Məhkəmə qərarları › İş №2(107)-865/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-865/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-865/2024 23.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, iddiаçı İddiaçı(bundan sonra- iddiaçı) cаvаbdеh Cavabdeh(bundan sonracavabdeh) qаrşı borc tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs X3(bundan sonra- maraqlarına toxunan şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı irəli sürdüyü “96.000 manat borcun tutulması” tələbinin təmin edilməsi qət edilmiş, maraqlarına toxunan şəxs həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maraqlarına toxunan şəxs ərizə ilə Məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətindən imtinanın qəbul edilməsini, habelə iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarını və “apellyasiya şikayətindən imtina barədə” ərizəni araşdıraraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.3-cü maddəsinə görə, məhkəmə MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-nin 191-ci maddəsinin mənasına görə, isə tələbin etiraf edilməsi və ya tələbdən imtina icraata xitam verilməsi üçün kifayət deyil, bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-nin 369.3-cü maddəsi apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlanan 52-ci maddəsinə nəzər salaraq qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil, imtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qətnamə maraqlarına toxunan şəxsin apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, şikayətdən imtina qəbul olunmalı və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 369 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Qətnamə maraqlarına toxunan şəxs X1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı borc tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs X1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar