Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-833/2024 10.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və üçüncü şəxs X6 qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, müddətin ötürülməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs X6 qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, 2(039)-146/2024 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 (üçüncü şəxs X7 qeyd etməklə) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X1 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü iln sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatası kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat X8 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X1 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatması kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, 2(039)-146/2024 saylı qətnaməsi ilə (hakim Kamil Əliyev) ilk iddia qismən təmin edilmiş, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 8100 manat məbləğində kirayə haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat pul tələbinə dair ilkin iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 7000 manat maddi ziyana və 2000 manat mənəvi ziyana görə pulun və 110 manat dövlət rüsumu xərci olmaqla cəmi 9100 manat məbləğində pulun tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. İş materiallarından müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 4 mart 2024cü il tarixli, 2(039)-146/2024 saylı qətnaməsi həmin qətnamə çıxarılan vaxt Cavabdeh1 nümayəndəsi və vəkili olan Vəkil 4 aprel 2024-cü ildə Elektron kabinet vasitəsilə çatdırılmışdır. İş materiallarında qətnamənin cavabdehlərin özünə 11 aprel 2024-cü ildə çatdırılması ilə bağlı xəbərnamələr mövcud olsa da, qətnamə 4 aprel 2024-cü ildə Cavabdeh1 nümayəndəsi və vəkilinə çatdırılmaqla sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlamış və 6 may 2024-cü ildə başa çatmışdır. Həmin vaxt Cavabdeh1 da öz növbəsində 4 may 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 nümayəndəsi olduğundan və sonuncudan aldığı səlahiyyətləri nümayəndəsi olan vəkilinə ötürmə hüququ olduğundan Cavabdeh2 münasibətdə də apellyasiya şikayəti vermə müddəti eyni qaydada hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya onu da qeyd edir ki, apellyasiya şiakyəti Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilsə də, apellyasiya şiakyətini 4 may 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 da səlahiyyətli nümayəndəsi olaraq Cavabdeh1 imzalamışdır. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 hazırki apellyasiya şikayətini 13 may 2024-cü ildə verməklə qanunla müəyyən edilmiş bir aylıq müddəti 7 gün ötürmüşlər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülüb-ötürülməməsini yoxlamadan baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2, X4 və X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı Cavabdeh1 vəsatəti və Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsi ilə bağlı İddiaçı vəsatəti məhkəməyə daxil olmuş, məhkəmə tərəfindən Cavabdeh2 cavabdeh qismində və X9 və X10 üçüncü şəxs qismində elektron sistemdə işə cəlb edilməsinə və onlara məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onların rəsmi olaraq işə cəlb edilməsi ilə bağlı iş materiallarında nə protokol qərardadı, nə də müstəqil akt şəklində qəbul edilmiş qərardad mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Yevlax Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, 2(039)-146/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Apellyasiya şikayətini geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Buna görə də, mülki iş materialları, qanunun tələbinə uyğun olaraq, Cavabdeh1 apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi Cavabdeh2 apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Yevlax Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, 2(039)-146/2024 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-833/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-833/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver