Məhkəmə qərarları › İş №2(107)-862/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-862/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-862/2023 11.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli 2(051)-935/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment miqdarı artırılaraq hər ay 400 manat məbləğində alimentin cavabdehdən tutulub onun xeyrinə verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli 2(051)-935/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Nur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləği həddində müəyyən edilməsi, Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinə baxılması Şəki Apellyasiya Məhkəməsinin hakimləri Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızına həvalə edilmişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayətə baxılması 30 avqust 2023-cü il tarixə təyin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin sədri X5 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə daxil olduğundan həmin apellyasiya şiakyətinin uyğunluğu məsələsinə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-935/2023 nömrəli mülki işinin Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmasına göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-862/2023 nömrəli mülki iş üzrə apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin İş Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli 2(051)-935/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə baxışdan çıxarılsın və Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Günay Cavadova Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar