması, aralarında olan müqaviləyə əsasən iddiaçıya 6600 manat məbləğində pul ödədikdən sonra iddiaçıya heç bir borcu qalmaması, birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan mülahizələrə əsaslanaraq qətnamə qəbul edilməsi, məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etməsinə dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
57. 26 aprel 2023-cü il tarixli, icarə müqaviləsinin 2.2.5-ci maddəsində göstərilmişdir ki, icarə obyektində rekonstruksiya və yeni tikinti işləri yalnız icarədarın yazılı razılığı ilə həyata keçirilə bilər. Bu halda icarə obyektinin yaxşılaşmasına səbəb olan işlərin görülməsinə dair xərclərin ödənilməsi qabaqcadan tərəflər arasında razılaşdırılmalıdır. 58.Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən icarə obyektində Cavabdeh tərəfindən təmir işlərinin həyata keçirilməsinə əvvəlcədən icarəyəverənin yazılı razılığı alınmalı idi.
59. Eyni zamanda “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsində nəzərdə tutulur ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
60. İddiaçı MMC-yə məxsus obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsinə Cavabdeh razılıq verilməsi cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda içarəçinin razılıq alınmadan həyata keçirdiyi təmir işlərinin dəyərini qarşı tərəfdən tələb etmək hüququ istisna olunur.
61. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, təmir işlərinə razılığın verildiyi təsdiq edilmiş olsaydı belə icarəyə götürülmüş obyektdə Cavabdeh tərəfindən təmir işləri görülməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
62. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş üzərində möhür və zəruri rekvizitlər olmayan, kim tərəfindən tərtib edildiyi məlum olmayan, üzərində əlyazma ilə qeydlər edilmiş vərəq mötəbər sübut kimi qəbul edilə bilməz.
63. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
65. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yəni ilk öncə iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirməli, bundan sonra cavabdehin etirazının iddia tələbinin əsaslılığını istisna edəcək dərəcədə olan dəlilləri dəyərləndirilməlidir. İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirə bilmirsə bu halda cavabdehin etirazının əsaslılığı məsələsinin əlavə olaraq dəyərləndirilməsinə zərurət müəyyən edilmir. 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
67. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 700.1-ci, 700.2-ci və 700.3-cü maddələrinin düzgün tətbiq edilməməsi, məhkəmənin işin faktiki hallarını tam və hərtərəfli araşdırmamasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün əsas deyildir.
69. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(051)-77/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(051)-77/2025 nömrəli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.