Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-838/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 və İddiaçı iştirakı ilə İddiaçı cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “yaşayış və istifadə hüququ tanınmaqla evə köçürülmə və yaxud kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(046)-179/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı yaşayış və istifadə hüququ tanınmaqla evə köçürülmə və yaxud kompensasiya ödənilməsi tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehlərin evinə onun istifadə və yaşayış hüququ tanınmaqla həmin evə köçürülməsi, bu mümkün olmadıqda ona yaşayış sahəsi əldə etməsi üçün kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcmini azaldaraq Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə himayəsində olan övladları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(046)-179/2021 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddia təmin edilərək iddiаçı İddiaçı himayəsində olan uşağı 14.03.2010-cu il təvəllüdlü X6 ilə birgə Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən və Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 25.01.2021 -ci il tarixli, 2(046)-179/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh3 Ağasadııx oğlu ilə arasında olan nikah Göyçay rayon məhkəməsinin 31.10 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması barədə şəhadətnamə də verilmişdir. Birgə nikahdan 25 oktyabr 2003-cu il tarixdə X10, 18 noyabr 2005-ci il tarixdə X3 və 14 mart 2010-cu il tarixdə X6 anadan olmuşdur. 2002-ci il tarixdə el adəti ilə ailə qurmuş və qaynatası Cavabdeh1 evinə gəlin köçmüşdür. Cavabdeh1 el adəti ilə onu öz ailəsinə ailə üzvü kimi qəbul etmişdir. Qaynatası Cavabdeh1 məxsus evdə 16 il yaşamış və qaynatası Ağasadıq, qaynanası Roza və keçmiş həyat yoldaşı Rövşən ilə birgə təsərrüfat aparmışdır. Həmin evdə onun 3 övladı anadan olmuşdur. Boşanandan sonra müvəqqəti olaraq məcbur olub valideynlərinin yaşadığı evə köçmüşdür. Həmin 2 otaqlı evdə atası, anası və qardaşı (qardaşının həyat yoldaşı və 2 uşağı), eləcə də o uşaqları ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, cavabdehlərin evində 17 il ailə üzvü kimi yaşadığı üçün onun artıq həmin evdə istifadə və yaşayış hüququ vardır. Belə olan halda cavabdehlər onu övladı ilə birlikdə öz evlərinə yerləşdirməlidirlər. Cavabdehlərin evləri genişdir. Lakin cavabdehlər onun həmin evə köçüb yaşamasın razı deyirlər. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsin 25.01.2021-ci il tarixli, 2(046)-179/2021 saylı qətnaməsi hüquqi nöqteyinəzərdən qanuni və əsaslı deyildir, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir, məhkəmə istinad etdiyi normalara yanlış şərh vermişdir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Qətnamənin ləğv edilməsi və apelyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməməsi üçün əsaslar aşağıdakılardır: İlkin olaraq nəzərə alınmalıdır ki, iddiaçının irəli sürdüyü iddia tələbində istifadə etdiyi "istifadə" hüququ anlayışı mülkiyyət hüququnun tərkib hissəsi olan əmlakdan istifadə hüququ deyil, şəxsi servitut mahiyyətində məhdud əşya hüququdur. Bununla bağlı istər Mülki Məcəlləsinin, istərsə də Mənzil Məcəlləsinin müvafiq normalarının Konstitsiya Məhkəməsi tərəfindən şərhləri mövcuddur. İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh1 övladı Cavabdeh3 arasında nikah münasibətləri 15.06.2002-ci il tarixdə yaranmış, tərəflər arasında nikah Göyçay Rayon Məhkəməsinin 2(046)-1167/2019 nömrəli qətnaməsi ilə 31.10.2019-cu il tarixdə xitam verilmişdir. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmənin qətnamə qəbul edərkən özünün hüquqi mövqeyini əsaslandırmaq üçün Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməsi də anlaşılan deyildir. Belə ki, məhkəmə özün Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli Qərarına istinad etmişdir ki, həmin qərardan da açıq-aydın görünür ki, hazırki münasibətlərə Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz. Göründüyü kimi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırki iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Lakin, məhkəmə İddiaçı tələb irəli sürdüyü evə gəlin köçdüyü zaman, 15.06.2002-ci il tarixdə evin dövlət reyestrində qeydiyyatının olmamasını əsas gətirərək, sözügedən münasibətə Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və 54-cü maddəsinin müddəalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 25.01.2021 -ci il tarixli, 2(046)-179/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o 2002-ci il tarxdə mübahisəli evə gəlin köçmüş, boşanan günədək həmin evdə yaşamışdır. Hazırda valideynlərinin yanında yaşamağa imkan yoxdur. Hesab edir ki, onun da həmin evdə hüquqları var. Xırdalan şəhərində yerləşən mənzil onun özünə məxusdur və cavabdehlərə heç bir aidiyyəti yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(046)-179/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Göyçay rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(046)-1167/2019 nömrəli qətnaməsindən görünür ki, X11 ilə Cavabdeh3 arasında 15.06.2002-ci il tarixdə 234 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin ümumi uşaqları, 25.10.2003-cü il təvəllüdlü X7 və 18.11.2005-ci il təvəllüdlü X2 Cavabdeh3, 14.03.2010-cu il təvəllüdlü X1 Gülnar Feyruz qızının yanında qalması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə X8 arasında olan nikah 17.12.2019-cu il tarixdə ləğv edilmiş, nikah ləğv olunduqdan sonra iddiaçıya Yusifova soyadı verilmşdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən verilmiş, MH seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu İİ Ərəbcəbirli kədində Cavabdeh1 xüsusi mülkiyyətinə yaşayış sahəsi 46 m2 , köməkçi sahəsi 84,8 m2 olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi vardır. Həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində 28 avqust 2006-ci il tarixdə, 1 saylı reyestr kitabının 82 nömrəli vərəqində ********* saylı qeydiyyat aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyasının yeni araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 2002-ci il tarixdə ailə qurmuş, 2019-cu il tarixdə rəsmi qaydada boşanmışlar. İddiaçı boşanan vaxtadək cavabdehlərlə birlikdə ailə kimi yaşamış və onlarla birgə təsərrüfat aparmışdır tərəflər arasında mübahisəli yaşayış evi ilə bağlı hüquq münasibətləri 2002-ci ildə yaranmışdır. Həmin dövrdə sözügedən yaşayış evi texniki pasporta əsasən cavabdehlərdən Cavabdeh1 məxsus olsa da, sonradan yəni 2006-cı il tarixdə onun mülkiyyətinə keçərək, sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) verilmişdir. İddiaçı həmin evə gəlin köçərkən qayınatası Cavabdeh1 və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Həmin evdə yaşadığı müddətdə iddiaçının uşaqları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulan iddiaçı 2019-cu ildə azyaşlı uşaqları ilə birlikdə mübahisəli evi tərk edib atası evinə getmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh1 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə artıq cavabdehin həmin evə gözlənilən mülkiyət hüquqları vardı. İşə baxan birinci instansiya məhkəməsi isə bütün bunlara əhəmiyyət verməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə cavabdehin mülkiyyət hüquqları qorunmalı idi. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Göyçay Ərazi İdarəsi tərəfindən 14 dekabr 2020-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə göndərilmiş məktubdan və ona əlavə olunmuş texniki pasportdan müəyyən edilir ki, mübahisəli Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 (mülki iş səhifə 34-42) məxsus olmuş, sonda sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin evə köçmüş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları tətbiq edilməklə səhvə yol verilmişdir. Belə ki, bu halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı və onun azyaşlı övladı isə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan Cavabdeh1 qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı və onun azyaşlı uşaqlarının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli köçürülməsi tələbləri əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Belə ki, onun nikahdan əvvəl cavabdehlərlə mübahisəli yaşayış evində yaşaması hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhərində mənzilə malik olmaqla, heç də yaşayış yeri üzə təminatsız deyildir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə maddi hüquq normalarını səhv təfsir etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(046)-179/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə İddiaçı cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə himayəsində olan övladları ilə birlikdə köçürülməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-838/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-838/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver