Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-864/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-59/2022 tаrixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(024)-59/2022 saylı qətnaməsinə əsasən cavabdeh X2 2000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) və iddiaçının dövlət rüsumu olaraq ödədiyi 58 manat pul vəsaiti alınaraq İddiaçı verilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-59/2022 saylı qərardadına əsasən cavabdeh X3 Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qətnaməsindən, verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə Zülfıyyə Mahmudovaya geri qaytarılması qərara alınmışdır. Cavabdeh X1 Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-59/2022 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı 2200 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)- 59/2022 nömrəli qətnaməsi rəsmi olaraq ona təqdim olunmamışdır. Həmin qətnamənin mövcudluğundan Qax rayon İcra və Probasiya şöbəsinin məktubundan sonıa məlumatlı olmuşdur. Bundan dərhal sonra da Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-59/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-59/2022-ci il tarixli, 2(024)-59/2022 saylı qərardadında qeyd olunur ki. o həmin qətnaməni 28 mart 2022-ci il tarixdə rəsmi etmiş və bu barədə poçt göndərişinin verilməsi haqqında xəbəmaməyə imza etmişdir. Halbuki, qeyd olunan qətnamə ona rəsmi olaraq təqdim olunmamış və həmin xəbəmaməni imza etməmişdir. Əmindir ki, qeyd olunan xəbənamədəki imza başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzanın onun tərəfindən icra edilməsi mümkünsüzdür. Həmin halı məhkəmə xəttşünaslıq ekspertizası təyin etməklə də müəyyən etmək mümkündür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-59/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qərardadı ilə Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadından verilmiş şikayətinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-59/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-59/2022 saylı qərardadına əsasən Cavabdeh məhkəmənin 15 mart 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, iş üzrə Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(024)-59/2022 saylı qətnaməsi Cavabdeh poçt vasitəsi ilə göndərilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdə qətnaməni alması barədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etmişdir. Cavabdeh qətnamə rəsmi qaydada verildikdən 1 aydan çox müddət keçdikdən sonra 17 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirdiyi halda müddətin bərpası barədə vəsatətlə də müraciət etməmişdir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan qərardaddakı cavabdeh X3 Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(024)-59/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə Zülfıyyə Mahmudovaya geri qaytarılması barədə hüquqi mövqeni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-59/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-864/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-864/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver