Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-863/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı borc (kredit) müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-98/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-98/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair ilkin iddia ərizəsi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh 3.700 (üç min yeddi yüz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.730 (üç min yeddi yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc (kredit) müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat borc məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki,o, xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda borc müqaviləsi bağlanmaqla Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən, Cavabdeh borc pulu 1 (bir) ay müddətində yəni, xx xxxx 2015-ci il tarixə qədər qaytarmalı imiş. Lakin bu günə kimi Cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək borcun qaytarmasını yubatmışdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin xx xxxxxx 2017-ci il tarixdə o, hazırki iddia ərizəsi ilə Oğuz rayon məhkəməsinə müraciət etmişdir. Oğuz rayon məhkəməsinin 2(054)-87/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3700 manat məbləğində borc məbləği və 14 manat dövlət rüsumu – cəmi 3714 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. Dövlət rüsumu məbləğinin 16 manatdan ibarət hissəsi onun özünə aid edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. O, Oğuz rayon məhkəməsinin 2(054)-87/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsindən xx.xx.2018-ci ildə apellyasiya şikayəti verərək, Oğuz rayon məhkəməsinin 2(054)-87/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsini iddia tələbinin təmin olunmayan hissəsində ləğv edərək, iş üzrə iddia tələbinin tam təmin olunması, yəni, Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul tutulub ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh də qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təminedilmiş, Oğuz rayon məhkəməsinin 2(054)-87/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun cavabdehə qarşı borc tələbinə dair iddia tələbi baxılmamış saxlanılmışdır. Həmçinin ona izah olunmuşdur ki, iddianın baxılmamış səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən müraciət edə bilər. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh məhkəməyə İddiaçı qarşı “borc (kredit) müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddianın təmin olunması, onunla İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış borc (kredit) müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq edilmiş borc (kredit) müqaviləsinə əsasən ondan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb verilməsini xahiş etmişdir. O, xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq edilmiş borc (kredit) müqaviləsində guya İddiaçı 7800 (yeddi min səkkiz yüz) manat məbləğində borc pul alması və həmin məbləği ona xx xxxx 2015 il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə imza etmişdir. Kredit müqaviləsinə imza etsə də, nə qeyd edilən tarixdə, nə də başqa tarixlərdə iddiaçıdan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində borc pul almamışdır. İddiaçı ilə aralarında hər hansı nəqd borc alış-verişi də olmamışdır. O, 2013cü ildə İddiaçı 1200 ABŞ dolları miqdarında pulu faizə götürmüş, həmin məbləğə görə İddiaçı hər 15 gündən sonra 300 manat verəcəyini vəd etmişdir. Həmin məqləğə görədə İddiaçı cəmi 2 dəfə, hər dəfə 300 manat olmaqla cəmi 600 manat pul ödəyə bilmişdir, sonradan isə hər hansı miqdarda pul verə bilməmişdir. Bundan sonra İddiaçı qalan faiz borclarını ödəməsinə şərait yaratmaq məqsədilə 2013-cü ilin dekabr ayında özünə məxsus “Mersedes” markalı avtomobili ona icarəyə vermişdir. O, həmin avtomobili idarə edib gəlir əldə etməklə hər gün üçün İddiaçı icarə haqqı kimi 30 manat verməyi öhdəsinə götürmüşdür. Avtomobil təxminən 4 ay onun isdifadəsində olsa da, icarə haqqı kimi razılaşdığları məbləği ancaq bir ay üçün ödəyə bilmiş, sonradan isə İddiaçı pul verə bilməmişdir. Həmin avtomobili İddiaçı qaytarmışdır. Bundan əlavə o, İddiaçı bir ədəd mobil telefon almış, həmin telefona görə 200 manat ödəyəcəyini desə də, telelonun pulunu ödəyə bilməmişdir. Bundan sonra İddiaçı isdifadəsində olan " VAZ 21015” markalı avtomobili ona icarəyə vermişdir. O, həmin avtomobilə görə də hər gün İddiaçı icarə haqqı kimi 30 manat pul verməyi öhdəsinə götürmüşdür. Avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, yəni 1 ay ərzində onun isdifadəsində olmuş və həmin müddət üçün icarə haqqı kimi razılaşdığları məbləği hər gün müntəzəm olaraq ödəmişdir. Qeyd olunan avtomobil onun isdifadəsində olduğu dövr ərzində yaranmış cərimələri də tam şəkildə ödəmişdir. Ancaq həmin avtomobil İddiaçı mülkiyyətində olmadığından avtomobilin mülkiyətçisinin tələbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən ondan alınaraq öz mülkiyyətçisinə qaytarılmışdır. İddiaçı onun avtomobili öz sahibinə qaytarmağına acıqlanmış və həmin avtomobilin dəyəri kimi ondan əsassız olaraq 2500 manat pul tələb etmişdir. Bundan sonra İddiaçı ona 2013-cü ildə faizlə verdiyi pulun əvəzi olaraq 1200 manat pul istəmiş, həmçinin mobil telefonun pulunu da ödəməsini tələb etmişdir. Həmin vaxtlarda onun İddiaçı dostu Ramin Ağayev adlı şəxsə dəborcu olmuşdur. Belə ki, İddiaçı "Mersedes" markalı avtomobili icarəyə götürməzdən əvvəl o, Ramin Ağayevdən “Opel" markalı avtomobili icarəyə götürmüş, həmin avtomobilə görə hər gün 20 manat icarə haqqı verəcəyini vəd etmişdir. Ramin Ağayev də ona 24 ay ərzində hər gün 20 manat ödədikdən sonra avtomobili ona verəcəyini demişdir. O, həmin avtomobili bir müddət isdifadə etdikdən sonra maddi vəziyyəti çətinləşdiyi üçün satmışdır. Bundan sonra Ramin Ağayev özünün “VAZ 2106” markalı avtomobilini də 3700 ABŞ dollarına sataraq avtomobilin pulunu çətin vəziyyətdən çıxmağına görə kömək məqsədilə ona vermişdir. O, İddiaçı və Ramin Ağayevə olan borclarını tezliklə ödəyəcəyini desə də, maddi imkansızlıq üzündən borclarını qaytara bilməmişdir. İddiaçı, Ramin Ağayevin və onun iştirakı ilə borcların miqdarı dəqiqləşdirildikdə onun həmin şəxslərə ümumilikdə 12.800 manat borcu olması barədə razılığa gəlmişlər. Sonradan isə o Ramin Ağayevə 5000 manat vermiş, Ramin Ağayev də həmin məbləğin 2700 manatdan ibarət hissəsini İddiaçı verərək ona olan borcundan, qalan 2300 manatdan ibarət hissəsini onun özünə olan borcundan silmişdir. Bundan sonra İddiaçı onun Ramin Ağayevə və ona cəmi 7800 manat borcu qaldığını, həmin borcun 3700 manatdan ibarət hissəsinin İddiaçı, qalan 4100 manatdan ibarət hissəsinin isə Ramin Ağayevə aid olduğunu bildirmişdir. Bununla bağlı borc müqaviləsi tərtib edilmiş, müqavilədə borc məbləği bütövlükdə iddiaçının adına qeyd edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə onunla İddiaçı arasında borc müqaviləsi tərtib edilməklə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilədə 7800 manat pulun bir ay müddətində, yəni xx xxxx 2015-ci il tarixədək qaytaracağı qeyd edilmişdir. Həmin vaxtdan sonra o, Ramin Ağayevə olan borcunu ayrıavrı vaxtlarda hissəhissə qaytarmışdır. Hazırda onunla Ramin Ağayev arasında heç bir narazılıq yoxdur. Ancaq onun İddiaçı yalnız aldığı telefona görə 200 manat borcu qalmışdır. İddiaçı onun “VAZ 21015” markalı avtomobilini öz sahibinə qaytarmasına görə ondan 2500 manat, həmçinin bir neçə il əvvəl ona faizə verdiyi pula görə həmin pulu və əlavə olaraq faizini tələb edir. O, İddiaçı təsiri və təzyiqi altında xx xxxxxx 2015- il tarixli müqaviləyə imza etmiş və İddiaçı 7800 manat borcu olduğunu, həmin borcu bir ay ərzində qaytaracağını qeyd etmişdir. Əslində isə hazırkı vəziyyətdə onun İddiaçı 200 manat telefonun pulu istisna olmaqla hər hansı miqdarda borcu yoxdur. Mübahisəli kredit müqaviləsi üzrə müqavilənin mühüm şərtlərindən biri iştirakçılardan birininin (borc verənin) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməsi öhdəsinə götürməsindən, digər iştirakçının (borc alanın) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürməsindən ibarətdir. İddiaçı ilə o, borc müqaviləsi bağlasa da İddiaçı borc müqaviləsində nəzərdə tutulmuş 7800 manat pulu ona verməmişdir. Müqavilədə nəzərdə tutulan borc məbləğinin borc verən tərəfindən borc alana (ona) verilmədiyindən qeyd edilən müqavilə ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, eyni zamanda cavabdehin qarşılıqlı iddia ərizəsini qəbul etməyərək göstərmişdir ki, cavabdehə notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən 7.800 manat pul vermişdir və həmin pul məbləğini tələb edir. Aralarındakı borc məbləği əslində 19.500 ABŞ dolları olmuşdur. Bu məbləğə avto kreditlə bağlı olan pullar, telefon pulları və nəğd borclar daxil olmuşdur. Cavabdeh həmin məbləğləri ödəmiş və onun 7800 manat borcu olması qarşılıqlı razılıq əsasında müəyyən edilmiş və bundan sonra notarial qaydada təsdqi olunmuşdur. əlavə olaraq qeydetmişdir ki, həmin məbləğin 3700 manatı ona, 4100 manatı isə Ağayev Raminə məxsusdur. Bundan əlavə cavabdehin ona telefona görə 500 manat borcu vardır. Odur ki, iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ona “Vaz 21015” markalı sənədsiz maşın vermişdir. Avtomobil onda olduğu müddətdə hər gün Araza icarə haqqı olaraq 30 manat pul ödəmişdir. Ancaq avtomobilin mülkiyyətçisinin tələbi ilə DYP əməkdaşları tərəfindən avtomobil ondan alınaraq öz mülkiyyətçisinə qaytarılmışdır. Buna qəzəblənən iddiaçı ondan avtomobilin dəyəri kimi 2500 manat pul tələb etmişdir. Bundan əlavə iddiaçı ondan 1200 manat pul və verdiyi mobil telefonun pulunuda tələb etmişdir. Müqavilə bağlanan zaman Ağayev Raminə 4100 manat, İddiaçı isə 3700 manat borcu olmuşdur. Ağayev Raminə 4100 manat borcunu ödəmiş və hazırda Ağayev Raminlə aralarında hər-hansı bir mübahisə yoxdur. Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi X2rşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X3 şahid qismində vediyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə uzaqdan qohumluq əlaqələri var. Cavabdehlə qohum deyildir və heç bir tərəflə düşmənçiliyi yoxdur. Orxanın Araza və ona borcu olmuşdur. O, Orxana icarəyə maşın vermiş, Orxan ondan icarəyə verdiyi maşını satmaq üçün icazə istəmiş, lakin icazə vermədiyi halda Orxan maşını satmışdır. Orxan ondan aldığı maşın üçün hər gün icarə haqqı olaraq 30 manat ödəməli olsa da, lakin maşını satdığı və maddi imkanı zəif olduğu üçün Orxandan yalnız maşının dəyərini ödəməsini tələb etmişdir. Hər gün icarə haqqı kimi ödəməli olduğu 30 manatı isə tələb etməmişdir. Lakin Orxan maşının dəyərini də ona ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, Orxanın ona və Araza borcu olduğunu bildiyi üçün Araza bildirmiş ki, Orxan ilə müqavilə bağlasın. O Azərbaycan kənarda olduğu üçün Orxanın ona olan 4100 manat borcu və Araza olan 3700 manat borcu ümumilikdə toplanaraq 7800 manat məbləğində Arazla Orxan arasında müqavilə bağlanmışdır. Hazırda Orxan ona olan borcunu ödəmişdir. Ona qarşı heç bir tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında X4 şahid qismində vediyi ifadəsində göstərmişdir ki, cavabdeh onun qardaşıdır. İddiaçını və Ramin Ağayev adlı şəxsi də qardaşının vasitəsilə tanımışdır. Qardaşının iddiaçıya və Ramin Ağayevə borcları olması barədə məlumatı vardır. Lakin qardaşının Araza nəğd borcu olmamışdır. Çünki Araz qardaşı Orxana icarə üçün “Vaz 21015” markalı maşın vermişdir. Maşının sahibi maşını Orxandan aldığı üçün Araz qardaşından 2500 manat pul tələb etmişdir. O özü Orxanın Araz və Raminə borcu üçün Araza 3000 manat pul verərək yarısını Ağayev Raminin, yarısını isə öz borcundan silməsini bildirmişdir. Həmçinin Araza pul verərkən bu barədə qəbz verməsini təklif etsə də, Araz bununla razılaşmamışdır. Araz pulu əsassız olaraq mənimsəmiş, öz borcundan və Raminin borcundan silməmişdir. X7 tələb etdiyi pul maşının pulu, telefonun pulu və faizlərə görə olan puldur ki, bunlarda hamısı əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən qətnaməsi qəbul edilərkən işin faktiki halları düzgün qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları hüquq normaları düzgün tətbiq edilməmişdir. Qətnamədən narazıdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 98/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı ona qarşı borc tələbinə dair iddiasının tamamilə rədd edilməsi, qarşılıqlı iddia üzrə onun İddiaçı qarşı borc (kredit) müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq karantinlə bağlı paytaxtdan çıxışa məhdudiyyət qoyulduğu üçün məhkəmə iclasının təxirə saxlanılmasını xahiş etmişdir. Onun xahişi nəzərə alınaraq məhkəmə kollegiyası iki dəfə təxirə alınsa da, o yenidən məhkəmə iclasına gəlməmiş və məhkəmənin vaxtının 1 ay sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-98/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda 3M-158 reyestr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»ndən görünür ki, Quliyev X5 Orxan Sərdəddin oğluna 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» xx.xx.2015-ci il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, borclu İddiaçı xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1987- ci ildə Vartaşen rayonu Bayan kəndində doğulmuşdur və Oğuz rayonu Bayan kəndində qeydiyyatdadır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2 və 740.1-cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc (kredit) müqaviləsi bağlanmış, həmin müqavilə xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Müqavilədə cavabdehin xx xxxxxx 2015-ci il tarixdə iddiaçıdan 7800 (yeddi min səkkiz yüz) manat borc aldığı, borc məbləğini 1 ay müddətində, yəni xx xxxx 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Hazırda iddiaçı cavabdehin borc aldığı məbləği qaytarmadığını və ona 7800 manat borcu qaldığını bildirərək 7800 manat borc məbləği və 30 manat dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, borc müqaviləsi üzrə iddiaçıdan hər hansı məbləğdə pul almadığını, digər əsaslarla yaranan borclarını ödədiyindən hazırda iddiaçıya borcu qalmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəflərin dəlillərinə işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlarla əlaqəli şəkildə qiymət verərək qeyd etmişdir ki, iddiaçı cavabdehin hazırda ona olan borcunun 7800 manat miqdarında olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. xx xxxxxx 2015-ci il tarixli borc (kredit) müqaviləsində cavabdehin iddiaçıdan cəmi 7800 manat borc alması qeyd edilsə də, həmin borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə nağd pul verilməsi sübuta yetirilməmişdir. Cavabdehin izahatı, həmçinin, Ramin Ağayev adlı şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə müəyyən edildi ki, tərəflər arasında müqavilədən əvvəl olan münasibətlərdən yaranmış borc (alacaq-verəcək) məsələsi mövcud olmuş və həmin 7800 manat borcun 3700 manatdan ibarət hissəsi iddiaçıya, qalan 4100 manatdan ibarət hissəsi isə Ramin Ağayev adlı şəxsə aid olmuşdur. İddiaçı cavabdehin şəxsən ona olan borcunun faktiki miqdarının 3700 manatdan artıq olmasını sübut edə bilməmişdir. Həmçinin şahid Ramin Ağayevin ifadfəsindən sonra və çıxışı zamanı borcun 3700 manat olduğunu qeyd etmişdir. Eyni zamanda, xx xxxxxx 2015-ci il tarixə iddiaçıya olan borcun tərəflərin qarşılıqlı razılığı ilə 3700 manat miqdarında müəyyən edilməsini cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Ancaq həmin borc müqaviləsinə əsasən kreditorun öz öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği borcluya verdiyi də müəyyən olunmur. Bununla belə, iddiaçının cavabdehin istifadəsinə verdiyi avtomobilin öz sahibinə qaytarılmasına görə ondan əsassız olaraq 2500 manat pul tələb etməsi də inandırıcı deyildir və işin faktiki hallarına uyğun gəlmir. Həmçinin, cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etdi ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən müəyyən edilmiş icarə haqqlarını, ondan borc aldığı pula görə faizləri tam ödəyə bilməmiş, bundan əlavə, mobil telefonun dəyərini də ödəməmiş, bu səbəbdən iddiaçıya borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan 3700 manat borcunu hansı məbləğlərlə, eyni zamanda, nə vaxt, harada və kimin yanında qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şahid X9 oğlu da, məhkəmədə verdiyi ifadəsində qardaşının İddiaçı borcunu ödədiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmin əsaslara görə məhkəmə cavabdehin etirazlarına tənqidi yanaşır.Məhkəmə eyni zamanda qeyd edir ki, şahid Ramin Ağayevin ifadfəsində də qeyd etmişdir ki, 7800 manat borcun 4100 manatı ona məxsusdur və Cavabdehla münasibətlərini həll etmiş və borcunu almışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində borc müqaviləsinə iddiaçının təsiri və təzyiqi altında imza etdiyini, əslində isə iddiaçıya borcu olmadığını qeyd etsə də, cavabdehin dəlilləri onun özünün qeyri-müəyyən, ziddiyyətli izahatı ilə təkzib edilmişdir. Qeyd olunan müqavilə iki və ya daha artıq fiziki şəxsin dairəsində, rəsmiyyətdən kənar şəkildə deyil, müvafiq icra hakimiyyəti orqanı olan Notariat Kontorunda bağlandığından həmin müqavilənin təsir və təzyiq altında bağlandığı ağlabatan deyildir. X1 tərəflərin şifahi müraciətinə uyğun olaraq hazırlandığı, tərəflərin həmin müqavilənin onların həqiqi niyyətlərinə uyğun olduğunu təsdiq etdikləri xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinin müddəalarında birbaşa qeyd edilmişdir. Müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən cavabdehə təsir və təzyiq göstərildiyi təqdirdə, sonradan cavabdehin bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək imkanları olmasına baxmayaraq belə bir müraciətin edildiyi də aşkar edilməmşdir. İşin bu halı kredit müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin şərtdən kənara çıxan (iddiaçının təsiri və təzyiqi altında imza etməsi və s.) tələbləri əsassız sayılmalıdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin qarşılıqlı iddia tələbi ilə əlaqədar ödənilmiş 10 (manat) dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair ilkin iddia ərizəsi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 3.700 (üç min yeddi yüz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.730 (üç min yeddi yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc (kredit) müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-98/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-98/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavadbeh Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-863/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-863/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver