Məhkəmə qərarları › İş №2(107)-814/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-814/2023

16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-814/2023 16.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: yol nəqliyyat hadisəsi, atın vurulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)-40/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Qax rayonu Qazmalar kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobillə Qax rayonu, Qıpçaq kəndindən yaşadığı ünvana gedərkən X4 yolunun 82-ci km-də qəflətən onun yoluna sahibsiz at çıxmış və at onun avtomobili ilə toqquşmuşdur. Nəticədə maşın əzilmiş,at isə ölmüşdür. Qax rayon Məhkəməsinin 3(024)- 484/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə müraciət edərək ona dəymiş olan 1810 manat maddi ziyanın və iddia qaldırmaq üçün ödədiyi 39 manat dövlət rüsumunun cəmi 1849 manat pulun Cavabdeh alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Qax rayonu Qazmalar kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı, **-LS-*** dövlət nömrə nişanlı avtomobillə Qax rayonu, Qıpçaq kəndindən yaşadığı ünvana gedərkən X4 yolunun 82-ci km-də qəflətən onun yoluna sahibsiz at çıxmış və at onun avtomobili ilə toqquşmuşdur. O maşını qəzadan qaçırmaq istəsə də, məsafə yaxın olduğundan qəzadan qaça bilməmişdir. Nəticədə maşın əzilmiş, yararsız hala düşmüşdür. Atın sahibi həmin vaxt onu günahkar bilmiş, daha sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmişdir. Onun maşınına dəymiş ziyanı mütəxəssis hesablamış və məlum olmuşdur ki, usta xərci ilə birlikdə ümumilikdə 1810 manat məbləğində ona ziyan dəymişdir. Cavabdehin əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün barəsində protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və cavabdeh həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş olan 1810 manat maddi ziyanın və iddia qaldırmaq üçün ödədiyi 39 manat dövlət rüsumunun cəmi 1849 manat pulun Cavabdeh alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı idarə etdiyi Mercedes Benz markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobillə onun atını vuraraq öldürmüşdür. O, iddianı qəbul etmir. O, özünə dəymiş ziyandan keçir, özünə dəymiş ziyanı iddiaçıdan tələb etmir. Həmçinin həmin hadisəyə görə ona inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin qərarına əsasən 80 manat məbləğində cərimə edilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində İddiaçı etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobillə Qax rayonu, Qıpçaq kəndindən yaşadığı Qax rayonu, Qazmalar kəndinə gedərkən X4 yolunun 82- ci km-də qəflətən iddiaçının yoluna sahibsiz at çıxmış və at iddiaçının avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı idarə etdiyi Mercedes Benz markalı **-LS-*** dövlət nömrə nişanlı avtomaşına 1160 manat ehtiyyat hissələri və 550 manat xidmət xərci olmaqla, ümumilikdə 1710 manat ziyan dəymişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün cavabdeh barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və cavabdeh həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb olunsa da, cavabdeh bundan imtina etmişdir. Beləliklə məhkəmə iş materiallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək iddia tələbinin qismən sübuta yetirilməsi qənaətinə gəlir

6. Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)-40/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş ziyana görə 1710 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

8. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 3(024)- 484/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

9. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödəmişdir.

10. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyindən görünür ki, Mercedes Benz markalı **-LS-*** dövlət nömrə nişanlı avtomaşına 1160 manat ehtiyyat hissələri və 550 manat xidmət xərci olmaqla, ümumilikdə 1710 manat ziyan dəymişdir.

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətində hadisənin faktiki olaraq baş vermə vəziyyətini izah etmiş və göstərmişdir ki, o atının maşınla vurulub öldürülməsi nəticəsində ona dəymiş maddi ziyanı da tələb etməmişdir. Afərin də maşınına ziyan dəyib deyə o özünə dəyən ziyandan keçmişdir, baxmayaraq ki, ona daha çox ziyan dəymişdir. At arabası atsız qalmışdı, o təsərrüfat işlərini onunla görürdü. İndi atın daşqası (qoşqusu) atsız qalıb, atı o Gürcüstandan 2500 (iki min beş yüz) manata almışdı. Baxmayaraq ki, bu hadisəyə görə o bir dəfə inzibati qaydada cəzalandırılmışdır, bu dəfə də məhkəmə ona da dəymiş ziyanı nəzərə almadan, tərəflərin vəziyyətini nəzərə alaraq barışması üçün heç bir tədbir görmədən Afərin əsassız iddiasını təmin edərək onu 2-ci dəfə maşına dəymiş ziyanı ödəməklə cəzalandırmışdır.

13. Ona görə də, Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)- 40/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)-40/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)-40/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, idianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisə edilməyən hallarıdır. İşin həmin hallarına əsasən birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etməkdə və ekspertin rəyinə uyğun olaraq iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarını işdə olan sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də, kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ apellyasiya şikayətinin dəlilləridir.

24. Cavabdeh apellyasiya şikayətində baş vermiş hadisəni və həmin hadisə ilə bağlı edilmiş bütün hərəkətləri təfərrüatlı izah etməklə birlikdə, şikayətin məzmunundan görünür ki, hazırda mübahisə etdiyi qətnamədən narazılığı ona da zərər dəymiş olmasına rəğmən, iddiaçının ondan tələb etdiyi zərərin əvəzinin ödənilməsinin qismən də olsa təmin edilmiş olması yönündədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin tələbinə əsasən cavabdeh də iddiaçıdan özünə dəymiş zərəri tələb edə biləcəyi halda, bunu etməmiş və şikayətində bu halı iddiaçının tələbinin rədd edilməsi üçün əsas kimi qoymuşdur. Kollegiya qeyd edir ki, hadisə nəticəsində qarşılıqlı olaraq hər iki tərəfə zərər dəydiyi hallarda hər iki tərəfin özünə dəymiş zərəri tələb etmək hüququ vardır. Bir tərəfin bu hüququndan istifadə etməməsi digər tərəfin öz hüququndan istifadə etməklə irəli sürdüyü tələbin təmin edilməməsi üçün əsas ola bilməz.

25. Cavabdeh apellyasiya şikayətində həmçinin hadisə nəticəsində özünə dəymiş zərərin nələrdən ibarət olmasını əsaslandırır ki, həmin məsələ ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, cavabdeh özünə dəymiş zərərin tələb edilməsi ilə bağlı qarşılı iddia qaldırmadığından, hazırki iş üzrə hadisə nəticəsində cavabdehə dəyən zərər barədə araşdırma aparılmamışdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şiakyətinin dəlillərindən biri də məhkəmənin tərəflərin barışması üçün şərait yaratmaması ilə bağlı olmuşdur. Kollegiya tərəflərə barışmalarını təklif etməklə işin baxılmasını təxirə salaraq onlara razılaşmaq üçün vaxt tanımışdır. Hazırki məhkəmə iclasında isə tərəflər razılaşa bilmədiklərini qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)-40/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)-40/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar