Məhkəmə qərarları › İş №2(107)-830/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-830/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-830/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli 2(033)-1013/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(033)-360/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının arıtırlmasına, 05 oktyabr 2009-cu il tarixdə doğulmuş oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşağa 200 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli 2(033)-1013/2020 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh alınaraq 05 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli, 2(107)1061/2017 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 145 (bir yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. Alimentin tutulmasının əvvəlki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmışdır. İddia tələbinin qalan hissəsi təmin edilməmişdir. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işin faktiki halları araşdırılmamış, cavabdehin maddi və ailə vəziyyəti araşdırılmadan və etiraz ərizəsində göstərilənlər diqqətə alınmadan qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə cavabdehin göstərdiyi faktları diqqətə almadan, iddiaçının əsassız mülahizələrinə əsasən alimentin məbləğinin artırılması barədə qətnamə çıxarmışdır. Belə ki o, qət edilən aliment məbləğini ödəmək iqtidarında deyil. Çünki cavabdeh yenidən ailə qurmuşdur, ailəsi və övladları qarşısında öhdəlik və vəzifələri vardır. Cavabdeh üçüncü qrup əlil kimi 110 maant sosial müavinət alır və bunun üzərinə 15 manat əlavə edərək 125 manat məbləğində aliment ödəyir. Cavabdeh məşğulluq xidmətində işaxtaran kimi qeydiyyatdadır və ailəsini güclə dolandırır. Buna baxmayaraq iddiaçı 03 mart 2016-ci ildən etibarən 4 dəfə alimentinn artırılması üçün iddia ərizəsi vermişdir. Cavabdehin iddiaçı ilə birgə nikahından olan övladı artıq uşaq deyil, bu səbəblə də iddiaçı özü də işləyib övladının təminatında iştirak edə bilər. Cavabdeh məhkəmədə əlilliyini, fiziki imkanlarının məhdud olduğunu və koronavirusla əlaqədar iş yeri tapmadığını və gəlir əldə edə bilmədiyini diqqətə alaraq əslində alimentin məbləğinin 90-100 manat ödəyə biləcəyini bildirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi heç bir mümkün və mötəbər sübut olmadan işə qeyri obyektiv baxmış və cavabdehin sübutlarına əhəmiyyət vermədən qərar çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər və arvadın hüquqları bərabərdir. Belə olan təqdirdə uşağın saxlanılması xərcinin yarısını da ana təmin etməlidir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli 2(033)-1013/2020 saylı qətnaməsi ləğv edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli 2(033)-1013/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində yöstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 05 oktyabr 2009-cu il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Onlar arasında olan nikah pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahından 05.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 2(033)-360/2016 saylı 03 mart 2016-cı il tarixli qətnaməsinə əsasən təyin edilmiş 75 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 125 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Hazırki işdən də görünür ki, cavabdeh 2017-ci il tarixdə 52 manat sosial müavinət alırdısa, hazırda 110 manat sosial müavinət alır. Məhkəmə vurgulamışdır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı azyaşlı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 05 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 76-cı, 112.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddələri, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipi, İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndi, 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMTnin Konvensiyasının 3-cü maddəsi, 27-ci maddəsinin 2-ci bəndi, xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 05 oktyabr 2009-cu il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Onlar arasında olan nikah pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahından 05.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 2(033)-360/2016 saylı 03 mart 2016-cı il tarixli qətnaməsinə əsasən təyin edilmiş 75 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 125 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay uşağın saxlanması üçün 145 manat aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci mаddəsinə əsаsən, vаlideynlər аrаsındа yetkinlik yаşınа çаtmаyаn uşаqlаrа аliment ödənilməsi bаrədə sаziş yoxdursа, eləcə də аliment verməyə borclu olаn vаlideynin qаzаncı (gəliri) qeyri-müntəzəm, dəyişən olаrsа, yа qаzаncın (yəlirin) hаmısını və yа bir hissəsini həmin vаlideyn nаturа və yа xаrici vаlyutа ilə аlırsа, yаxud onun qаzаncı və yа sаir gəliri yoxdursа, hаbelə аlimentin vаlideynin qаzаncındаn (gəlirindən) müəyyən hissə kimi tutulmаsı mümkün olmаdığı, çətinlik törətdiyi və tərəflərdən birinin və yа mаrаğının əhəmiyyətli dərəcədə pozulduğu bаşqа hаllаrdа, uşаqlаrın sаxlаnmаsı üçün vəsаit tutulmаsını tələb edən şəxsin xаhişi ilə аlimentin miqdаrı məhkəmə tərəfindən hər аy ödənilməli olаn sаbit pul məbləğində və yа eyni zаmаndа həm sаbit pul məbləğində, həm də bu Məcəllənin 76-cı mаddəsinə uyğun olаrаq qаzаncın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci mаddəsinin tələbinə əsаsən, sаbit pul məbləğinin miqdаrı tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq olаn diyər hаllаr nəzərə аlınmаqlа, uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. İddiа tələbinin hüquqi əsаsını təşkil edən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 112.1-ci mаddəsinə əsаsən, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər. «Azərbаycаn Respublikаsındа 2020-ci il üçün yаşаyış minimumu hаqqındа» Azərbаycаn Respublikаsının qаnununа əsаsən 2020-ci ildə uşаqlаr üçün yаşаyış minimumu 170 mаnаt müəyyən olunmuşdur. Hüquq normalarının məzmunundan göründüyü kimi valideyn uşağına baxmağa və onu tərbiyə etməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində işsiz olduğunu bildirsə də bu hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2020-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 170 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 145 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 145 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli 2(033)-1013/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392- 393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli 2(033)-1013/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar