Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-826/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh X4 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(016)-128/2018 saylı qərardadından cavabdeh X7 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı 3850 manat məbləğində pul və 30 manat dövlət rüsumunun ondan alınaraq verilməsi tələbinə dair iddiası Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə təmin edilməsi, 3650 manat məbləğində pul və 30 manat dövlət rüsumunun ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh X1 Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsi Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Cavabdeh Validə Zayıdovanın Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadından şikayəti Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh X1 Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından şikayət vermiş və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmiş və Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh Validə Zayıdova Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından şikayət vermiş və Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə rədd edilmiş və mülki iş materialları Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasınını xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)- 2686/2019 saylı qərardadı ilə cavabdeh X8 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilməsi, İddiaçı cavabdeh X3 qarşı “3850 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Ağsu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-128/2018 nömrəli qərardadı ilə cavabdeh X2 Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilərək, bərpa edilmiş və Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh X5 tərəfindən verilmiş şikayətə baxılması üçün məhkəmə iclası xx xxxxxx 2019-cu il tarixə, saat 12:00-a təyin edilmişdir. İddiaçı Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-128/2018 nömrəli qərardadından şikayət vermiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-128/2018 nömrəli qərardadı ilə şikayıt təmin edilməmiş, şikayətə baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasınını xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)- 2686/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-128/2018 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması və mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-128/2018 nömrəli qərardadı ilə cavabdeh X2 Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilərək, həmin qərardad ləğv edilməklə, Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadından cavabdeh X5 tərəfindən verilmiş şikayətə baxılması üçün məhkəmə iclasınin xx xxxxxx 2020-ci il tarixə, saat 10.00-a təyin edilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-128/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(016)-128/2018 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə аrаşdırmаsı zаmаnı müəyyən olunmuşdur ki, iş üzrə qeyd edilən qiyabi qətnamə xx.xx.2018-ci il tarixli məktubla (xx.xx.2018-ci il tarixli reyestrlə) məktubla cavabdehin (ünvan 1 ünvanına göndərilmişdir. Həmin ünvandan xx.xx.2018-ci il tarixdə qiyabi qətnamə cavabdehin oğlu Nəsir Zahidov tərəfindən götürülmüşdür (iş vərəqə 72). Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Belə ki, Azərbaycan Rspublikası MPM-nin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Qeyd edilən Məcəllənin 135.5-cü maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Rspublikası MPM-nin 243.1-ci maddəsinə əsasən, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarından görünür ki, xəbərinin olması, qeydiyyatda olduğu mənzildə yaşaması, o cümlədən, cavabdehin oğlu ilə münasibətlərinin normal olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirildiyindən, bununla da (ünvan 2 mənzil 12 ünvanda yerləşən mənzilin cavabdehin həm qeydiyyat, həm də yaşayış ünvanı olduğundan, qeyd edilən qiyabi qətnamə cavabdehə rəsmi qaydada verilmişdir. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Digər tərəfdən, Azərbaycan Rspublikası MPM-nin “iş üzrə icraat zamanı ünvanın dəyişməsi” adlanan 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(016)-128/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(016)-128/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-826/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-826/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver