Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-850/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat, cərimə borcu 485.51 manat, ümumi olaraq 761.83 manat məbləğində borc və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Borclu Cavabdeh2 məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Ağdaş rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(014)-3300/2016 saylı qərardadı ilə məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylı qətnаməsi ilə iddiа təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat, cərimə borcu 485.51 manat, ümumi olaraq 761.83 manat məbləğində borc və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi cərimə məbləğini azaltmamışdır ki, bu da onun maddi vəziyyətini daha da ağırlaşdırır. Ona görə də qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylı qətnаməsi cərimə hissəsində ləğv edilməlidir. Məhəkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına iddiaçı və digər cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylıqətnaməsi dəyişdirilərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə cərimə borcu 85.51 manat tutulmalı, qətnamə qalan hissədə yəni, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, “İddiaçı" BOKT QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT QSC tərəfindən Cavabdeh2 1900 (dörd min) manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə bankın arasında xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyən Cavabdeh2 hazırda İddiaçı BOKT QSC-yə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat, cərimə borcu 485.51 manat, ümumi olaraq 761.83 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditоrun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditоr оnun ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın dəbbə pulu hissəsində düzgün nəticəyə gəlməmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditоrun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” xx xxxx 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır.” Məhkəmə kоllegiyаsı hesаb edir ki, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı azaldılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylıqətnaməsi dəyişdirilərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə cərimə borcu 85.51 manat tutulmalı, qətnamə qalan hissədə yəni, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylıqətnaməsi dəyişdirilərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə cərimə borcu 85.51 manat tutulmalı, qətnamə qalan hissədə yəni, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə cərimə borcu 85.51 manat tutulsun. Qətnamə qalan yəni, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə əsas borcu 218.91 manat, faiz borcu 57.41 manat və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-850/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-850/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver