Məhkəmə qərarları › İş №2(107)-820/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-820/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-820/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, İddiaçı "Azəriqaz" İB-nin cavabdeh Salmanov Arif Ənvər oğluna qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk, Salmanov Arif Ənvər oğlunun "Azəriqaz" İBnə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbi barədə qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 2(037)-94/2021 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 2(037)-94/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, Salmanov Arif Ənvər oğlundan təbii qazdan istifadəyə görə yaranmış 92 (doxsan iki) manat 80 (səksən) qəpik borc məbləğinin alınaraq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Salmanov Arif Ənvər oğlunun **********01120 nömrəli abonent koduna vurulmuş 4320 kub metr təbii qazın dəyəri 432 (dörd yüz otuz iki) manat debitor borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat məbləğinin Salmanov Arif Ənvər oğluna qaytarılması, “Azəriqaz” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, Salmanov Arif Ənvər oğlundan 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları "Azəriqaz" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Salmanov Arif Ənvər oğlundan mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 92,8 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 432 manat itirilmiş qazın dəyərinin, 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salmanov Arif Ənvər oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********01120 nömrəli abonent koduna vurulmuş 4320 kub metr təbii qazın dəyəri 432 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Arif Salmanov istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 92,8 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Arif Salmanov müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 92,8 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa 24 aprel 2019-cu il tarixdə “Azəriqaz” İB-nin Ağsu Regional Qaz İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən Arif Salmanovun İsmayıllı rayonun Qalınçaq kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Arif Salmanov tərəfindən imzalanmamışdır. Açılmış Elster-G4 markalı 26032064 nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş 29/1710-01653-1 nömrəli aktda sayğacın çıxış plastmas borusunun deşici alətlə deşildiyi qeyd olunmuş və sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 29 avqust 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı Arif Salmanov imzalamaqdan imtina etmişdir. Akta əsasən 30 avqust 2019cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 4320 kub.metr itirilmiş qazın dəyəri 432 manat məbləği Arif Salmanovun abonent bazasındakı koduna vurulmuşdur. Arif Salmanovun abonent koduna vurulmuş məbləğlər istifadə edilmiş təbii qazın və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Salmanov Arif Ənvər oğlundan mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 92,8 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 432 manat itirilmiş qazın dəyərinin, 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Salmanov Arif Ənvər oğlu izahat verərək göstərmişdir ki, iddia tələbini 92,8 manat qaz pulu borcu hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 92,8 manat borcu ödəyəcəkdir. Həmin hissədə iddianın təmin olunmasına etiraz etmir. Lakin iddia tələbinin dəymiş ziyan hissəsi ilə razı deyildir. “Azəriqaz” İB-nin tabeçiliyində olan Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2019-cu il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı 26032064 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamamışdır. Bir müddət sonra “Azəriqaz” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, 26032064 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Sayğac istismara yararsız hesab edilmişdir. Ona görə də 29 avqust 2019-cu il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında 30 avqust 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 4320 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. O, dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini ödəmişdir. Hesab edir ki, “Azəriqaz” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 92,8 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. İddia tələbinin dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 432 manat debitor borcun silinməsini və sayğacın dəyəri kimi ödədiyi 92 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. 24.04.2019-cu il tarixində ’’Azəriqaz” İstehsalat Birliyinin Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu, Qalınçaq kəndində yaşayan Salmanov Arif Ənvər oğluna məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 24.04.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, 26032064 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 23.08.2019-cu il tarixli 29/1710-01653-1 nömrəli akta əsasən sayğacın çıxış plasmas borusunun deşici alətlə deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən Salmanov Arif Ənvər oğlunun mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 29.08.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQlİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 avqust 2019 - cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Salmanov Arif Ənvər oğlunun İsmayıllı XS-nin abonent bazasındakı **********01120 nömrəli abonent koduna 4320 m3- 432.00 (dörd yüz otuz iki) manat 00 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Salmanov Arif Ənvər oğlunun abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Salmanov Arif Ənvər oğlu ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Ona görə də, İsmayıllı rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(037)- 94/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasıının iclasında iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Salmanov Arif Ənvər oğlu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 2(037)-94/2021 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilməmiş hissəsində və təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Ağsu Regional Qaz İstismarı İdarəsi ilə Salmanov Arif Ənvər oğlu arasında bağlanmış 21 sentyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Arif Salmanovun yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 24 aprel 2019-cu il tarixdə Arif Salmanovun İsmayıllı rayonun Qalınçaq kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamamışdır. İşdə olan 25 aprel 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Arif Salmanov tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Azəriqaz” İB-nin Ağsu RQİİnin İsmayıllı XS-nin hesabına 92 (doxsan iki) manat məbləğində vəsait ödənilmişdir. “Azəriqaz” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 avqust 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd radiator və 1 ədəd axınlı su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. İşdə olan “Azəriqaz” İB-nin Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Arif Salmanovun yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4320 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İşdə olan 06 noyabr 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2020-ci ilin oktyabr ayının sonuna Arif Salmanovun **********01120 nömrəli abonent koduna 524,8 manat borc vurulmuşdur ki, həmin borcun 432 manat hissəsi 2019-cu ilin avqust ayının sonuna akt üzrə hesablanmış borc, 92,8 manat hissəsi isə istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. İşdə olan 16 noyabr 2020-ci il tarixli 010B-09İSONS-2628 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonun Qalınçaq kənd sakini Arif Salmanova məxsus evin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 26032064 nömrəli qaz sayğacı (abonent kodu **********01120) 20 aprel 2019-cu il tarixdə qaz xəttindən çıxarılıb Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilərək MSK 29/1710-01653-1 nömrəli rəylə qaz itkisi - müdaxilə diaqnozu qoyulmuşdur. Bunu əsas götürərək sayğacın itirilmiş qazın bərpası üçün abonentə 29 avqust 2019-cu il tarixində ******* nömrəli dəymiş ziyan aktı tərtib olunaraq 4320 m3 hesabat aparılmışdır. İşdə olan 27 noyabr 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “Azəriqaz” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı isə tam təmin edərkən “Qazdan İstifadə Qaydaları”nın 4.2, 4.9, 5.2 və 5.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1, 8.1.2 və 9.1.5-ci maddələrinə istinad etmişdir. “Qazdan İstifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2018-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Arif Salmanovun 2020-ci ilin oktyabr ayının sonuna 92,8 manat borcu yaranmışdır. Eyni zamanda “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 24 aprel 2019-cu il tarixdə Arif Salmanovun fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən 26032064 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə abonentinhesbına yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamamışdır. Arif Salmanovun yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 29 avqust 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019- cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Arif Salmanovun yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4320 kub metr müəyyən edilmişdir. Arif Salmanovdan 4320 kub.metr itirilmiş təbii qazın və sayğacın dəyərinin öpdənilməsi tələb olunmuşdur. Arif Salmanov dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini 25 aprel 2019-cu il tarixdə ödəmişdir. “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini təmin olunaraq Salmanov Arif Ənvər oğlundan mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 92,8 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 4320 m3 - 432 manat itirilmiş qaz dəyərinin, 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Arif Salmanov iddia tələbini 92,8 manat borc hissəsində təmin edilməsinə etiraz etmir, iddia tələbinin dəymiş ziyan tələbinə dair hissədə rədd edilməsini, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********01120 nömrəli abonent koduna vurulmuş 4320 kub metr təbii qazın dəyəri 432 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat məbləğinin geri qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qarşılıqlı iddia tələbinin mahiyyəti üzrə fikir bidirilmədiyindən, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilmədiyindən “Azəriqaz” İBnin qarşılıqlı iddiaya dair münasibətini öyrənmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi ilkin iddianın istifadə edilmiş təbii qaza görə yaranmış 92,8 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq Arif Salmanov istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Arif Salmanovun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış 26032064 nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Arif Salmanov məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 4320 kub metr miqdarında, yəni 432 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən Arif Salmanovun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qazın dəyəri 432 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin Arif Salmanova qaytarılması barədə qətnamə qəbul edilməlidir. İş üzrə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia qismən təmin edildiyindən “Azəriqaz” istehsalat Birliyi tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı “Azəriqaz” İstehsalat Birliyinə aid edilməli, 10 manatı isə cavabdehdən alınaraq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi tam təmin edildiyindən və qarşılıqlı iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 manat dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ilkin iddia üzrə dövlət büdcəsinə 30 manat rüsum ödənildiyi nəzərə alınaraq dövlət büdcəsinə ödəniləcək 30 manatdan 20 manatı ödənilmiş rüsumla əvəzlənməlidir. Azəriqaz” İstehsalat Birliyindən 10 (on) manat və Salmanov Arif Ənvər oğlundan 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərar qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianı qismən, qarşılıqlı iddianı tam təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin mübahisələndirilən hissəsində ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq оğlunun apellyasiya şikаyəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 2(037)-94/2021 nömrəli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin edilməmiş hissəsində və təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 2(037)-94/2021 nömrəli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin edilməmiş hissəsində və təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən sаxlаnılsın. İddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar