Məhkəmə qərarları › İş №2(107)-855/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-855/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-855/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli qətnaməsindənİddiaçı-nin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ dolları məbləğində kredit borcu, 11253.91 ABŞ dolları məbləğində faiz borcu və 10363.75 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 41787 (qırx bir min yeddi yüz səksən yeddi) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları əsas kredit borcu, 9129,4 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 29319,33 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və hazırki iddianın qaldırılması üçün ödənilmiş 21,05 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməsi, iş üzrə 251 manat ekspertiza xərci İddiaçı-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı-nin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı-ti ilə bağladığı xx.xx.2013-cü il tarixli, 19L000000362 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli, 78 saylı Sazişə əsasən kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca Kredit razılaşması ilə müəyyən olunumuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 19R000003094 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 19R000003094S saylı, xx.xx.2015-ci il tarixli, 19R000003094SA, xx.xx.2015-ci il tarixli, 19R000003094SB, saylı, xx.xx.2016-cı il tarixli, 19R000003094SC saylı, xx.xx.2016-cı il tarixli,19R000003094SD saylı,xx.xx.2017-ci il tarixli, 19R000003094 SE saylı və xx.xx.2017-ci il tarixli, 19R000003094 SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit xətti müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9830.07. ABŞ dolları ödəmiş, onun 20169,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 304 gün üçün hesablanmış faiz borcu 11253.91 ABŞ dolları təşkil edir. Kredit razılşamasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 304 gün üçün hesablanmış cərimə 10363.75 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Dəfələrlə borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışvına əsasən xx xxx 2014-cü il tarixli Kredit razılaşmasının qüvvədə olma müddətinəxx.xx.2018-ci il tarixə Cavabdeh1 iddiaçı banka 20169,93 ABŞ dolları əsas borcu, 9129,4 ABŞ dolları faiz borcu və 2632,79 ABŞ dolları cərimə borcu olmaqla cəmi borcu 31932,12 ABŞ dolları göstərilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı-nin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh2 xx.xx.2014- cü il tarixli 82 nömrəli zaminlik müqaviləsinə dəyişilik və əlavələr edilməsihaqqındasazişdəki imzanı mübahisələndirmiş, ona görə də məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi təyin edilmişdir. X3 belə bir rəy vermişdir ki, mülki işin 27-ci vərəqində olan İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan “xx.xx.2014-cü il tarixli 82 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişdə imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəylə razışalmadıqlarından tərəflərindən məhkəməyə təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə vəsatətləri təmin edilərək təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş bu dəfə Zaur Nəsirov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə qeyd edilmişdir ki, mülki işin 26-cı vərəqində olan İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan “xx.xx.2014-cü il tarixli 82 nömrəli zaminlik müqaviləsinə dəyişilik və əlavələr edilməsi haqqında” sazişdə imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi də bu rəylərə əsaslanaraq hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli 82 nömrəli zaminlik müqaviləsinə dəyişilik və əlavələr edilməsi haqqında saziş zamin Cavabdeh2 ilə bank arasında bağlanmadığı üçün Cavabdeh2 zamin kimi əsas borculunun iddiaçıdan götürdüyü kredit üzrə hər hansı məsuliyyət və öhdəlik daşımır. Birinci instansiya məhkəməsində verilmiş rəylərlə razılaşmayaraq komisyon ekspertizanın keçirilməsi barədə vəsatət vermişlər və vəsatətlərində də göstərmişdilər ki, hər iki ekspert rəyində eyni rəy verilsə də, lakin sözügedən rəyləri mötəbər saymaq olmaz. Belə ki, ilk əvvəl qeyd edirlər ki, birinci ekspertiza keçirilərkən ekspertin istinad etdiyi tədqiqat obyekti (İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan xx.xx.2014- cü il tarixli 82 nömrəli zaminlik müqaviləsinə dəyişilik və əlavələr edilməsi haqqında saziş) iş materiallarının 27-ci vərəqini təşkil etmişdir. Təkrar ekspertin verdiyi rəydə isə göstərilir ki, tədqiqat obyekti iş materiallarının 26-cı vərəqini təşkil edir. Göündüyü kimi iki ekspert arasında olan bu çaşqınlıq ona əsas verir ki, təkrar ekspertiza səthi olaraq keçirilmişdir. Hətta onu da deyə bilərik ki, ekspert işə səthi yanaşmasa idi, təkrar ekspert rəyindəki cümlələr birinci ekspert rəyindəki cümlələrin təkrarı olmazdı. Yəni hər iki rəyə baxanda görürük ki, birinci rəydəki cümlələr, eynən ikinci rəydə təkrarlanmışdır. Əslində təkrar ekspertizanın keçirilməsinin məqsədi o olmuşdur ki, birinci rəydə olan anlaşılmazlıq, əsassız olan hallar aradan qaldırılsın. Bunun üçün lazımdır ki, təkrar ekspertiza keçirilərkən ekspert daha anlaşılan, tutarlı dəlillərdən çıxış edərək rəy versin. Hesab edirik ki, eksprtə təqdim olunmuş sənədlər düzgün qiymətləndirilməmiş və tədqiqat aparılarkən səhvə yol verilmişdir. Hər iki ekspert təqdim edilmiş bütün sənədləri tam və düzgün tədqiq etməmiş, iş materiallarında olan Cavabdeh2 tərəfindən imzalanması mübahisələndirilməyən sənədlər arasında gözlə görünən fərqliliyə diqqət yetirməmiş və imza nümunələrinin yoxlanılmasına səthi yanaşmışdır. Halbuki iş materiallarında olan imza nümunələrinə nəzər yetirdikdə müəyyən olunur ki, Cavabdeh2 şəxsiyyət vəsiqəsindəki imzası, xx.xx.2019-cu il tarixdə ki imzası, onunla İddiaçı arasında bağlanılmış “xx.xx.2014-cü il tarixli 82 nömrəli zaminlik müqaviləsinə dəyişilik və əlavələr edilməsi haqqında saziş”dəki imzası, hətta onun məhkəmə bildirişlərinə etdiyi imzaları arasında elə bir fərq yoxdur. Ola bilər ki, aradan 5 ildən çox müddət keçsin və bu müddət ərzindən şəxsin imzalarında müəyyən dəyişdiklər olsun. Lakin bu ona əsas verməz ki, xx.xx.2014- cü il tarixdə icra olunmuş imza ilə hazırda icra olunan imzalar eyni şəxsə məxsus deyildir. O ki, qaldı dəbbə pulunun azaldılaraq 20 ABŞ dolları müəyyən edilməsinə, bununla bağlı bildirək ki, birinci instansiya məhkəməsi qətnaməsində tələb olunan 10363,75 ABŞ dolları cərimənin hazırkı vəziyyətdə işin halına uyğun olmadığını və cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etsədə, nəticə etibarı ilə tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə qiymət vermədən cavabdehlərdən tələb olunan cərimə məbləğini tənasübsüz şəkildə azaltmışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin 2(019)-618/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsinin iddia tələbinin zaminə aid hissədə və cərimə borcunun tutulmaması, həmçinin ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində ləğv edilməsi, iddianın Cavabdeh2 münasibətdə və cərimə borcunun tam təmin edilməsi, ekspertiza xərcinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarasınız. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən mövcud borcu ödəmək imkanı xaricindədir. Ona görə də ödəniş üçün Bankdan vaxt verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətindən göründüyü kimi qətnamə yalnız “iddia tələbinin zaminə aid hissədə və cərimə borcunun tutulmaması, həmçinin ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində ləğv edilməsi, iddianın Cavabdeh2 münasibətdə və cərimə borcunun tam təmin edilməsi, ekspertiza xərcinin cavabdehlərdən tutulması” hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: xx xxxxxx 2013-cü il tarixli, 19L000000362 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və bank tərəfindən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 78 №-li sazişdən görünür ki, xx xxxxxx 2013-cü il tarixli Kredit xətti müqaviləsinə Kredit alana 50000 ABŞ dolları kredit xəttinin açılması barədə dəyişiklik edilmişdir. xx xxx 2014-cü il tarixdə bağlanmış 19R000003094 saylı kredit razılaşmasından və ödəmə sənədlərindən görünür ki, xx xxxxxx 2013cü il tarixli Kredit xətti müqaviləsi üzrə iddiaçı bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxx 2015-ci il tarixli,19R000003094S saylı Sazişdən və həmin Sazişlə təsdiq edilmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxxxx 2016-cı il tarix müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxx 2015-ci il tarixli, 19R000003094SA saylı Sazişdən və həmin Sazişlə təsdiq edidlmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxxxx 2017-ci il tarix müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxxxx 2015-ci il tarixli, 19R000003094SB saylı Sazişdən və həmin Sazişlə təsdiq edilmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxxxx 2017-ci il tarix müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxx 2016-cı il tarixli, 19R000003094SC saylı Sazişdən və həmin Sazişlə təsdiq edilmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxx 2017-ci il tarix müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxxxx 2016-cı il tarixli, 19R000003094SD saylı Sazişdən və həmin Sazişlə təsdiq edilmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxxxx 2017-ci il tarix müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxx 2017-ci il tarixli, 19R000003094 SE saylı Sazişdən və həmin Sazişlə təsdiq edilmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxx 2018-ci il tarix müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladığı xx xxxxxxx 2017-ci il tarixli, 19R000003094 SF saylı Sazişdən və həmin Sazişlə təsdiq edilmiş Ödəniş Planından görünür ki, kreditin əvvəlki Ödəniş Planına dəyişiklik edilərək, kreditin əsas borc, faiz və cərimələr üzrə ödənişlər əsasında son ödənilmə tarixi xx xxxxxxx 2018-ci il tarix müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli, 19S000000867 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun xx xxxxxx 2013-cü il tarixli Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxx 2014-cü il tarixli, 82 №-li Sazişdə həmin Sazişlə Kredit xətinin məbləğinin 50000 ABŞ dolları olması ilə bağlı zaminlik müqaviləsinə dəyişiklik edlilməsinin iddiaçı bankla zamin Cavabdeh2 arasında bağlanması, zamin Cavabdeh2 tərəfindən imzalanması və onun həmin dəyişikliyə razı olması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 18481 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 27-ci vərəqəsində olan İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan xx xxxxx 2014-cü il tarixli № 82 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə «5.2 Zamin:»hissəsində» imza qrafasındakı imza-Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-xətşünaslıq ekspertizasının (təkrar) xx xxxxxxxx 2019-cu il tarixli, 22536 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 26-cı vərəqəsində olan İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan xx xxxxx 2014-cü il tarixli № 82 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə «5.2 Zamin: Cavabdeh2 imza» qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı-nin xx.xx.2019-cu il tarixli, 6077 №-li arayışında Cavabdeh1 19R000003094 saylı xx.xx.2014cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 20169.93 ABŞ dolları əsas borc, 11253,91 ABŞ dolları faiz borcu və 10363,75 ABŞ dolları cərimə borcu olmaqla cəmi borcunun 41787,59 ABŞ dolları olması göstərilmişdir. İddiaçı-nin xx.xx.2019-cu il tarixli, 12933 nömrəli arayışından görünür ki, Cavabdeh1 19R000003094 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə 20169.93 ABŞ dolları əsas borc, 9129.4 ABŞ dolları faiz borcu və 2632.79 ABŞ dolları cərimə borcu olmaqla-cəmi borcu 31932.12 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxxxxxxx» QSC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 9/1952 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx xxx 2014-cü il tarixli, 19R000003094 saylı kredit razılaşması; xx xxxx 2015-ci il tarixli “Saziş”; xx xxxx 2015-ci il tarixli “Saziş”; xx xxxxxx 2015-ci il tarixli “Saziş”; xx xxxx 2016-cı il tarixli “Saziş”; xx xxxxxx 2016-cı il tarixli “Saziş”; xx xxxx 2017-ci il tarixli “Saziş” və xx xxxxxxx 2017-ci il tarixli “Sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 25.685,65 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə -------------- 20,169,93 ABŞ dolları, faiz borcu üzrə -------------- 5.515,72 ABŞ dolları. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 19L000000362 saylı kredit xətti müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh1 İddiaçı-ti ilə bağladığı xx.xx.2013-cü il tarixli, 19L000000362 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli, 78 saylı Sazişə əsasən kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı-nin cavabdehlərdən 10363,75 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir, buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edərək həmin dəbbə pulunun 20 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qətnaməsinin iddia tələbinin zaminə aid hissədə və cərimə borcunun tutulmaması, həmçinin ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində ləğv edilməsi, iddianın Cavabdeh2 münasibətdə və cərimə borcunun tam təmin edilməsi, ekspertiza xərcinin cavabdehlərdən tutulması hissələrində təmin edilməsi qeyd edilsə də, apelyasiya şikayətinə bununla bağlı heç bir sübut əlavə olunmamış, şikayət formal mülahizələrə əsaslanmışdır. Bundan əlavə yuxarıda qeyd olunan ekspert rəylərindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 27-ci vərəqəsində olan İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan xx xxxxx 2014-cü il tarixli № 82 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə «5.2 Zamin:»hissəsində» imza qrafasındakı imza, həmçinin mülki işin 26-cı vərəqəsində olan İddiaçı Zaqatala filialı ilə Cavabdeh2 arasında olan xx xxxxx 2014-cü il tarixli № 82 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə «5.2 Zamin: Cavabdeh2 imza» qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir . Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar