Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-862/2020 08.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X3, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-100/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 31221 (otuz bir min iki yüz iyirmi bir manat) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-100/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı «İddiaçı” MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən İddiaçı MMC-yə satış və çatdırılma şöbəsinə regional satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. O, Qəbələ-Oğuz rayonları üzrə regional satış müvəkkilinin vəzifə öhdəliklərini yerinə yetirmişdir. Bu öhdəliklərə görə cavabdeh Qəbələ-Oğuz rayonlarında yerləşən, İddiaçı MMC-nin aptek müəssisələrindən sifarişlərin qəbul olunması, verilən ifadələrin vaxtında və düzgün ifadə olunması, sifarişin vaxtında çatdırılması, satılan malın pulunun tam şəkildə yığılıb kassaya çatdırılması, hər bir təhlükə haqqında rəhbərliyə məlumat verilməsi, ona verilmiş mal, material və pul vəsaitinə tam maddi məsuliyyət daşıması kimi funksiyaları yerinə yetirmişdir. Cavabdehla xx.xx.2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh ona müəssisə tərəfindən etibar edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanmasını tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Cavabdeh müəssisənin etibar edərək ona həvalə etdiyi əmlakın, maddi və digər sərvətlərin, həmçinin pul vəsaitinin saxlanması ilə bilavasitə əlaqədar işlərin görülməsi üçün maddi məsul şəxs kimi müəssisəyə dəyən zərərin miqdarının tam həcmdə ödənilməsini öz üzərinə götürmüşdür. Cavabdeh xx xxxxxx 2019cu il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə daxil olan 18 aptekdən yığılmış 31221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pulu yaşadığı evə aparmış və pulu İddiaçı MMCnin kassasına təhvil verməmişdir. O, həmin pulun iddiaçıya verilməsindən bu günədək imtina edir. Bu hərəkəti ilə də cavabdeh İddiaçı MMC-yə 31221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-100/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iki ilə yaxındır ki, İddiaçı» MMC-də çalışır. İşi də ondan ibarətdir ki, hər gün səhər tezdən Qəbələ rayonundan Şəki şəhərinə gələrək şirkətin Bakıdan gələn maşınından dərman ləvazimatlarını götürərək Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən “Zeytun” apteklərinə paylayır və həmin dərmanların pulunu yığaraq ertəsi günü Bakıdan gələn şirkətə məxsus maşınla yola salır. xx xxxxxx 2019-cu il tarixdə də aidiyyəti üzrə yığmış olduğu 31.221 manat məbləğində pulu yaşadığı evə aparmışdır. Həmin günü bacısının ərinin ad günü olduğundan o da ailə üzvləri ilə birlikdə ad günü tədbirində iştirak etmiş, ad günündən çıxıb yaşadığı evə qayıdanda evlərindən oğurluq edildiyinin şahidi olmuşdur. Həmin vaxt şirkətə məxsus olan 31.221 mantla yanaşı, onun özünə məxsus olan 10.000 manat da oğurlanmışdır. Hazırda bununla bağlı polis orqanında istintaq aparılır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X5 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə şirkətin əməkdaşı olmaqla maddi məsul şəxs olmuşdur. Cavabdehin özünün etiraf etdiyi kimi hər gün şirkətə məxsus olan dərman pereparatlarını “Zeytun” apteklərinə paylamaqla əldə olunmuş məbləği şirkətə qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu dəfə 31.221 manat məbləğində pul yığmasına baxmayaraq həmin pulu şirkətə təhvil verməmiş, bəhanəsi də guya evlərindən oğurluq olunması ilə bağlı olmuşdur. Hesab edir ki, cavabdeh özü bunu belə fikirləşmiş və səhnələşdirilmiş bir oyun qurmuşdur. Bu günə qədər istintaq orqanı heç bir izin üzərinə düşməyib. Bundan əlavə pulun oğurlanması və ya itirilməsi cavabdehi hər hansı öhdəlikdən azad etmir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-100/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2014-cü il tarixdə «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmış «X2in dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı ünvan 1 C təşkil etməklə, təsisçisi X7, qanuni təmsilçiləri X6 və X1rlar. Çıxarış xx.xx.2018-ci il tarixdə **********466000 nömrə ilə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyində «bir pəncərə» prinsipi ilə xx.xx.2014cü il tarixdə dövlət qeydiyyatına alınmış «Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, «İddiaçı” MMC VÖEN ********** təşkil etməklə vergi ödəyicisi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2016cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış İddiaçı MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bir il müddəğtinə cəmiyyətin satış və çatdırılma şöbəsində regional satış müvəkkili vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə işgüzar xidmətlərin göstərilməsi, müvəkkil vəzifəsinə işə qəbul olunmuş, ona 253,01 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 108 saylı əmək müqaviləsinə 1 nömrəli əlavənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh sifarişlərin qəbul olunmasına nəzarət, verilən iadələrin vaxtında və düzgün iadə olunmasına nəzarət, hazır olan sifarişin anbardan vaxtında götürülüb avtomobilə yerləşdirilməsi, sifarişin müştəriyə vaxtında və sağlam şəkildə çatdırılması, ay sonu satılan malın pulunun tam şəkildə kassaya çatdırılması, əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası, cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması kimi öhdəlikləri üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona müəssisə tərəfindən etibar edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqaviləyə görə Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə ziyan vurmamalı, cəmiyyətin rəhbərliyinə vaxlı vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib müəssisəyə təqdim etməlidir. Bundan başqa da istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində müəssisənin etibar edərək verdiyi əmlakın, maddi və digər sərvətlərin, həmçinin pul vəsaitlərinin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar, maddi məsul şəxsin təqsiri üzündən dəyən zərərin miqdarı tam həcmdə onun tərəfindən ödənilməlidir. Müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində qüvvədədir. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. İddiaçı MMC-nin baş direktoru B.Ə.Şirəliyevin xx xxxxxxxx 2019-cu il tarixli 1506/k saylı əmrinin təsdiq olunmuş surətindən görünür ki, müəssisənin satış və çatdırılma şöbəsinin regional satış müvəkkili Cavabdeh xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsi) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmrlə mühasibatlığa istifadə edilməyən əmək məzuniyyəti də daxil olmaqla son haqqhesab aparılması tapşırılmışdır. Əmrin verilməsinin əsası olaraq isə şəxsin ərizəsi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69 maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də tədqiq olunmuş sənədlərdən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-nin şəbəkəsinə məxsus Qəbələ və Oğuz rayonu üzrə apteklərə paylanmış mala görə yığılan və onun kassaya ödəmədiyi məbləğ, yəni dəymiş ziyan üzrə itkilər 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı İddiaçı MMC-yə həmin məbləğin ödənilmədiyini iddiaçı etiraf etmiş və iddiaçıya məxsus pul vəsaitinin ödənilməməsinin səbəbi kimi həmin pulun yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə izah etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti şəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd olunan pul məbləğinin onun iradəsindən asılı olmayan səbəbdən əldən çıxdığını, bununla bağlı istintaq orqanı tərəfindən araşdırma aparıldığını bildirməklə qətnamənin ləğv olunmasını və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti deyildir. Predmet yalnız əmək müqaviləsi, həmçinin “tam maddi məsuliyyət haqqında” müqavilədən irəli gələn, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları müqavilə üzrə öhdəlik daşıdığı pulun qaytarılması tələbidir. Çünki xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona müəssisə tərəfindən etibar edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, müqavilə üzrə ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, eyni zamanda müəssisəyə ziyan vurmamağı, cəmiyyətin rəhbərliyinə vaxlı vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməyi və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı və müəyyən edilmiş qaydada hesabat tərtib edib müəssisəyə təqdim etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, hazırki iş üzrə tərəflər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün “tam maddi məsuliyyət” müqaviləsi adı altında müqavilə bağlamışlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etmişlər. Bu cür vəziyyətlərdə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəfin məsuliyyətdən yayınması ilə bağlı gətirdiyi dəlillər məhkəmə tərəfindən kifayət qədər inandırıcı və ağlabatan görünmür. Cavabdeh tərəfin özünün izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu səbəbdən də kollegiya qeyd edir ki, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi də təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-100/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-862/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-862/2020
08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver