Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-829/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada onlara vurulmuş ziyan olan 2632 (iki min altı yüz otuz iki) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb iddiaçılara bərabər ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə ki, iddia ərizəsinin məzmunundan görünmüşdür ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada onlara vurulmuş ziyan olan 2632 (iki min altı yüz otuz iki) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb iddiaçılara bərabər ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı 2632 manat vurulmuş ziyanın və 48 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsinin qaytarılması, İddiaçı1 ödədiyi 48 manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı1 qaytarılması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadından İddiaçı1 şikayət verərək, Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini əsassız olaraq geri qaytarmışdır. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olduğundan onlar da cavabdehlərə qarşı bir iddia ərizəsində iddia qaldırmışlar. Ona görə də Balakən Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli e-2(019)-652/2023 nömrəli qərardadı ləğv edilməlidir. Balakən Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən, qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadı ləğv edilməli və Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadından İddiaçı1 verdiyi şikayətə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 tərəfindən iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, iddiaçının hər birinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmiş, cavabdeh X2 4 baş, Cavabdeh3 3 baş , Cavabdeh4 2 baş və Cavabdeh1 1 baş malı olmasına baxmayaraq iddia ərizəsində ziyanın onlardan birgə qaydada alınması xahiş edilmişdir. Bundan başqa torpağa mülkiyyət hüququna dair dövlət aktları ərizəyə əlavə edilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə riayət etmişdirlər. Belə ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada tutulmasını xahiş etmişdirlər. Yəni müştərək qaydada. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, yuxarıda qeyd edilən normalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin cavabdehlərdən birinə münasibətdə rədd edilməsi üçün əsas ola bilərdir. Ona görə də kollegiya hesab edir ki, Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(019)-652/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-829/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-829/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver