Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-839/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və iddiaçı "İddiaçı" İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh "İddiaçı" İstehsalat Birliyinə qarşı “debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-97/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "İddiaçı" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 453,6 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00600 nömrəli abonent koduna vurulmuş 4356 kub metr təbii qazın dəyəri 453,6 manat debitor borcun silinməsi, qaz sayğacının dəyəri kimi ödədiyi 50 manat məbləğinin geri qaytarılması və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-97/2021 nömrəli (hakim R.Şirinov) qətnaməsi Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 453,6 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumunun alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh **********00600 nömrəli abonent koduna vurulmuş 4536 kub metr təbii qazın dəyəri 453 (dörd yüz əlli üç) manat 60 (altmış) qəpik debitor borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 50 (əlli) manat məbləği Cavabdeh qaytarılması, Cavabdeh dəyişdirilmiş qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması, “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia tələbi üzrə 20 (iyirmi) manat dövlət rüsumunun ödənilməsinin nəzərə alınaraq qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənməsi qət edilmişdir. Qətnamədən narazı qalan “İddiaçı” İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 apellyasiya şikayəti verərək, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-97/2021 saylı qətnaməsinin ləğv edilməsinə, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: “İddiaçı” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixdə “İddiaçı” İB-nin X9 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacına baxış keçirilmişdir. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi lə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı 11472699 nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli 29/1710-02079-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşildiyi aşkar olunmuş və sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Akta əsasən xx xxxxxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 4356 kub.metr itirilmiş qazın dəyəri 453,6 manat məbləği hesablanaraq Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 453,6 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı” İstehsalat Birliyinin ona qarşı verdiyi iddia tamamilə əsassızdır. Qaz sayğacın yoxlamadan keçərək, guya sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədən deşildiyi aşkar edildiyini, sayğac istismara yararsız vəziyyətə düşməklə ona qarşı ümumilikdə 474 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. Halbu ki, bu məsələdən xəbəri olmamışdır.Ona görə də "İddiaçı” İstehsalat Birliyi"nin iddia tələbi əsassız olduğu üçün təmin edilməməməlidir. Belə ki,"İddiaçı"İB-nin tabeçiliyində olan X9 İstismar İdarəsinin dörd nəfər əməkdaşı tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Elster G-4T Diafraqma tipli, 11472699 saylı qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi ilə açılaraq götürülmüşdür. Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında xx xxxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilişdir. Açılaraq götürülmüş sayğacın əvəzinə **********1 saylı yeni sayğac quraşdırılmışdır. Bir neçə aydan sonra cavabdeh "İddiaçı" X1 X5 əməkdaşları ona bildirirlər ki,mənim evimdən açılaraq götürülmüş "Elster G-4T Diafraqma tipli,11472699 nömrəli qaz sayğacı, Metrologiya Departamenti,Sayğadarm müayinəsi Laboratoriyasında Qaz sayğacı yoxlamadan keçərək, güya G-4 markalı 11472699 nömrəli sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədən deşildiyi aşkar edildiyini,s ayğac istismara yararsız hesab edilmişdir. Bu səbəbdən də barəsində xx.xx.2019-ci il tarixli 29/1710-02079-1 nömrəli akt tərtib olunmuşdur."Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta uyğun olaraq qərar qəbul olunmuş və göstərilən 4536 kub metr itirilmiş təbii qaz həmin miqdarda təbii qazın dəyəri olan 453.60 (dörd yüz əlli üç manat altımış qəpik) manat debitor borc kimi onun **********100600 saylı abonent hesabına işlənmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən cəmi 4536 kub metr itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 453.60 manat onun **********100600 saylı abonent hesabıma əsassız olaraq işlənmişdir. Tərəfindən, qaz sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədən deşildiyi aşkar edilməsi barədə hər hansı bir məlumatı olmamışdır. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq tərəfindən ödənşlər aparılır. Bundan əlavə, qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı da olmamış,habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Eyni zamanda,sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 4536 kub metr miqdarında, yəni 453.60 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Hazırda təbii qazdan istifadəyə görə borcu yoxdur. Əgər qaz sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədən deşik olsaydı o zaman, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Hesab edir ki, onsuz da maddi durumumun ağır olduğunu bildiklərindən, X5 əməkdaşları belə hərəkətləri ilə ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar və xx xxxxxxx 2019-cu il tarixli tələbnamənin heç bir qanuni əsas olmadan ona 4536 kub metr təbii qaz sərfiyyatı hesablamış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 453.60 manat miqdarında debitor borcu daxil edilməsi qanunsuzdur. Qeyd edilən əsaslara görə hesab edir ki, "İddiaçı" ona qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə "iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 453.60 (dörd yüz əlli üç manat altımış qəpik) iitirilmiş qazın dəyərinin,iddia ərizəsi üçün ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) dövlət rüsumunun tutularaq "İddiaçı” İstehsalat Birliyinin" hesabına ödənilməsi barədə qətnamə qəbul olunmsı xahişi təmin olunmamalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hakim işə baxarkən və Qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385- 390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixində ’’İddiaçı” X2 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 27 ünvanında yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, 11472699 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2019-cu il tarixli 29/1710-02079-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədən deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx xxxxxxx 2019 - cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh İsmayıllı XS-nin abonent bazasındakı **********00600 nömrəli abonent koduna 4536 m3 - 453.60 (dörd yüz əlli üç) manat 60 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "İddiaçı" İstehsalat Birliyinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, sonda apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)- 97/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə Cavabdeh İsmayıllı rayonun Tircan kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. xx xxxxx 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılmasına görə “İddiaçı” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 50 (əlli) manat məbləğində vəsait ödənilmişdir. “İddiaçı” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd axınlı su qızdırıcı və 1 ədəd dəmir soba vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4536 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin oktyabr ayının sonuna Cavabdeh **********00600 nömrəli abonent koduna akt üzrə 453,6 manat borc vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin faktiki hallarından göründüyü kimi “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən 11472699 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2019cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4536 kub metr müəyyən edilmişdir. Cavabdeh 4536 kub.metr itirilmiş təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehə məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz cavabdehin özü tərəfindən törədilməsi barədə iddiaçının dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər cavabdeh sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-97/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-97/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-839/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-839/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver