Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-865/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yol yerinin açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: yolun açılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol yerinin açılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)-26/2023 nömrəli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA № ******* saylı, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən zəbt olunduğu iddia olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı yol yerinin açılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətdə olan torpaq sahəsinə gedən tor-setka və digər ağac və kol hasardan təmizlənməsi, həmin sahədə qonşuluq sərhəddinin mülkiyyət sənədlərinə uyğun müəyyənləşdirilməsi və mövcud olan bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Qəbələ rayonu Çuxur Qəbələ kənd sakini X1 həmin kəndin ərazisində 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 24 m2, yardımçı sahəsi 19,3 m2 ümumi sahəsi 43,7 m2 olan fərdi yaşayış evini AN - İ N° 02.33.655 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 5500 (beş min beş yüz) manata almışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,43 ha, faktik sahə isə 0,41 hektardır. Qeyd olunan bir mərtəbəli 1 otaqlı 0,41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin reyestr nömrəsi **********97-10301 olmaqla xx.xx.2011-ci il tarixdə hüquq subyekti olaraq adına texniki pasportu hazırlanmışdır. DƏDRX-nin Qəbələ Ərazi idarəsi tərəfindən adına həm fərdi yaşayış evi və həm də həmin bir mərtəbəli bir otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0.41 ha torpaq sahəsinə seriya NA N2 ******* saylı çıxarış xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tərtib edilmişdir. Qeyd olunanlardan aydın olur ki, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində hüquq sahibi olaraq tam mülkiyyətində bir mərtəbəli bir otaqlı fərdi yaşayış evi və həmin evin yerləşdiyi sənəd üzrə 0,43 ha, faktiki olaraq isə 0,41 ha torpaq sahəsi vardır. Ancaq bir mülkiyyətçi olaraq qeyd etdiyi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsindən səmərəli isifadə edə bilmir. Cavabdeh qanunsuz olaraq müxtəlif formalı maneələrlə istifadəyə problemlər yaradır. Belə ki, həyətə qanuni gedişgəliş yolunu tor məftil hasarla bağlayıb. Hazırda isə yol yerinə mişar daşı tökməklə hələlik təyinatı ona məlum olmayan tikinti işi aparmağı planlaşdırıb. Kənd İnzibati Ərazi nümayəndəliyinə, Çuxur Qəbələ bələdiyyəsinə həmin maneələrə son qoyulmasına köməklik göstərilməsini xahiş etsə də nəticəsi olmayıb. Əksinə cavabdeh əvvəllər ictimai istifadədə olan yolu zəbt etməklə onunla torpaq qonşusu olub. Hazırda məcbur olub mülkiyyətində olan torpaq sahəsinin fındığ bağı ilə əhatə olunan hissəsindən yol yeri kimi istifadə edir. Ancaq yağışlı havada, xüsusən də qışda qar yağdıqdan sonra həmin ərazidən piyada keçmək mümkün olmur, nəinki maşınla. Ona görə də məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpaq sahəsindən və həmin sahəyə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulmasını, yəni yol yerinin boşaldılmasını (mişar daşı, ağaclar, çəpər və tor hasar) elektrik xəttindən təhlükəsiz istifadəni, meyvə və tərəvəz təssərüfatına şərait yaradılmasını və digər maneələrin aradan qaldırılması məqsədilə torpaq sənədlərində və kənd xəritəsində göstərilmiş sənədlər daxilində mübahisəsiz yaşamağını təmin edən şəraitin yaradılmasını istəyir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, o və ailə üzvləri heç bir yol yerini zəbt etməmişdir. İddiaçı yol yeri olaraq tələb etdiyi torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçının hazırki iddia tələbi birbaşa onun mülkiyyət hüquqlarını pozur. Mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidən iddiaçıya yalnız 10 metr uzunluğunda yol yeri verə bilər. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı yol yerinin açılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli çıxarış üzrə 0.4111 ha torpaq sahəsinə gedişgəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmişdir.
8. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin ərazi cavabdeh tərəfindən bağlanmışdır, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst-üstə düşməsi müəyyən edilmişdir.
9. Beləliklə, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə “mübahisəli torpaq sahəsinə gedən tor-setka və digər ağac və kol hasardan təmizlənməsini, həmin sahədə qonşuluq sərhəddinin mülkiyyət sənədlərinə uyğun müəyyənləşdirilməsini və mövcud olan bütün maneələrin aradan qaldırılmasını” iddia etsə də, tələblərini həmin hissədə əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir.
10. Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)-26/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA № ******* saylı, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.4111 ha torpaq sahəsinə gedən yolun istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2011ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 noyabr 2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki; 1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. 2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst-üstə düşür.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/27 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir 1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin ərazi cavabdeh tərəfindən bağlanmışdır. 2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi, cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst-üstə düşür.
15. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbinin tam təmin olunmaması onun torpaq sahəsi üzərində qanunla qorunan hüquqlarının həyata keçirilməsi iddiaçının törətdiyi maneələr səbəbindən mümkün olmayacaqdır. Məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, onun iddia tələbində göstərdiyi cavabdehin istifadəsinə maneələr törətdiyi 0.07 ha sahənin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi onun mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst - üstə düşür. Hazırkı qətnamə ilə yaranmış mübahisənin tam həlli mümkün olmayacaq. Xüsusi mülkiyyətində olan ARƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********97 - 10301 reyestr nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha torpaq sahəsi üzərində mülkiyyətçi olaraq həm konstitusion və həm də digər hüquqlarının pozulmadan həyata keçirilməsi üçün iddia tələbi tam təmin olunmalıdır. Qəbələ rayon məhkəməsinin xx.xx.2022 - ci il tarixli qərardadı ilə təyin edilmiş tikinti -texniki ekspertizasının xx.xx.2023 - cü il tarixli 10/27 saylı rəyi də iddia tələbinin əsaslı olduğunu, cavabdeh tərəfindən yol yeri kimi nəzərdə tutulmuş ərazinin bağlanıldığı cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst - üstə düşdüyü müəyyən edilmişdir. İddia tələbi tam təmin edilməsi, yol yerinin açılması, ərazinin tor setka və digər ağac və kol hasardan təmizlənməsi və həmin sahədə qonşuluq sərhəddinin mülkiyyət sənədlərinə uyğun müəyyənləşdirilməsi və mövcud olan bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmalıdır.
17. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)- 26/2023 nömrəli qətnaməsinin dəyişilib iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)-26/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisi X6 mütəxəssis qismində dindirilmiş və mütəxəsis rəyinə əlavə edilmiş sxemdə göstərilənləri izah etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)- 26/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Hazırki iş üzrə yolunun açılması tələb olunan mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə hazırki iş üzrə iddiaçıya məxsus olması və həmin ərazidə həmin torpaq sahəsinə gedən yolun nəzərdə tutulması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 noyabr 2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/27 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir. Göstərilən ekspert rəyi ilə, həmçinin, həmin yolun hazırki iş üzrə cavabdeh tərəfindən istifadə edildiyi də müəyyən edilmişdir.
28. İddianın rədd olunmuş torpaq sahəsinə gedən tor-setka və digər ağac və kol hasardan təmizlənməsi hissəsində məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisi X6 izahatında bildirmişdir ki, iddiaçının torpaq sahəsinə gedən yolun nəzərdə tutulduğu mübahisəli ərazidə yabanı çoxillik ağaclar və kollar yetişmişdir və həmin ağac və kollar uzun illərdir həmin ərazidədir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli yol ərazisində yetişmiş ağac və kolların cavabdeh tərəfindən əkildiyi təsdiq edilmədiyindən həmin ağac və kolların onun tərəfindən təmizlənməsi barədə iddianın da təmin edilməsi üçün əsas yoxdur.
29. İddia tələbinin həmin sahədə qonşuluq sərhəddinin mülkiyyət sənədlərinə uyğun müəyyənləşdirilməsi ilə bağlı hissəsində kollegiya qeyd edir ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 noyabr 2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemlə həmin sərhədlər və koordinatları müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən mübahisələndirilən iddianın təmin olunmamış hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)-26/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(025)-26/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.