Məhkəmə qərarları › İş №2(107)-822/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-822/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-822/2023 20.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılmas” tələbinə dair (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılmas” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(046)-822/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X4 və X1 üçün hər ay hər uşağa görə 140 manat miqdarında aliment tutulmuşdur. Lakin cavabdehin ödədiyi aliment uşaqların zəruri təlabatlarını ödəmir. Cavabdeh ona uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir. Birinci instansiya məhkəməsində icraat; Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 19 aprel 2023-cü il tarixli, 2(046)- 822/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-390/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi, aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 30 manat məbləğində rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X4 və X1 üçün hər ay hər uşağa görə 140 manat miqdarında aliment tutulmuşdur. Lakin cavabdehin ödədiyi aliment uşaqların zəruri təlabatlarını ödəmir. Cavabdeh ona uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin baxışı zamanı İddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin təqdim etdikləri sübutlarla uşaqların saxlanması üçün tutulan aliment artırılmalı və hər ay hər uşağa 180 manat cəmi 360 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 76, 76.2 və 78.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1, 80, 81 və 217-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Qətnamədə də qeyd olunub ki, məhkəmə sisteminin çıxarışından görünür ki, o, "xxxx" MMC-də dizayner vəzifəsində işləyir. Belə olan halda məhkəmənin qətnaməsinə əsasən o, 360 manat aliment ödəyəcəyi halda özü necə dolansın? Qətnamədə guya onun "xxxx" MMCdə dizayner vəzifəsində işlədiyi qeyd olunsada amma əslində o, heç bir yerdə işləmir, hal-hazırda işsizdir. Bundan başqada, məhkəmənin qətnaməsində qeyd olunur ki, məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onda sual olunur: əgər iddiaçı tərəfindən alimentin artırılaraq 220 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir sübut məhkəməyə təqdim edilə bilməmişsə, hansı əsaslarla aliment məbləği hər ay hər uşağa görə 140 manatdan artırılaraq, 180 manat olmuşdur? Onun qazanc yerinin olmadığından aliment məbləği artırılmamalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildiyi tarixdən sonra onun maddi və əmlak vəziyyəti yaxşılaşmamış, əksinə ağırlaşmışdır. Belə ki, anası gözdən əlildir, bir ünvanda onun himayəsində yaşayır. 10 ildir boşanmış, aliment borcuna görə yenidən ailə həyatı qurmamışdır. Hesab edir ki, tərəflərin müştərək uşağının saxlanılması təkcə atanın deyil, eyni zamanda ananın da borcudur. Bu səbəbdən alimentin miqdarının müəyyən edilməsi vaxt məhkəmə uşağın saxlanılması üçün təkcə atanın borcu olması barədə nəticəyə gəlməklə, anan bu məsuliyyətdən faktiki azad etməməlidir. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(046)-822/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(046)-822/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər uşaqa görə 180 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(046)-822/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaqa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nihaklarından xx.xx.2005-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 iddiaçının himayəsindədir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(046)-822/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(046)-822/2023 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar