Məhkəmə qərarları › İş №2(107)-828/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-828/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-828/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cavabdeh X3 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Cavabdeh 3848 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh Qənbərova (bəzi iş materiallarında Behbudova) Pərvanə Surxay qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 borc kimi verdiyi 4388 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh tanıyır, uşaqları bir sinifdə oxuduğundan aralarında yaxın münasibətlər olmuşdur. Bu baxımdanda o, Pərvanəyə etibar etmiş, bütün bunların çərçivəsindəçətinlikdə olması və borca düşməsi iləəlaqədar Pərvanə ondan bir rəfiqə olaraq ona kömək etməsini xahiş etmişdir. O, bu xahişin zəminində Pərvanəyə inanaraq 20.05.2014-ci il tarixində ona 100 manat borc pul vermişdir. Həmin pulu verərkən o, Pərvanənin çətin vəziyyətini bir rəfiqəsi olaraq dərk edib qaytarmaq şərti ilə ona əl tutmuşdur. Bundan sonra ikinci dəfə 26.09.2016-cı il tarixində ona borc olaraq 300 manat verən zaman Pərvanə bir ay ərzində həmin pulu qaytaracağını vəd etmiş, sonra isəçətin vəziyyətə düşdüyündən həmin müddət illərlə davam etmişdir. O, bu hallara ciddi əhəmiyyət verməmiş, çünki sonrakı müddətdə yoldaşı vəfat etmişdir. Bu baxımdanda o, bu hallarıçox da şişirtməmişdir. Pərvanə 15.01.2017-ci ildə ondan 2100 manat, 05.10.2017-ci il tarixdə ondan 2800 manat, 26.07.2018-ci il tarixində isə ondan 800 manat borc pul almışdır. Cavabdeh həmin pulları ondan götürərkən onu inandırmışdır ki, evi satıb ona olan borcunu ödəyəcəkdir. Ancaq heç bir ödəmə olmadan şəxs aldığı pulları bu günə kimi ona ödəmək istəmir. O, cavabdehə dəfələrlə xahiş və müraciətlər etmiş, ancaq bunun müqabilində Pərvanə ona olan borcu qaytara bilmədiyindən ona pensiya kartını verərək 11 ay hər ayda 112 manat ödənilməklə, 1232 manat borcundan ödəmişdir. Ancaq 12 aydan sonra borcunu ödəməmək üçün kartın qabağını bağlatdırmışdır. Bundan sonra hər ay 40 manat olmaqla 12 ay ona borcundan 180 manat ödəmiş, ümumilikdə 1232 və 480 manat ödəməklə 1712 manat borcundan ödəmişdir. Ödənilməyən məbləğ 4388 manatdır. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək cavabdeh tərəfindən iddia ərizəsində olandan əlavə olaraq iddiaçıya 540 manat qaytarıldığını bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddia tələbini qəbul etməyərək, İddiaçı 3800 manat borc götürdüyünü və həmin məbləği ona qaytardığını bildirmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) 23 iyun 2020-ci il tarixli, 2(107)-716/20 nömrəli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdeh X2 800 manat borc pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(102)-285/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-716/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdr. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəmısinin qətnaməsini qeyri-qanuni və əsassız hesab edir. Belə ki, iddiaçı məhkəməyə qəbzlər (əlyazmalar ) təqdim edərək guya ki, onun iddiaçıdan müxtəlif vaxtlarda 100 manat, 2800 manat, 2100 manat, 800 manat, 300 manat borc pul aldığını iddia etmişdir. O, tam savadsızdır, oxumaq, yazmaq bilmir. Bundan başqa, düzdür ki, cavabdehdən 1800 manat borc pul almışdır. Həmin pulu almaqda məqsədi həyat yoldaşının məzarını təmir etdirmək olmuşdur. Həmin məbləği alarkən o, ailə başçısının itirilməsi ilə bağlı aldığı pensiya kartını və çörək pulu kartını iddiaçıya vermiş və iddiaçı da ailə başçısının itirilməsi ilə bağlı kartdan 130 manat, çörək pulu kartından isə 40 manat məbləğində pulları bankomatdan çəkmişdir. O, qeyd edilənləri Yevlax Rayon Məhkəməsində işə baxılarkən bildirmiş, habelə məhkəməyə şifahi vəsatətlər verərək xahiş etmişdir ki, aidiyyəti üzrə Kapital Banka sorğu göndərilərək idiaçının hansı müddətlər ərzində ona məxsus bank kartlarından pul çıxarması və çıxarılan pulların məbləği müəyyən edilsin. Lakin vəsatəti təmin edilməmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)- 1754/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, həqiqətən dəqiq yadında olmayan ayrı-ayrı vaxtlarda İddiaçı sələmə borc pullar almışdır. Həmin pulları alması barədə Ləmana özünün yazdığı qəbzləri vermişdir. O, Ləmandan aldığı borc pulları faizi ilə birlikdə tam həcmdə qaytarmışdır. Lakin, savadsız olduğuna görə pulları qaytarmaq barədə Ləmandan qəbz almamışdır. Borcunun bir hissəsini pul kartından çıxarılma yolu ilə Ləmana ödəmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyasına teleqram ünavanlayaraq vəkilinin Ali Məhkəmədə olması, özünün isə xəstə olması səbəbindən məhkəmə iclasının başqa vaxra keçirməyi xahiş etmişdir. Qeyd olunanları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(102)-285/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-716/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilərkən işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər müəyyən edilmişdir. Qeyd edilmişdir ki, məhkəmənin təqdim edilmiş sənədləri göstərilən qaydada təfsir etməsi üçün qəbzlərin məzmunu mübahisəli olmalıdır. Hazırkı işdə isə cavabdeh imzaladığı qəbzlərdəki məlumatların tərəflərin həqiqi münasibətlərinə uyğun olmadığını, 05.10.2017-ci il və 26.07.2018-ci il tarixli qəbzlərin məzmununun fərqli şəkildə təfsir edilməli olduğunu bildirməmiş, bu xüsusatlarla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (§ 18). Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mülki prosesdə məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarı). 05.10.2017-ci il tarixli qəbzdə “2.800 manat” qaytarılmalı olan yekun borc məbləği kimi qeyd edilməmiş, “2800 manat aldığım borc pula görə öz pensiya kartımı girov qoydum” sözləri yazılmışdır. Eyni zamanda həmin tarixədək borc götürülmüş məbləğlərin cəmi 2.800 manat deyil, 2.500 manat təşkil edir (100+300+2.100). Hətta bu qəbz həmin tarixədək götürülmüş borcun ümumi məbləğinin etirafı sənədi kimi qəbul edilsə belə (xəyali olaraq), ondan sonra - 26.07.2018-də cavabdehin əlavə olaraq 800 manat borc alması haqqında qəbz mövcuddur (nəzərə alınmalıdır ki, həmin qəbzdə qalıq borca dair heç bir qeyd aparılmadan, cavabdehin iddiaçıdan 800 manat borc alması açıqca göstərilmişdir). Belə olan halda, bu məbləğlərin cəmi olan 3.600 manatdan qaytarılmış 2.252 manat çıxıldıqda ödənilməmiş məbləğ 1.348 manat təşkil edir ki, bu da apellyasiya məhkəməsinin cavabdehdən tutduğu məbləğdən artıqdır. Beləliklə, mübahisənin düzgün həlli üçün iş üzrə təqdim edilmiş sübutlar obyektiv şəkildə qiymətləndirilməli, cavabdehin etirazı üzrə mübahisəli halların dairəsi dəqiqliklə müəyyən olunmalı, etirazın dəlilləri, o cümlədən cavabdehin aldığı borcun məbləğinə dair fərqli məlumatlar verməsinin səbəbi aydınlaşdırılmalı, yazılı qəbzlərdəki pul məbləğlərinin cavabdehə verildiyini təkzib edən mötəbər və kifayətdici sübutlar aşkar edilmədiyi halda, geri qaytarıldığı etiraf olunan məbləğ çıxılmaqla, qalıq borcun ödənildiyini sübuta yetirmək yükünün cavabdehin üzərinə düşməsi nəzərə alınmalıdır. Apellyаsiyа instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyаsiyа instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyаsiyа məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyаsiyа instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyаsiyа şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyаsiyа məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(039)-1754/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan cavabdeh Behbudova (Qənbərova) Pərvanə Surxay qızı tərəfindən verilmiş qəbzlərdən (əlyazma) görünür ki, o, İddiaçı 20.05.2014-cü ildə 100 manat, 5 oktaybr 2017ci ildə 2800 manat, 15.01.2017-ci ildə 2100 manat, 26.07.2018-ci ildə 800 manat və 26.09.2016-cı ildə 300 manat borc pul aldığını göstərmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinəçatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh X6 4388 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda 540 manat qaytarmış, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə iddiaçıya borcunun olmaması və ya həmin borcun qaytarılması barədən heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki cavabdeh X6 4388 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda 540 manat qaytarmış, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini öyrənib, işin materialları ilə müqayisəli şəkildə təhlil etdikdən sonra ona münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 529.3-cü mаddəsində qeyd edilmişdir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Yuxarıda göstərilənlərdən görünür ki, iddiaçı cavabdehə verdiyi borc pullar barədə cavabdehdən həmin borcu almasını təsdiqləyən sənəd aldığı halda cavabdeh qaytarılmasını iddia etdiyi borcların qaytarılmasını təsdiq edən heç bir sənədi iddiaçıdan almamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)-1754/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(039)-1754/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar