Məhkəmə qərarları › İş №2(107)-828/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-828/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-828/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı və Cavabdeh Əliəhməd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Əliəhməd oğluna qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-700/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh Əliəhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh Əliməmməd oğluna qarşı – cavabdehə verdiyi 10000 manat məbləğində pulun, bankdan götürdüyü kreditə görə ödədiyi əlavə 3281 manat məbləğində faizin, 5000 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-700/2019 nömrəli (hakim N.Misirzadə) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Əliməmməd oğlundan 3474.50 (üç min dörd yüz yetmiş dörd manat 50 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Əliəhməd oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ilin sentyabr ayında əvvəllər tanıdığı Ağsu rayonu, Gəgəli kəndində yaşayan Cavabdeh kənddə heyvandarlıqla məşğul olmaq üçün kifayət qədər imkanlar olmasını bildirmiş, təklif etmişdir ki, mal-qara ala bilsə heyvanların saxlanılması və bəslənilməsini üzərinə götürür. Cavabdehi əvvəldən yaxşı tanıdığı üçün ona inanmış və təklifinə razılıq vermişdir. Həmin razılaşmadan sonra xx.xx.2006-cı ildə “xxxx” KB ASC-dən 586 saylı kredit müqaviləsi əsasında 10500 manat məbləğində kredit götürmüşdür. Aralarında olan razılaşmaya görə iri və xırda buynuzlu heyvanların alınması üçün bankdan aldığı pul vəsaitinin 10000 manatını cavabdehə vermişdir. Həmin pul vəsaiti ilə cavabdeh 10 baş iri buynuzlu, 20 baş xırda buynuzlu heyvan almışdır. Aralarındakı razılaşmanın digər şərti belə olmuşdur ki, heyvanları aldıqdan 9 ay sonra kredit borcunu bağlayaraq əldə edilmiş mənfəəti bərabər bölsünlər. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh təsərrüfat yaratmaq üçün bankdan aldığı pulu ödəməkdən qəsdən yayınmış və hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Buna görə də bununla bağlı bir neçə dəfə Ağsu rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İşi araşdıran mayor Əli Qayıbalıyev araşdırmanı xeyli ləngitmiş və sonradan dünyasını dəyişmişdir. Cavabdeh həmin pulu almasını araşdırma zamanı etiraf etmiş, pulu hissə-hissə qaytarmasına söz vermişdir. Cavabdehin özü və atası da bu barədə xx.xx.2016-cı ildə iltizam da yazmışdır. O, iltizamda yazaraq göstərmişdir ki, aldığı 10000 manatı və əlavə 2000 manat məbləğində zərəri, cəmi 12000 manat məbləğində pulu xx.xx.2016-cı ildən başlayaraq hissə-hissə ödəməyi öhdəsinə götürür. Lakin buna baxmayaraq üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Əliəhməd oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı ona 4000 manat pulu hissə-hissə verməklə 10 iri buynuzlu heyvan, 20 ədəd xırda buynuzlu heyvan aldırmışdır. İddiaçı bu işlə bağlı 10500 manat kredit götürmüş, qeyd etdiyi kimi 4000 manat məbləğini heyvan almaq üçün ona vermiş, 6500 manat özündə qalmışdır. İddiaçı aldığı heyvanları görmüş və razılığını bildirmişdir. İki ay hər şey qaydasında getmişdir. Lakin ondan sonra heyvanların otunun, yeminin və s. alınmasına pul verməmişdir. İşlər yolunda getmədiyi halda heyvanların satılmasına da imkan verməmişdir. Heyvanları Tərtərə aparacağını və orada qohumları iş görəcəyini bildirmişdir. Bir neçə ay heyvanlar zəif qidalandığı üçün, eyni zamanda kütləvi xəstəlik tutduqları üçün heyvanlara ziyan dəymişdir. Artıq heyvanların qiymətləri aldıqları qiymətdən aşağı olmuşdur. 11 aydan sonra iddiaçı ortada qalan heyvanları satıb yeni şəriki İlham adlı şəxsə 1500 manat pul verməyini tapşırmışdır. Heyvanlardan satıb 1250 manat İlhama nağd qaydada pul vermişdir. Bu işdə atası da borc almış, həmin borcu ota, dərmana xərcləmişdir. Atasının da həmin işdə əziyyəti çox olmuşdur. Şərikli heyvanlardan 5 xırda buynuzlu heyvan Teymurun istəyi ilə kəsilmiş, 1 baş dana kəsilərək 3 yerə bölünmüşdür. 2010-cu ilin isti aylarının birində Teymur qardaşı Seymurla yaşadıqları kəndə gəlmişdir. Düşdükləri ziyanla bağlı söhbət etmiş, onların istədikləri kimi, diqtələri ilə iltizam yazıb imza etmişdir. Hər ay 120 manat olmaqla bir il müddətinə borcunu qaytarmağı öhdəsinə götürmüşdür. 2010-cu ilin oktyabr ayından 2014-cü ilin aprel ayına kimi anasına məxsus pensiya kartı iddiaçıda olmuşdur. 2010-cu ilin oktyabr ayının təqaüdü olan 85 manatı və 2014-cü ilin aprel ayının təqaüdü olan 155 manatı özü götürmüşdür. Qalan müddətlərdə kart iddiaçıda olmuş, pul məbləğləri onun tərəfindən çəkilməklə ona olan borcu tamamilə ödənilmişdir. Ümumilikdə iddiaçıya 4000 manat ona verilən puldan 1250 manat yeni şəriki İlhama nağd qaydada, digər məbləğləri də anasının pensiya kartı vasitəsilə ödəmişdir. İddiaçı kartdan 5140 manat məbləğində pul çıxarmışdır. Hazırda ona heç bir borcu yoxdur. Bütün bunların nəzərə alınaraq qətnamənin ləğv olunmasına və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Əliəhməd oğlu apelyasiya şikayətini müdafə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçı ilə iş birliyi quraraq ondan pul almışdır. Lakin həmin pulu təkcə o deyil, iddiaçının da tanıdığı şəxslərlə birlikdə ödəməlidir. Bununla belə iddiaçı ilə qarşılıqlı razığa gələ bilsə pulun bir hissəsini ödəyəcəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin dedikləri həqiqəti əks etdirmir. Cavabdeh ona 10000 manat məbləğində borcunun olmasına dair iltizam da vermişdir. Lakin həmin puldan bir hissəsini ödəsə də, sonradan qalanını ödəməkdən yayınmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh Əliməmməd oğlu tərəfindən xx.xx.2010-cu il tarixdə (iddiaçı məhkəmə iclasında verdiyi iltizamında “2010” qeydinin “2016” qeydinə düzəliş etməsini etiraf etmişdir) yazılan əlyazma iltizamla, 2006-cı ilin sentyabr ayında mal-qara təsərrüfatı ilə məşğul olmaq üçün İddiaçı 10000 (on min) manat aldığını, həmin məbləği iri və xırda buynuzlu heyvanların alınmasına, onların yemlə təmin edilməsinə sərf etdiyini, heyvanqaranı saxladıqdan sonra 3 ay müddətində heyvanlardan bəzilərinin tələf olduğunu, sağ qalanların satılaraq ziyanının ödənilməsinə sərf etdiyini, həmin müddətdən 3 ildən artıq müddət keçməsinə baxmayaraq İddiaçı ödəmədiyini, lakin həmin 10.000 manatı və ona hesablanmış faizləri ödəməkdən imtina etmədiyini, xx.xx.2010-ci il (düzəliş edilmişdir) tarixdən başlayaraq 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmiş və iltizamı imzalamışdır. Əliməmməd Mikayılov tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş əlyazma iltizamla, oğlu Cavabdeh İddiaçı olan 10000 manat borcundan hər ay 120 manat ödəməyi avqust ayının 01-dən etibarən ödəməyi öhdəsinə götürmüş, bu işlə bağlı həyat yoldaşının pensiya kartını Teymura verdiyini və əlavə fərqi ödəməyə söz vermiş və imza etmiş, Cavabdeh da yazılanlarla tam razı olduğu barədə iltizamı imzalamışdır. Cavabdeh Əliməmməd oğlu tərəfindən xx.xx.2010-cu il tarixdə (iddiaçı məhkəmə iclasında verdiyi iltizamında “2010” qeydinin “2016” qeydinə düzəliş etməsini etiraf etmişdir) yazılan əlyazma qəbznamə ilə, İddiaçı olan 10000 manat borcunun əvəzinə və ona hesablanmış faizə görə anasının, X2 2968 saylı pensiya kartını uzun müddətə pulun çıxarılması üçün İddiaçı təhvil vermiş, qəbznamə özü tərəfindən yazılaraq imza edilmişdir. Qəbzlərin surətləri ilə müəyyən edilir ki, İddiaçı tərəfindən “xxxx” KB ASC-nin hesabına ümumilikdə 13281 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin sorğusu əsasında İddiaçı Cavabdeh qarşı verdiyi şikayət ərizəsi əsasında Ağsu rayon Polis Şöbəsində toplanmış materialın məhkəməyə göndərilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə verdiyi izahatla 2006-cı ildə aralarında olan pul məsələsinə 2013-cü ildə son qoyulduğunu, anasının pensiya kartının 3 il İddiaçı olduğunu, hazırda ondan əlavə pul almaq istədiyini, ona borcunun olmadığını qeyd etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışla X1 (013471) hesabına xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək - xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək – 255.0 manat, xx.xx.2011-ci ildən xx.xx.2011cu ilədək – 1221.76 manat, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək – 1673.14 manat, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək – 1740.24 manat, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək – 625.36 manat, cəmi 5515.50 manat pensiya məbləği yükləndiyi müəyyən edilir. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/404 nömrəli rəydən müəyyən olunur ki, mülki işin 13-cü vərəqəsində olan xx.xx.2016-cı il tarixli iltizamın arxa tərəfinin aşağı hissəsindəki “Jухарда jазылана там разыjам. 2 илик. Банк борчуна оденилмəсинə там зəманəт вердим. Микаjылов Чинкиз . Ə. Ог.» yazıları və həmin yazıların qarşısındakı imza, 14-cü vərəqəsində Cavabdeh adından olan x xxxxxx 2016-cı il tarixli iltizamın üz tərəfindəki yazılar və həmin yazılardan aşağıdakı 2 ədəd imza, 15-ci vərəqəsində olan 4 oktyabr Cavabdeh Əliməmməd oğlu tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Əliəhməd oğlunun hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh öz xətti ilə qəbz (iltizam) yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də buna əməl etməmişdir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, cavabdeh özü iddiaçı ilə iş birliyinin olduğunu, bunun nəticəsində iddiaçıya zərər vurulduğunu və bununla bağlı qəbzə imza etdiyini özü etiraf edir. Düzdür, cavabdeh ekspertiza tədqiqatından əvvəl bunu inkar etsə də, iş üzrə müvafiq ekspert rəyi alındıqdan sonra bunu etiraf etmək məcburiyyətində qalmışdır İkincisi, cavabdeh iddiaçıya borcunun qalmadığını bildirsə də, sonradan qalıq borcdan bir hissəsinin ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehin bu kimi izahatı da kollegiya tərəfindən səmimi və ağlabatan görünmür. Üçüncü, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz (iltizam) əslində mahiyyət etibarı ilə də iddiaçıya borclu olduğunun elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Kollegiya belə qənaətə gəlir ki, ekspertizanın keçirilməsi təşəbbüsü iddiaçı tərəfindən olduğundan ekspert xərci də ona aid edilməlidir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat Cavabdeh Əliəhməd oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Əliəhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-700/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh Əliəhməd oğlundаn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar