Məhkəmə qərarları › İş №2(107)-810/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-810/2022

27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-810/2022 27.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X3, X1, İddiaçı5, X2 Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X3, X1, İddiaçı5, X2 Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddiası üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəmələrində icraat a) Bakı Şəhər Nizami Rayon Məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X3, X1, İddiaçı5 və X5 Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.metr torpaq sahəsindən 2019- cu il, 2020-ci il və 2021-ci il ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi 34200 manat məbləğinin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci İnstansiya Məhkəməsinin iclasında iddiaçıların vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin şifahi vəsatət verərək, mübahisəli torpaq sahəsinin Qax rayonunda yerləşdiyini, həmin əraziyə orada baxış keçirildiyini, bundan əvvəlki mübahisənin Qax rayon məhkəməsində baxıldığını bildirmiş və işin aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) 09 mart 2022-ci il tarixli, 2(007)-182/2022 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.metr torpaq sahəsindən 2019-cu il, 2020-ci il və 2021-ci il ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi 34200 manat məbləğinin cavabdehdən alınaraq onlara verilməsi barədə iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq, mübahisəli torpaq sahəsinin Qax rayonunda yerləşməsi, həmin əraziyə baxış keçirilməsi hallarının mümükünlüyü, iddiaçıların hamısının torpağın olduğu yerdə yaşamaları, ümumilkdə isə iş daha operativ və vaxtda baxılaraq yekun qərar verilməsi üçün işə sübutların əksər hissəsinin olduğu yer üzrə Qax Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1, 32.1, 32.4, 44.2.5 və 45.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Qax Rayon Məhkəməsində icraat Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 11 may 2022-ci il tarixli, 2(024)- 287/2022 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, R.Ağayev küçəsi, ev 21 də qeydiyyatdadır. İddiaçıların Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş Bakı şəhər Nizami Rayon Məhkəməsinə, yəni həmin işi Qax Rayon Məhkəməsinə göndərən məhkəməyə qaytarılmalıdır. Bu da nəticə etibarilə məhkəmələr arasında aidiyyət qaydalarının mübahisələndirilmiş olmasına səbəb olacaqdır. Ərazi aidiyyətinə dair bu cür vəsatətlərin həlli qaydası ilə bağlı məhkəmələr arasında aidiyyat qaydası mübahisələndirildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə apelyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməsi zərurəti vardır. Belə ki, Nizami Rayon Məhkəməsi 09.03.2022-ci il tarixli Qərardadında məhkəmə Azərbaycan Respublikasının MPM-nin 32.1, 44.2.5 və 45.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, mülki iş Nizami Rayon Məhkəməsinə baxılarkən ərazi aidiyyətinin dəyişdirilməsi məsələsi hər iki tərəfin vəsatəti əsasında yox, iddiaçı tərəfin vəkilinin vəsatəti əsasında həll edilmiş, cavabdeh tərəfin vəkilinin sadəcə aidiyyəti üzrə göndərilməsi məsələsinə etirazı olmadığı qeyd edilmişdir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 Bakı şəhəri Nizami rayonu ərazisində yaşadığına və Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalı olduğundan və qanunvericilikdə başqa qayda nəzərdə tutulmadığından mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qax Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4, 35.1, 40.1 və 44.2.2-ci maddələrinə, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya məhkəməsi məhkəmələr arasında yaranmış fikir ayrılığına tərəflər iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1- 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2 və 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X3, X1, İddiaçı5, X2 Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Qax Rayon Məhkəməsində baxılması daha düzgün olardı. Birincisi ona görə ki, iş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Nizami rayonunda qeydiyyatda olsa da, xərc çəkilməsi tələb olunan mübahisəli torpaq sahəsi Qax rayonunun inzibati ərazisindədir. İkincisi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, (i/m səh 187) iddiaçı tərəfin vəkili və nümayəndəsi Nümayəndə şifahi vəsatət verərək mübahisəli torpaq sahəsinin Qax rayonunda yerləşməsini, həmin əraziyə orada baxış keçirilməsini və s. halları nəzərə alaraq mülki işin aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, cavabdeh tərəfin vəkili və nümayəndəsi isə işin Qax Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Düzdür, hazırki işdə cavabdeh tərəfin vəsatət verməsi iş materiallarından görünməsə də, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatətə etiraz etmədiyini bildirməklə verilmiş vəsatətlə razılaşmışdır. Bundan əlavə sözügedən qərardad tərəflərə, o cümlədən cavabdeh tərəfə göndərilmiş, lakin sonuncular qərardaddan şikayət verməməklə, qərardadla razılaşdıqlarını ifadə etmişlər. Göründüyü kimi Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir Odur ki, kollegiya hazırki işdə sübutların əksəriyyətinin Qax rayonunda olmasını, gələcəkdə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırmaq, həmçinin bununla bağlı iddiaçı tərəfin vəsatətini, cavabdeh tərəfin vəsatətə etiraz etməməsini, eləcə də aidiyyət qərarından şikayət verməməsini nəzərə alaraq hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün iddia tələbinə Qax Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X3, X1, İddiaçı5, X2 Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar