Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-86/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(033)-6/2021 saylı qətnaməsindən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə 3159,40 manat borc məbləği, 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8569,70 manat penya - cəmi 19.356,10 manat borc və 30,00 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə avadanlığın alınması məqsədi ilə 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və Oğuz Rayon Məhkəməsinin 11.11.2016-cı il tarixli 2 (054) - 1586 / 2016 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 18.750,00 manat əsas borc, 5596,40 manat faiz borcu, 1269,32 manat cərimə faizi, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30,00 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat, məhkəməyə təqdim edilən sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17,00 manat, ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 200,00 manat - cəmi 25.892,72 manat tutulması, cavabdehdən 04.08.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması, borc məbləğinin ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 71.000 manat müəyyən olunması qət edilmiş, cavabdehin iddiaçıya qarşı 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinin 6.2 və 6.4-cü bəndlərinin, 28.06.2013-cü il tarixli **********79413/1 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək iddia tələbinin 04.08.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizləri tutulmasına dair hissəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra mərhələsində cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq qeyri-yaşayış binası üzərində ipotekaya xitam verilmişdir. Lakin cavabdeh iddiaçı qarşısında kredit öhdəliklərini tam icra etmədiyinə görə kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, həmin kredit müqaviləsi üzrə cavabdehin kreditin qaytarılma müddətinin bitdiyi 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş 3159,40 manat miqdarında adi faizlər üzrə borcu yaranmışdır. Bundan əlavə, cavabdeh borcun gecikdirilməsi ilə əlaqədar kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə penya ödəməlidir. Lakin kredit müqaviləsi üzrə penyanın hesablanması 01.04.2020-ci il tarixdən cavabdehin xeyrinə dayandırılmışdır və 01.04.2020-ci il tarixə penya məbləği 8569,70 manat təşkil edir. Həmçinin, iddiaçı tərəfindən əvvəlki 24 ayı əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə statistik məlumatları əks etdirən arayışdan da göründüyü kimi, daşınmaz əmlakın girovu ilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi illik 17 % təşkil edir. Qeyd olunan əsaslara görə kreditin qaytarılma müddətinin bitdiyi 28.06.2017-ci il tarixdən borcun tam şəkildə ödənildiyi 30.04.2020-ci il tarixədək olan dövr üçün faizlər formasında əldən çıxmış faydanın miqdarı 7627,00 manat təşkil edir. Hazırda iddiaçı həmin məbləğləri cavabdehdən tələb edir və bununla bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunan əsaslara görə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(033)-6/2021 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 04.08.2016-cı il tarixdən 28.06.2017-ci il tarixədək illik 19 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə 3057,21 manat, borcun gecikdirilməsinə görə 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu üzrə 4277,07 manat və məhkəməyə müraciət etmək üçün ödənilən 30,00 manat dövlət rüsumu məbləğinin 11,00 manatdan ibarət hissəsi - cəmi 7345,28 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilən 30,00 manat dövlət rüsumu məbləğinin 19,00 manatdan ibarət hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iddia tələbinin digər hissələri təmin edilməməsi, iş üzrə cəmi 300,00 manat ekspertiza xərcinin 110,00 manatdan ibarət hissəsi Cavabdeh, 190,00 manatdan ibarət hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 3159,40 manat məbləğində, 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8569,70 manat penya - cəmi 19.356,10 manat borc və 30,00 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. iddiaçı öz iddia tələbinin əsası kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinin şərtlərinə, həmçinin, iddiaçı tərəfindən əvvəlki 24 ayı əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə statistik məlumatlara istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya borcu qalmadığını və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini iddiaçıya tam şəkildə ödədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının ona qarşı əvvəlki iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qərarlarını məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə avadanlığın alınması məqsədi ilə 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və həmin iddia tələbi üzrə yekun məhkəmə qərarı ilə cavabdehdən iddiaçının xeyrinə cəmi 25.892,72 manat tutulması qət edilmişdir. Həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəmiş, lakin ödənişlərin gecikdirilməsi səbəbi ilə iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflər arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 04.08.2016-cı il tarixdən 28.06.2017-ci il tarixədək illik 19 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə cavabdehdən tutularaq iddiaçıya ödəınilməli olan məbləği müəyyən edərkən həmin dövr üçün illik 19 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə cavabdehin iddiaçıya olan borcunun məhkəmə-mühasibat ekspertizasının rəyi ilə 3057,21 manat miqdarında müəyyən edildiyini, hazırki vəziyyətdə iddiaçının da həmin miqdarı mübahisələndirmədiyini nəzərə alaraq iddia tələbinin 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə 3159,40 manat borc məbləği tutulmasına dair hissəsinin qismən - məhkəməmühasibat ekspertizasının rəyi ilə müəyyən edilmiş 3057,21 manat həddində təmin edilməsini qanunauyğun hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin 28.06.2017- ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasına dair hissəsi də qismən - məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən edildiyi kimi illik 5 % dərəcəsi ilə 4277,07 manat həddində təmin edilməlidir. İddia tələbinin 28.06.2013cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 01.04.2020-ci il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8569,70 manat penya məbləğinin tutulmasına dair hissəsi təmin edilməməlidir. Ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin 11,00 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 19,00 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 300,00 manat məbləğin də ödənilmiş tələblərin məbləğinə münasib olaraq 110,00 manatdan ibarət hissəsinin cavabdehdən, qalan 190,00 manatdan ibarət hissəsinin isə iddiaçıdan tutulmasını qanunauyğun hesab etmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 442-ci, 445.1-ci, 445.2-ci, 445.7-ci ,448.1-ci, 448.2-ci, 449.1-ci, 449.4-cü, 739.1-ci, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur, buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Oğuz Rayon Məhkəməsi Qətnamə qəbul edərkən Bankın tələb etdiyi əldən çıxmış faydanın (zərər) əvəzinin (7627 manat) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11.03.2021-cİ il tarixli 9/1051 saylı ekspert rəyində (bundan sonra «Ekspert rəyi» adlandırılacaq) göstərilən məbləğdən (4277,07 manat) çox olmasını nəzərə alaraq Ekspert rəyində göstərilən məbləğə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasının aparılmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, Ekspert rəyinin, yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı (AR MPM 88-ci, 103-cü maddələrinin tələblərinə uyğun olaraq) və bunu edərkən, Ekspert rəyində göstərilən əldən çıxmış faydanın (zərər) əvəzinin (4277,07 manat) 28.06,2017-ci il tarixdən 30.04.2020-cİ il il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablandığını, Bankın tələb etdiyi əldən çıxmış faydanın (zərər) əvəzinin (7627 manat) isə 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablandığını, ekspertin hesablaması ilə Bankın hesablaması arasında 12% (on iki faiz) dərəcəsi fərqin olmasını nəzərə almalı idi. Lakin Oğuz Rayon Məhkəməsi bunu etməmiş və yalnız Ekspert rəyində əldən çıxmış faydanın (zərər) əvəzinin 4277,07 manat məbləğində müəyyən edildiyini göstərməklə kifayətlənmişdir. Bu isə özlüyündə absurd yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, İddiaçı məhkəməyə təqdim etdiyi Ekspert rəyinə etirazda həmin rəydə göstərilən məbləğlərlə Bankın təqdim etdiyi maliyyə sənədlərində göstərilən məbləğlərin hansı səbəblərdən bir-birinə uyğun gəlmədiyi aydın şəkildə izah edilmiş və həmin halların ekspert tərəfindən nəzərə alınaraq yenidən hesablama aparılması üçün birinci instansiya məhkəməsindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Qeyd edilən hallar isə ekspert tərəfindən hesablamaların Kredit müqaviləsinin şərtlərinin və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair'’ Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cii il tarixli qərarından irəli gələn müddəaları nəzərə alınmadan aparılması ilə bağlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi İddiaçının prosessual hüququnu pozmuş və kifayət qədər əsasların olmasına baxmayaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında vəsatəti təmin etməmişdir. Halbuki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş olsa idi, əldə ediləcək yeni rəy ilə Bank tərəfindən kredit üzrə borc məbləğinin doğru hesablandığı, əvvəlki ekspert tədqiqatı zamanı isə hesablamanın Kredit müqaviləsinin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarından irəli gələn müddəalara uyğun aparılmadığından səhv olduğu və nəticə etibarı ilə ilkin ekspert rəyinin əsassız olduğu təsdiq oluna bilərdi. Birinci instansiya məhkəməsi kobud səhvə yol verərək və prosessual qanunvericiliyin tələbini pozaraq İddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Bankın iddia tələblərini 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulması hissəsində qismən təmin etmiş, 01.04.2020-ci il tarixinə qədər kredit üzrə gecikdirilmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 8569,70 (səkkiz min beş altmış doqquz manat 70 qəpik) manat təşkil edən penyanın tutulması hissəsində isə rədd etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, "iddiaçı tərəflər arasında bağlanmış 28.06.2013-cü il tarixli 0192025i6979413 №-li kredit müqaviləsi üzrə 28.06.2017-ci il tarixdən 30.04.2020-ci i! tarixədək (Qətnamədə səhvən 01.04.2020-ci il qeyd edilib) vaxtı keçmiş əsas borc məbləğinə faizlərin illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmalı olması, gecikdirilmiş vaxt üçün cavabdehin illlik 5%-dən daha artıq faiz ödəməyə borclu olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəməmiihasibatlıq ekspertizasının rəyi ilə isə həmin dövr iıçiin vaxtı keçmiş əsas borc məbləğinə hesablanan faiz borcu illik 5% dərəcəsi Hə 4277,07 manat miqdarında müəyyən edilmişdir. İddiaçı eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə barədə statistik məlumatlara istinad etməklə daşınmaz əmlakın girovu ilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsinin illik 17 % dərəcəsi təşkil etdiyini bildirərək cavabdehin iddiaçı qarşısında öz müqavilə öhdəliklərini gecikdirməsinə görə cavabdehdən vaxtı keçmiş əsas borc məbləğinə illik 17% dərəcəsi hesablanmış 762 manat əldən çıxmış faydanın əvəzini tələb etsə də. əldən çıxmış faydanın hansı əsasla hesablanması, oxşar kredit müqavilələri üzrə iddiaçının əldə etdiyi real gəlirlərin mənbəyi və miqdarı ilə bağlı məhkəməyə möhəbər sübut təqdim etməmiş, faiz borcunun bu qaydada hesablanmalı olması ekspert rəyi ilə də təsdiq edilməmişdir. "Məhkəmənin penyanın tutulmasının rədd edilməsinə dair yuxarıda göstərilən mövqeyi ilə əlaqədar bildirmək istəyirik ki. Qətnamədə “kredit müqaviləsinin müddəti 28.06.2017- ci il tarixdə bitməsi və həmin vaxtdan sonra 01.04.2020-ci il tarixədək olan müddət üçün kredit borcu ödənilməsi gecikdirilmiş məbləğə hansı əsasla penyanın hesablanması və bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutun təqdim edilməməsi, penya məbləğinin ekspert tərəfindən də müəyyən edilməməsi" qeyd edilsə də. Məhkəmə hansı hüquq normasına, işdə olan hansı sübuta əsasən bu qənaətə gəldiyini Qətnamədə göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyirik ki. Qətnamədə göstərilən həmin hal Azərbaycan Respbulikası mülki qanunverciliyinin normaları və iş materialları ilə ziddİyət təşkil edir. Belə ki, AR MM ”Dəbbə pulu” adlanan 2-ci fəslində (462-467-ci maddələr), eləcə də digər maddələrində belə bir məhdudiyyət nəzərdə tutulmamışdır. Bundan əlavə. Kredit müqaviləsinin 5.1-ci bəndində əks etdirilmiş şərtə görə. Kredit müqaviləsi hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflərin həmin müqavilə Hə üzərlərinə götürdükləri ölıədliklərin tam icra edilməsinə qədər qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, "müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anma qədər qüvvədə sayılır.” Göründüyü kimi, Kredit müqaviləsinin 5.1-ci bəndinə qeyd olunan şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3- cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. İş materiallarından da aydın olduğu kimi borc ahın Cavabdeh Kredit müqaviləsi ilə üzərinə götiirdiiyü öhdəlikləri tam icra etməmişdir. Deməli, Bank Kredit müqaviləsinin 6.2-ci bəndinə müvafiq olaraq, borc alan Cavabdeh tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğu üçün vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü illik 34% dərəcəsi ilə penya hesablamaq və ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Lakin, Bank borc alan Cavabdeh həddən artıq maliyyə sanksiyasına məruz qalmaması üçün ona güzəşt edərək penyanı illik 34%-lə deyil, illik 15% dərəcəsi ilə hesablamışdır ki, 01,04.2020-cİ il tarixə penya üzrə borc 8569,70 manat təşkil etmişdir. 01.04.2020-ci İl tarixdən etibarən isə ümumiyyətlə kredit üzrə əsas borc məbləğinə penyanın hesablanması Borc alanın xeyrinə dayandırılmışdır. Fikrimizcə, işə baxan hakim "kredit müqaviləsinin müddəti 28.06.2017-ci il tarixdə bilməsi və həmin vaxtdan sonra 01.04.2020-ci il tarixədək olan müddət üçün kredit borcu ödənilməsi gecikdirilmiş məbləğə hansı əsasla penyanın hesablanması və bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutun təqdim edilməməsi" Qətnamədə qeyd etməklə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin Kredit müqaviləsinin 1.1-ci bəndindəki ”48 ay” müddəti olduğunu hesab etmişdir. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırırıq ki, qeyd edilən miiddəl kreditin qaytarılması üçün müəyyən edilmiş müddətdir və bu müddətin penyanın hesablanmasına hər-lıansı təsiri yoxdur. Qeyd olunanalara əsasən o Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(054)-6/2021 saylı qətnaməsinin qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilsini, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(054)-6/2021 saylı qətnaməsinin qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X4 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(054)-6/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, əldən çıxmış fayda, dəbbə pulu və hesablanmış 5 faizə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əldən çıxmış fayda, dəbbə puluna və tam təmin edilməyən 5 faizə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatları, həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə avadanlığın alınması məqsədi ilə 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və həmin iddia tələbi üzrə yekun məhkəmə qərarı ilə cavabdehdən iddiaçının xeyrinə cəmi 25.892,72 manat tutulması qət edilmişdir. Həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəmiş, lakin ödənişlərin gecikdirilməsi səbəbi ilə iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 3159,40 manat məbləğində, 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8569,70 manat penya - cəmi 19.356,10 manat borc və 30,00 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinin şərtlərinə, həmçinin, iddiaçı tərəfindən əvvəlki 24 ayı əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə statistik məlumatlara istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya borcu qalmadığını və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini iddiaçıya tam şəkildə ödədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının ona qarşı əvvəlki iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qərarlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması üçün əsas deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 04.08.2016-cı il tarixdən 28.06.2017-ci il tarixədək illik 19 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləği müəyyən edərkən həmin dövr üçün illik 19 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə cavabdehin iddiaçıya olan borcunun məhkəmə-mühasibat ekspertizasının rəyi ilə 3057,21 manat miqdarında müəyyən edildiyini, hazırki vəziyyətdə iddiaçının da həmin miqdarı mübahisələndirmədiyini nəzərə alaraq iddia tələbinin 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə 3159,40 manat borc məbləği tutulmasına dair hissəsinin qismən - məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən edilmiş 3057,21 manat həddində təmin edilməsini qanunauyğun hesab edir. Apellyator digər dəlilində isə əldən çıxmış faydaya aid hissəsində qətnamə ilə razılaşmamışdır. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 01.04.2020-ci il tarixədək ödənilməsi gecikdirilmiş məbləğə faizlərin illik 17 % dərəcəsi ilə hesablanmalı olması, gecikdirilmiş vaxt üçün cavabdehin illik 5 %-dən daha artıq faiz ödəməyə borclu olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəmə-mühasibat ekspertizasının rəyi ilə isə həmin dövr üçün vaxtı keçmiş əsas borc məbləğinə hesablanan faiz borcu illik 5 % dərəcəsi ilə 4277,07 manat miqdarında müəyyən edilmişdir. İddiaçı eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə statistik məlumatlara istinad etməklə daşınmaz əmlakın girovu ilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsinin illik 17 % təşkil etdiyini bildirərək cavabdehin iddiaçı qarşısında öz müqavilə öhdəliklərini gecikdirməsinə görə cavabdehdən vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzini tələb etsə də, əldən çıxmış faydanın hansı əsasla hesablanması, oxşar kredit müqavilələri üzrə iddiaçının əldə etdiyi real gəlirlərin mənbəyi və miqdarı ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, faiz borcunun bu qaydada hesablanmalı olması ekspert rəyi ilə də təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin 28.06.2017ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasına dair hissəsi də qismən - məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən edildiyi kimi illik 5 % dərəcəsi ilə 4277,07 manat həddində təmin edilməlidir. Kollegiya hesab edir ki, əldən çıxmış fayda qismində iddia tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu və eyni zamanda kredit vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdehin təqsirinin olmasını sübut edə bilməmişdir. İddiaçı cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində həmin vəsaiti başqa şəxslərə kredit verməklə (investisiya etməklə) gəlir əldə etmək imkanından məhrum olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şikayətin digər dəlilinə münasibət bildirərək kollegiya qeyd edir ki, şikayət dəbbə puluna aid hissədə də əsassızdır. Belə ki,məhkəmə iddia tələbinin 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 01.04.2020-ci il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8569,70 manat penya məbləği tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsinin müddəti 28.06.2017-ci il tarixdə bitmiş və həmin vaxtdan sonrakı müddət üçün ödənilməsi gecikdirilmiş məbləğə görə faiz hesablanmışdır. Həmin vaxtdan sonra 01.04.2020-ci il tarixədək olan müddət üçün kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə hansı əsasla penya hesablanması ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən keçirilmiş 22.11.2021-ci il tarixli, 9/73/42 saylı məhkəmə-mühasibatlıq ekspertizsının rəyində aşağıdaklar qeyd edilir; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 28 iyun 2013-cü il tarixli **********79413 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh müqavilə müddətinin bitdiyi 28.06.2017-ci il tarixinə İddiaçık Səhmdar Cəmiyyətinə olan əsas borc üzrə 19.047,99 manat, faiz borcu üzrə 8.356,25 manat, ümumi borcunun 27.404,24 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə qeyd edilir ki, 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 04.08.2016-cı il tarixdən 28.06.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər (illik 19% dərəcəsi ilə hesablanmaqla) üzrə borcunun miqdarı 3.057,21 manat məbləğində müəyyən edilir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “6471” saylı hesabda cərimə faizlərinin və eyni hesabda əldən çıxmış faydanın hesablandığı (i.v 116-138 ) əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “6471” saylı hesabın “fiziki şəxslərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə faiz gəlirləri”-nə aid olduğu müəyyən edildi. Bu səbəbdən, 28 iyun 2013-cü il tarixli **********79413 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması və əldən çıxmış faydanın hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% dərəcəsi ilə əldən çıxmış faydanın (zərərin) miqdarının və kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penyanın miqdarının müəyyən edilməsinin doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, borcalan tərəfindən 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək olan müddətdə 25441,1 manat məbləğində ödəniş aparılmışdır, həmin ödənişin 19.047,99 manatı əsas borc üzrə, 6393,11 manatı faiz borcu üzrə silinmişdir. Cavabdeh 30.04.2020-ci il tarixinə İddiaçık ASC-nə olan borcu 18.128,7 manat məbləğində müəyyən edilir. Hazırkı halda isə iddia tələbi 28.06.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə 28.06.2017-ci il tarixdən 30.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% dərəcəsi ilə əldən çıxmış faydanın (zərərin) miqdarının təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi dəbbə puluna aid hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(054)-6/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci olan 150 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(054)-6/2021 saylı saylı qətnaməsi mübahisələndirilinə hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 150 (yüz əlli) manat iddiaçıdan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-86/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-86/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver