Məhkəmə qərarları › İş №2(107)-84/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-84/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-84/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)-765/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. xx.xx.2021-ci il tarixli yazılı borc müqaviləsi ilə Cavabdeh İddiaçı 1 il müddətinə qaytarılması şərtilə 10900 manat pul almışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10900 manat məbləğində pulun və iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, cavabdehə 29 iyun 2021-ci ildə borc kimi 10900 manat məbləğində pul vermiş və aralarında yazılı müqavilə bağlanmışdır. Cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh həmin məbləğdə borcu 1 il müddətində qaytarmalı idi. Lakin cavabdeh həmin məbləğdə borcunu qaytarmamış və öz öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. O, dəfələrlə cavabdehdən aldığı borcun qaytarılmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışdır, odur ki, cavabdehlə onun arasında olan pul borcu mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə, cavabdeh ötən bu müddət ərzində onun mülkiyyətində olan götürdüyü 10900 manat məbləğində pulunu dövriyyəyə buraxaraq əldə edə biləcəyi gəlirindən məhrum edərək ona zərər vurmuşdur.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə sadə yazılı formada borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 10900 manat məbləğində borc almış, borcu 1 il müddətinə ödəməyi öhdəsinə götürmüş, əks halda qanunvericilikdə nəzərədə tutulan məsuliyyət daşıdığını göstərmişdir, cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 130 manat dövlət rüsumu ödəmişdir.

7. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə iddiaçının xeyrinə 130 manat tutulmalıdır.

8. Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)-765/2022 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin olunmuş, Cavabdeh borca görə 10900 (on min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat, cəmi 11030 (on bir min otuz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 739 və 741-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İş materiallarında olan 29 iyun 2021-ci il tarixdə tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 10900 (on min doqquz yüz) manat məbləğində borc almış, borcu 1 (bir) il müddətinə ödəməyi öhdəsinə götürmüş, əks halda qanunvericilikdə nəzərədə tutulan məsuliyyət daşıdığını göstərmişdir. Müqavilə həmin tarixdə tərəflərin imzası ilə təsdiq edilmişdir.

11. İş materiallarında olan AA15335886 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 26, mənzil 4-də qeydiyyatdadır.

12. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır.

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli 2(063)1129/2015 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilmiş və ondan 28000 (iyirmi səkkiz min) manat pulun alınıb, ona verilməsi qət edilmişdir. Daha sonra o maddi vəziyyətiylə bağlı həmin qətnaməni tam icra edə bilmədiyindən Ucar rayon Məhkəməsinin 3 iyul 2018-ci il tarixli l(063)-24/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilnsə də ona sınaq müddəti müəyyən edilməklə, təyin edilmiş cəza şərti hesab edilmişdir. Sınaq müddəti ərzində isə pulun qalan hissəsini də tam olaraq iddiaçıya verməyiylə bağlı onun üzərinə öhdəlik qoyulmuşdur. O, sınaq muddətində pulun bir hissəsini iddiaçıya ödəmişdir. Lakin 2020-ci ilin mart ayında pandemiya başladığı üçün onun maddi sıxıntıları yenidən başlamış və o maddi imkansızlıq səbəbindən pulun hamısını iddiacıya ödəyə bilməmişdir. 29 iyun 2021-ci il tarixə onun iddiaçıya cəmi 10400 manat borcu qalmışdı. Sınaq muddətinin vaxtı isə bitmək uzrə idi. İddiacı ona bildirdi ki, onun 10400 manat yox, 10900 manat borcu qalmışdır. Ona dedi ki, əgər bu gün ondan 10900 manat borc almağıyla bağlı muqavilə bağlamasalar, məhkəmədən tələb edəcəkdir ki, onu həbs etsin. O da buna görə məcbur olub onun verdiyi "kağız"a baxmadan onu imzalamışdır. Əslində isə o həmin gün ondan heç bir məbləğdə pul almamış və ona cəmi 10.400 manat borcu qalmışdı.

15. O bundan sonra düşünmüşdür ki, ona olan borcunu əlbəəl deyil, poct və bank vasitəsi ilə göndərsin. xx.xx.2022-ci il tarixdə Azərpoct MMC vasitəsi ilə ona 1000 manat gondərmişdir. Lakin o həmin məbləği də 10900 manatdan çıxmayaraq, ona qarşı iddia ərizəsi ilə məhkəməyə muraciət etmişdir.

16. İddiaçı onun ondan 10900 manat borc aldığını göstərərək, məhkəməyə yalnız 29 iyun 2021-ci il tarixli "borc müqaviləsini" təqdim etmişdir. Məhkəmə isə aydınlaşdırmamışdır ki, həqiqətən həmin müqavilədəki imza ona məxsusdur, ya yox. Belə ki, onlar notariusda müqavilə imzalamamışlar, o isə iddianı etiraf etməmişdir. Buna görə də məhkəmə "müqavilə"dəki imzanın ona məxsus olub olmamasını başqa sübutlarla (ekspert rəyi, şahid ifadələri və s) müəyyənləşdirməli idi. O yuxarıda da göstərmişdir ki, iddiaçı onu kağızı imza etməyi məcbur etdi. Amma, bilmir ki, məhkəməyə verilən müqavilə həmin "kağız" dır, yoxsa iddiaçı tərəfindən təkbaşına tərtib edilən başqa bir kağızdır. Bunun məhz həmin onun məcbur olub imzaladığı “müqavilə" olub-olmaması isə məhkəmədə sübut olunmamış qalmışdır.

17. İddiaçı ondan borca görə 10900 (on min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat, cəmi 11030 (on bir min otuz) manat məbləğində pul tutularaq, ona verilməsini tələb etmişdir. Beləliklə, qanuna görə iddiaçı 10900 manata görə dövlət rüsumu ödəməli idi. 10900 manata görə dövlət rüsumu isə (120+900X0,3/100) 122 manat 70 qəpik edir. İddiaçı isə 7 manat 30 qəpik artıq, yəni 130 manat ödədiyi dövlət rüsumuna görə pul tələb etmiş, məhkəmə isə onun tələb etdiyi 130 manat pulu da məndən tutmuşdur. Əlbəttə, 7 manat 30 qəpik 10900 manatın yanında cox da böyük məbləğ deyil. Bunu göstərmakdə məqsədi odur ki, həqiqətən də məhkəmə üçün iddiaçı tərəfindan təqdim edilmiş bütün "sübutlar"in qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur.

18. O cavabdehdən 29 iyun 2021-ci il tarixdə borc almamışdır. Ümumiyyətlə, necə ola bilər ki, əvvəllər borc verənə borcu vaxtına və tam qaytara bilməyən, hətta buna görə məhkəmədə borcverənin şikayəti əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinən bir şəxsə borcverən yenidən borc versin. Hesab edir ki, məhkəmə bunu araşdırmayaraq, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

19. Üzürlü səbəblədən birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir, ona görə də iddiaçıya xx.xx.2022-ci il tarixdə Azərpoçt MMC vasitəsi ilə 1000 manat göndərməyini təsdiq edən qəbzi bu şikayətə əlavə edir.

20. Ona görə də, Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)- 765/2022 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, onun iddiaçıya Ucar Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli, 2(063)- 1129/2015 nöməli qətnaməsi üzrə qət edilmiş 28000 manat borcunun ödənilməmiş 10400 manat hissəsi qalmışdır. Həmin borcu ödəmədiyi halda iddiaçı Ucar Rayon İcra və Probasiya şöbəsinə ərizə verərək borcun tam ödənildiyini bildirmişdir. Həmin ərizəni nəzərə alan Ucar Rayon Məhkəməsi onun barəsində şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunmasına dair Ucar rayon icra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimatını təmin etməmişdir. İddiaçının həmin ərizəni yazmasına görə o da iddiaçıya əslində 10400 manat borcu olduğu halda ondan 10900 manat borc alması barədə borc müqaviləsi bağlamış və imzalamışdır. Mülki işin materialında olan borc müqaviləsi də onun tərəfindən təsdiq edilmiş həmin müqavilədir.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə qismən etiraz edərək, cavabdehin ona olan borcundan 1000 manat ödəməsini nəzərə alaraq apellyasiya şikayətinin həmin hissədə təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022ci il tarixli 2(063)-765/2022 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)- 765/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən cavabdehdən alınaraq iddiaçıya verilməli olan pulun 1000 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14 və 18-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Ucar Rayon Məhkəməsindən əldə edilərək işə əlavə olunmuş Ucar Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 1(063)-24/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7Q-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunaraq şərti hesab edilmişdir. Hökmdə Ucar Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli, 2(063)- 1129/2015 nöməli icra vərəqəsi üzrə müəyyən olunmuş 28000 manat borcun ödənilməmiş hissəsinin zərərçəkmiş şəxs İddiaçı ödənilməsi vəzifəsi məhkumun üzərinə qoyulmuşdur. Ucar Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 7(063)-6/2021 nömrəli qərarından müəyyən olunur ki, Cavabdeh təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunmasına dair Ucar rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya -üzrə) S.Məhərrəmovun təqdimatına baxılmış və Ucar Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 1(063)-24/2018 nömrəli hökmünə əsasən sınaq müddəti müəyyən edilməklə Cavabdeh üzərinə ödəmə vəzifəsi qoyulmuş 28000 manat pulun ödənilməmiş hissəsi tam şəkildə ödənildiyindən təqdimat təmin edilməmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı borc kağızının onun imzaladığı həmin kağız olduğunu etiraf etmişdir. Həmin borc müqaviləsini iddiaçıya olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun qalan hissəsini əslində iddiaçıya ödəmədiyi halda ödədiyi barədə iddiaçının icra məmuruna verdiyi ərizənin əvəzində qalan borcunun etirafı kimi bağlamışdır.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 15 və 19-cu bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin arqumentləri əsaslıdır, belə ki apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi qəbz, eləcə də iddiaçının məhəkəm kollegiyasının iclasında verdiyi izahatla təsdiq olunur.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, apellyatorun bu arqumenti də əsaslıdır. Belə ki, 10900 manat pul tələbinə dair iddianın verilməsi üçün dövlət rüsumu 122 manat 70 qəpik edir. Məhəkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı məhkəməyə iddia verərkən dövlət rüsumunu artıq – 130 manat ödəmiş və ödədiyi məbləği cavabdehdən tələb etmişdir. Artıq ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməmiş, iddiaçı da bu məsələni mübahisələndirməmişdir. Belə olan halda iddiaçı artıq ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməyə haqlı deyildir və cavabdehin iddiaçıya dövlət rüsumu üçün ödəməli olduğu məbləğ 122.7 manat hesablanmalıdır.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən cavabdehdən alınaraq iddiaçıya verilməli olan pulun 1000 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığından, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)-765/2022 saylı qətnaməsi cavabdehdən alınaraq iddiaçıya verilməli olan pulun 1000 manata aid hissəsində ləğv edilməli, həmin hissidə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin tələbinə əsasən cavabdehin iddiaçyıa dövlət rüsumu üçün ödəməli olduğu məbləğ iddianın təmin edilmiş hissəsinə müvafiq hesablanmalıdır. İddianın rədd edilmiş 1000 manat hissəsi ümumi iddia tələbinin 9.2%-ni (1000x100/10900 ≈ 9.2) təşkil edir. Bu qətnamənin 32-ci bəndində qeyd olunmuş əsaslarla cavabdehin iddiaçıya dövlət rüsumu üçün ödəməli olduğu məbləğ 122.7 manat hesablanmalı olduğundan və həmin məbləğin 9.2%-i 11.3 manat ( 122.7x9.2 ≈ 11.3) etdiyindən cavabdehdən dövlət rüsumu üçün 111.4 manat (122.7-11.3=111.4) alınaraq iddiaçıya ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)-765/2022 saylı qətnaməsi Cavabdeh alınaraq İddiaçı verilməli olan pulun 1000 manata və dövlət rüsumu üçün verilməli olan pulun 18.6 manata aid hissəsində ləğv edilsin. Həmin hissidə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 10900 manat pul və 130 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası həmin – 1000 manata və dövlət rüsumu üçün verilməli olan 18.6 manata aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan – 9900 manat pul və dövlət rüsumu üçün 111.4 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar