Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-818/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən LPO İddiaçı ASC-nin xeyrinə 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.2 manat əsas, 3413.18 manat faiz, 11.10.2019-cu il tarixə 5 faiz hesablanmış 2304.72 manat, 6392 manat cərimə, cəmi 21642.28 manat; 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən 39096 manat əsas, 10.835.27 manat faiz, 11.10.2019-cu il tarixə 5 faiz ilə hesablanmış 7743.18 manat, 29.275.94 manat cərimə, cəmi 86 950.39 manat dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişlərin qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh5 məxsus olan Qax rayonu İlisu kəndində yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus olan Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakların hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda 1 ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və digərlərinin istifadə hüququnun itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və LPO İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir. səh. 176). Qax Rayon Məhkəməsinin (hakim M. Qarayev) 16 yanvar 2020-ci il tarixli 2(024)- 02/2020 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.495,92 manat, borcu gecikdirdiyinə görə hesablanmış 639 manat cərimə borcu olmaqla, cəmi 13667.84 manat məbləğində borc pul və məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 30 manat pulun; Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış 45000 manat məbləğin ödənilməmiş qalan hissəsi 35900 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş və Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 193,1 kv.m, yaşayış sahəsi 111,7 kv.m, yardımçı sahəsi 81,4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində İddiaçı ("xxxx") ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatı ləğv edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC tərəfindən аpelyаsiyа şikаyətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Q.Abbasov, M.M.Hüseynov, E.Ş.Hüseynov) 2(107)-1057/2020 saylı iş üzrə 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 04.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8.532,20 manat əsas borc, 3.100,72 manat faiz borcu, faiz borcu illik 5 %-lə 1.588,35 manat, 200 manat dəbbə pulu borcu olmaqla, cəmi 13.421 manat, 25.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 39.096 manat əsas, faiz borcu üzrə 10.835 manat, faiz borcu illik 5 %-lə 4.956 manat, 800 manat dəbbə pulu borcu olmaqla, cəmi 55688 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, 25.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələbin 25.10.2013cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа ilə yüklü edilmiş və Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yаşаyış evinin ilkin sаtış qiymətinin 100000 mаnаt məbləğində müəyyən edilərək аçıq hərrаcdа sаtılması, fərdi yаşаyış evinin sаtışındаn əldə edilmiş vəsаit hesаbınа 25.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 55688 manat məbləğində borcun ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmiş, Cavabdeh1 MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməmişdir. Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsının 27 yanvar 2021-ci il tarixli, 2(102)-409/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin qalan hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öz üzərinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1 faizi məbləğində borc verənə dəbbə pulu ödənilməlidir. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh5 ilə bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı, Cavabdeh2 ilə bağlanmış 25.10.2013-cü il tarixli 009/013 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus olan və Qax Rayonu İlisu kəndində yerləşən 0.06 ha olan torpaq sahəsi və Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413.18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 2304.72 manat, borcu gecikdirdiyinə görə hesablanmış 6392.18 manat cərimə borcu olmaqla, cəmi 21642.28 manat, 25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən isə 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 7743.18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275.94 manat cərimə (penya) borcu olmaqla cəmi 86950.39 manat məbləğində, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh1 MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413.18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 2304.72 manat. borcu gecikdirdiyinə görə hesablanmış 6392.18 manat cərimə (penya) borcu olmaqla, cəmi 21642.28 manat məbləğində borcun və 25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə kimi 5% ilə hesablanmış və tələb olunan faiz 7743.18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275.94 manat cərimə (penya) borcu olmaqla, cəmi 86950.39 manat məbləğində borcun, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir Apellyasiya şikayətinin dəlilləri: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul etdiyi 16.01.2020-ci il tarixli 2(024)-02/2020 saylı qətnaməsi ədalətsiz və qeyriobyektiv olduğuna görə apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmənin qətnaməsində istinad etdiyi hal “Texnikabank" ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC-in aralarında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi və 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsində borcalan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmaması və möhürlə təsdiq edilməməsi göstərilmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, müqavilənin əsas şərtləri göstərilən 3-8-ci səhifələr daxil olmaqla, bütövlükdə 25.10.2013-cü il tarixli müqavilənin hər bir səhifəsinin sonunda müqavilənin hər üç tərəfinin - ipoteka saxlayan Bankın, ipoteka qoyan Cavabdeh2 və borcalan ”Camal-N" MMC-nin imzası vardır. Bu o deməkdir ki, tərəflərin hər biri müqavilənin şərtləri ilə tanış olmuş, razılığa gəlmiş və hər bir səhifəsini imza edərək etirazlarının olmadığını bildirmişlər. Sonuncu səhifədə isə müqavilənin notariat qaydada təsdiqi, notarius tərəfindən imza və möhür öz əksini tapır. Yəni cavabdehin qarşılıqlı iddia ərizəsində nəzərdə tutduğu hal ümumiyyətlə mövcud deyil. Məhkəmənin istinad etdiyi hallardan biri də odur ki, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən Qax şəhəri Saleh Qocayev küçəsi 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 193.1 kv.m, yaşayış sahəsi 111.7 kv.m, yardımçı sahəsi 81.4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evi 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsinin “İpoteka qoyan” qrafasında Cavabdeh2 imzalamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı Çıxarışdan və 18 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan (Forma 2) müəyyən edilir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir, lakin qeyd edilən ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçilərin mülkiyyət hüquqları və qanunvericliyin tələbləri pozularaq ipoteka müqaviləsi yalnız Cavabdeh2 ilə bağlanmışdır. Həmin dəlil ilə bağlı bildirirlər ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Odur ki, digər şəxlərin isə razılıq ərizələri alınmışdır və onların razılığını özündə ehtiva edən etibarnamələr alınmışdır. Belə ki, qoşmaya əlavə edilən Cavabdeh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən 22 oktyabr 2013-cü il tarixli 355924 saylı və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən 30 oktyabr 2013-cü il tarixli 389097 saylı Etibarnamə ilə etibar edənlərin bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi, o cümlədən, əmlakı ipoteka (girov) qoymaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər Cavabdeh2 etibar edilmişdir. Cavabdeh3 tərəfindən Cavabdeh2 verilən eyni məzmunlu 175480 saylı 08 avqust 2009-cu il tarixli Etibarnamə ilə 10 il müddətinə həmin səlahiyyətlər ona verilmişdir. Bundan başqa, 19 oktyabr 2013-cü il tarixli notariat qaydada təsdiq edilmiş Cavabdeh6 tərəfindən və Cavabdeh5 tərəfindən əmlakın ipotekaya (girova) qoyulmasına etiraz etmədiklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələr də qoşmaya əlavə edilmişdir. Beləliklə, 31 Oktyabr 2013-cü il tarixində Qax notariat kontorunda təsdiqlənmiş ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak ipoteka qoyularkən qanunvericiliyin tələbləri pozulmamışdır və cavabdehin verdiyi qarşılıqlı iddia əsassız mülahizələrə əsaslanmışdır. Məhkəmənin istinad etdiyi hallardan biri, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" (Texnikabank) ASC-nin Zaqatala filialı ilə "Camal-N” MMC arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə bir tərəfli qaydada Bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindn imzalanmış və möhürlənmiş, lakin "xxxx" MMC-nin qanuni təmsilçisinin imzası və möhürü mövcud deyil, işin bu halı onu deməyə əsas verir ki, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur, belə ki, müqavilə iki tərəfli formada bağlanmalı olduğu halda yalnız borc verən tərəfindən təsdiqlənmişdir. Qeyd edilən kredit müqaviləsinin 17.1-ci bəndində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir, indiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz. İlk öncə bildirmək istəyirlər ki, Bank tərəfindən məhkəmə prosesində notariat işinin notariat orqanından tələb olunması barədə dəfələrlə şifahi vəsatətlər versə də, məhkəmə vəsatətləri təmin etməmişdir. Notariat orqanında saxlanılan sənədlərdə həm kredit, həm də ipoteka müqavilələrinin əslinin bir nüsxəsi saxlanılır. Məhkəmə notariat işini tələb etməyərək, işə qeyri obyektiv baxaraq, qanunsuz qərar qəbul etmişdir. Lakin, bank məhkəmənin notariat kontoruna sorğuynan bağlı vəsatətləri təmin edilmədiyini nəzərə alaraq 22 yanvar 2020-ci il tarixində Qax notariatına sorğu ünvanlamış və Kontorun 19 fevral 2020-ci il tarixli 105 saylı məktubuna əsasən notariat işində saxlanılan sənədlərin notarius tərəfindən təsdiq edilmiş surətlərini almışıdr. Həmin sənədlərdə Camal-N MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən bütün vərəqlərində və rekvizitlərdə imzası mövcüddur. Bu da onu sübüt edir ki Bank iddiasında haqlıdır və borcalanla kredit müqaviləsi imzalanmışdır. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin cavabdehlərdən 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8532.20 manat, faiz borcu üzrə 3100.72 manat, faiz borcu illik 5%-lə 1.495,92 manat, borcu gecikdirdiyinə görə hesablanmış 639 manat cərimə borcu olmaqla, cəmi 13667,84 manat məbləğində borc pulun və məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 30 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış 45000 manat məbləğin ödənilməmiş 35900 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində qanunsuz, əsassız, qeyriobyektiv, maddi və prosessual hüquq normalarının pozulması, qanunun səhv tətbiq edilməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ətraflı araşdırma aparmamış, mübahisəni düzgün həll etməmişdir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilsə də, sonda birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Bundan əlavə ipoteka müqaviləsi Qax rayon İlisu kəndində yerləşən torpaq sahəsinə dair bağlansa da, texniki səhv kimi başqa ünvan göstərilmişdir. Halbuki belə bir əmlak cavabdehə məxsus deyil. İkincisi, DƏDRX–də məhz Qax rayon İlisu kəndində yerləşən torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hesab edir ki, onlar tərəfindən verilmiş apellyasiya şikayəti tam əsaslıdır, ona görə də təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, kredit müqaviləsində cavabdeh təşkilatın möhürü olmadığından hesab edir ki, həmin müqavilə etibarsızdır. Bundan əlavə ikinci kredit müqaviləsi üzrə aparılmış ödənişlər (9000 manat) cavabdeh tərəfindən edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tam əsaslıdır. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edirlər. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsının 27 yanvar 2021-ci il tarixli, 2(102)-409/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin qalan hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, yeni məhkəmə araşdırması da yalnız həmin hissədə aparılmalıdır. Yəni məhkəmə araşdırması yalnız ilk iddia üzrə aparılır, qarşılıqlı iddia üzrə araşdırılma aparılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi, ilk iddiaya münasibətdə (təmin olunmuş və təmin olunmayan hissələrində) ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən borc alana 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-in Zaqatala regional filialı ilə Cavabdeh5 arasında bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilədə 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 Nəriman oğluna məxsus olan və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 013/013 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilədə Cavabdeh1 MMC-nə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 45000 manat məbləğində kredit verildiyi göstərilmişdir. "xxxx" ASC-nin Zaqatala regional filialı ilə Cavabdeh2 arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/013 saylı İpoteka müqaviləsindən görünür ki, həmin müqavilədə Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən 45000 manat məbləğində kreditin xəttinin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edildiyi göstərilmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin bazar dəyəri 10000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinə ünvanlanan 14.02.2018-ci il tarixli **********414 saylı ərizədən görünür ki, iddiaçı ipoteka qoyan Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə tutmanınn yönəldilməsi barədə 13 fevral 2018-ci il tarixli bildirişin qeydə alınmasını xahiş etmişdir. 13.02.2018-ci il tarixli **********376 saylı tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh5 və Cavabdeh1 MMC-nə bankın tələbinin təmin edilməsi məqsədi ilə Qax rayonu İlisu kəndində yerləşən 0.06 torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanması barədə bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi RX seriyalı 095461 saylı Çıxarışdan (hüquqların yüklülüyü haqqında) görünür ki, Qax rayonu İlisu kəndində yerləşən və Cavabdeh5 xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq 30.11.2012-ci il tarixdən 30.11.2014-cü il tarixədək ipoteka ilə yüklü edilərək 14000 manat dəyərində qiymətləndirilmişdir. 01 fevral 2018-ci il tarixli **********261 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh5 iddiaçı qarşısında götürmüş öhədliklərini icra etməsi barədə borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2019-cu il tarixli 21300 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-nin İddiaçı ASC-nə olan borcu 04 dekabr 2012-ci il tarixli 012/12 saylı kredt müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borca görə 12.582, 20 manat, faiz borcuna görə 3.100,72 manat, 14 fevral 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.495, 92 manat, 02 may 2018-ci il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100, 72 manat, faiz borcu (illik 5 %-lə) üzrə 1.588.35 manat, 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 25 oktyabr 2015-ci il tarixə cavabdehdən əsas borc üzrə 44.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, 13 fevral 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %-lə) 4.527,98 manat, 02 may 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %-lə) 4.956,95 manat təşkil edir. (iş üzrə ekspertiza xərci 200 (iki yüz) manat təşkil edir). 15.02.2018-ci il tarixli **********446 saylı maliyyə arayışından görünür ki, 04 dekabr 2012-ci il tarixli 266PVNW132280003 saylı kredit müqaviləsi üzrə 14.02.2018-ci il tarixinə yaranmış tələbə əsasən, həmin tarixə Cavabdeh1 MMC-nin iddiaçıya müqavilə üzrə əsas borca görə 9532.2 manat, 14 fevral 2018-ci il üçün hesablanmış və tələb olunan faizlər üzrə 7973.06 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 1522.61 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc üzrə 19027.77 manat borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan Çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 (doqquz min bir yüz) manat pul geri ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; -462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiyanın qənaətinə görə hesablanmış cərimə məbləği kifayət qədər yüksək olduğundan, ağlabatan həcmdə azaldılmalıdır. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 04.12.2012-ci il tarixli 012/12 saylı və 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqavilələrinin və ipoteka müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onların tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyanlar arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyaların dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Bu hissədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, ipoteka müqaviləsində ipoteka predmeti kimi “ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin” qeyd edilməsi texniki yanlışlıq kimi qiymətləndirilməlidir. Çünki iş üzrə digər sənədlər bunu təkzib edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya şikayətlərinin dəlilləri üzrə araşdırma aparan kollegiya hesab edir ki, şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı olmaqla, eyni zamanda ilk iddianın qismən təmin olunmasına da əsas verir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin 27 yanvar 2021-ci il tarixli, 2(102)-409/2021 nömrəli qərarında ilk iddia üzrə digər tələblərə dair işin faktiki halları barədə kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab etmişdir ki, həmin dəlillər araşdırılmaqla onlara müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir.
1. Kollegiya ilk olaraq bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsi üzrə borcun tutulmasını qət etsə də, bunu həmin tələb üzrə Cavabdeh1 MMC-dən deyil, ipoteka qoyanlardan da tutmaq qərarına gəlmişdir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 MMC istisna olmaqla, digər cavabdehlərdən borcu tutmaqda kobud səhvə yol vermişdir. Çünki iş üzrə digər cavabdehlər kredit götürən yox, ipoteka qoyan olmaqla, yalnız ipoteka predmetinə münasibətdə məsuldurlar.
2. Məhkəmə kollegiyası "xxxx" ASC-nin Zaqatala regional filialı ilə Cavabdeh5 arasında 30.11.2012-ci il tarixli, 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsiə münasibət bildirərək qeyd edir ki, həmin ipoteka müqaviləsində “Cavabdeh5 Nəriman oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin” ipoteka ilə yüklü edildiyi göstərilsə də, iş materiallarından, eləcə də işin faktiki hallarından müəyyən edilir ki, qeyd olunan kredit müqaviləsinin təminatı kimi əslində “Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsi” ipoteka qoyularaq, mövcud kredit müqaviləsinin təminatı üçün yüklü edilmişdir. Çünki, iş materiallarında olan sənədlərdən, eləcə də razılıq ərizələrindən görünür ki, ipoteka predmeti məhz Cavabdeh5 Nəriman oğluna məxsus olan “Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsi” olmuş, müqavilə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə riayət edilməklə Qax rayon notariat kontorunda rəsmiləşdirilmişdir.
3. Bundan əlavə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi RX seriyalı 095461 saylı Çıxarışdan da (hüquqların yüklülüyü haqqında) görünür ki, Qax rayonu İlisu kəndində yerləşən və Cavabdeh5 xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq 30.11.2012-ci il tarixdən 30.11.2014-cü il tarixədək ipoteka ilə yüklü edilmişdir.
4. Məhkəmə kollegiyasının araşdırması zamanı cavabdeh tərəf ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin Pərvin Əfəndiyevə məxsusluğu barədə hər hansı sənəd təqdim edə bilməmiş, əksinə tərəflər aparılmış sorğu-sual nəticəsində sonuncunun Bakı şəhərində belə bir əmlakının olmadığını bildirmişdir. Kollegiya müqavilədə ünvanın səhv qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir, çünki iş üzrə digər sənədlər bunu təkzib edir. Buradan da bir daha əminliklə məntiqi nəticəyə gəlinir ki, 30.11.2012-ci il tarixli, 012/12 saylı kredit müqaviləsinin təminatı məhz Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsidir.
Məhkəmə kollegiyası Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsaslı olsa da, iddianın rədd olunması üçün əsas deyildir. Kollegiya şikayətin dəlilləri ilıə bağlı aşağıdakıları qeyd edir.
1. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ilə bağlı yəni- 25 oktyabr 2013cü il tarixli 013/013 saylı kredit müqaviləsinə Cavabdeh1 MMC-nin səlahiyətli nümayəndəsi tərəfindən imza edilməməsinə və möhür vurulmamasına münasibət bildirərək qeyd edir ki, əvvəla birinci apellyasiya araşdırması zamanı məhkəmənin sorğusu əsasında alınmış sənədlərdən müəyyən edilir ki, həmin müqavilə MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilmişdir, lakin MMC-yə məxsus möhürün müqaviləyə vurulmaması həmin müqavilənin etibarlı olmaması anlamına gəlmir. Çünki bir tərəfə məxsus möhürün müqavilədə olmaması məcburu rekivizitlərdən deyil.
2. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi üzrə qeyd olunan 45000 manat məbləğində pulu almasını inkar etməmişdir. Habelə iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 manat məbləğində pulu geri ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsini icra etməyə başlamış və həmin müqaviləni qismən icra etmişdir. Bununla da, cavabdeh həmin kredit müqaviləsinin mövcudluğunu etiraf etməyə yönələn hərəkətlər etmiş, bu müddət ərzində müqaviləni və ya ödədiyi pulu mübahisələndirməmişdir. Məhkəmə araşdırması zamanı isə “həmin pulun cavabdeh tərəfindən ödənilməməsi” kimi dəlilinə gəldikdə isə kollegiya bunu inandılrıcı və ağlabatan qəbul etmir.
3. Kollegiya apellyasiya şikayətinin ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsinə dair dəlili ilə də razılaşmayaraq bildirir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, fərdi yaşayış evi Cavabdeh2 məxsus olsa da, torpaq sahəsi digər cavabdehlərin ümumi birgə mülkiyyətində olmaqla, müqavilə onların vermiş olduğu etibarnamələr əsasasında rəsmiləşdirilmiş, bu illər ərzində mübahisələndirilməmişdir. 4.Belə ki, məhkəmə kollegiyasının birinci araşdırması zamanı Qax rayon notariat Ofisinə sorğu edilərək alınmış 31.10.2013-cü il tarixli 3M-114 reyestr nömrəli notariat işində olan Cavabdeh3 tərəfindən Cavabdeh2 10 il müddətinə verilən 175480 saylı 08 avqust 2009-cu il tarixli, Cavabdeh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən 22 oktyabr 2013-cü il tarixli 355924 saylı və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən 30 oktyabr 2013-cü il tarixli 389097 saylı Etibarnamələrdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq səlahiyyətini və s. hərəkətləri etməyi Cavabdeh2 etibar etmişlər. Cavabdeh2 Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evini ailə üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq tərtib edilmiş etibarnamələr əsasında ona verilən səlahiyyət əsasında ipoteka qoymuşdur. Bundan əlavə mülkiyyətçilərin bir ailə üzvü olaraq bağlanmış müqavilədən xəbərsiz olması da səmimi görünmür.
5. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 MMC-nin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə bildirişlər göndərilmiş və qeyd olunan bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş, ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmişdir.
6. Apellyasiya icraatı zamanı Ali Məhkəmənin göstərişi əsasında ipotekanın hazırki real bazar dəyərinin (likvid dəyərinin) yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 14 iyun 2021-ci il tarixli, LF №17 saylı rəydən müəyyən edilir ki, mübahisəli ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 130 000 (yüz otuz min) manat təşkil edir. Kollegiya bildirir ki, apellyasiya şikayətinin dəlillərində, eləcə də məhkəmə icraatı zamanı Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinin dəyəri mübahisələndirilmədiyindən, məhkəmə həmin əmlakın dəyəri ilə bağlı məsələyə toxunmur. Çünki məhkəmə mübahisə həddində işə baxır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və belə qənaətə gəlir ki, Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə ilk iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8.532,20 manat əsas, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.588,35 manat, 200 (iki yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 13.421,27 qəpik (on üç min dörd yüz iyirmi bir manat 27 qəpik), 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39.096 manat əsas, faiz borcu üzrə 10.835,27 manat, faiz borcu illik 5 %-lə 4.956,95 manat, borcu gecikdirdiyinə görə hesablanmış 200 (iki yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 55088.22 (əlli beş min səksən səkkiz manat 22 qəpik) manat pul, habelə iddianın qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməli; Tələblər müvafiq olaraq ipоtekа ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə və Cavabdeh5 məxsus olan Qax rayonu İlisu kəndində yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsinə yönəldilməli; ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə fərdi yаşаyış evinin likvid dəyəri 130.000 (yüz otuz min) mаnаt, Qax rayonu İlisu kəndində yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsinin likvid dəyəri isə (bazar dəyəri 32000 manat olmaqla) 27000 manat məbləğində müəyyən edilərək, əmlaklar аçıq hərrаcdа sаtılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılmaqla, ev boşaldılmalıdır. İlk iddia qalan hissələrdə təmin edilməməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi ilkin iddiaya münasibətdə (iddianın təmin və təmin olunmayan hissələrində) tamamilə ləğv edilsin. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən; -04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsinə əsasən 8.532,20 manat əsas borc, 3.100,72 manat faiz borcu, faiz borcu illik 5 %-lə 1.588,35 manat, 200 (iki yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 13.421,27 qəpik (on üç min dörd yüz iyirmi bir manat 27 qəpik) alınaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh5 mülkiyyətində olan və (bazar dəyəri 32000 manat olmaqla) likvid dəyəri isə 27000 manat məbləğində qiymətləndirilmiş Qax rayonu İlisu kəndində yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 13.421,27 qəpik (on üç min dörd yüz iyirmi bir manat 27 qəpik) iddiaçının hesabına ödənilsin.
-25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39.096,00 manat əsas, faiz borcu üzrə 10.835,27 manat, faiz borcu illik 5 %-lə 4.956,95 manat, 200 (iki yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 55088.22 (əlli beş min səksən səkkiz manat 22 qəpik) manat pul; İddianın qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan və likvid dəyəri 130.000 (yüz otuz min) mаnаt məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 55088.22 (əlli beş min səksən səkkiz manat 22 qəpik) manat iddiaçının hesabına ödənilsin. Fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılmaqla, ev boşaldılsın. İlk iddia tələbi qalan hissələrdə (cavabdehlərin və digərlərinin istifadə hüquqlarının itirilməsi, evin təhvil verilməsi, cərimə pulu hissələrində) təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizası xərci Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov