Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-827/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılmasıtələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-728/2019 nömrəli qətnaməsindənCavabdeh2 nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASCcavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7043,27 manat əsas, 1536,18 manat faiz, cəmi 8579,45 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-728/2019 nömrəli (hakim H.Xəlilov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 7043 (yeddi min qırx üç) manat 27 (iyirmi yeddi) qəpik, faiz borcuna görə 1536 (bir min beş yüz otuz altı) manat 18 (on səkkiz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 8609 (səkkiz min altı yüz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsiqət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 nümayəndəsi X2 apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İdiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 150GTKR172020510 nömrəli kredit müqaviləsinə əsasən ona illik 36 müddətinə illik 29,84 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Birinci cavabdehə kredit verilərkən ikinci cavabdeh ilə iddiaçı arasında xx xxxx 2017-ci il tarixli, Z- 150GTKR172020510 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zəminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehin xx xxxxxxx 2019-cu il tarixə iddiaçıya 7043,27 manat əsas, 1536,18 manat faiz, cəmi 8579,45 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 nümayəndəsi X2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, əvvəla krediti götürən Cavabdeh1 borcu ödəməkdən yayınmır. Azərbaycan Respublikası N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə üzərinə düşən öhdəlikləri yerinə yetirirdi. Xidmət etdiyi dövrdə göründüyü kimi 12 000 manatlıq kreditin 10 000 manata yaxın borcu geri qaytarmışdır. Təəssüflər olsun ki, bank tərəfindən artan faizlər onu çıxılmaz vəziyyətə salmışdır. Hərbi xidmətdən işindən ayrıldıqdan sonra yeni iş yerində əmək haqqı az olduğundan aylıq 100-150 manat civarında ödəmək iqtidarındadır.Digər bir məsələ isə məbləğin bank tərəfindən şişirdilmiş şəkildə göstərilməsidir. Faizin məbləği çox göstərilmişdir. Cavabdeh ancaq faiz ödəməyə məcbur qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən buna əhəmiyyət verilməmişdir. Hal-hazırda məhkəməqətnamə çıxarmasına baxmayaraq, faiz artmaqda davam edir. Hesab edir ki, faizlərin düzgün hesablanmadığını müəyyən etmək üçün Şəki Apelyasiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, faiz borcuna münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: xx xxxx 2017-ci il tarixli, 150GTKR172020510 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıborcverən birinci cavabdehə-borcalana 36 ay müddətinə, illik 29,84 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit vermişdir. xx xxxx 2017-ci il tarixli, Z-150GTKR172020510 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2017-ci il tarixdə iddiaçı ilə cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmış və zamin-ikinci cavabdeh, borc verənin-iddiaçının qarşısında borc alanın-birinci cavabdehin öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin xx xxxx 2017-ci il tarixli, 150GTKR172020510 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə iddiaçıya 7043,27 manat əsas, 1536,18 manat faiz, cəmi 8579,45 manat borcu vardır. MAPS şöbəsinin xx xxxxxxxx 2019-cu il tarirxli arayışından və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, birinci cavabdeh, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatdadır. MAPS şöbəsinin xx xxxxxxxx 2019-cu il tarirxli arayışından və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ikinci cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 9, mənzil 7-də qeydiyyatdadır. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/1833 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxx 2017-ci il tarixli, 150GTKR172020510 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 7.825,34 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə:faiz borcu üzrə 1.154,88 manat, əsas borc üzrə 6.670,45 manat. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi sualda göstərilən xx.xx.2019-cu il tarixdən sonra müqavilə üzrə 100,00 manat məbləğində ödəniş edilmişdir. Hazırki hesablama xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) aparıldığından sonradan ödənilən 100,00 manat məbləğində kredit ödənişi hazırki hesablamalarda nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 150GTKR172020510 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, Z-150GTKR172020510 saylı zaminlik müqaviləsi ilə müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədilərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Apelyasiya icraatı zamanı əsas, faiz və cərimə borcunun düzgün hesablanıbhesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/1833 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxx 2017-ci il tarixli, 150GTKR172020510 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 7.825,34 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə:faiz borcu üzrə 1.154,88 manat, əsas borc üzrə 6.670,45 manat. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi sualda göstərilən xx.xx.2019-cu il tarixdən sonra müqavilə üzrə 100,00 manat məbləğində ödəniş edilmişdir. Hazırki hesablama xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) aparıldığından sonradan ödənilən 100,00 manat məbləğində kredit ödənişi hazırki hesablamalarda nəzərə alınmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği hissəsində qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, ekspert rəyindən müəyyən edilir ki, cavabdehin müqavilə müddətinin sonuna, əsas borc üzrə 6.670,45 manat,faiz borcu üzrə 1.154,88 manat borcu qalmışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər əsassızdır. Belə ki, cavabdeh onun tərəfindən ödənilmiş ödənişlərin əsas borcdan həddən artıq az silindiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya apelyasiya şikayətinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilələrdə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-728/2019 nömrəli qətnaməsi əsas, faiz və cəmi borc məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlərə аid edilməli və məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-728/2019 nömrəli qətnaməsi “7043.27 manat əsas, 1536.18 manat faiz və cəmi 8609.45 manat tutulması” hissəsində dəyişdirilsin, həmin hissədə əsas borc 6.670,45 (altı min altı yüz yetmiş manat manat 45 qəpik) manat, faiz borcu 1154.88 (min yüz əlli dörtd manat 88 qəpik) manat, cəmi borc isə 7825.33 (yeddi min səkkiz iyirmi beş manat 33 qəpik) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlərdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-827/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-827/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver