Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-843/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsasın olmaması) X7 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı İddiaçı ərizəsinin təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qərаrdаdındаn Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 18500 manat pul, 1295 manat faiz, 3700 manat əldən çıxmış faydanın və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 33490 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 (on min altı yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 61 manatın cavabdehlərdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsi 02 aprel 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə şəxsən İddiaçı təqdim edilmişdir. Həmin qətnamədən İddiaçı 03 may 2025-ci il tarixdə, Cavabdeh1 isə 26 aprel 2025-ci il tarixdə apellyasiya şikayətləri vermiş, İddiaçı tərəfindən apellyasiya şikayətinə buraxılmış müddətin bərpasına dair ərizə də əlavə edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən İddiaçı buraxımış müddətin bərpasına dair vəsatəti müzakirə edilmədən hər iki apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və İddiaçı buraxımış müddətin bərpasına dair vəsatəti müzakirə edilmədiyindən Şəki Apellyasiya Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(107)- 613/2025 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş materialı Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qərаrdаdı ilə İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-225/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması, İddiaçı verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apelyasiya şikayətini məhkəməyə təqdim etməyə çalışdığını qeyd etmiş, lakin sistemə daxil ola bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməli, onun qətnamədən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmamalı və apelyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsi ilə bağlı ərizəsində göstərmiş olduğu üzürlü səbəblər tamamilə əsassızdır. Belə ki, həmin müddət ərzində elektron məhkəmə sistemində heç bir problem yaranmamışdır. Necə ola bilir ki, o, şikayəti vaxtında elektron sistemə yükləyə bilir, lakin iddiaçı yükləyə bilmir? Qeyd edir ki, hazırki qətnamədən şikayət vermək üçün nəzərdə tutulmuş 1 aylıq müddət ərzində elektron məhkəmə sisteminə bir neçə sənəd daxil edilmişdir. Həmin tarixlərdə elektron məhkəmə sisteminə sənəd daxil edilməsini təsdiq edən elektron məhkəmə sistemindən çıxarışları da etiraza əlavə edərək, məhkəməyə təqdim etmişdir. Həmin çıxarışlara nəzər yetirdikdə həmin tarixlərdə elektron məhkəmə sistemində heç bir problemin olmadığını, elektron məhkəmə sisteminin işlədiyini açıqaydın görmək mükündür. Buradan dolayısı ilə belə bir nəticəyə gəlmək olar ki, hazırki qətnamədən şikayət verilməsi üçün nəzərədə tutulmuş prosessual müddətin sonuncu gününədək, elektron məhkəmə sistemində heç bir problem, heç bir xəta baş verməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, İddiaçı sözügedən qərardadı elektron məhkəmə sistemində yaranmış problemlərdən dolayı əldə edə bilməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əgər həqiqətən də İddiaçı elektron məhkəmə sistemində yaranmış problemlərə görə şikayəti yükləyə bilməmişdirsə, o zaman elektron məhkəmə sisteminə yaranan texniki problemlərlə bağlı sistemin texniki problemlərlə bağlı müraciətlər bölməsində bununla bağlı hər hansı bir müraciət etmişdirmi? Əgər etmişdirsə nəyə görə həmin müraciətləri sübutedici hal kimi məhkəməyə təqdim etməmişdir? Qeyd edir ki, məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar yoxdur və cavabdehin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün olmamaqla, bununla bağlı əsaslı sübut təqdim edilməmişdir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) suiistifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq, hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Birinci instansiya məhkəməsi qeyd etdiyi xüsusatları nəzərə almamış və əsassız olaraq müddətin ötürülməsini üzürlü hesab etmişdir. Birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddəti üzürlü hesab edərək bərpa etsə də, lakin öz qərardadında ötürülmüş müddətin hansı xüsuatlara görə üzürlü hesab edilməsini əsaslandıra bilməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-225/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək, İddiaçı Nurəddin oğlu tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Novruzov X3 Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsini 02 aprel 2025-ci il tarixdə məhkəmə qəbzinə şəxsən imza etməklə almış, İddiaçı həmin qətnamədən 03 may 2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmçinin şikayətinə əlavə etdiyi ərizəsində buraxılmış müddətin bərpa edilməsini də xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Novruzov X3 Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə etdiyi, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsində müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etsə də, onun tərəfindən vəsatətə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas ola biləcək heç bir sübut əlavə edilməmiş, vəsatətin məzmununda əksini tapmış fikirlər isə müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas təşkil etməmişlər. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətini verməsi üçün ötürdüyü müddətin üzrlü hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsi həmin müddəti bərpa etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qərаrdаdı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)- 225/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qərаrdаdı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-843/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-843/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver