Məhkəmə qərarları › İş №2(107)-81/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-81/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-81/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızına qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ekspert rəyi, dəbbə pulu, faiz məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh3) İddiaçı-nin xeyrinə 2006-cı il 15 avqust tarixli 5767 saylı kredit müqaviləsi (kredit xətti müqaviləsinə 01 nömrəli 08.09.2008-ci il tarixli əlavə saziş, 03 nömrəli 04.05.2010-cu il tarixli əlavə saziş, 04 nömrəli 29.07.2011-ci il tarixli əlavə saziş) üzrə banka 33971,5 ABŞ dolları əsas, 17838,1 ABŞ dolları faiz, 4187,38 ABŞ dolları cərimə, cəmi 55996,98 ABŞ dolları milli manat ekvivalentində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, borcun əvəzinin Şəki şəhəri Məmməd Cabbarov küçəsində yerləşən Cavabdeh3 ½ hissə paylı mülkiyyətindəki 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı mənzili könüllü tərk etmədikdə, onların 1 ay müddətində həmin mənzildən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki,15 avqust 2006-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh3 arasında 5767 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında "xxxx" ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 25 % olmaqla 1 il müddətinə 30000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, həmin müqavilə üzrə kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə 15 avqust 2006-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh3 arasında Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi imzalanmışdır. 15 avqust 2007-ci il tarixdə 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit müqaviləsinə əlavə saziş imzalanmış cavabdehə verilən kreditin limiti 50000 ABŞ dolları miqdarında müəyyən edilmiş, kreditin qaytarılma müddəti isə 15 avqust 2008-ci il tarixədək uzadılmışdır. 15 avqust 2007-ci il tarixdə 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit müqaviləsinə 15 avqust 2007-ci il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə sonrakı ipoteka müqaviləsi imzalanmış və Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 08 sentyabr 2008-ci il tarixdə 15 avqust 2007-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzalanmış cavabdehə verilən kreditin limiti 50000 ABŞ dolları miqdarında müəyyən edilmiş, kreditin qaytarılma müddəti isə plastik kartın etibarlılıq müddəti ilə eyniləşdirilmişdir. 08 sentyabr 2008-ci il tarixdə 15 avqust 2007-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əlavə saziş imzalanmış və Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 04 may 2010-cu il tarixdə 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit müqaviləsinə əlavə saziş imzalanmış və 50000 ABŞ dolları kredit xəttinin qalığının qaytarılması müddəti 24 ay uzadılmışdır. 30 iyun 2010-cu il tarixdə isə 15 avqust 2007-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əlavə saziş imzalanmış, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədiyindən müstəqil qiymətləndirici «Əmlak Ekspert Mərkəzi» tərəfindən 27 noyabr 2015-ci il tarixdə ipoteka predmeti olan əmlak 50000 manat məbləğində qiymətləndirilmişdir. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızına qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinədair iddiası qismən təmin edilmiş, Cavabdeh3 İddiaçı-in xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 (əlli bir min səkkiz yüz dollar 26 sent) ABŞ dolları kredit borcunun tutulması, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılaraq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 51800,26 (əlli bir min səkkiz yüz dollar 26 sent) ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı-in hesabına ödənilməsi, iddianın 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsinə, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı mənzili könüllü tərk etmədikdə 1 ay müddətində həmin mənzildən çıxarılmalarına, 17838,1 ABŞ dolları faiz borcu tələbinin 9,34 ABŞ dollarına və 4187,38 ABŞ dolları cərimə tələbinə dair hissələrinin təmin edilməməsi, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının onun özünə aid edilməsi, 20 manat dövlət rüsumunun isə Cavabdeh3 tutularaq İddiaçı-in hesabına ödənilməsi, 80 manat ekspertiza xərcinin Cavabdeh3 alınıb Dövlət büdcəsinə- Az.MEM, VÖİN**********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SWİFTBİK CTREAZ 22, AZ34CTRE ******************** hesaba köçürülməsi, Cavabdeh3 Əmlak Ekspert Mərkəzi və Sərraf-N MMC-in hər birinin xeyrinə ayrıayrılıqda 150 manat xidmət haqqının tutulması qət olunmuşdur. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni cavabdehdən cərimə borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı аpellyаsiyа şikayəti verərək qətnamənin ləğv edilməsini, yenidən ekspertiza keçirilməklə araşdırma aparılmasını, pozulmuş konstitusion və mülkiyyət hüquqlarının bərpa edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-9/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və R.Rəfiyev) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnаməsi “Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 ABŞ dolları kredit borcunun tutulması, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiyməti 50000 manatla hərraca çıxarılaraq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 51800,26 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçınin hesabına ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılması, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 20.500,00 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində kredit borcu tutulması, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.metr yaşayış, 108,6 kv.metr köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlak ilkin satış qiyməti 50000 (əlli min) manat olmaqla hərraca çıxarılaraq açıq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 20.500,00 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnаməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılması, İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli 30401 nömrəli əlavə komission məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərci Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi MəhkəməEkspertizası Mərkəzinin VÖEN 1**********; Hesab AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. İddiaçı və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli, 2(102)-1827/2020 nömrəli qərarı ilə İddiaçı və vəkili Əzizli Nəvazi Vidadi oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-9/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızına qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinədair iddiası qismən təmin edilmiş, Cavabdeh3 İddiaçı-in xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 (əlli bir min səkkiz yüz dollar 26 sent) ABŞ dolları kredit borcunun tutulması, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılaraq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 51800,26 (əlli bir min səkkiz yüz dollar 26 sent) ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı-in hesabına ödənilməsi, iddianın 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsinə, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı mənzili könüllü tərk etmədikdə 1 ay müddətində həmin mənzildən çıxarılmalarına, 17838,1 ABŞ dolları faiz borcu tələbinin 9,34 ABŞ dollarına və 4187,38 ABŞ dolları cərimə tələbinə dair hissələrinin təmin edilməməsi, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının onun özünə aid edilməsi, 20 manat dövlət rüsumunun isə Cavabdeh3 tutularaq İddiaçı-in hesabına ödənilməsi, 80 manat ekspertiza xərcinin Cavabdeh3 alınıb Dövlət büdcəsinə- Az.MEM, VÖİN**********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SWİFTBİK CTREAZ 22, AZ34CTRE ******************** hesaba köçürülməsi, Cavabdeh3 Əmlak Ekspert Mərkəzi və Sərraf-N MMC-in hər birinin xeyrinə ayrıayrılıqda 150 manat xidmət haqqının tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 avqust 2006-cı il tarixli, 5767 saylı kredit xətti müqaviləsi və ona əlavə olan sazişlərə əsasən Cavabdeh3 illik 24 faiz olmaqla 30000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, sonradan kredit limitinin həcmi 50000 ABŞ dollarınadək artırılmışdır. Kredit müqaviləsinə və ona əlavə olan sazişlərə əsasən Cavabdeh3 kredit məbləğini kredit müqaviləsində və ona əlavə olan sazişlərdə nəzərdə tutulmuş müddətlər çərçivəsində banka geri ödəməli olmuşdur. Kredit müqaviləsi və ona əlavə olan sazişlər üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" ASC ilə Cavabdeh3 arasında 15 avqust 2006-cı il tarixli ipoteka müqaviləsi və sonrakı ipoteka müqavilələri bağlanmış, Cavabdeh3 Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin mülkiyyətindəki ½ hissəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləği Cavabdeh3 verilmişdir. Lakin Cavabdeh3 İddiaçı-yə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi müqavilə əsasında "xxxx" ASC tərəfindən Cavabdeh3 1 il müddətinə 30.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, banka məxsus karta köçürülmüş kredit məbləğindən istifadəyə görə həmin vaxtdan banka illik 25 % həcmində faiz ödənilir. Həmin müqavilənin 2.5.2-ci bəndinə əsasən vaxtı keçmiş borcların əmələ gəlməsindən faktiki olaraq ödənilmə müddətinə qədər faiz tarifinin 2 qatı miqdarında faiz ödənilir. "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin mülkiyyətindəki ½ hissəsini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. 15 avqust 2007-ci il tarixli əlavə sazişlə Cavabdeh3 verilmiş kreditin qaytarılma müddəti 15 avqust 2008-ci il tarixədək uzadılmış və ona ayrılmış kredit limiti artırılaraq 50000 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Azərdəmiryolbank» ASC ilə Cavabdeh3 arasında imzalanmış 15 avqust 2007-cı il tarixli sonrakı ipoteka müqaviləsi ilə "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi və ona əlavə olan 15 avqust 2007-ci il tarixli əlavə saziş üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İmran Səlimov mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin mülkiyyətindəki ½ hissəsini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. 08 sentyabr 2008ci il tarixli əlavə sazişlə Cavabdeh3 verilmiş kreditin qaytarılma müddəti plastik kartın etibarlılıq müddəti ilə eyniləşdirilmişdir. "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış 08 sentyabr 2008-ci il tarixli, 15 avqust 2007-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli əlavə sazişlə "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış 15 avqust 2007-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108,6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin mülkiyyətindəki ½ hissəsini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. 04 may 2010-cu il tarixli, 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsinə 3 saylı əlavə sazişlə Cavabdeh3 verilmiş kredit xəttinin qalığının kreditə çevrilməsi və onun qaytarılma müddəti 24 ay uzadılmışdır. Həmin sazişin 3.2-ci bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 24 faiz ödəyir. Həmin sazişin 2.4cü bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.Azərdəmiryolbank» ASC ilə Cavabdeh3 arasında imzalanmış 30 iyun 2010-cu il tarixli, 15 avqust 2007-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 2 nömrəli əlavə sazişlə "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evnin mülkiyyətindəki ½ hissəsini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. Cavabdeh3 verilmiş kreditin qaytarılma müddəti 12 iyul 2013-cü il tarixədək uzadılmış və borcverənin borcalana verdiyi 51500 ABŞ dolları kreditin qalıq məbləği 43524,8 ABŞ dolları təşkil etmişdir. Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdədir və həmin əmlakın ½ hissəsi Cavabdeh3, ½ hissəsi isə X4 mülkiyyətindədir. Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh3 izah edilmişdir. Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evinin ½ hissəsinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı-in ərizəsi 17 yanvar 2014-cü il tarixdə DƏDRX-in 12 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 noyabr 2014cü il tarixdə verilmiş 16125 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 15 avqust 2006-cı il tarixli, 5767 saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə edilmiş əlavə sazişlər üzrə cavabdehin bank şöbəsinə olan real borcunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 06 fevral 2015-ci il tarixdə verilmiş 339 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 15 avqust 2006-cı il tarixli, 5767 saylı kredit xətti müqaviləsi,15 avqust 2007-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsi, 08 sentyabr 2008-ci il tarixli əlavə saziş müqaviləsi, 04 may 2010-cu il tarixli 3 saylı əlavə saziş müqaviləsi və 29 iyul 2011-ci il tarixli 04 saylı əlavə saziş müqavilələri üzrə cavabdehin bank şöbəsinə olan əsas borcu, faiz borcu və cərimə borcunun məbləğini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 oktyabr 2016-cı il tarixdə verilmiş 7116 saylı təkrar komission məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə, 15 avqust 2006-cı il tarixli, 5767 saylı kredit xətti müqaviləsi, ona edilmiş 30 iyun 2010-cu il tarixli və 29 iyul 2011-ci il tarixli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla 14 noyabr 2013-cü il tarixə Cavabdeh3 İddiaçıyə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcunun olması müəyyən edilir. "xxxx" MMC tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatı ilə, Şəki şəhəri Məmməd Cabbarov küçəsində yerləşən Cavabdeh3 ½ hissə paylı mülkiyyətdəki 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evinin hazırkı bazarla müqayisədə ilkin satış qiyməti 108.000 manat təşkil edir. «Əmlak Ekspert Mərkəzi» tərəfindən 27 noyabr 2015-ci il tarixdə verilmiş rəyi ilə, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 50000 manat təşkil edir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli 30401 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi, 15.08.2007-ci il tarixli 01 saylı əlavə saziş, 08.09.2008-ci il tarixli 01 saylı əlavə saziş üzrə ödənilmiş 94.100,00 ABŞ dolları və bank tərəfindən 14.07.2010cu il tarixdə Cavabdeh3 hesabına köçürülmüş 51.500.00 ABŞ dollarının 51.102,00 ABŞ dolları məbləğində pulun həmin müqavilə üzrə silinməsini və sonradan ödənilən kredit məbləğlərinin 14.07.2010-cu il tarixli hesabına köçürülmüş 51.500,00 ABŞ dollarına silinməsi nəzərə alınmaqla 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə kredit borcu tam ödənilmişdir. 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına bank tərəfindən köçürülmüş 51.500,00 ABŞ dolları məbləğində pul vəsaiti üzrə 14.11.2013-cü il tarixədək 31.000,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir ki, hesaba köçürülmüş 51.500,00 ABŞ dollarından ödənilmiş 31.000,00 ABŞ dolları çıxıldıqda Cavabdeh3 banka olan borcu 20.500,00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 18 noyabr 2016-cı il tarixli 7116 nömrəli rəyi ilə əsas kredit borcu 33.971,5 ABŞ dolları, faiz borcu isə 17.828,76 ABŞ dolları göstərilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tələb edilən əsas borc məbləğinin mövcudluğu ekspertiza tədqiqatı ilə təsdiq edildiyindən, faiz tələbi hissəsində məhkəmə mühasibatlıq ekspertizasında qeyd edilən məbləğ daha əsaslı hesab edildiyindən, cərimə məbləği isə hesablanmadığından məhkəmə iddiada göstərilən 17838,1 ABŞ dolları faiz tələbinin 9,64 ABŞ dollarına dair hissəsini, 4187,38 ABŞ dolları cərimə tələbini isə bütünlükdə əsaslı deyildir. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia ərizəsində 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsini məhkəmədən xahiş etsə də bunun müqavilə əsasının olub-olmamasını əsaslandırmamışdır. Yəni tərəflər arasında bağlanmış müqavilələrdə borc öhdəliyinin vaxtında icra edilməməsi ilə bağlı gündəlik 22,65 ABŞ dolları məbləğində faizin və 22,65 ABŞ dolları cərimənin hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının cavabdehdən gündəlik 22,65 ABŞ dolları məbləğində faizi və 22,65 ABŞ dolları cəriməni tələb etməsi əsaslı hesab edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh3 İddiaçı-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 ABŞ dolları kredit borcu tutulmalı, Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108,6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 Abduləvvəl oğlunun mülkiyyətindəki V2 hissəsinə tutma yönəldilərək bu əmlak ilkin satış qiyməti 50000 manatla hərraca çıxarılaraq hərracda satılmalı, onun açıq hərracdan satılması hesabına cəmi 51800,26 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı ASC-nin hesabına ödənilməlidir. İddianın 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova, (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı mənzili könüllü tərk etmədikdə 1 ay müddətində həmin mənzildən çıxarılmalarına, 17838,1 ABŞ dolları faiz borcu tələbinin 9,34 ABŞ dollarına və 4187,38 ABŞ dolları cərimə tələbinə dair hissələri əsaslı olmadığından təmin edilməməlidir. Sərraf-N MMC məhkəməyə təqdim etdiyi hesabatda qiymətləndirmə xərcinin 500 manat olduğunu göstərməsinə baxmayaraq məhkəmə həmin məbləği ağlabatan hesab etmir və cavabdehdən həmin qiymətləndiricinin xeyrinə ağlabatan məbləğdə xidmət haqqının tutulmasını əsaslı hesab edir. İddia qismən təmin edildiyindən İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı onun özünə aid edilməli, 20 manat dövlət rüsumu isə Cavabdeh3 tutularaq İddiaçınin hesabına ödənilməlidir. Eyni zamanda 80 manat ekspertiza xərci Cavabdeh3 alınıb Dövlət büdcəsinə - Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZO136010000**********, SWİFT BİK CTREAZ 22, AZ34CTRE ******************** hesaba köçürülməli, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı Cavabdeh3 müstəqil qiymətləndiricilər Əmlak Ekspert Mərkəzi və Sərraf-N MMC-nin hər birinin xeyrinə ayrı-ayrılıqda 150 manat xidmət haqqı tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasınn 19-cu maddəsi, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü, 39.3.3-cü, 59.1-ci, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 385.1, 386.1-ci, 425.1-ci, 442-ci, 448.2-ci, 460.1-ci, 465.2-ci, 739-cu 741-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı-in apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, qətnamə cavabdehdən cərimə borcunun tutulması hissəsində qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslarla ləğv edilərək, tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, "Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb mliəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Qeyd olunan maddənin mahiyyətindən bəlli olur ki, məhkəmə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunu azalda bilər, lakin məhkəmə maddi-hüquq normalarının tədbiqində pozuntuya yol vermiş və dəbbə pulunu tam silmişdir. Dəbbə pulunun sıfırlanması 4187,38 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Göründüyü kimi, məhkəmə faiz və cərimə borcunun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, Səlimova (Firudinbəyova) Mətanət İmran qızı, Səlimova (Yusifova) Günel İmran qızı və Səlimova (Məcidova) Aytən İmran qızı apellyasiya şikayətini belə əsaslandırmışlar ki, Dəmirbank ASC cavabdehləri mənəvi zülmə və mənəvi terrora məruz qoyaraq öz saxtakarlıqlarını həyata keçirmək üçün Məhkəmə ekspertiza mərkəzinin ekspert rəyinin də öz maraqlarına uyğun tərtib edilməsinə nail olmuşlar. Hətta ona məxsus mülkün qiymətləndirilməsi də ilkin sənəddə 75.000 ABŞ dolları olduğu halda sonda 50.000 manat olduğunu qeyd etmişlər. Necə ola bilər ki, kredit ABŞ dolları ilə verildiyi halda ipoteka predmeti olan şəxsi mülkü manatla qiymətləndirilsin? Hətta manatla qiymətləndirilərkən belə manatın dollara nisbətən kursu müəyyən edilməli olduğu halda əksinə nəzərə alınmamışdır. 5 yanvar 2017-ci il tarixdə rayon məhkəməsinin qətnaməsi ilə tanış olan zaman məlum olmuşdur ki, yalnız sonuncu müqavilənin məhkəmədə araşdırılması təmin edilmişdir. Əslində kredit xətti kredit verildiyi tarixdən məhkəməyə müraciət edildiyi tarixə qədər araşdırılsaydı tələbkar bankın saxtakarlığı tamamilə ifşa olunardı. Çünki sonuncu müqavilədən əvvəlki müqavilədə bank tərəfindən 5700 ABŞ dolları cərimə tətbiq edilmiş və sonra əsas borcun üzərinə yüklənmişdir və şişirdilmiş rəqəm alınmışdır. Ekspertiza mərkəzi əslində bankın maraqlarına xidmət edən rəy hazırlamışdır. Ekspertiza mərkəzi dəfələrlə (yəni sonuncu rəydən əvvəl) qalıq borcun müəyyən edilməsinin mümkün olmadığı barədə Şəki rayon məhkəməsinə rəy göndərdiyi halda sonda Bankın maraqlarına xidmət edərək saxtakarlıqla hüquqi əsası olmayan rəy göndərir. Bankın əlavə sazişlərin bağlanması zamanı 48 % hesablanması da qanuna zidd faktdır. Tərəfindən məhkəməyə təqdim edilən 9 aylıq ödəniş qəbzlərində 10.500 (on min beş yüz] ABŞ dolları ödənilməsi faktı nəzərə alınmamışdır. 5767 saylı 15 avqust 2006-cı il tarixli kredit xətti müqaviləsi üzrə 04.05.2010-cu il tarixli əlavə saziş və 24 aylıq kreditin müddətinin uzadılması müddəti bitdikdən 90 gün sonra həmin müqavilənin məhkəmə predmeti olduğu halda məhkəməyə göndərilməmişdir. Hətta 2 dəfə cərimə tətbiq edilsə də, 1-ci 5700 ABŞ dolları, 2-ci 4187,38 ABŞ dolları məbləğində cərimələr əsas borcun üstünə əlavə edilərək əsas borcun və faizlərin şişirdilməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsinin qismən, yəni cavabdehdən cərimə borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını, cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsinin ləğv edilməsini və 03 oktyabr 2019-cu il tarixli 30401 nömrəli ekspert rəyinə uyğun qətnamə çıxarılmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaşırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə gsrə, iştirakşılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakşıya (borc alana) keşirməyi shdəsinə gstürür, digər iştirakşı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, tərəflər birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, iddiaçı tərəf qətnamənin dəbbə puluna aid hissəsini, cavabdeh tərəf isə ekspert rəyinin əsassızlığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın dəbbə puluna aid hissəsinə münasibətdə qəbul etdiyi qətnamə əsaslı olsa da iddianın əsas və faiz borcuna aid hissədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış 04 may 2010-cu il tarixli, 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsinə 3 saylı əlavə sazişi, 15 avqust 2006-ci il tarixli, 5767 saylı kredit xətti müqaviləsinə 29 iyul 2011-ci il tarixli 04 saylı əlavə sazişi, həmçinin həmin sazişlərə dair hər iki tərəfin imzaladığı ödəniş qrafiklərini sübut kimi ətraflı araşdırmamış, borc öhdəliyini həcminin müəyyənləşdirilməsi zamanı ekspert tərəfindən onların nəzərə alınmamasına diqqət yetirməmişdir. Ekspert rəyinin özündə də göstərilir ki, 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına 51.500,00 ABŞ dolları məbləğində bank tərəfindən pul vəsaiti köçürülmüş, həmin məbləğin 398,00 ABŞ dolları kredit verilməsinin xidmət haqqı kimi tutulmuş və qalan 51.102,00 ABŞ dolları isə 15.08.2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi və 04.05.2010-cu il tarixədək olan sazişlər üzrə borca silinmişdir və bununla da 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə kredit borcu tam ödənilmişdir. Ekspert tərəflər arasında 51500 ABŞ dolları kredit verilməsinə dair məhz pulun köçürüldüyü tarixdə, 14.07.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi olmadığını əsas götürərək həmin vəsaitə faiz hesablamamışdır. Lakin ekspert həmin məbləğin köçürüldüyü tarixdən 2 ay əvvəl bağlanmış 04.05.2010-cu il tarixli saziş və ona əlavə edilmiş ödəniş qrafiki üzrə ayrılmış 50.000 ABŞ dolları vəsait olub-olmadığını, həmçinin 15 avqust 2006-ci il tarixli, 5767 saylı kredit xətti müqaviləsinə 29 iyul 2011-ci il tarixli 04 saylı əlavə saziş və ödəniş qrafiki üzrə borclunun 51500 ABŞ dolları məbləğin qalığı kimi 43.524,80 ABŞ dollarının 12.07.2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü və işin 1-ci cildinin 50-51-ci vərəqində olan ödəniş qrafikinə əsasən cəmi 58.577 ABŞ dolları vəsaitin qaytarılması barədə öhdəlik götürdüyünü nəzərə almamış və bu sənədlər üzrə öhdəliyin həcmini müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən 15 iyul 2021-ci il tarixli 2(107)-81/2021 nömrəli qərardad ilə təkrar komission məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli 9/5678 nömrəli təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri hesabdan çıxarış məlumatları, 29.07.2011-ci il tarixli 04 saylı əlavə saziş nəzərə alınmaqla və ödəniş qrafiki əsas götürülməklə Cavabdeh3 17.07.2013-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə olan borcu, əsas borc üzrə 32.381,83 ABŞ dolları, faiz borcu üzrə 15.361,59 ABŞ dolları, cəmi 47.743.42 ABŞ dollar müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspert rəyinə uyğun olaraq əsas və faiz borcuna aid hissədə dəyişdirilməlidir. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Belə ki, ekspert rəyindən müəyyən edilir ki, cavabdehin iddiaçıya dəbbə pulu borcu yoxdur. Ona görə də iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Kollegiya cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, ekspert rəyindən görünür ki, 29.07.2011-ci il tarixli 04 saylı əlavə saziş nəzərə alınmaqla və ödəniş qrafiki əsas götürülməklə Cavabdeh3 17.07.2013-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə olan borcu, əsas borc üzrə 32.381,83 ABŞ dolları, faiz borcu üzrə 15.361,59 ABŞ dolları, cəmi 47.743.42 ABŞ dollar müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas və faiz borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsi “Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 ABŞ dolları kredit borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə əsas borc üzrə 32.381,83 ABŞ dolları, faiz borcu üzrə 15.361,59 ABŞ dolları, cəmi 47.743.42 ABŞ dollar tutulmalıdır. İş üzrə ekspertiza xərclərini təşkil edən ümumi məbləğ 250 (iki yüz əlli manat) manat pulun 125 manatı İddiaçı-dən, 125 manatı isə cavabdeh Cavabdeh3 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli 2(075)-6/2016 nömrəli qətnaməsi “Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 ABŞ dolları kredit borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh3 məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə əsas borc üzrə 32.381,83 ABŞ dolları, faiz borcu üzrə 15.361,59 ABŞ dolları, cəmi 47.743.42 ABŞ dollar pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərclərini təşkil edən ümumi məbləğ 250 (iki yüz əlli manat) manat pulun 125 manatı İddiaçı-dən, 125 manatı isə Cavabdeh3 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar