Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-821/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X22, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan” tələbinə dair (Açar sözlər: maddi ziyan -sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X17, İddiaçı, onun vəkili X3, cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh5, X22, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X22, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan tələbi”nə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-26/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı ilə X18 arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X38 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-688 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsini 01 noyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir.
2. İddiaçı ilə X25 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X39 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-744 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,16 hektar torpaq sahəsini 15 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir.
3. İddiaçı ilə X5 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X34 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-596 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,90 hektar torpaq sahəsini 15 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir.
4. İddiaçı ilə X13 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X26 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-691 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,59 hektar torpaq sahəsini 13 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir.
5. İddiaçı ilə X19 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X30 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,93 hektar torpaq sahəsini 13 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir.
6. İddiaçı ilə X28 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, Rasim İsayev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə mülkiyyətinə verilmiş 1,62 hektar torpaq sahəsini 13 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 avqust 2021- ci il tarixli, **********36 nömrəli mütəxəssis rəyində göstərilmişdir: İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN-744 (Kod:********), JN596 (Kod:********), JN-691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları müəyyən edilmişdir. Cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN- 744 (Kod:********), JN-596 (Kod:********), JN-691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları eynidir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin 28 fevral 2022-ci il tarixli, **********98 nömrəli mütəxəssis rəyində göstərilmişdir: İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN-744 (Kod:********), JN-596 (Kod:********), JN691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları GPS aləti vasitəsilə müəyyən edilmişdir. Cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,22 hektar, JN-691 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar, JN-717 (kod: ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,93 hektar, JN-734 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə mülkiyyətə verilmiş 1,62 hektar torpaq sahəsinin 0,14 hektar hissələri ilə üst-üstə düşür. JN-596 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. JN-744 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi iddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş ərazi ilə üst-üstə düşmür.
9. X12 ilə "xxxx" ASC arasında bağlanmış 15 mart 2019-cu il tarixli, CC/77858/67/13 nömrəli Kredit Sazişindən görünür ki, Fəzail Səbzəliyevə 48 ay müddətinə, 23 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir.
10. X7 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 149CLM********** nömrəli Kredit müqaviləsindən görünür ki, Minayə Səbzəliyevaya 31 ay müddətinə, 25,84 % dərəcəsilə 1500 manat məbləğində kredit verilmişdir.
11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ Dövlət X36nin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qəbələ rayon Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 20\17 saylı müraciətinə əsasən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıya məxsus əkin sahəsindən 2,21 ha hissəsinin cavabdehlər tərəfindən mal-qaraya qəsdən otarılması nəticəsində vurulmuş ziyanın məbləğinin və üç il ərzində əkilmiş və becərilmiş 1000 ədəd tut tinginin ərazidən çıxarılması səbəbindən dəymiş ziyanın məbləği 2225 manat + 1176 manat = 3401 (üç min dörd yüz bir) manat təşkil etmişdir.
12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ Dövlət X36 tərəfindən Zərgərli kənd sakini İddiaçı ünvanlanmış 26 may 2021-ci il tarixli, 66 nömrəli məktubda göstərilmişdir ki, 2018-ci ildə kənd ərazi nümayəndəsi və bələdiyyənin xahişini nəzərə alaraq İddiaçı əkmək üçün 850 ədəd tut tingi verilmişdir.
13. Qəbələ rayon Bum qəsəbəsi tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış 11 avqust 2020-ci il tarixli və 07 dekabr 2020ci il tarixli Müraciətlərdə Bum bələdiyyəsinin Zərgərli kəndi ərazisinə yaxın yerdə yerləşən 2 ha kollu örüş ərazisini Zərgərli kənd sakini İddiaçı qanunsuz zəbt etdiyini, dəfələrlə onlar tərəfindən və kənd icra nümayəndəsi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ərazini boşaltmaması, zəbt olunmuş ərazinin boşaldılmasına kömək edilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X22, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan” tələbinə dair məhkəmədə iddia qaldıraraq, icarəsində olan 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını mal-qaraya otarmaqla vurulan 3730 manat məbləğində ziyanın cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X8, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada, eyni zamanda cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X22, Cavabdeh3 və Cavabdeh6 800 ədəd 3 illik tut tinklərinin tut əkini sahəsindən çıxardaraq vurduqları ziyana görə tut tinklərinin əkinini sahəyə yenidən əkərək bərpa etməklə 4500 (dörd min beş yüz) manat məbləğində ziyanın tutularaq (müştərək qaydada) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Bum bələdiyyəsi cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
16. 31 mart 2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər siyahısında 1-ci sırada Cavabdeh7 Mövlam oğlunun adı və ata adı texniki səhv olaraq “Abdulla Möylam” oğlu kimi qeyd edildiyini, düzgün olaraq “Cavabdeh7 Mövlam oğlu” kimi qeyd edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən hazırki dövrədək adları qeyd olunan bir qrup torpaq mülkiyyətçisi olan vətəndaşlarla torpaq icarə müqaviləsi bağlanaraq onların qanunla mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bir il müddətinə icarəyə götürərək həmin sahələrə əkin səpərək (əkərək) taxıl istehsalı ilə məşğul olur. Tərəflərlə icarə müqaviləsi hər il təzələnmiş, yəni illik müddətinə müqavilə bağlanmışdır. Torpaq icarə müqaviləsinə əsasən icarəçi olaraq o, torpağı icarəyə verənə məhsul yığıldıqdan sonra hər hektar torpaq sahəsinə 3 sentener taxıl və ya taxılın həmin ərəfədə bazar qiyməti dəyərində pul təyin edilir. Keçən 9 il ərzində torpaq icarəyə verənlərlə heç vaxt mübahisə yaranmamışdır. xx.xx.2020-ci il tarixdə X20 ******* saylı çıxarışla mülkiyyətində olan 1,62 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, xx.xx.2020-ci il tarixdə X9 JN-717 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,93 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, xx.xx.2020-ci il tarixdə X6 JN-691 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, xx.xx.2020-ci il tarixdə X1 JN-596 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,90 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, xx.xx.2020-ci il tarixdə X15 JN-744 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2020-ci il tarixdə X10 JN-688 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,22 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini torpaq icarəsi müqaviləsi əsasında bir il müddətinə icarəyə götürməklə cəmi 5,42 ha pay torpaq sahəsində buğda toxumu səpmişdir. Ancaq cavabdehlərdən X14, Cavabdeh1, Cavabdeh2, X22, Cavabdeh3 və Cavabdeh6 qrup halında 5,42 ha əkin sahəsinin 3,75 ha mal-qaraya qəsdən otarmaqla ona və ailə üzvlərinə 3730 (üç min yeddi yüz otuz) manat maddi ziyan vurmuşlar. Əkin sahəsinə cavabdehlər tərəfindən vurulmuş ziyanı müəyyən etmək üçün orta ixtisas təhsilli aqronom mütəxəssis dəvət edərək ilkin ziyanlığın müəyyən edilməsi barədə yerində əkin sahəsi müayinədən keçirilmişdir. Məhv edilmiş sahə ölçülərkən müəyyən edilmişdir ki, buğda sahəsinin 3,15 ha tamamilə yararsız vəziyyətə salınmışdır. 0,60 ha taxıl əkilmiş sahənin isə 60-70 %-nə ziyan dəymişdir. Taxıl sahəsinə nəzəri olaraq məhsuldarlıq orta hesabla 24-27 sentener müəyyən edilmiş və dəymiş ziyan qiymətləndirilmişdir. 3,15 (hektar) x 25,5 sen=7,8 ton buğda məhsulu məhv olunmuşdur. Mütəxəssis həmçinin 0,60 ha dəyən ziyanı da hesablamışdır. 0,60 ha x 25,5= 1,8 ton, həmçinin məhsulun 60%-i 1080 kq təşkil edir. Dəymiş ziyan pulla ifadə edilərsə 7,8 ton+1080kq=8880 buğda məhsulu bazar qiyməti ilə qiymətləndirdikdə 8880 kq x 42 qəpik = 3730 manat. Cavabdehlərin tərəfindən icarəyə götürərək əkdiyi taxıl sahəsinin 3,75 hektarını malqaraya otarmaqla cəmi 3730 manat məbləğində ziyan vurmuşlar. Cavabdehlərdən X14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 onun və ailə üzvlərinin 3 (üç) il ərzində 1200 ədəd tut ağacından 1000 (bir min) ədədinin 80%-ni əkin yerindən çıxarmaqla ziyan vurmuşlar. Həmin tut ağaclarının 3 (üç) il ərzində yetişdirilməsinə "xxxx" ASC-də oğlunun götürdüyü 3000 manat məbləğində kredit pulunu xərcləməklə cavabdehlər onların ailəsinə həmin məbləğdə ziyan vurmuşlar. Bütün ailələrinin zəhməti və götürülmüş kredit vəsaiti hesabına 3 illik tut bağını cavabdehlər tərəfindən heç bir məsuliyyət hiss etmədən məhv edilməsi ailələrinin gələcək gəlir sahəsini bərpası mümkün olmayan vəziyyətə salmaqla həm də dövlətin ipəkçiliyin inkişafına qarşı çıxmaq kimi qiymətləndirilməlidir. X2 3000 (üç min) manat, həyat yoldaşı X7 isə 1500 (bir min beş yüz) manat məbləğində cəmi 4500 manat məbləğində kredit almaqla 3 il ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X41 mərkəzi tərəfindən verilmiş 850 ədəd və bundan əlavə öz hesablarına aldıqları təxminən 200 ədəd, cəmi 1050 ədəd tut tinginin əkilib becərilməsinə xərcləsələr də, cavabdehlər tərəfindən əkin yerindən çıxardılaraq atılmış, yararsız vəziyyətə salınmış və son nəticədə ailələrinə 4500 manat ziyan vurulmuşdur. Beləliklə, cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2, X22, Cavabdeh3 və Cavabdeh6 3,75 ha əkin sahəsini mal-qaraya otarmaqla 3730 manat ziyan vurmuşlar. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə ona icarəyə götürdüyü 5,42 ha torpaq sahəsinin 3,75 ha mal-qarata otarmaqla torpaq sahəsi üzərində icarəçi hüquqları pozmaqla 3730 manat məbləğində ziyan vurmuşlar. Bundan əlavə cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Azərbaycan dövlətinin ipəkçiliyin inkişafına dair qərarından ruhlanaraq müvafiq razılıq əsasında əkdikləri tut tinklərinin 1000 ədədinin təxminən 800 ədədini (80 %) tut bağı formasına düşmüş və 3 il qulluq edib becərdikləri ərazidən çıxarıb atmaqla onlara 4500 manat məbləğində ziyan vurmuşlar. Cavabdehlər ona ziyan vurmaqla yanaşı torpaq icarəyə verən mülkiyyətçilər qarşısında öhdəsinə götürdüyü vəzifələrin layiqincə yerinə yetirməsinə maenələr yaratmışlar.
18. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 13 aprel 2022-ci il tarixli, 2(025)- 26/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu və ödənilmiş mütəxəssis xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı icarəsində olan 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını cavabdehlər tərəfindən mal-qaraya otarıldığını, eyni zamanda 800 ədəd 3 illik tut tinklərinin cavabdehlər tərəfindən tut əkini sahəsindən çıxarıldığını qeyd etsə də, cavabdehlər tərəfindən otarıldığını iddia etdiyi 3,75 hektar torpaq sahəsinin və 800 ədəd əkilmiş tut tinklərinin əkildiyi ərazilərin onun icarəsində olmasını dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehlər isə məhkəmə zamanı verdikləri ifadələrində iddiaçının əkdiyi taxıl sahəsini otardıqlarını, eyni zamanda iddiaçıya məxsus tut tinklərinin çıxarılaraq iddiaçıya etiraf etsələr də, həmin torpaq sahələrinin iddiaçının icarə əsasında istifadə etdiyi torpaq sahəsində olmadığını, həmin ərazilərin bələdiyyənin mülkiyyətində olan örüş sahəsi olduğunu bildirmişlər. İddiaçı isə bunun əksini isbat edən sübutları məhəməyə təqdim edə bilməmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.5, 425.1, -ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnaməni qərəzli və qeyri obyektiv qətnamə hesab edir. Qətnamə qəbul edilərkən məhkəmə tərəfindən təqdim olunan subutları obyektiv, hərtərəfli və tam araşdırmadan yanlış hüquqi qiymət vermişdir. Nəticədə cavabdehlər tərəfindən hüquqlarının pozulması və vurulan maddi ziyanın ödənilməsi tələbi öz hüquqi nəticəsini ala bilməmişdir. Qətnaməni qəbul etmir, ləğv olunmasını istəyir. Bildirir ki, məhkəmə qətnamədə sübut etmək yükünün iddia edənin üzərinə düşdüyünü göstərməklə qeyd etmişdir ki, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqlarının pozulmasını təsdiqləyən faktları məhkəməyə təqdim etmədiyini göstərmişdir.
23. Hesab edir ki, iddia tələbinin əsaslı və qanuniliyini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir
24. Belə ki, iddia ərizəsinə əlavə etdiyi dövlət aktları və çıxarışların surətlərindən görünür ki, o, həqiqətən JN -668 saylı dövlət aktı ilə 0.22 ha, JN -691 saylı dövlət aktı ilə 0.46 ha, JN -717 saylı dövlət aktı ilə 0.93 ha, JN – 734 saylı dövlət aktı ilə 0.46 ha, **********76 reyestr nömrəli çıxarışla 1.62 ha, JN -596 dövlət aktı ilə 0.90 ha, JN -744 saylı dövlət aktı ilə 1.16 ha torpaq sahəsini vətəndaşlardan icarəyə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2021 -ci il tarixli aqronom Fətul İbrahimli tərəfindən hazırlanmış akt - rəydən aydın olur ki, həqiqətən cavabdehlər tərəfindən mal -qaraya otarılan sahə 3.75 ha olmaqla sahənin otarılması səbəbindən ona 3730 manat ziyan dəymişdir.
25. Tərəfindən icarə əsasında istifadə etdiyi yəni 5.42 ha əkin sahəsinin 3.75 ha mal -qaraya yedizdirməklə ona 3750 manat ziyan vurulması barədə mütəxəssis rəyi ilə razılaşmayan məhkəmə kənd təsərrüfatı ilə məşğul olan Dövlət qurumunun mütəxəssisinin rəyini tələb etmişdir. Etdikləri sorğuya əsasən AR-sı Kənd təsərrüfatı Nazirliyi Qəbələ Dövlət X36 direktorunun imzası ilə xx.xx.2022-ci il taridə 25 saylı məktubla ona - İddiaçı məxsus əkin sahəsindən 2.21 ha hissəsinin cavabdehlər tərəfindən mal -qaraya qəsdən otarılması nəticəsində vurulmuş ziyanın məbləğinin və 3 il ərzində əkilmiş və becərilmiş 1000 ədəd tut tinginin ərazidən çıxarılması səbəbindən dəymiş ziyanın məbləğinin müəyyən edilməsi barədə mütəxəssis rəyi hazırlanıb verilmişdir.
26. Rəydə cavabdehlər tərəfindən otarılan sahənin 2.21 ha olduğunu həmin sahədən gözlənilən proqnoz məhsul 25.5 senter nəzərdə tutulduğundan = 2.21 ha x 25.5.sentner = 5635 kq əldə ediləcəyi nəzərə alınmış və 2021 -ci ildə statistika idarəsinin məlumatına əsasən taxılın pərakəndə satış qiyməti hər kq üçün 0.395 manat olduğundan - 5635 kq x 0.395 manat = 2225 manat təşkil etmişdir. Yəni 2.21 ha buğda sahəsinin cavabdeh tərəfindən mal -qaraya otarılmasına görə ona 2225 manat ziyan vurulmuşdur. Bundan əlavə Qəbələ Dövlət X36nin qeyd olunan rəyində tut tinglərinin 3 il əvvəl əkildiyi nəzərə alınmaqla göstərilir ki, hər hektar üçün çəkilmiş məbləğ 520 man x 1000 ədəd tut tinginin əkildiyi sahə 1.80 ha olduğundan = cəmi xərc 936 manat + cəmi suvarma xərci 240 manat = 1176 manat.
27. Dövlət müəssisəsinin (DAİM) verdiyi mötəbər rəyə əsasən tərəfindən əkilmiş əkin sahəsinin 2.21 ha hissəsinin cavabdehlər tərəfindən mal-qaraya qəsdən otarılması nəticəsində vurulmuş ziyanın məbləğinin və 3 il ərzində əkilmiş və becərilmiş 1000 ədəd tut tinginin ərazidən çıxarılması səbəbindən dəymiş ziyanın məbləği aşağıdakı kimi müəyyən edilmişdir. 2225 man + 1176 man = 3401 man. Yəni mötəbər dövlət müəssisəsinin rəyinə əsasən cavabdehlər ona 3401 manat ziyan vurmuşdur. Məhkəmə sadalanan təkzibolunmaz sübutlara düzgün hüquqi qiymət verməmiş, bütün hallarda cavabdehlərin mövqeyindən çıxış etməklə yanlış qətnamə çıxarmışdır.
28. Məhkəmə həmçinin əkin sahəsinin mal – qaraya otarılmasına etirazını olan çəkilişi olduğu filaşkartın baxışını təşkil etməmiş, işdə belə bir çəkilişin olduğu filaşkart olmadığını bildirmişdir. İşə təqdim olunan əkin sahəsində cavabdehlərin mal -qaraya otardığını əks etdirən fotoşəkillərə də münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. Həmçinin bildirir ki, işdə olan və araşdırılan 16 rəsmi sənədin 14-ü tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdehlər tərəfindən isə məhkəməyə örüş sahəsi adlandırdıqları ərazinin hüquqi vəziyyətini göstərən heç bir rəsmi sənəd və ya rəsmi arayış və ya məktub təqdim edilməmişdir. Tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara cavabdehlər heç bir təkzibedici sübut qoya bilməmişlər. Qətnamədə də göstərildiyi kimi onlar bununla razılaşmamışlar, onların mal -qara otardığı ərazinin örüş ərzisi olduğunu qeyd etməklə kifayətlənmişlər.
29. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-26/2022, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, icarə müqaviləsinə əsasən bir neçə nəfərdən torpaq götürmüşdür. Həmin torpaq sahəsində taxıl əkib-becərir. Lakin cavabdehlər onun taxıl sahəsinə heyvan buraxmaqla ona xeyli məbləğdə maddi ziyan vurmuşlar. Bundan əlavə cavabdehlər onun əkmiş olduğu tut tinglərini də çıxarmışlar. Əgər cavabdehər ona 2 ton taxıl, 1,5 ton toxumluq taxıl və əlavə çəkmiş olduğu xərcləri qaytararlarsa,onda iddiasından imtina edir. Əks halda apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
32. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X11 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən maddi və prosessual normaları düzgün tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
33. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh5, X22, Cavabdeh3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, iddiaçının taxıl əkdiyi sahənin bir hissəsi bələdiyyə torpağı olmaqla kənd camaatının örüş yeridir. Onlar dəfələrlə bu barədə iddiaçını xəbərdar etmişlər. Çünki həmin ərazidən başqa kəndin ayrı örüş yeri yoxdur. İddiaçı icarə müqaviləsi əsasında özünə məxsus torpaqdan başqa, kənd bələdiyyəsinə məxsus olan torpağı da özbaşına zəbt edib. Cavabdehlər sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Torpaq Məcəlləsi Maddə 47. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarınınvə qəbiristanlıqlarınaltındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-26/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Kollegiya Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-26/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddia tələbi vurulmuş ziyan, yəni icarədə olan 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını mal-qaraya otarmaqla vurulan 3730 manat məbləğində və 800 ədəd 3 illik tut tinklərinin tut əkini sahəsindən çıxardaraq vurduqları ziyana görə tut tinglərinin sahəyə yenidən əkərək bərpa etməklə 4500 (dörd min beş yüz) manat məbləğində ziyan barədədir.
42. İddiaçı maddi zərər tələbinin əsası kimi 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını mal-qaraya otarılmasını və 800 ədəd 3 illik tut tinklərinin tut əkini sahəsindən çıxarılmasını göstərir.
43. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının istinad etdiyi halları sübut etməməsinə istinad etmişdir.
44. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
45. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
46. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
48. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, iddiaçı icarəsində olan 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını cavabdehlər tərəfindən mal-qaraya otarıldığını, eyni zamanda 800 ədəd 3 illik tut tinklərinin cavabdehlər tərəfindən tut əkini sahəsindən çıxarıldığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini özünün mülahizələri ilə əsaslandırmağa çalışmışdır.
49. İş üzrə verilmiş DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 avqust 2021-ci il tarixli, **********36 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN-744 (Kod:********), JN-596 (Kod:********), JN-691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları eynidir.
50. Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli, **********98 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,22 hektar, JN-691 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar, JN-717 (kod: ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,93 hektar, JN-734 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə mülkiyyətə verilmiş 1,62 hektar torpaq sahəsinin 0,14 hektar hissələri ilə üst-üstə düşür.
51. JN-596 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. JN-744 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi iddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş ərazi ilə üst-üstə düşmür.
52. Apellyasiya instansiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsindən başqa, bələdiyyə mülkiyyətində olan və kənd camaatının, o cümlədən cavabdehlərin örüş kimi istifadə etdiyi torpaq sahəsini də heç bir hüquqi əsas olmadan əkmişdir. Cavabdehlər məhz bələdiyyə mülkiyyətində olan və örüş sahəsi kimi nəzərdə tutulan sahəyə heyvan buraxmışlar.
53. Kollegiya qeyd edir ki, baxılan iddianın təmin oluunması üçün ilk növbədə zərərin vurulması, zərər vurulması sübut olunduğu halda həmin zərərin məhz cavabdehlərlə səbəbli əlaqəsi sübut olunmalıdır. Əgər zərərin vurulması təsdiq olunmursa, digər əsaslar üzrə araşdırma aparılmasına ehtiyac qalmır.
54. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.
57. Lakin kollegiyanın araşdırması zamanı da təklif olunmasına baxmayaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi ehtimal olunan ziyanın məbləği və əldə edə biləcəyi həcmdə faydanın mənbəyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hesablama qaydasını heç bir sübuta söykənməyən riyazi hesablamaya isinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir.
58. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsinin iddianı rədd etməklə mövqeyi əsaslı olmuşdur. Ona görə də kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-26/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov