Məhkəmə qərarları › İş №2(107)-814/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-814/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-814/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Aydin oğlu, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-126/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Yevlax rayonu Qaraoğlan kəndində 0,20 ha torpaq sahəsində yerləşən 98.8 kv.m sahəsi olan fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-126/2021 nömrəli (G.Cavadova) qərardadına əsasən iddiaçi İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraat, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-10/2021 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilənədək dayandırılması qərara alınmışdır. Qeyd olunan qərardad ilə razı olmayan İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-126/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Aydin oğlu, Cavabdeh4 və Cavabdeh5 rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizələrini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan məhkəmə bildirişindən görünür ki, Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) icraatında olan iddiaçı X3, Cavabdeh1, Cavabdeh4, X1 qarşı yaşayış evinin tərkib hissəsindən yaşamaq hüququnun tanınması tələbinə dair 2(039)-10/2021 nömrəli mülki iş üzrə məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Apellyasiya məhkəməsinin sorğusu əsasında alınaraq işə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmənin icraatında olmuş 2(039)-10/2021 nömrəli mülki iş üzrə yekun qərar qəbul edilmişdir. Göründüyü kimi mülki işlər arasında bağlılıq olmasını, işlərin nəticələrinin birinin digərinə təsir edəcəyini nəzərə alaraq birinci instansiya məhkəməsi icraatı dayandırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)- 126/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-126/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar