Məhkəmə qərarları › İş №2(107)-859/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-859/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-859/2023 10.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsnin 24 may 2023cü il tarixli 2(075)-959/2023 nömrəli qərardadından Cavabdeh Qafar oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2007-ci il təvəllüdlü X2 və 16 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh da İddiaçı qarşı 23 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində 24 sentyabr 2007-ci il təvəllüdlü X2 və 16 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment miqdarının azaldılaraq hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Rayon Məhkəməsnin 24 may 2023-cü il tarixli 2(075)-959/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması, qarşılıqlı iddia verən cavabdeh X4 həmin tələblə bağlı məhkəmədə yenidən iddia qaldıra bilmək hüququnun izah edilməsi qərara alınmışdır. Cavabdeh Qafar oğlu qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsnin 14 iyun 2023-cü il tarixli 2(075)-959/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsnin 24 may 2023-cü il tarixli 2(075)- 959/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçılar aliment tələbləri ilə bağlı iddialarında dövlət rüsumundan azad edilsələr də, alimentin azaldılması barədə tələblər üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, qarşılıqlı iddianın verilməsi ümumi qaydalar əsasında həyata keçirməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə nəzər yetirdikdə görünür ki, o, qarşılıqlı iddia tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmişdir. Həmçinin, Cavabdeh qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni iddia ərizəsinin surətini aldıqdan sonrakı 20 gün ərzində verməmişdir. Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməldir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmişdir ki, 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi və 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112-ci maddəsinə görə iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Cavabdeh Qafar oğlu şikayətində göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Hesab edir ki, ilk dəfə alimentin təyin edilməsi, daha sonra alimentin miqdarının artırılması və azaldılması tələbinə dair iddialar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin təsir dairəsinə düşür. Kollegiya qeyd edir ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsində alimentin alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad oldunduğu göstərilmişdir. Hazırki halda Cavabdeh Qafar oğlu aliment alan şəxs deyil, aliment verən şəxsdir və verməli olduğu alimentin azaldılması barədə iddia qaldırmışdır. Bu səbəbdən də, hazırki qarşılıqlı iddia ərizəsi həmin normanın təsir dairəsinə düşə bilməz. Cavabdeh Qafar oğlu şikayətində həmçinin göstərmişdir ki, o ilk iddia ərizəsinə etirazda da qeyd etmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Privoljskiy rayon, Naşalovo kəndi, Çapayevo küçəsi ev 13 ünvanında yaşayır. İddiaçı da özü bunu yaxşı bildiyi halda məhkəmədən gizlətmişdir ki, onun iştirakı olmadan məhkəmə iclası keçirilsin və o özözünü məhkəmədə müdafiə edə bilməsin. Beləliklə onun özünü müdafiə hüququ pozulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə bildirişinin ona çatmamasını araşdırmadan hazırlıq iclasını təxirə salmaq əvəzinə birbaşa məhkəmə baxışına keçmiş və beləliklə onun özünümüdafiə hüququ kobud şəkildə pozulmuşdur. Kollegiya hesab edir ki, cavabdehin həmin arqumentləri birinci instansiya məhkəməsi məhkəmə bildirişinin ona çatmamasını araşdırmadan hazırlıq iclasını təxirə salmaq əvəzinə birbaşa məhkəmə baxışına keçməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində cavabdehin ünvanı olaraq ünvan 1rədə məlumat bildirişini cavabdehə ünvan 2 ünvanda bildirişin alınması barədə heç bir məlumat olmadığı halda, hazırlıq iclası keçirilməklə iş baxışa təyin edilmişdir. Baxış iclası barədə cavabdehə məlumat verilməsi bildirişi isə cavabdehə ünvan 3 ünvanda “İslamov” adlı şəxsin imzası ilə təhvil alınmışdır. Göründüyü kimi, məhkəmə cavabdehə hazırlıq iclası barədə bildirişi işdə mövcud olmayan ünvana göndərmişdir və həmin ünvanda bildirişin alınması barədə də işdə heç bir məlumat mövcud deyildir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini iki nöqsana görə geri qaytarmışdır. Bunlardan qarşılıqlı iddia ərizəsinin qanunla müəyyən edilmiş müddətdə verilməməsi ilə bağlı haqlı olmasa da, məhkəmənin birinci əsası, yəni dövlət rüsumunun ödənilməməsi özlüyündə hazırki qarşılıqlı iddia ərizəsinin geri qaytarılması üçün əsas idi. Bu səbəbdən də, cavabdehin şikayəti qismən əsaslı olsa da, bu hal hazırki iş üzrə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsnin 24 may 2023cü il tarixli 2(075)-959/2023 nömrəli qərardadının ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsnin 24 may 2023-cü il tarixli 2(075)-959/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsnin 24 may 2023-cü il tarixli 2(075)-959/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da qeyd edir ki, hazırki iş üzrə cavabdehin adı “Cavabdeh” olduğu halda, birinci instansiya məhkəməsinin hazırki qərardadında cavabdehin adı “X5” olaraq yazılmışdır. Cavabdeh Qafar oğlu həmin halı mübahisələndirmədən həmin qərardaddan şikayət vermiş və qərardadda “X5” barəsində yazılmış arqumentlərə cavab arqumentləri ilə çıxış etmişdir. Kollegiya “Cavabdeh” ilə “X5”nun eyni şəxs olduqları və bu fərqin qərardadda yol verilmiş ad ilə ata adının yerinin səhv yazılması ilə bağlı texniki yalnışlıqdan irəli gəldiyi qənaətindədir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh Qafar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsnin 24 may 2023-cü il tarixli 2(075)-959/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar