Məhkəmə qərarları › İş №2(107)-84/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-84/2025

02.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-84/2025 02.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıllar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair ilk iddiaları, iddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: Çəkilmiş xərclərin ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X13 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi Nümayəndə1, İddiaçı Nümayəndə1 vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçıllar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair ilk iddiaları, iddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(025)-25/2024 nömrəli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçıllar, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN- 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudlarına tor və ağacla çəkilmiş çəpərin sökülməsi, ərazidən vaqon evin çıxarılaraq torpaq sahəsinin boşaldılması və istifadəsinə törədilən maneçilik aradan qaldırılması, o cümlədən mülkiyyətdən məhrumedilmə nəticəsində dəymiş 15.000,0 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə qarşılıqlı iddia qaldıraraq tələbi barədə iddia qaldıraraq istifadəsində olan JN- 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən 12550,0 manat məbləğində pulun cavabdehlər, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Nümayəndə1 izahatında göstərmişdir ki, İslahat nəticəsində beş nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq verilmiş və JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən plan əsasında təhkim edilmişdir. Həmin torpaq sahəsi 2007-ci ildə Cavabdeh tərəfindən zəbt olunmuş və ətrafına tor və ağacla çəpər çəkilərək qanunsuz yolla sahiblənmişdir. Torpaq sahəsində vaqon ev qoyulmuş, meyvə ağacları əkilmiş və ərazisindən otlaq sahəsi kimi istifadə edilmişdir. Cavabdeh torpaq sahəsindən istifadəsinin qanunsuz olduğu dəfələrlə izah edilsə də, onun ərazidən çıxarılması üçün indiyədək göstərilən səylər nəticə verməmiş, aralarında mütəmadi olaraq baş verən münaqişə zamanı X7 ağır xəsarətlər almış və uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudlarına tor və ağacla çəkilmiş çəpərin sökülməsi, ərazidən vaqon evin çıxarılaraq torpaq sahəsinin boşaldılması və istifadəsinə törədilən maneçilik aradan qaldırılması, o cümlədən mülkiyyətdən məhrumedilmə nəticəsində dəymiş 15.000,0 manat məbləğində maddi zərərin ödənilməsi barədə iddia qaldırmışdır.

4. Cavabdeh izahatında göstərmişdir ki, JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsini on yeddi il bundan qabaq X7 ilə razılaşma yolu ilə əldə etmişdir. Belə ki, torpaq sahəsi çayın sahili boyunca yerləşdiyindən sel sularından qorunması məqsədilə bənd çəkilməsi və digər torpaq işlərinin görülməsi X1 imkanı daxilində olmamış və valideynlərindən miras qalmış 3,0 ha həyətyanı torpaq sahəsi və iki fərdi yaşayış evindən ona düşən payla əvəzləşdirilmişdir. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsində olmuş, çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə indiyədək cəmi 12550,0 manat məbləğində xərc çəkilərək qorunmuşdur. Ərazidə meyvə ağacları əkilməmiş və bağ salınmamışdır. Torpaq sahəsini subasmadan qorumaq məqsədilə hüdudları boyunca kol bitkiləri əkilmiş və ərazinin daş və kəsəkdən təmizlənmiş hissəsindən ancaq otlaq məqsədilə istifadə olunmuşdur. Ona görə də, JN338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən 12550,0 manat məbləğində pulun cavabdehlər, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tutularaq onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır.

5. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 20 iyun 2024-cü il tarixli, 2(025)-25/2024 nömrəli qətnaməsi ilə iddiaçılar, Nümayəndə1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin olunmuş, iddiaçılar, Nümayəndə1, İddiaçı2, İddiaçı3 və X5 ümumi birgə mülkiyyətində olan JN 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən ünvan 1ində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudları boyunca kol, ağac və torpaq qalağı ilə çəkilmiş çəpərin Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilərək istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması, iddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh 100,0 manat dövlət rüsumunun alınıb Nümayəndə1 xeyrinə ödənilməsi və 50,0 manat ekspertiza xərcinin tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;

6. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Cavabdeh JN338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsini 2007-ci ildə X7 ilə razılaşma yolu ilə əldə etdiyi müəyyən edilməmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh JN- 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinə girmək və ərazidən hər hansı bir məqsədlə istifadə etmək hüququ olmamışdır. Ona görə də, Cavabdeh həmin torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Nümayəndə1, İddiaçı2, İddiaçı3 və X5 ümumi birgə mülkiyyətində olan JN 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən ünvan 1ində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudları boyunca kol, ağac və torpaq qalağı ilə çəkilmiş çəpəri öz hesabına sökməli və ərazini azad edərək qanuni sahiblərin öz əmlakından istifadəsinə törədilən maneçiliyi aradan qaldırmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.4, 152, 152.5, 157.2, 213.1, 213.6, 215.5, 239.2, 241.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyillər. Çünki məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədən qanunsuz və əsassız qətnamə qəbul edilmiş, sübutları araşdırmadan və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlinmişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 152.5-ci, 157.2-ci və 213.6-cı maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin məzmununa görə əslində ilk iddia üzrə cavabdehin hüquqları pozulsa da məhkəmə həmin hüquq normalarını iddiaçıların mənafeyinə uyğunlaşdırmağa çalışmışdır.

13. Mülki Prosessual Məcəllənin 76.1-ci, 76.2-ci və 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, ekspert rəyini sübut kimi qəbul etsə də rəyi tam araşdırmamış və qiymətləndirməmişdir. Ekspert qarşısında yalnız torpağın “zəbt” olunub-olunmaması barədə bir sual qoyulmuş, bu səbəbdən də qarşılıqlı iddiaçının tələbi üzrə ekspert heç bir rəy verməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddənin tələbinə zidd olaraq ilk iddiaçılar özlərinin istəyinə uyğun sual qoyulmasını tələb etmişlər, tərəflər arasında heç bir razılaşma olmadığı üçün hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Məhkəmə tərəfindən hazırki mübahisə üzrə Şəki İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatətə heç bir münasibət bildirilmədən təmin olunmamışdır.

14. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-25/2024 nömrəli Qətnaməsi ümumiyyətlə heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, mütəxəssis rəyində qeyd edilənlər nəzərə alınmamış, ilkin iddiaçıların adına olan Şəhadətnaməyə hüquqi qiymət verilməmişdir.

15. İlk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. İddiaçılar isə nə üçün həmin törpağın bir gün də olsa onların istifadəsində olmadığını əsaslandıra bilməmişlər.

16. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Torpağın sənədinin “Dövlət Aktı” olduğunu qeyd edən məhkəmə 1,52 ha həyətyanı torpağın verilməsinə əsas olmuş ilkin sənədlər məhkəmə tərəfindən araşdırılmamışdır.

17. Qarşılıqlı iddiaçı tərəfindən torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanının olmadığını məhkəmə nəzərə almamışdır. Eyni zamanda Qəbələ Rayon Məhkəməsi oxşar işlər üzrə məhkəmə təcrübəsini də nəzərə almamışdır.

18. Cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayətinə əlavədə isə göstərmişdir ki, 20 avqust 2005-ci il tarixli JN-338F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonunun Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsini həmin vaxt qardaşı X7 ilə razılaşma yolu ilə əldə etmişdir. Belə ki, torpaq sahəsi çayın sahili boyunca yerləşdiyindən sel sularından qorunması məqsədilə bənd çəkilməsi və digər torpaq işlərinin görülməsi X1 imkanı daxilində olmamış və valideynlərindən miras qalmış 3,0 ha həyətyanı torpaq sahəsi və iki fərdi yaşayış evindən ona düşən payla əvəzləşdirilmişdir. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsində olmuş, çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə indiyədək xeyli məbləğdə xərc çəkərək həmin torpaq sahəsini qorumuşdur. İlkin iddia üzrə iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ona qarşı iddia qaldırdıqdan sonra o, atasından miras qalmış ev və torpaq sahəsi ilə bağlı vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, guya atası sağlığında özünə məxsus evi qardaşı X3 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hansı səbəbdənsə Ağdaş rayonunda təsdiq olunmuşdur. Bundan sonra 26 fevral 2008-ci il tarixdə qardaşı X2 adına vərəsəlik işi açılmış və ona 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnaməyə əsasən verilən miras əmlak kimi Qəbələ RAİK-nm xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-137F saylı Şəhadətnamədə göstərilən 0, 22025 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Həmin vərəsəlik işi üzrə o, heç bir razılıq ərizəsi verməmiş və hər hansı sənədə imza atmamışdır. Ona görə də həmin Şəhadətnamənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Cavabdeh (iddiaçı) Cavabdeh həm apellyasiya şikayətində həm də apellyasiya şikayətinə əlavədə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-25/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi, ilkin iddianın bütövlükdə rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qismən müdafiə etmişdir. Belə ki, o, qarşılıqlı iddia ərizəsində tələb edilmiş 12550 manat yaxşılaşdırma xərclərini müstəqil qiymətləndirici AB Consulting MMC-nin 07 iyul 2025-ci il tarixli rəyində 1.52 ha torpaq sahəsi üçün yaxşılaşdırmalarla və yaxşılaşdırmalarsız dəyərləri arasındakı fərqi təşkil edən 9120 manat həddində müdafiə etmiş, qalan hissədə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh apellyasiya şikayətinin cavabdehin nümayəndəsi Nümayəndə2 göstərdikləri diqqətə alınmaqla təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi Nümayəndə1 Cavabdeh apellyasiya şikayəti və iddia tələbi ilə qismən razılaşaraq, qarşılıqlı iddianı qismən, yəni 9120 manat həddində qəbul etdiyini, həmin məbləği 3 ay müddətində qarşılıqlı iddia üzrə iddiaçıya ödəyəcəyini göstərmiş və qalan hissədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə1 vəkili Vəkil1 Cavabdeh apellyasiya şikayəti üzrə iddiaçı Nümayəndə1 izahatında qeyd etdikləri diqqətə alınmaqla qərar qəbul edilməsini, qalan hissədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Cavabdeh (iddiaçı) Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-25/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə dair hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən qarşılıqlı iddiaya dair hissədə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qarşılıqlı iddia tələbinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamış, qarşılıqlı iddia tələbinə dair hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı üzrə verilmiş JN-338 F nömrəli Kodu 40615018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsi X7, Nümayəndə1, İddiaçı2, X10, İddiaçı3 ümumi birgə mülkiyyətlərindədir. Torpaq sahəsi X7, Nümayəndə1, İddiaçı2, X10, İddiaçı3 ümumi birgə mülkiyyətlərinə verilməsinə baxmayaraq, 2007-ci ildən həmin torpaq sahəsi iddiaçılar Nümayəndə1, İddiaçı2 və X5 əmiləri olan iş üzrə cavabdeh (iddiaçı) Cavabdeh faktiki istifadəsindədir. Torpaq sahəsi faktiki istifadəsində olduğu dövrdə cavabdeh (iddiaçı) Cavabdeh tərəfindən iddiaçıların ümumibirgə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsindən ibarət yaxşılaşdırma işləri həyata keçirilmiş, bununla bağlı xərc çəkilmiş, lakin eyni ərazidə yaşayan cavabdehlərin buna hər hansı etiraz etmə halları müəyyən edilməmişdir.

33. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas təşkil etmirlər.

34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən qətnamənin düzgün əsaslandırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin Cavabdeh həmin torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququnun olmamasına dair apardığı əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, qarşılıqlı iddia tələbinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

35. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıların mülkiyyətində olan ünvan 1ində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin 2007-ci ildən cavabdehin istifadəsində olmaqla, ötən müddət ərzində cavabdehin həmin torpaq sahəsindən istifadə edərək orada çəpərləmə işlərini həyata keçirməsinə, torpaq işlərinin görülməsinə, göllərin qazılmasına və bəndin çəkilməsinə eyni ərazidə yaşayan iddiaçı tərəfin hər hansı bir etiraz bildirməməsini, buna mane olmamasını, həmin işlərin dayandırılması ilə bağlı hər hansı bir dövlət orqanına və yaxud da məhkəməyə müraciət etməməsini diqqətə almamışdır.

36. Hansı ki, iddiaçı və digər iddiaçıların nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında torpaq sahəsinin 2007-ci ildən cavabdeh tərəfin istifadəsində olduğunu göstərmiş, Cavabdeh da birinci instansiya məhkəməsində 29 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ünvan 1ində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsini 17 il bundan qabaq X7 ilə razılaşma yolu ilə əldə etdiyini göstərmişdir.

37. Bu baxımdan mübahisəli torpaq sahəsinin 17 il müddətində cavabdeh tərəfindən istifadə edilməsini, yaşadıqları ərazidə yerləşən həmin torpaq sahəsində çəpərləmə işlərinin həyata keçirilməsini, torpaq işlərinin görülməsini, göllərin qazılmasını və bəndin çəkilməsini iddiaçı tərəfin müşahidə etməməsi ağlabatan olmamaqla yanaşı, ötən müddət ərzində iddiaçıların cavabdeh tərəfə qarşı torpaqdan çıxarılma, torpaq sahəsində çəpərləmə işlərinin həyata keçirilməsi, torpaq işlərinin görülməsi, göllərin qazılması və bəndin çəkilməsi işlərinin aparılmasının qarşısının alınması kimi iddia tələbləri də mövcud olmamışdır.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsindən iddiaçı tərəfin razılığı ilə istifadə etməsi, torpaq sahəsi üzərində məhz cavabdeh tərəfindən öz vəsaiti hesabına çəpərləmə işlərinin həyata keçirilməsi, torpaq işlərinin görülməsi, göllərin qazılması və bəndin çəkilməsi, iddiaçı tərəfin isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq, cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi tələbinin ümumiyyətlə əsassız olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etməmişdir.

39. Kolegiya qeyd edir ki, qanunvericlikdə mülkiyyətçinin öz əşyasını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi imkanı ilə yanaşı əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da təsbit edilmişdir.

40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (iddiaçı) Cavabdeh da JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən vəsaitin ödənilməsini iddiaçılardan tələb etməkdə haqlı olmuşdur.

41. Belə ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də, yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində görülən çəpərləmənin, torpaq işlərinin, qazılan göllərin, çəkilən bəndin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün olmadığından, aparılan həmin işlər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilmişlər. Torpaqda aparılmış işlər bazarda satılmadıqlarından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda, vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.

42. Hansı ki, cavabdeh (iddiaçı) Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi “X8”nin verdiyi 21 iyun 2023-cü il tarixli 023/21-1 nömrəli rəydə torpaq sahəsinin orada görülmüş işlərlə və həmin işlər olmadan dəyərlərinin müəyyən edilməsi istiqamətində tədqiqat aparılmamış, beləliklə həmin rəy mübahisənin həlli üçün qeyd edilən tələblərə cavab verməmişdir.

43. Qeyd edilən halların aydınlaşdırılması üçün məhkəmə kollegiyasının 03 iyun 2025ci il tarixli qərardadı ilə qiymətləndirmə işlərinin aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli 122/mi/25 nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.

44. "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli 122/mi/25 nömrəli rəydə göstərilmişdir ki, Qəbələ rayonu, Tikanlı kəndi ərazisində yerləşən 1.52 ha torpaq sahəsinin sadalanan işlərlə hazırki bazar qiyməti 22800 (iyirmi iki min səkkiz yüz) manat; sadalanan işlər olmadan boş vəziyyətdə hazırki bazar qiyməti 13680 (on üç min altı yüz səksən) manat təşkil edir.

45. Qəbələ rayonu, Tikanlı kəndi ərazisində yerləşən 1.52 ha torpaq sahəsində və ətraf ərazidə aprılan bəndləmə, çəpərləmə, torpaq işləri, göllərin qazılması və s. işlərin görülməsinə tələb edilən vəsait 39795 manat təşkil edir.

46. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının 03 iyun 2025-ci il tarixli qərardadının icrası üzrə alınmış "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

47. Əksinə tərəflər "xxxx" MMC-nin Qəbələ rayonu, Tikanlı kəndi ərazisində yerləşən 1.52 ha torpaq sahəsinin orada aparılmış işlərlə, həmçinin həmin işlər olmadan müəyyən etdiyi dəyərləri ilə razılaşmaqla yanaşı, qeyd edilən qiymətlər arasındakı fərqi təşklil edən 9120 manatın ödənilməsində eyni mövqe nümayiş etdirmişlər.

48. Məhkəmə kollegiyası izah edir ki, qiymətləndiricinin rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında alınmış qiymətləndiricinin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 1,52 ha həyətyanı torpağın verilməsinə əsas olmuş ilkin sənədlərin məhkəmə tərəfindən araşdırılmaması, qarşılıqlı iddiaçı tərəfindən torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanının olmamasını məhkəmənin nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan JN-338 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən göründüyü kimi, həmin şəhadətnamənin verilməsinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı əsas olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarının verilməsində qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsinin müəyyən edilməsi isə Qəbələ Rayon Məhkəməsinin deyil, müvafiq inzibati məhkəmənin səlahiyyətinə aid edilmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatətə heç bir münasibətin bildirilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu ilə əldə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1387/2024 nömrəli qərarından müəyyən edildiyi kimi iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı JN-338 F Kod 40615018 nömrəli Şəhadətnamənin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən 1.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

52. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair hissədə birinci instansiya məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmasa da, ilk iddiaya dair hissədə apellyasiya şikayəti əsassız olmaqla, ilk iddiaya dair hissədə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, həmin hissədə birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, ilk iddiaya dair hissədə məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

53. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(025)-25/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdeh (iddiaçı) Cavabdeh iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı istifadəsində olan JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən 12550,0 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, cavabdeh (iddiaçı) Cavabdeh iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı qarşılıqlı iddiası qismən təmin edilməli, cavabdehlər Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada 9120 manat pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın qismən təmin edilməsi nəzərə alınaraq, cavabdehlər Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 111.2 manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı Cavabdeh verilməli, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024cü il tarixli, 2(025)-25/2024 nömrəli qətnaməsi cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Həmçinin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi nəzərə alınaraq məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın 50 manatı iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada, 50 manatı isə cavabdeh (iddiaçı) Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba), müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış tədqiqat üzrə 500 manat qiymətləndirmə haqqının 250 manatı iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada, 250 manatı isə cavabdeh (iddiaçı) Cavabdeh tutulub "xxxx" MMC-nə (VÖEN: ********** "xxxx" ASC Abşeron filialı VÖEN: ********** M/h: AZ03NABZ******************** Kodu: 805539 S.W.İ.F.T. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesaba) ödənilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh (iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(025)-25/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdeh (iddiaçı) Cavabdeh iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı istifadəsində olan JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən 12550,0 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh (iddiaçı) Cavabdeh iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdehlər Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada 9120 manat pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada 111.2 manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilsin. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(025)-25/2024 nömrəli qətnaməsi cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın 50 manatı iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada, 50 manatı isə cavabdeh (iddiaçı) Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış tədqiqat üzrə 500 manat qiymətləndirmə haqqının 250 manatı iddiaçılar (cavabdehlər) Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada, 250 manatı isə cavabdeh (iddiaçı) Cavabdeh tutulub "xxxx" MMC-nə (VÖEN: ********** "xxxx" ASC Abşeron filialı VÖEN: ********** M/h: AZ03NABZ******************** Kodu: 805539 S.W.İ.F.T. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar