Məhkəmə qərarları › İş №2(107)-864/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-864/2020

17.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-864/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X22 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 qarşı mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X26 və Cavabdeh4 oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası təmin edilməmiş, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 86,98 (səksən altı manat doxsan səkkiz qəpik) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ23AllB ********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AllBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla mülkiyytinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 tərəfindən bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X13 xx xxx 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə digər ailə üzvləri - X23, X24 və X27 ilə birlikdə mülkiyyətlərinə 0,20 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod 40605018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Şəhadətnaməyə əsasən müraciətləri nəzərə alınaraq ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2019-cu il tarixdə qeydə alınmış, Seriya RX 147886 saylı çıxarış təqdim olunmuşdur. Torpaq sahəsi mülkiyyətinə veriləndə torpağa gediş-gəliş üçün yol yeri olsa da, sonradan cavabdehlər əsassız olaraq yolun bir hissəsini çəpərləməklə bağlamışlar. Yəni, torpağa gediş-gəliş üçün ensiz yol saxlamışlar ki, bu da yolun daralmasına, maşından və digər texnikadan istifadə etməsini mümkünsüz etmişdir. Bir sözlə, mülkiyyətindən yolun cavabdehlər tərəfindən böyük bir hissəsinin tutulması nəticəsində istifadə edə bilmir. Bu isə cavabdehlər tərəfindən mülkiyyətçi olaraq torpaq üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu vaxtadək istifadə etdiyi yerdən yolun olduğunu dəfələrlə cavabdehlərə bildirməklə, qanunsuz olaraq tutduqları yol yerinin açılmasını tələb etməyi faydasız olmuşdur. Çünki, onlar hər dəfə müxtəlif bənalər gətirərək yol yerinin açılmasından imtina etmiş və hazırda da imtina edirlər. Hətta yaranmış problemin həlli üçün Həmzəlli kənd İƏ nümayəndəliyi və bələdiyyəsi də müəyyən hərəkətlər etmiş və cavabdehlər tərəfindən bağlanmış yolun açılması məqsədiylə onlarla dəfələrlə söhbətlər aparılmışdır. Lakin cavabdehlər hər dəfə yolun açılmasından imtina etmişlər. Buna görə də aralarında yaranmış mübahisənin hüquq müstəvisində həllinə nail olmaq üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayon X13 xx xxx 1998ci il tarixli, 09 nömrəli qərarı ilə digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod 40605018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Bundan sonra müracəti əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx xxxx 2019-cu il tarixdə Seriya RX 147886 saylı çıxarış vermişdir. Torpaq sahəsi mülkiyyətinə veriləndə torpağa gediş-gəliş üçün yol yeri olsa da, cavabdehlər əsassız olaraq yolun bir hissəsini çəpərləməklə bağlamışlar. Onlar torpağa gediş-gəliş üçün ensiz yol saxlamışlar ki, bu yolun daralmasına, maşından və digər texnikadan istifadə etməsini mümkünsüz etmişdir. Mülkiyyətindən yolun cavabdehlər tərəfindən böyük bir hissəsinin tutulması nəticəsində istifadə edə bilmir. Bu hal cavabdehlər tərəfindən onun torpaq üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İstifadə etdiyi yerdən yolun olduğunu cavabdehlərə bildirməklə, qanunsuz olaraq tutduqları yol yerinin açılmasını onlardan tələb etmişdir. Yaranmış problemin həlli üçün müraciəti nəzərə alınaraq Qəbələ rayon Həmzəlli kənd İnzibati ərazi nümayəndəliyi və bələdiyyəsi də müəyyən hərəkətlər etmiş və cavabdehlər tərəfindən bağlanmış yolun açılması məqsədi ilə onlarla dəfələrlə söhbətlər aparmışdır. Lakin cavabdehlər hər dəfə yolun açılmasından imtina etmişlər. Atababa yolunun açılmasını cavabdehlərdən tələb etməklə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X36 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı sözügedən yerdən maşın yolu tələb edir. Lakin həmin yerdə heç vaxt maşın yolu olmamışdır. Piyada gediş-gəliş üçün iddiaçıya mübahisəli yerdən yol vermişlər. Buna baxmayaraq iddiaçı bununla razılaşmamış və əvvəllər həmin yerdən maşın yolunun olduğunu iddia etmişdir. Hesab edir ki, ekspertin rəyi düzgün olaraq tərtib olunmuşdur. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, o, iddiaçının mülkiyyətindəki torpaq sahələrinə gedən yol yerini bağlamamışdır. İddiaçıya özlərinə məxsus bağdan piyada gediş-gəliş üçün yol vermişlər. İddiaçı hazırda bu yoldan istifadə edir. Lakin iddiaçı bununla razılaşmayaraq həmin yerdən maşın yolu tələb edir. Hesab edir ki, mübahisəli yol yerinə görə ekspert düzgün rəy vermişdir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Həmzəlli Bələdiyyəsinə (xx xxx 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cəlb edilmişdir) birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi işə Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Həmzəlli Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2020-çi il tarixli qətnaməsi ilə iddianı tam araşdırmadan əsassız olaraq yalnız ekspertin düzgün olmayan rəyinə əsaslanmaqla təmin etməmişdir. Ekspertin rəyi ilə razılaşmamış və bunu məhkəmənin nəzərinə çatdırmışdır. Hesab edir ki, ekspert rəyi ona münasbətdə qərəzli tərtib olunmuşdur. Çünki rəy bütövlükdə qarşı tərəfin maraqlarını təmin edir. Buna görə də məhkəmə rəydən narazılığını nəzərə alaraq təkrar ekspertizanın təyin olunması barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Bu isə onun konstitutsiya ilə qorunan hüquqlarının pozulması deməkdir. Məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 20/2020 nömrəli qətnaməsini ləğv edərək iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və X36 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28, X24 və X29 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəliqətnaməsi qismən-iddianın Cavabdeh4 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan JN-076 C, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X10, X11 və X14 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X35 xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli «hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Həmzəlli kəndində İddiaçı mülkiyytinə 0.2 ha yaşayış məntəqələrinin torpaqlarından torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onunla birlikdə X15, X11 və X16 ümumi birgə mülkiyyətindədəir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X35 xx.xx.2019-cu il tarixdə İddiaçı adına tərtib etdiyi A 354862 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nin təsdiq olunmuş surtindən görünür ki, onun mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazisində verilmiş 0.2 ha torpaq sahəsinin kadastr göstəriciləri, 1:5000 miqyasında planı göstərilmişdir. İşdə olan JN-079 F, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə X2, X12, X3, X7, Cavabdeh1, X4 və X5 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-083 F, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh3, X18, X19, X8, X9 və Babayev Zöhrab Şiralı oğlunun mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-078 F, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə X20 və X1 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X35 xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Həmzəlli kəndində Cavabdeh4 mülkiyytinə 0.6 ha yaşayış məntəqələrinin torpaqlarından torpaq sahəsi və fərdi yaşayış evi verilmişdir. Həmin torpaq sahəsi onunla birlikdə X6 və X21 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2019-cu il tarixli, **********16 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri xx xxxxxx 2019-cu il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 149788 (reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı verilmiş Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 0.2 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və reallıqda belə bir yol mövcud deyildir. Həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu yoxdur və mərkəzin elektron baza məlumatlarında gediş-gəliş mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16808 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi -**********, qeydiyyat tarixi – xx.xx.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı Rasıl oğluna verilmiş Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 0,2 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və reallıqda belə bir yol mövcud deyildir. Qərardadın üçüncü və dördüncü sualları üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu yoxdur və məkrəzin elektron baza məlumatlarında gediş-gəliş mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 220.1, 220.2, 220.3, 220.6, 1096.1 və 1096.2ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu Həmzəlli kəndində torpaq islahatı zamanı iddiaçının və cavabdehlərin mülkiyyətlərinə müxtəlif ölçülərdə torpaq sahələri verilməklə həmin torpaq sahələrinə gediş-gəliş üçün yol yerləri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə gediş-gəliş yolu olmadığı halda cavabdehlər Cavabdeh1 və X36 iddiaçının mülkiyyətindəki torpaq sahəsinin onların mülkiyyətlərindəki torpaq sahələri ilə qonşuluqda yerləşməsini, iddiaçı ilə bir məhəllədə yaşadıqlarını, kənd yerinda qonşu olaraq yaşadıqlarını, yaşayış adət-ənənələrini nəzərə alaraq iddiaçıya xüsusi mülkiyyətlərindəki bağ yerindən piyada keçid yolu ayırsalarda, İddiaçı bununla kifayətlənməyərək ona piyada keçid üçün ayrılmış yerdən maşın yolunun ayrılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər isə mübahisəli ərazidən yol yerinin olmadığını İddiaçı bildirməklə maşın yolunun verilməsi barədə iddiaçının tələbinə etiraz etmişlər. Həmin etirazla razılaşmayan İddiaçı mülkiyyətindəki torpaq sahəsinə gedən yolun açılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16808 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim olunan RX seriyalı ******* (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi -**********, qeydiyyat tarixi – xx.xx.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı Rasıl oğlununmülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndində verilmiş 0,2 ha torpaq sahəsinə gediş-gəliş yolunun (ictimai yolun) ərazinin ümumi xəritəsində nəzərdə tutulmadığı və reallıqda belə bir yolun mövcud olmadığı qeyd olunmuşdur. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və məkrəzin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2019-cu il tarixli, **********16 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən yerdən onun mülkiyyətindəki torpaq sahəsinə gediş-gəliş yolunun olmasına və həmin yolun cavabdehlər tərəfindən bağlanmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli yerdən gediş-gəliş yolunun olması barədə iddiaçının tələbi isə ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X26 və Cavabdeh4 oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası əsassızdır və buna görə də, təmin edilməməlidir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X26 və Cavabdeh4 oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli ) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 86,98 (səksən altı manat doxsan səkkiz qəpik) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ23AllB ********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AllBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası iddianın tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın Cavabdeh4 aid hissəsini təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən-həmin hissədə ləğv olunmasına və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X10, X11 və X14 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod 40605018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Şəhadətnaməyə əsasən onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2019-cu il tarixdə qeydə alınmış, Seriya RX 147886 saylı çıxarış təqdim olunmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla mülkiyytinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 tərəfindən bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən, tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilərkən, Cavabdeh4 öz evinin arxa hissəsində İddiaçı torpaq sahəsinə gedən yolun yerləşdiyi cay yatağına doğru hissədə 50 metr uzunluqda və 4 metr enində olan yolu dəmir setka ilə bağlaması və bu yola paralel olaran yolun isə Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılması müəyyən edilmişdir. Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılmış yoldan yol bağlanılmadan öncə İddiaçı tərəfindən həmin həyətin içərisindən istifadə edilmişdir. İddiaçı Cavabdeh1 dayısı, X22 isə əmisidir. Cavabdeh4 evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin, X22 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin və Cavabdeh1 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bitdiyi hissə çay yatağı boyunca İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş torpaq sahəsi istiqamətində yerləşir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının Cavabdeh4 aid hissəsini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindənvə işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəliqətnaməsi qismən-iddianın Cavabdeh4 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası Cavabdeh4 aid hissədə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, sonuncunun evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəliqətnaməsi qismən-iddianın Cavabdeh4 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X36 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası Cavabdeh4 münasibətdə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, Cavabdeh4 evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılsın. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar