Məhkəmə qərarları › İş №2(107)-811/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-811/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-811/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı Cavabdeh qarşı cavabdeh X2 uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin o, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub, ona verilməsi qət edilmişdir. Hər uşağa görə 100 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günügündən övladlarının tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, onlara pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin ondan tutulub, İddiaçı verilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğini müntəzəm olaraq ödəyir. Ancaq hazırki tələbdə göstərilən aliment məbləği onu imkanı xaricindədir. Belə ki o, ofisiant işləyir və aylıq əməkhaqqısı 250 manat təşkil edir. Həmçinin o, ikinci dəfə nikaha girmiş, həmin nikahdan xx.xx.2020-ci il tarixdə Hacağayeva Damla adlı qızı dünyaya gəlmişdir. Həmçinin işi ilə əlaqədar Şəki şəhərində kirayədə qalır. Bundan başqa iddiaçı özü də Şəki şəhər qarışıq tipli uşaq evində tibb bacısı vəzifəsində işləyir və əməkhaqqı alır. Hazırda pandemiya ilə əlaqədar alimenti çətinliklə ödəyir, həmçinin öz ailəsini də çox çətinliklə dolandırır. Ailəsində ondan başqa işləyən yoxdur. Əgər aliment miqdarı artırılarsa icra mərhələsində müəyyən problemlər yaranmasından çəkinir, həmçinin hazırkı ailəsinə də baxa bilməyəcəkdir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsi ilə hər uşaq üçün hər ya-100 manat sabit pul məbləğində aliment müəyyən edilən zaman cavabdeh heç yerdə işləmirdi. İşdə olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən o, ofisiant vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Bundan başqa cavabdehin maddi vəziyyəti yaxşılaşmasaydı o, ikinci dəfə necə ailə qura bilərdi? Ailə qurmaq üçün maddi vəsait lazımdır. Həm də mənim himayəmdə iki azyaşlı, onun himayəsində isə bir uşaq var. Göründüyü kimi Cavabdeh Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 1572/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən heç yerdə işləmədiyi halda məhkəmə qətnaməsi çıxdıqdan sonra, yəni xx.xx.2019-cu il tarixdən ofisiant işləyərək 250 manat əmək haqqı alması, ikinci dəfə ailə həyatı qurması onun maddi vəziyətinin yaxşılaşmasına dəlalət edir. Göründüyü kimi məhkəmə qətnamə çıxararkən maddi hüquq normasını pozmuş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsinin ləğv edərək iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Şəki şəhər qarışıq tipli uşaq evində peşəkar tibb bacısı vəzifəsində işləməklə aylıq 153 manat, avtomobillərin siğortası ilə məşğul olan digər bir qurumda işləməklə aylıq 100 manat olmaqla cəmi 253 manat əmək haqqı alır. Cavabdehin aliment kimi ödədiyi 200 manat da əlavə edildikdə ailə büdcəsinə aylıq daxil olan 450 manat pul ilə hər gün böyüyən və ehtiyacları artan iki uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-814/2019 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(075)-1513/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə X18 arasında Şəki şəhər VVADQ Şöbəsində bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 467 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları – xx xxxxxx 2007-ci il təvəllüdlü İsmayılın atası Cavabdeh, xx xxxx 2009-cu il təvəllüdlü Xədicənin anası X12 himayəsində saxlanılması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsinin məzmunundan görünür ki: - xx xxxx 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X18 ilə olan nikahı xx xxxx 2017-ci i tarixdə ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeydiyyat alınmışdır. Nikah ləğv olunandan sonra qaqdına Abdulhəşimova soyadı verlmişdir. - xx xxxxxxx 2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X14r. - xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE 12561908 seriya nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 Cavabdeh, anası isə Hacağayeva Arzudur. - Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-814/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2007-ci il tarixdə anadan omuş X6 Cavabdeh himayəsindən alınaraq anası X7 himayəsinə verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1572/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub iddiaçı X10 verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İşdə olan AZ-İİ 261519 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Hacağayeva soyadı verilmişdir. İşdə olan AZ-İV 473029 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X1r. İşdə olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən o, ofisiant vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli İddiaçı şəxsi məlumat çıxarışından görünür ki, İddiaçı Şəki şəhər qarışıq tipli uşaq evində peşəkar tibb bacısı vəzifəsində işləyir və əmək haqqı 153 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə və 34-cü maddəsinin 4-cü hissəsinə, xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3 və 27-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X9 adında uşaqları doğulmuşdur. Sonradan onlar arasındakı nikah pozulmuş və hal-hazırda hər iki uşaq ananın himayəsindədir. Cavabdeh həmin uşaqlara görə iddiaçıya məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə hər uşaq üçün hər ay 100 manat aliment ödəyir. Lakin cavabdeh sonradan ikinci dəfə rəsmi nikaha daxil olmuş və həmin nikahda da X11 adlı əlavə bir uşağı da anadan olmuşdur. Göründüyü kimi cavabdehin maddi vəziyyətində müsbət hər hansı dəyişiklik baş verməmiş, versə də iddiaçı məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə cavabdehin ikinci nikahdan da bir uşağının olması onu nisbətən daha məsuliyyətli duruma salmışdır. Beləliklə də cavabdehin himayəsində hal-hazırda 3 uşağı vardır. İddiaçı iddianın təmin, cavabdeh isə ikinci dəfə ailə qurmasını və həmin nikahdan da 1 uşağının olmasını, həmçinin iddiaçının özünün də işləyərək gəlir əldə etməsini nəzərə araq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehn ikinci nikahdan da 1 uşağının olmasını, maddi vəziyyətinin yaxşı olmamasını, iddiaçının özünün də işləyərək gəlir əldə etməsini, sonuncu dəfə alimentin qət edilməsindən sonra iddiaçı tərəfindən cavabdehin qazancında müsbət dəyişikliyin baş verməsi barədə məhkəməyə heç bir sübutun təqdim edilməməsini, iddiaçının əsas gətirdiyi dəlilləri nəzərə alaraq məhkəmə iddianı əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh X2 uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat miqdarında alimentin xeyrimə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh x xxxxxxxx 2019-cu il tarixdə hər uşağa 100 manat aliment tutulması ilə bağlı qətnamə qəbul edilərkən sabit məbləğdə gəliri olmadığı halda hal-hazırda işləyərək ayda 250 manat əmək haqqı alması və həmin pulun 200 manatını iddiaçıya aliment kimi ödəməsi cavabdehin maddi vəziyyətinin yaxşılaşması yox pisləşməsi kimi qiymətləndirilməlidir. Həmin qətnamə qəbul edilərkən iddiaçının hər-hansı bir gəlirinin olması barədə məlumat olmadığı halda hal-hazırda cəmi 253 manat aylıq əmək haqqı olan işlərdə işləməsi onun vəziyyətinin yaxşılaşması kimi qiymətləndirilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-182/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar