Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-823/2022 29.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(016)-06/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 108.LN.2106.030214.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə banka 11.811,28 manat əsas, 7.114,42 manat faiz və 4.237,23 manat cərimə olmaqla, cəmi 23.162,93 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, Ağsu şəhəri, Əfzələddin Xəqani küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh3 yaşayış evini boşaltması, həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 108.LN.2106.030214.00001 saylı Kredit müqaviləsinə əsasən illik 24 faizlə 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və 108.CL.030214.00001/c saylı xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Ağsu şəhəri, Əfzələddin Xəqani küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka borcu 11.811,28 manat əsas, 7.114,42 manat faiz və 4.237,23 manat cərimə olmaqla, cəmi 23.162,93 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildirişlər göndərilmiş, bildirişlər reyestr orqanında ərizə ilə qeydə alınmışdır. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cəmi 10.858,76 manat - bundan 5.865,96 manat əsas, 2.874,32 manat faiz, 706,65 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.411,83 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Ağsu şəhəri, Əfzələddin Xaqani küçəsində yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsinə, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh3 həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tаrixli, 2(016)-06/2022 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddianın qismən təmin edilməsi, 5.865,96 manat əsas, 2.874,32 manat faiz, 10 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.411,83 manat faiz borcu olmaqla, ümumilikdə 10.162,11 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Tələbin Cavabdeh1 məxsus olan Ağsu şəhəri, Əfzələddin Xaqani küçəsində yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Ağsu şəhəri, Əfzələddin Xaqani küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilməsi, Ağsu şəhəri, Əfzələddin Xaqani küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, ekspertiza tədqiqatlarının dəyəri olaraq 295 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 108.LN.2106.030214.00001 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faizlə 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan iddiaçı ilə ipoteka qoyan Cavabdeh1 özünə məxsus Ağsu şəhəri, Əfzələddin Xəqani küçəsində yerləşən 1A saylı fərdi yaşayış evini (0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 108.CL.030214.00001/c saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli, 108.CL.030214.00001/d saylı zaminlik müqaviləsi bağlanmışdır. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağsu şəhəri, Əfzələddin Xəqani küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin “Şamaxı” filialının xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 1 nömrəli əlavədə əmlakın dəyəri 40.000 manat qiymətləndirilmişdir. Cavabdehlər Cavabdeh4, X1 və Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərinə əsasən cavabdehlər əmlaka qarşı iddia qaldırıldığı halda əmlakı boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. İpoteka bildirişinin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12348 saylı, xx.xx.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 13.787,31 manat, faiz borcu üzrə 2.935,10 manat; xx.xx.2018-ci il tarixə əsas borc üzrə 13.787,31 manat, faiz borcu üzrə 6.152,14 manat borcu müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 22137 saylı, xx.xx.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 12.231,28 manat, faiz borcu üzrə 4.255,89 manat; xx.xx.2017-ci il tarixə əsas borc üzrə 11.811,28 manat, faiz borcu üzrə 6.417,54 manat; xx.xx.2018-ci il tarixə əsas borc üzrə 11.811,28 manat, faiz borcu üzrə 6.850,62 manat borcu müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş iş üzrə məhkəmə tikinti-texniki ekspertizası üzrə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, lakin əmlaka baxış keçirilməsi mümkün olmadığından qərardad icra edilməmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına cavabdehin müqavilə üzrə xx.xx.2021-ci il tarixə 5.865,96 manat əsas, 2.874,32 manat faiz, 706,65 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.411,83 manat faiz borcu olmaqla, ümumilikdə 10.858,76 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 706,65 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319, 385, 442, 448.1,ç 462.1, 467, 443.1, 317.1-ci maddələri, İpoteka haqqında qanunun 33, 59.3, 59.4–cü maddələri, İcra haqqında qanunun 45.6-cı maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır . Ona görə də ləğv edilməlidir. Belə ki, İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə , illik dərəcəsi 24 % olmaqla 18.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Ağsu şəhəri , Ə.Xəqani küçəsində yerləşən 1A lı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Ödənişlər müqavilədə göstərilən məbləğlərdən artıq ödənilmişdir. Onun banka borcu qalmamışdır. Qeyd olunmalıdır ki, 18.000 manat əsas borc müqabilində kredit müqaviləsi ilə 6850.62 manat faiz ödənilməsi hesablanmışdır. xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışda tərəfindən 12.911,69 manat əsas borc , 7.601,64 manat faiz borcu məbləği , 10.317,92 manat cərimə faiz borcu məbləği və komissiya məbləği 450 Manat ödənilməsi göstərilmişdir, yəni tərəfindən banka 30.829 manat məbləğində ödəniş edilmişdir, həmçinin 1000 manat da əlavə ödənilmişdir və bu halda hansı borcun qalmasından söhbət gedə bilər . Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyləri veriləndən sonra tərəfindən ödənişlər edilmişdir, bu barədə çıxarışları məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tаrixli, 2(016)-06/2022 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tаrixli, 2(016)-06/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(016)-06/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(016)-06/2022 saylı qətnaməsinin mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissə üzrə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(016)-06/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 108.LN.2106.030214.00001 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faizlə 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan iddiaçı ilə ipoteka qoyan Cavabdeh1 özünə məxsus Ağsu şəhəri, Əfzələddin Xəqani küçəsində yerləşən 1A saylı fərdi yaşayış evini (0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 108.CL.030214.00001/c saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli, 108.CL.030214.00001/d saylı zaminlik müqaviləsi bağlanmışdır. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağsu şəhəri, Əfzələddin Xəqani küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin “Şamaxı” filialının xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 1 nömrəli əlavədə əmlakın dəyəri 40.000 manat qiymətləndirilmişdir. Cavabdehlər Cavabdeh4, X1 və Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərinə əsasən cavabdehlər əmlaka qarşı iddia qaldırıldığı halda əmlakı boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. İpoteka bildirişinin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12348 saylı, xx.xx.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 13.787,31 manat, faiz borcu üzrə 2.935,10 manat; xx.xx.2018-ci il tarixə əsas borc üzrə 13.787,31 manat, faiz borcu üzrə 6.152,14 manat borcu müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 22137 saylı, xx.xx.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 12.231,28 manat, faiz borcu üzrə 4.255,89 manat; xx.xx.2017-ci il tarixə əsas borc üzrə 11.811,28 manat, faiz borcu üzrə 6.417,54 manat; xx.xx.2018-ci il tarixə əsas borc üzrə 11.811,28 manat, faiz borcu üzrə 6.850,62 manat borcu müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş iş üzrə məhkəmə tikinti-texniki ekspertizası üzrə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, lakin əmlaka baxış keçirilməsi mümkün olmadığından qərardad icra edilməmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına cavabdehin müqavilə üzrə xx.xx.2021-ci il tarixə 5.865,96 manat əsas, 2.874,32 manat faiz, 706,65 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.411,83 manat faiz borcu olmaqla, ümumilikdə 10.858,76 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətin dəlilləri ondan ibarətdir ki, apelyatorun banka borcu yoxdur, əlavə olaraq banka 1000 manat pul ödəmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyləri veriləndən sonra tərəfindən ödənişlər edilmişdir, bu barədə çıxarışları məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Kollegiya borcun qalmaması barədə şikayətin dəlili ilə razılaşmır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22137 saylı, xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 12.231,28 manat, faiz borcu üzrə 4.255,89 manat; xx.xx.2017-ci il tarixə əsas borc üzrə 11.811,28 manat, faiz borcu üzrə 6.417,54 manat; xx.xx.2018-ci il tarixə əsas borc üzrə 11.811,28 manat, faiz borcu üzrə 6.850,62 manat borcu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də şikayət təmin edilə bilməz. Bundan başqa kollegiya şikayətin digər dəlili olan birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyləri veriləndən sonra tərəfindən ödənişlər edilməsi, bu barədə çıxarışları məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən araşdırılmaması və qiymət verilməməsi hissəsinə münasibət bildirərək hesab edir ki, şikayət həmin hissədə də əsassızdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza rəyi alındıqdan sonra cavabdeh tərəfindən ödənişlər aparılmasına dair iş materiallarında hər hansı bir sübut növü yoxdur. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, qətnamə qəbul edildikdən sonra ödənilən məbləğlərlə bağlı cavabdeh icra mərhələsində həmin ödənilən məbləğlərin nəzərə alınmasını icra qurumundan tələb edə bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissədə iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(016)-06/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(016)-06/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-823/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-823/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver