Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-823/2025 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(025)-36/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 126675,2 (bir yüz iyirmi altı min altı yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində borc, 28336,57 (iyirmi səkkiz min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat məbləğində faiz, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 446 (dörd yüz qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehdan tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə elektron qaydada iddia tələbinin azaldılması barədə ərizə göndərərək, 108525,2 (yüz səkkiz min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində borc, 25034,44 (iyirmi beş min otuz dörd manat qırx dörd qəpik) manat məbləğində faiz, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 424 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2019-cu il tarixində cavabdehə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat məbləğində borc vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı borc məbləğini 9 (doqquz) ay müddətinə geri ödəməli olmuşdur. Lakin buna baxmayaraq cavabdeh verdiyi borcdan 2019-cu ildə 1000 (bir min) manat, 2020-ci ildə 12000 (on iki min) manat, 2021-ci ildə 10000 (on min) manat və 2022-ci ildə 1500 (bir min beş yüz) manat məbləğində pulu ona geri ödəmişdir. Beləliklə də, borc verdiyi gündən bu günə qədər cavabdeh ümumilikdə ona 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödəmişdir. Borcun 9 (doqquz) ay müddətinə geri qaytarılmalı olmasına baxmayaraq üzərindən 5 (beş) ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh bu günə qədər borcunu tam şəkildə ödəməmişdir. Hazırda cavabdehin 126675,2 (bir yüz iyirmi altı min altı yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində borcu qalmışdır. Son iki il ərzində isə cavabdehlə əlaqə saxlamaq demək olar ki, mümkün olmamışdır. Əlaqə yarada bildikdə isə cavabdeh hər dəfə borcunu ödəyəcəyi vəd etsə də, bu günə qədər borclu olduğu məbləği ödəməmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh borcun ödənilməsini 5 (beş) il müddətində gecikdirdiyi üçün o, cavabdehdən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini də tələb etmək niyyətindədir. Borcun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 28336,57 (iyirmi səkkiz min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat təşkil edir. Beləliklə də faizlə birlikdə cavabdehin ümumi borcu 155011,77 (bir yüz əlli beş min on bir manat yetmiş yeddi qəpik) manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin azaldılması barədə ərizə nəzərə alınmaqla, iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 2019-cu ilin sentyabr ayında onunla əlaqə saxlayaraq bildirmiş ki, onun təxminən 150.000 manat pulu var və həmin pulu aktiv investisiyada istifadə edərək gəlir əldə etmək istəyir. O, isə Anara, qeyd olunan pulu investisiya edə biləcəyi bir neçə biznes təklif etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı 85700 ABŞ dolları və 1080 AZN pulu investisiya məqsədilə (borc olaraq yox) ona vermişdir. O, qeyd olunan pul vəsaitindən 45.000 ABŞ dollarını tanışı Laçın Məmmədova vermiş və o, həmin pulu Gürcüstanda olan biznesinə investisiya etmişdir. Bu barədə İddiaçı önəcədən həm məlumatı, həm də razılığı olmuşdur. Bu məqsədlə o, iddiaçının bacısı ilə yazılı müqavilə bağlamış, ancaq həmin müqavilə münasibətləri tam düzgün əks etdirmir. Yazılı müqavilədə qeyd edilənlərin əksinə İddiaçıla danışıqları sübut edir ki, göstərilən vəsait borc məqsədilə deyil, investisiya məqsədilə təqdim edilmişdir. Buna görə də o, 45.000 ABŞ dollarını investisiya məqsədilə Laçın Məmmədova vermiş, sonuncu isə həmin məbləği Gürcüstandakı biznesinə yatırım etmişdir. Eyni zamanda yazılı müqavilədə göstərilənlərdən fərqli olaraq əsas məbləğin 9 ay müddətinə yox, 7 il müddətinə şərtli qaytarılması nəzərdə tutulmuşdur. Qeyd olunan razılaşma ilə bağlı İddiaçı aylıq 1000 ABŞ dolları da ödənilmişdir. Daha sonra X1 biznesi bağlanmış və onun yatırdığı pullar batmışdır. Bununla bağlı Laçın Məmmədov məhkəməyə müraciət etmiş və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. X9 şahid kimi iştirak edərək bunu təsdiq edə bilər. İddiaçı aldığı və Laçın Məmmədova verdiyi məbləğdən geri qalan məbləği isə başqa bir biznesə yatırmışdır. Ancaq pandemiya dövrünə təsadüf etdiyindən işlər gözlədiyi kimi alınmamışdır. Nəticədə direktoru və təsisçisi olduğu şirkət "xxxx" MMC adından "X13" MMC-yə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış və hakim Leyla Əliyevanın xx.xx.2022-ci il tarixli, e-2-2(113)-448/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq 77242 manat vəsait cavabdehdən tutulmuşdur. Ancaq bugünədək məhkəmə qətnaməsi icra olunmamışdır. Məlumat üçün onu da bildirmək istəyir ki, o, özü sahibkar kimi fəaliyyət göstərir. İddiaçı qeyd olunan məbləği aldığı dövrdə (2019-cu il) onun istər vergi borcu, istər banklara kredit borcu və başqa heç bir borcu olmamışdır. Bir sözlə, onun İddiaçı puluna ehtiyacı olmamışdır. Anar ondan pulunun passiv qalmaması üçün investisiya edilməsini xahiş etmişdir. O da Anarın adından, onun tapşırığı ilə pul vəsaitini şəriklik (investisiya) məqsədilə bir neçə yerə yatırmışdır. Həmçinin iddiaçının onunla telefonla əlaqə saxlaya bilməməsi tam yalandır. Telefonunda olan votsap tətbiqindəki səsyazı və yazışmalarla bunu tam sübut edə bilər. Onunla İddiaçı arasında olan bağlanmış müqavilə borc yox, şəriklik-tapşırıq müqaviləsi kimi qiymətləndirilməlidir. Çünki iddiaçı ilə aralarındakı danışıqlar, yəni iddiaçının səs yazıları və yazışmaları sübut edir ki, o pul vəsaitini ona borc məqsədilə deyil, yatırım edərək qazanc əldə etmək məqsədilə vermişdir. Buna görə də iddiaçı və cavabdeh arasında şəriklik-tapşırıq münasibətləri qurulmuşdur. Yazılı borc müqaviləsi isə yalan əqdin pərdələyən əqdi olduğuna görə etibarsızdır və əsl əqd, yəni pərdələnən əqd üzrə hüquqi nəticə əsas götürülməlidir. Aralarındakı danışıqlardan görünür ki, iddiaçı pul vəsaitinin investisiyası məqsədilə ondan məsləhət alır və ona bir neçə biznes təklif edir. Daha sonra isə ona tapşırıq verir ki, pulu investisiya etsin. Onun pul vəsaitinin bir hissəsini dostu laçın Məmmədova təqdim etməsi barədə də iddiaçı öncədən məlumatlı və razı olmuşdur. Bu halda o, iddiaçıya münasibətdə tapşırıq alan Laçın Məmmədova münasibətdəisə səlahiyyətli nümayəndə kimi çıxış edir. Bu müddət ərzində sözügedən şifahi müqavilə əsasında, Laçın Məmmədovla iddiaçı arasında onun vasitəsilə şəriklik münasibəti qurulmuşdur. Səs yazılarından da göründüyü kimi pul vəsaitləri borc məqsədilə deyil, investisiya (şəriklik) məqsədilə təqdim edilmişdir. Eyni zamanda göstərmişdir ki, iddaçı tərəf iddia həcmini azaltsa da, onun etdiyi ödənişlər tam olaraq nəzərə alınmamışdır. Hesab edir ki, xeyli ödənişlər etməsinə baxmayaraq iddiaçı ondan yenə də çox pul tələb etməkdədir. İddiaçıdan 150000 manat pul almış və həmin pulun hamısını iddiaçıya qaytaracaqdır. Bunun nəticəsidir ki, iddiaçıya pulun bir hissəsini geri qaytarmışdır. Lakin hal-hazırda iddiaçının ondan tələb etiyi əsas borc məbləği ilə və faiz borc məbləği ilə razı deyildir. Hesab edir ki, onun etdiyi ödənişlər tam nəzərə alınmamışdır. 6.Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(025)-36/2025 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 104.105,2 (yüz dörd min yüz beş manat iyirmi qəpik) manat məbləğində pulun, 400 (dörd yüz) manat vəkil xidmət haqqının və 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Belə ki, İddiaçı cavabdehə ümumilikdə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat borc verdiyini, cavabdehin həmin məbləğdən 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarını qaytardığını, qalan borcunu qaytarmadığını, iddia tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizamı əsas gətirir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək iddiaçıdan həmin pulu borc məqsədi ilə almadığını, 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat pulu yatırım edərək qazanc əldə etmək məqsədilə aldığını, həmin puldan 27100 (iyirmi yeddi min yüz) ABŞ dollarının ödənildiyini bildirmişdir.
8. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
9. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 87600 ABŞ dolları və 1080 manat borc pul verdiyini iddia etdiyi üçün bu halda birincisi, 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.
11. Birinci aspektlə bağlı məhkəmə bildirir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasına görə borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.
12. Hazırki işdə İddiaçı cavabdehə ümumilikdə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat pul verməsini Cavabdeh imzaladığı xx.xx.2019-cu il tarixli iltizası ilə təsdiq etməkdədir. Həmin iltizamın Cavabdeh tərəfindən imzalanmaması isə cavabdehin tərəfindən mübahisələndirilməmiş, əksinə cavabdeh həmin iltizamı imzalanmasını məhkəmə iclasında etiraf etmişdir.
13. Cavabdeh 87600 ABŞ dolları və 1080 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmiş, əksinə, Cavabdeh tərəfindən imzalanmış iltizamda tez-tez borc ifadəsindən istifadə etmiş, pulu öz şəxsi biznesini inkişaf etdirmək üçün borc məqsədi ilə aldığını etiraf etmişdir. Bundan başqa, cavabdehin bildirdiyi kimi 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verildiyi təqdirdə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
14. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 87600 ABŞ dolları və 1080 manat məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə iddiaçı pula olan mülkiyyət hüququnu cavabdehə faktiki olaraq keçirmiş, sonradan cavabdeh müəyyən qədər ödənişlər etmiş və həmin pulun müəyyən hissəsi ödənilməmiş qalmışdır.
15. 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 87600 ABŞ dolları və 1080 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmiş, başqa sözlə, həmin məbləğdə pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa görə borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır
16. Məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqaviləsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.
17. Məhkəmə iddia tələbinin əsas borca aid hissədə qismən təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iş materiallarına əlavə edilmiş iltizamla iddiaçının cavabdehə 87600 ABŞ dolları və 1080 manat borc verməsi işin mübahisəsiz halıdır və bu halı cavabdehdə qəbul etməkdədir. Lakin cavabdeh iddiaçıya müəyyən qədər ödənişlər etdiyini bildirmiş, iddiaçı tərəf isə iddia ərizəsində cavabdeh tərəfindən 24500 (iyirmi dörd min beş yüz) manat ödənilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı 24500 manat deyil, 24500 ABŞ dollarının cavabdeh tərəfindən ödənildiyini qeyd etmiş və bu səbəbdən iddia tələbini azaltmışdır. Cavabdeh isə məhkəmədə iddiaçıya 24500 ABŞ dolları deyil, 27100 ABŞ dolları ödədiyini qeyd etmiş, iddiaçının vəkili və nümayəndəsi isə həmin məbləğlə razılaşmış və həmin hissədə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehin 24500 ABŞ dolları ödəməsini nəzərə alaraq cavabdehdən 108525,2 manat borc tələb etmişdir. Məhkəmə zamanı isə cavabdehin ödədiyi məbləğin 27100 ABŞ dolları olması ilə razılaşmışdır. Belə olduğu təqdirdə 27100 ABŞ dolları (27100 X 1,70) qətnamə çıxarılan günə manatla hesablanan zaman 46070 manat edir. 24500 ABŞ dolları isə (24500 x 1,70) qətnamə çıxarılan günə manatla hesablanan zaman 41650 manat edir. Bu halda 46070-41650=4420 manat fərq iddiaçının tələb etdiyi 108525,2 manatdan çıxıldıqda yerdə qalan məbləğ 104105,2 manat edir ki, həmin məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. İddiaçının faiz borcu tələbi ilə bağlı məhkəmə bildirmişdir ki, iddiaçı faiz borcunu məhz MM-in 445.7-ci maddəsinə əsasən tələb etdiyinə görə tələb həmin hissədə rədd edilməlidir. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırkı halda tərəflər arasında olan iltizamda (razılaşmada) cavabdeh 87600 ABŞ dolları və 1080 manat borcu 1.702 məzənnə ilə geri qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı isə cavabdehdən pulu həmin məzənnə ilə tələb etmək hüququnun olmasına baxmayaraq bu hüququndan istifadə etməmişdir. Belə olduğu təqdirdə isə iddia tələbi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.
19. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyindən, yəni borc müqaviləsi etibarlı olmadığından da iddia tələbi həmin hissədə təmin edilməməlidir.
20. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçı ilə aralarında olan münasibətlərin tapşırıq müqaviləsindən irəli gəldiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir ki, tapşırıq müqaviləsi bir qayda olaraq əvəzsiz əqddir. Vəkalət verən yalnız vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
21. Tapşırıq müqaviləsinə zərurət o halda yaranır ki, mülki hüquq subyektləri müəyyən üzrlü səbəblərdən şəxsən əqd bağlaya və digər hüquqi əhəmiyyətli hərəkətləri edə bilmirlər. Bu halda onlar səlahiyyətli nümayəndə vasitəsi ilə həmin hərəkətləri həyata keçirirlər. Buna görə də tapşırıq müqaviləsi nümayəndəlik və etibarnamə institutları ilə sıx bağlıdır. Bir qayda olaraq tapşırıq müqaviləsinin bağlanması ilə bərabər etibarnamə də verilir, çünki vəkalət alanın etməli olduğu elə hərəkətlər olur ki, bu hərəkətləri etibarnaməsiz həyata keçirmək mümkün olmur. Hal-hazırda işin araşdırılan halları ilə iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin olmadığı müəyyən edilməkdədir.
22. Hazırkı halda iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iddia verilən zaman ödənilmiş 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir.
23. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 400 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab etmişdir.
24. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 104.105,2 (yüz dörd min yüz beş manat iyirmi qəpik) manat məbləğində pul, 400 (dörd yüz) manat vəkil xidmət haqqı və 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1. 329.2, 331.1, 337.1, 337.5, 445.7, 739.1, 739.2, 777.1, 772.2, 778.2, 783.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76, 77.1, 78.1, 80, 88, 119.1, 121.1, 217.4, -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
26. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdeh X7 аpellyаsiyа şikаyəti vermişlər.
27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, AR MM-nin 445.7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. O, isə qeyd edilən maddənin tələblərini əsas tutaraq cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik beş faiz tələb etmişdir. Lakin məhkəmə ona aydın olmayan səbəbdən iddianı həmin hissədə təmin etməmişdir. Həmçinin məhkəmənin iddianı həmin hissədə təmin etməməsinin səbəbini əsaslandırmamışdır. Hesab edir ki, məhkəmənin iddianı həmin hissədə təmin etməməsi tamamilə əsassız olmaqla AR MM-nin 445.7-ci maddəsinin tələblərini və onun hüquqlarını pozur.
28. Odur ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, işə baxan məhkəmə tərəfindən işə hərtərəfli, tam və obyektiv baxılmamış, ona görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
30. Aşağıdakı səbəblərə görə qətnamə əsassızdır, işə baxan məhkəmə işə hərtərəfli, tam və obyektiv şəkildə baxılmasını təmin etməmişdir.
31. İlk növbədə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, Mülki Prosessual Məcəllənin (MPM) müddəaları üzrə mübahisənin məhkəməyə aidiyyəti məsələsinə düzgün və əsaslandırılmış hüquqi qiymət verilməmişdir. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, mübahisə üzrə tərəflərin hər ikisi–Cavabdeh (VÖEN: **********) və İddiaçı (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Həmçinin tərəflər arasında baş vermiş münasibətlərin sırf kommersiya xarakteri daşıdığı, bu münasibətlərin sahibkarlıq fəaliyyəti və investisiya məqsədlərinə əsaslandığı cavabdeh tərəfindən təqdim olunmuş səs yazıları və yazışmalarla da təsdiq olunur. Bütün bu hüquqi və faktiki əsaslara baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən təqdim edilmiş “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi” barədə vəsatəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmamış, onun hüquqi əsaslarını lazımi şəkildə qiymətləndirməmişdir. Belə ki, məhkəmənin qeyri-obyektiv yanaşması nəticəsində-işin kommersiya mübahisəsi kimi ixtisaslaşdırılmış (kommersiya) məhkəmənin-Şəki Kommersiya Məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətində saxlanılması MPM-nin aidiyyəti normativ müddəalarının pozulması ilə nəticələnmişdir
32. Məhkəmənin qiymətləndirməsində nəzərdən qaçırılmış digər vacib hüquqi əsas ondan ibarətdir ki, tərəflər arasında formalaşmış münasibətlər tərəflərin iradə ifadəsinin həqiqi məzmunundan çıxış edilməklə borc müqaviləsi kontekstində deyil, investisiya məqsədli tapşırıq və şəriklik münasibətləri çərçivəsində qiymətləndirilməli idi. Xüsusilədə, birinci instansiya məhkəməsi tərəfindən müqavilənin təfsiri zamanı müqaviləyə qədərki danışıqlar, tərəflərin faktiki fəaliyyəti, işgüzar adətlər və sonrakı davranışları da nəzərə alınmalı idi. Hazırkı iş üzrə iddiaçının vəsaiti təqdim etməsi, cavabdehin həmin vəsaitin bir hissəsini üçüncü şəxsə–Laçın Məmmədova yönəltməsi, bununla bağlı iddiaçının məlumatlandırılması və etiraz etməməsi tərəflər arasında faktiki olaraq şəriklik münasibətləri yarandığını açıq şəkildə göstərir. Hüquq nəzəriyyəsində bu kimi münasibətlər ortaqlıq hesab olunur və onların hüquqi qüvvəsi yazılı müqavilənin olubolmamasından deyil, tərəflərin fəaliyyətində mənfəət məqsədinin, investisiya risklərinin və qarşılıqlı öhdəliklərin olub-olmamasından asılıdır. Bu isə o deməkdir ki, cavabdehə təqdim olunmuş vəsaitin şərtsiz və qeyd-şərtsiz qaytarılması tələb oluna bilməz. Həmçinin tərəflər arasında mövcud olmuş investisiya razılaşmasında öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilmişdir. Bu fakt cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar ilə də təsdiq edilir. Buna baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən, icranın vaxtından əvvəl həyata keçirilməsi–borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi bu hüquqi aspektlərə də qiymət verməmiş, obyektiv və əsaslı hüquqi təhlil aparmadan qərar vermişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, kommersiya fəaliyyəti və investisiya münasibətləri, risk daşıyan sahələrdir. Bu risklər əvvəlcədən qəbul olunmuş, tərəflər arasında qarşılıqlı razılığa əsaslanmışdır. Tərəflərin faktiki fəaliyyəti, o cümlədən iddiaçıya müəyyən dövrlərdə ödənişlərin verilməsi, biznes sahəsinə yönəldilmiş vəsaitə dair məlumatlılıq və razılıq, bu risklərin bölüşdürülməsi və şəriklik münasibətlərinin faktiki icrası kimi dəyərləndirilməli idi.
33. Qeyd etdiklərindən də göründüyü kimi tərəflər arasında müqavilə bağlandığı işin mübahisəsiz halıdır. Mübahisəli hal tərəflərin müqavilə bağlamaları ilə bağlı deyil, bağlanmış müqavilənin növü ilə bağlıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış münasibətlər hüquqi cəhətdən borc münasibəti kimi qiymətləndirilmiş, tərəflər arasındakı səs yazıları və yazışmalar nəzərə alınmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaiti borc məqsədi ilə deyil, yatırım edərək qazanc əldə etmək məqsədilə verilmiş, bu isə özlüyündə onlar arasında investisiya xarakterli şəriklik-tapşırıq münasibətlərinin qurulduğunu sübut etmişdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən müqavilənin hüquqi mahiyyəti, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə və tərəflərin iradəsinə görə müəyyənləşdirilməli idi. Qanunvericiliklə müəyyən olunmuş tapşırıq müqaviləsini tənzimləyən normaların məzmunundan aydın şəkildə görünür ki, bu münasibət çərçivəsində tapşırıq alan (vəkalət alan) şəxs yalnız tapşırığın məzmunu daxilində məsuliyyət daşıyır və onun əldə etdiyi və təqdim etdiyi nəticələr tapşırıq verənə (vəkalət verənə) aiddir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu norma, tapşırıq münasibətlərinin əsas hüquqi xüsusiyyətini müəyyən edir və bu münasibət üzrə risk və məsuliyyətin məhz konkret nəticəyə deyil, tapşırığın düzgün və vicdanla yerinə yetirilməsinə bağlandığını göstərir. Hazırkı iş üzrə faktiki hallardan və tərəflər arasında olan danışıqlardan aydın şəkildə görünür ki, iddiaçı cavabdehə maliyyə vəsaitini məhz investisiya məqsədilə təqdim etmiş və onu müəyyən sahələrə yönəltməyi tapşırmışdır. Cavabdeh isə, öz növbəsində, bu tapşırığın icrası məqsədilə həmin vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etmiş və bu barədə iddiaçını əvvəlcədən məlumatlandırmışdır. Nəticədə, iddiaçı və Laçın Məmmədov arasında cavabdehin vasitəçiliyi ilə şəriklik münasibətləri formalaşmışdır. Belə ki, hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər. İddiaçının bu fəaliyyətə etiraz etməməsi və razı qalması da onun bu tapşırıq münasibətini qəbul etdiyini təsdiqləyir. Qeyd etməyi zəuri hesab edirlər ki, bu vəsaitin kommersiya məqsədləri üçün istifadə olunması barədə tərəflər arasında razılıq olmuşdur. Bu səbəbdən, cavabdehin məsuliyyəti ona verilmiş tapşırığın məqsədəuyğun icrası ilə məhdudlaşmalıdır. Cavabdeh tərəfindən investisiyadan konkret gəlir və ya nəticə əldə ediləcəyinə dair hər hansı bir təminat verilməmişdir. Şəriklik sinallaqmatik (hər iki tərəfə öhdəlik yükləyən) müqavilə olduğu üçün həmin müqavilə üzrə təqdim edilmiş pul vəsaitinin qeyd-şərtsiz geri qaytarılması nəzərdə tutula bilməz. Belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən ona şəriklik-tapşırıq münasibətləri çərçivəsində təqdim edilmiş pul vəsaitinin daha sonra borc qismində ondan tələb olunması Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəaları ilə ziddiyyət təşkil etməkdədir.
35. Müqavilənin onu bağlayan tərəflər üçün geniş imkanlar (hüquqlar və öhdəliklər) yaratdığı məlumdur. Bu imkanlar o dərəcədə böyükdür ki, tərəflər nisbi olmaq (yalnız birbirinə qarşı tələb irəli sürə bilmək) və imperativ (məcburedici) qaydalara zidd olmamaq şərti ilə qanunvericilikdə göstərilməyən öhdəliklər müəyyən edə və yaxud da normativ hüquqi aktda müəyyən edilmiş normanı dəyişə bilərlər. Mülki hüquqi öhdəliyin yaranma mənbəyinin qanun və müqavilə olduğu Mülki Məcəllənin 386-cı maddəsində də öz əksini tapmışdır. Bu qədər geniş səlahiyyət təmin edən müqavilənin ancaq aydın iradə ifadəsi əsasında yarana bilməsi də hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhz buna görə də Mülki Məcəllənin 404-cü maddəsində müəyyən edilir ki, “Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır”. Ona görə də hüquqi müəyyənliyin təmin edilməsi, tərəflərin qəbul etdiyi öhdəliklərin, onların hüquqlarının həqiqi mahiyyətinin, həcminin bilinməsi və tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi üçün məhkəmə ilk əvvəl onun hansı növ müqavilə olmasını (hansı qaydaların tətbiq edilməli olduğunu) aydınlaşdırmalı, şərtlərini təfsir etməlidir. Bu maddə həm də onu deməyə əsas verir ki, tərəflərin müqaviləyə hansı adı verməsindən asılı olmayaraq o yalnız öhdəliklərin və digər şərtlərin mahiyyəti əsasında bilinir. Bununla da həmin müqaviləyə hansı normaların tətbiq edilməli olduğu aydınlaşdırılır. Mülki Məcəllənin 404.2-ci maddəsində qeyd edilir ki, "bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıq lar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır". 2019-cu ildən başlayaraq, tərəflərin Laçın Məmmədovla birlikdə şərikli qazanc əldə etmək məqsədilə investisiya fəaliyyəti ilə məşğul olmaları faktiki olaraq müqavilə öncəsi danışıqlar və iddiaçı ilə cavabdeh arasındakı qarşılıqlı münasibətlərdə yaranmış praktika kimi qiymətləndirilməlidir. Tərəflər arasındakı işgüzar adətlər və onların münasibətlərində yaranmış praktika elə formalaşmışdır ki, iddiaçı müəyyən məbləği qazanc əldə etmək məqsədilə cavabdehə təqdim etmiş, cavabdeh isə həmin vəsaitin müxtəlif investisiya istiqamətlərinə yönəldilməsini təmin etməklə öz üzərinə öhdəlik götürmüş və onu tam şəkildə yerinə yetirmişdir. Tərəflər arasında müqavilənin bağlanması işin mübahisəsiz halıdır və bu, tərəflərin qarşılıqlı razılığı ilə təsdiq olunur, lakin həmin müqavilənin mahiyyətinə dair tərəflər arasında fikir ayrılığı mövcuddur. İddiaçı, müqaviləni borc müqaviləsi kimi qiymətləndirərək, cavabdehə təqdim etdiyi məbləğin müəyyən hissəsinin geri qaytarılmasını tələb etmişdir. İddiaçı iddia edir ki, verilmiş vəsait cavabdehin borcudur və cavabdeh tərəfindən mütləq geri ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, təqdim edilmiş vəsait borc məqsədi ilə deyil, investisiya məqsədilə verilib və bu, tərəflər arasında şərikli fəaliyyətin başlanğıcıdır. Belə ki, müvafiq öhdəliklər və hüquqlar yalnız müəyyən investisiya fəaliyyətinin həyata keçirilməsi və onun nəticəsində əldə olunan mənfəətin paylaşılmasıəsasında müəyyənləşir.
36. Məhkəmə qarşısında duran əsas məsələ müqavilənin mahiyyətini düzgün müəyyən etmək və tərəflər arasındakı münasibətlərin hüquqi statusunu dəqiq təyin etməkdir. Bu, tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirilməsi, həmçinin iddianın əsaslandırılmış olub-olmamasının qiymətləndirilməsi üçün vacibdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilənin mahiyyəti onun xarici formalardan deyil, tərəflərin iradə ifadəsinin həqiqi məzmunundan və onların birgə fəaliyyətinin məqsədindən çıxış etməklə müəyyən edilir. Bu səbəbdən, tərəflərin qarşılıqlı yazışmaları, danışıqları və onların əməli fəaliyyətləri nəzərə alınaraq müqavilənin hüquqi xarakteri və ona tətbiq olunacaq normalar müəyyən edilməlidir.
37. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı 2019-cu ilin oktyabr ayında cavabdehə müraciət edərək, pulunu aktiv investisiyada istifadə edərək gəlir əldə etmək istədiyini bildirmiş və nəticədə xx.xx.2019-cu il tarixdə 85700 ABŞ dolları və 1080 AZN pul investisiya məqsədilə iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Cavabdeh 45.000 ABŞ dollarını iddiaçının razılığı əsasında X1 biznesinə investisiya etmişdir. Tərəflər arasında aparılmış səs yazıları və yazışmalar da bu faktı təsdiqləyir. Həmçinin tərəflər arasında razılaşma nəticəsində iddiaçıya aylıq 925 ABŞ dolları da ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə investisiya məqsədilə təqdim edilən məbləğin geri qalan hissəsi isə iddiaçının razılığı əsasında digər biznes sahəsinə yönəldilmişdir.
38. Yuxarıda sadalanan və tərəflər arasında mübahisə doğurmayan hallara əsasən, birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasındakı müqavilənin hüquqi xarakterini – yəni onun növünü, şərtlərini və tərəflərin öhdəliklərini dəqiq müəyyən etməli idi. Lakin məhkəmə bu vəzifəni icra etmək əvəzinə, "iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin mövcud olmadığı müəyyən edilməkdədir" və "borc müqaviləsinin forma və məzmun baxımından qanuni tələblərə tam uyğun olmasa da, bu hal onun predmeti olan pul vəsaitinin geri qaytarılmasını istisna etmir" mövqeyindən çıxış etmişdir. Nəticə etibarilə, məhkəmə tərəflər arasındakı münasibətləri formaca və məzmunca borc münasibəti kimi qiymətləndirmiş və bu mövqe əsasında qərar qəbul etmişdir. Lakin bu yanaşma həm hüquqi cəhətdən, həm də işin faktiki hallarına əsasən qənaətbəxş və əsaslı sayıla bilməz. Belə ki, təqdim olunmuş sübutlar tərəflərin uzunmüddətli ortaqlıq praktikasında formalaşmış işgüzar adətlər və investisiya fəaliyyətinə dair razılaşmalar–bu münasibətlərin borc münasibəti deyil, məhz şəriklik və t apşırıq xarakteri daşıdığını aydın şəkildə ortaya qoyur. Məhkəmə, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu, müqaviləyə qədərki danışıqların və qarşılıqlı fəaliyyətin mə ntiqi davamı kimi formalaşmış iş münasibətlərini nəzərə almalı, bu münasibətlərə düzgün hüquqi qiymət verməli idi.
39. Qanunvericiliyin 428.3-cü maddəsinin müddəalarına əsasən “ Əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər.” Belə ki, tərəflər arasında kommersiya fəaliyyətindən gəlir əldə edilməsinə yönələn iş investi siya razılaşması mövcud olmuş və öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilmişdir. Bu müddət ərzində vəsaitin geri qaytarılması yalnız gəlirin əldə olunması və kommersiya fəaliyyətinin uğurla nəticələnməsi şərtilə nəzərdə tutulmuşdur. Bu fakta cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar, tərəflərin uzun müddətli əməkdaşlığı ilə də təsdiq edilir. Bunaa baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən icranın vaxtından əvvəl həyata keçirilməsi – borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülmüşdür. Bununla da Mülki Məcəllənin 428ci maddəsinin bir başa təsbit etdiyi – borclunun hüquqlarının müdafiəsi prinsipi pozulmuşdur. Belə ki, qanunun bu maddəsi kreditorun icra müddəti müəyyənləşdirildikdə, həmin müddət başa çatmadan öhdəliyin icrasını tələb etmək hüququna malik olmadığını birmənalı şəkildə təsbit edir. Həmçinin qeyd edilməlidir ki, kreditor öhdəliyin vaxtından əvvəl icrasını yalnız o hallarda tələb edə bilər ki, borclunun əmlak vəziyyəti pisləşmiş və öhdəliyin icrasına təhlükə yaranmış olsun. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən borclunun (cavabdehin) əmlak vəziyyətinin pisləşdiyinə dair heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış razılaşmanın mahiyyəti baxımından bu münasibətlər kommersiya fəaliyyəti ilə bağlıdır. Kommersiya fəaliyyətinə yatırım edilən vəsait üzrə risklər — yəni gəlirlə yanaşı zərərin də ola biləcəyi halları — tərəflər arasında əvvəlcədən qəbul olunmuş, bu risklər razılaşdırılmışdır. Bu isə investisiya münasibətlərində gəlirin qeyri-müəyyənliyini və risklərini nəzərə almağı zəruri edir. Odur ki, investisiyanın zərər etməsi halında belə cavabdehin tam məsuliyyət daşıması hüquqi baxımdan əsaslı sayıla bilməz. Nəticə etibarilə, öhdəliyin icra müddəti müəyyən olunmasına baxmayaraq, iddiaçının bu müddətdən əvvəl vəsaitin geri qaytarılmasını tələb etməsi AR Mülki Məcəlləsinin 428.3-cü maddəsi ilə ziddiyyət təşkil etmiş və bu hüquqi norma işə baxan məhkəmə tərəfindən tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən kreditorun vaxtından əvvəl irəli sürdüyü tələbin hüquqi əsasları, o cümlədən öhdəliyin müddətli xarakteri və risk bölgüsü prinsipi nəzərə alınmamışdır.
40. Vergi Məcəlləsinin 137-ci maddəsində göstərilən norma, ilkin məqsəd etibarilə vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranmış münasibətlərin tənzimlənməsinə xidmət edir. Lakin bu maddənin mübahisəyə aid kontekstinə istinad etməyimiz yalnız vergi hüququ baxımından deyil, həm də mülki hüquqi münasibətlərin mövcud formasını izah etmək məqsədi daşıyır. Belə ki, həmin maddədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin bölüşdürülməsi qaydası açıq şəkildə göstərilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı investisiya məqsədi üçün cavabdehə pul vəsaitini təqdim etmiş və bu vəsaitin konkret sahələrə yönəldilməsi ilə bağlı ona tapşırıq vermişdir. Cavabdeh isə, verilmiş tapşırığın icrası məqsədilə həmin vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etmişdir. Nəticədə, cavabdehin vasitəçiliyi ilə tərəflər arasında birgə sahibkarlıq fəaliyyəti çərçivəsində münasibətlər formalaşmışdır. Qanunvericiliyin müddəalarına əsasən, bu fəaliyyət nəticəsində əldə edilən mənfəəti, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq bölürlər. Belə bölüşdürmə tərəflərin yazılı və ya faktiki razılığına əsasən həyata keçirilir və tərəflərin kommersiya məqsədi ilə bu fəaliyyətə qoşulması şəriklik münasibətlərinin mövcudluğunu təsdiq edir. Mövcud hallarda iddiaçının vəsaiti təqdim etməsi, cavabdehin isə bu vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etməsi nəticəsində iddiaçı ilə Laçın Məmmədov arasında cavabdehin vasitəçiliyi ilə kommersiya məqsədli birgə sahibkarlıq münasibətlərinin yaranması iddiaçının bu münasibətləri qəbul etdiyini və şəriklik çərçivəsində gəlirin bölüşdürülməsinə razı olduğunu göstərir. Hüquq nəzəriyyəsində bu cür hüquqi şəxs yaradılmadan formalaşan əməkdaşlığa “ortaqlıq” münasibətləri deyilir və bu münasibətlərin qurulması üçün tərəflər arasında yazılı müqavilənin olması mütləq şərt deyil. Tərəflərin iradəsi, fəaliyyətdə iştirakı, mənfəət məqsədi və risklərin bölüşdürülməsi bu cür münasibətlərin mövcudluğunu müəyyən etmək üçün yetərlidir. Nəticə etibarilə, bu norma və ona əsaslanan izahlar ilə məhkəməyə çatdırılmaq istənilən əsas fikir ondan ibarətdir ki, işin mahiyyətində sahibkarlıq təcrübəsində geniş yayılmış, birgə fəaliyyət mövcuddur. Məhkəmənin bu aspektə ümumiyyətlə münasibət bildirməməsi, işin hərtərəfli, obyektiv, tam qiymətləndirilməməsinin göstəricisidir.
41. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-36/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 42 . Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
43. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 04 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, təmsil etdiyi şəxs İddiaçı apellyasiya şikayətinin təmin edilməsi və Qəbələ Rayon Məhkəməsinin e-2(025)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 04 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu bildirərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, təmsil etdiyi şəxs Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi və Qəbələ Rayon Məhkəməsinin e-2(025)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Cavabdeh 09 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. 18.02.206-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasına göndərdiyi ərizəsində işə iştirakları olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
47.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
48. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı:
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
51. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. 54.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. 55.İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, Cavabdeh isə Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli e-2(025)-36/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. 57.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 58.Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
59. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
60. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.
61. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2019-cu il tarixdə bağlanmış borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 05 oktyabr 2019-cu il tarixində 9 ay müddətinə qaytarılması şərti ilə 87600 (səksən yeddi min altı yüz) dollar və 1080 (bir min səksən) manat məbləğində borc pul verilmiş, Cavabdeh tərəfindən həmin borc məbləğin bir qismi qaytarılsada, 104.105,2 manat məbləği qaytarılmamışdır. İddiaçı cavabdehdən qaytarılmamış 108525.2 manat məbləğində borcun və cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik beş faiz, yəni 25034,44 manat məbləğində faizin cavabdehdən alınaraq ona verilmsəini tələb etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, iddiaçıdan həmin pulu borc məqsədi ilə almadığını, 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat pulu yatırım edərək qazanc əldə etmək məqsədilə aldığını bildirmişdir.
62. Məhkəmə kollegiyası ilk öncə İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
62. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddiaçının cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik beş faiz tələbini məhkəmənin təmin etməməsinin tamamilə əsassız olmaqla AR MM-nin 445.7-ci maddəsinin tələblərini və onun hüquqlarını pozmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehdən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik beş faiz tələbinə aid hissədə gəldiyi nəticə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
63. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə borcun qaytarılmaması, yəni öhdəliyin yerinə yetirilməməsi ilə bağlıdır.
64. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında (X3 iştirakı ilə) 16 noyabr 2019-cu il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 05 oktyabr 2019-cu il tarixdə 9 ay müddətinə qaytarılması şərti ilə 87600 dollar və 1080 manat borc pul verilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin şərtləri pozulmuş, həmin məbləğin bir qismi iddiaçıya qaytarılsada, 104.105,2 manat məbləğində pul qaytarılmamışdır.
65. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
66. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
67. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).
68. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
69. Məhkəmə kollegiyası qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.
70. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 71.Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik beş faiz tələb etməsi, yəni 21.950,28 manat məbləğində pul tələb etməsi haqlı olmuş, birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı rədd etməklə əsassız nətiyə gəlmiş, həmin hissədə gəlinmiş nəticə üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
72. Belə ki, məhkəmə kollegiyasın 09 oktyabr 2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2026-cı il tarixli, 9/4839 nömrəli rəydən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə Cavabdeh 05 iyul 2020-ci il ildən xx.xx.2024-cü il tarixədək, 104.105,2 manat məbləğində pulun illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 21.950,28 manat təşkil edir.
73. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd edir ki, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır.
74. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, Mülki Prosessual Məcəllənin (MPM) müddəaları üzrə mübahisənin məhkəməyə aidiyyəti məsələsinə düzgün və əsaslandırılmış hüquqi qiymət verilməməsi, mübahisə üzrə tərəflərin hər ikisi–Cavabdeh (VÖEN: **********) və İddiaçı (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatda olması, tərəflər arasında baş vermiş münasibətlərin sırf kommersiya xarakteri daşıdığı, bu münasibətlərin sahibkarlıq fəaliyyəti və investisiya məqsədlərinə əsaslandığı cavabdeh tərəfindən təqdim olunmuş səs yazıları və yazışmalarla da təsdiq olunması, bütün bu hüquqi və faktiki əsaslara baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən təqdim edilmiş “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi” barədə vəsatətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmaması, məhkəmənin qeyri-obyektiv yanaşması nəticəsində-işin kommersiya mübahisəsi kimi ixtisaslaşdırılmış (kommersiya) məhkəmənin-Şəki Kommersiya Məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətində saxlanılması MPM-nin aidiyyəti normativ müddəalarının pozulması ilə nəticələnməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman İddiaçı fərdi sahibkar statusuna malik olması müəyyən edilməmişdir, yəni adına VÖEN aşkar edilməmişdir. Cavabdeh isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. Bundan sonra məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə sorğu göndərilərək İddiaçı VEÖN-ün olub-olmaması, əgər aktiv deyilsə, bağlanma və ya dayandırma səbəbləri və tarixi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, 3-21-2-4/2-378426/2025 nömrəli məktubdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir.
75. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPMin istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
76. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
77. İddia tələbinin mahiyyəti və məhkəmə tərəfindən araşdırılan hallardan məlum olur ki, mübahisə predmetini təşkil edən tələb hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməməkdədir. Həmçinin araşdırma zamanı iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır.
78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında formalaşmış münasibətlər tərəflərin iradə ifadəsinin həqiqi məzmunundan çıxış edilməklə borc müqaviləsi kontekstində deyil, investisiya məqsədli tapşırıq və şəriklik münasibətləri çərçivəsində qiymətləndirilməli olması, birinci instansiya məhkəməsi tərəfindən müqavilənin təfsiri zamanı müqaviləyə qədərki danışıqlar, tərəflərin faktiki fəaliyyəti, işgüzar adətlər və sonrakı davranışların nəzərə alınmaması, iş üzrə iddiaçının vəsaiti təqdim etməsi, cavabdehin həmin vəsaitin bir hissəsini üçüncü şəxsə–Laçın Məmmədova yönəltməsi, bununla bağlı iddiaçının məlumatlandırılması və etiraz etməməsi tərəflər arasında faktiki olaraq şəriklik münasibətlərinin yarandığının açıq şəkildə göstərməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış və hər iki tərəfin təsdiq etdiyi xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 05 oktyabr 2019-cu il tarixdə 9 ay müddətinə qaytarılması şərti ilə 87600 dollar və 1080 manat məbləğində borc pul verilmişdir. Cavabdeh həmin pulu borc olaraq qəbul etmişdir. Həmin razılaşmada verilmiş pulun şəriklik məqsədilə verilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin pul İddiaçı tərəfindən Laçın Məmmədova deyil, hazırkı iş üzrə Cavabdeh verilmişdir.
79. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda yazılı formada bağlanmalı olmasını tələbi göstərilmişdir.
80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
81. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
82. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 87600 ABŞ dolları və 1080 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verdiyini bildirsə də, bu halı təsdiq edəcək mötəbər sübutları təqdim edə bilməmiş, əksinə, Cavabdeh tərəfindən imzalanmış razılaşmada həmin pulu öz şəxsi biznesini inkişaf etdirmək üçün borc məqsədi ilə aldığını qeyd etmiş və 9 ayın tamamında həmin pulun tam olaraq qaytarılmasına dair öhdəlik götürmüşdür. Həmin razılaşma tərəflər arasında bağlanmış borc müqaviləsi kimi qəbul edilməlidir.
83. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında mövcud olmuş investisiya razılaşmasında öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilməsi, bu faktın cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar ilə də təsdiq edilməsi, buna baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən, icranın vaxtından əvvəl həyata keçirilməsi–borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında mövcud olan xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, Cavabdeh İddiaçı tərəfindən ona verilmiş 87600 dollar və 1080 manat məbləğində pulun 9 ayın sonunda iddiaçıya qaytarılması barədə öhdəlik götürmüş və bundan sonra tərəflər arasında əlavə hər hansı razılaşmanın olması barədə məhkəməyə mötəbər sübut təqdim olunmamış, tərəflər arasında mövcud olmuş telefon danışıqlarına dair səs yazılarında da tərəflər arasında imzalanmış razılaşmanın hüquqi qüvvəsini itirəcək hər hansı əlavə razılaşmanın olmasını təsdiq edəcək faktlar olmamışdır.
84. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müqavilənin hüquqi mahiyyəti, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə və tərəflərin iradəsinə görə müəyyənləşdirilməli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, həmin müqaviləni hər iki tərəf imzalamış, cavabdeh özü könüllü şəkildə 87600 dollar və 1080 manat məbləğində pulu borc olaraq aldığını, 9 ayın tamamında isə həmin pulun tam şəkildə qaytarılmasına dair öhdəlik götürmüşdür.
85. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehə maliyyə vəsaitini məhz investisiya məqsədilə təqdim etməsi və onu müəyyən sahələrə yönəltməyi tapşırması, cavabdehin isə, öz növbəsində, bu tapşırığın icrası məqsədilə həmin vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etməsi və bu barədə iddiaçını əvvəlcədən məlumatlandırması, nəticədə, iddiaçı və Laçın Məmmədov arasında cavabdehin vasitəçiliyi ilə şəriklik münasibətlərinin formalaşması, cavabdehin məsuliyyətinin ona verilmiş tapşırığın məqsədəuyğun icrası ilə məhdudlaşmalı olması, belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən ona şəriklik-tapşırıq münasibətləri çərçivəsində təqdim edilmiş pul vəsaitinin daha sonra borc qismində ondan tələb olunması Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəaları ilə ziddiyyət təşkil etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
86. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 87.Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 88.Məhkəmə kollegiyası qeyd edir ki, tapşırıq müqaviləsi bir qayda olaraq əvəzsiz əqddir. Vəkalət verən yalnız vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Tapşırıq müqaviləsinə görə mülki hüquq subyektləri müəyyən üzrlü səbəblərdən şəxsən əqd bağlaya və digər hüquqi əhəmiyyətli hərəkətləri edə bilmirlər. Bu halda onlar səlahiyyətli nümayəndə vasitəsi ilə həmin hərəkətləri həyata keçirirlər. Hal-hazırda işin araşdırılan halları ilə iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin movcudluğu müəyyən olunmur.
89. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
90. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında birgə sahibkarlıq fəaliyyəti çərçivəsində münasibətlərin formalaşması, birgə fəaliyyət mövcud olması, eyni zamanda iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin movcud olması müəyyən olunmamışdır. Qeyd olunan hallarla bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tərəflər arasında olan xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 05 oktyabr 2019-cu il tarixdə 9 ay müddətinə qaytarılması şərti ilə 87600 dollar və 1080 manat məbləğində pul verilmişdir. Cavabdehda həmin pulu borc olaraq qəbul etmiş və 9 ayın tamamında bütün məbləğlərin tam olaraq qaytyarılmasına dair öhdəlik götürmüşdür. Həmin razılaşmada verilmiş pulun şəriklik məqsədilə verilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin pul İddiaçı tərəfindən tam olaraq Cavabdeh verilmişdir.
91. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
93. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
94. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
95. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(025)-36/2025 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş 21950,28 manata və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 21,95 manat dövlət rüsumuna dair hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməli, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
97. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
98. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(025)-36/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 21950,28 manata və 21,95 manat dövlət rüsumuna dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh 21950,28 (iyirmi bir min doqquz yüz əlli manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və 21,95 (iyirmi bir manat doxsan beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(025)-36/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.