Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-840/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-1601/2017 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(037)-1601 nömrəli qətnaməsinə əsasən BOKT «xxxx» MMC ilə X1 arasında bağlanmış xx xxx 2016-cı il tarixli LD/16147/00034 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 2273 ABŞ dolları 93 sent borc və 30 rrıanat dövlət rüsumu tutularaq iddiaçı tutularaq BOKT «xxxx» MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə xx xxxxxx 2017-ci il tarixdə tərəflərə göndərilmiş, tərəflər qətnaməni almışlar. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Cavabdeh3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə göstərilən qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-1601/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Göstərilən qərardaddan Cavabdeh3 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(037)- 1601 saylı qətnaməsini almamışdır. Qətnamənin ona çatdırımasına dair poçt bildirişində olan imza ona və yaxud digər ailə üzvünə məxsus deyil. Qətnamə onun və ya ailə üzvünün imzası olmadan xx xxxxxx 2017-ci il tarixdə kənar şəxs tərəfindən qəbul edilmişdir. Qətnaməni xx xxxxxx 2021-ci il tarixdə almış və qanunla müəyyən olunmuş müddət ərzində, yəni xx xxxxxx 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmənin hazırkı qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(037)- 1601 / 2017 nömrəli qərardadının ləğv olunmasını və apellyasiya şikayətinə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(037)-1601/2017 saylı qərardadına əsasən Cavabdeh3 şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)- 1601/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə məhkəmə tərəfindən qaytarılır. Məhkəmə kolegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslı deyildir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(037)-1601 nömrəli qətnaməsinin surəti Cavabdeh3 rəsmi qeydiyyatda olduğu ünvana xx xxxxxx 2017-ci il tarixdə göndərilmişdir. Məhkəməyə qaytarılmış cavabdehin adına yazılmış xəbərnamədə məhkəmə sənədinin xx xxxxxx 2017-ci il tarixdə alındığı qeyd olunmuşdur. Cavabdeh göstərilən qətnamədən xx xxxxxx 2021-ci il tarixdə məlumatı olduğunu göstərərək xx xxxxxx 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh3 apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinin üzürlü səbəblərdən baş verdiyini göstərməmiş, bu faktı təsdiq edən sübutları şikayətə əlavə etməmiş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-1601/2017 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 2(037)-1601/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-1601/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-840/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-840/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver