Məhkəmə qərarları › İş №2(107)-867/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-867/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-867/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı icrarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-205/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılmasına, həmin ərazidə qeyri qanuni cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və xx.xx.2020-ci il tarixdən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-205/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X2 ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsindən çıxarılması, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, xx.xx.2020-ci il tarixdən cavabdeh X2 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 (bir yüz) manatdan hesablanmaqla yığılan borcu cavabdeh X1 alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X4 apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-205/2021 nömrəli qətnaməsinin “xx.xx.2020-ci il tarixdən cavabdeh X2 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 (bir yüz) manatdan hesablanmaqla yığılan borcu cavabdeh X1 alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, pandemiya səbəbindən idman zallarının fəaliyyəti dayandırılmış və hazırki vaxtadək bərpa edilməmişdir. Lakin, İddiaçı ona aylıq ödənişləri vaxtı-vaxtında ödəməli olduğunu bildirmişdir. O da idman zalının fəaliyyət göstərməməsi və qazancının olmaması səbəbindən kirayə pulunu ödəyə bilmədiyini demişdir. Lakin, Elman İsayev bunlara məhəl qoymadan əsassız olaraq onu məhkəməyə vermişdir. Bundan sonra o, quraşdırılmış avadanlıqlarını sökərək idman zalından çıxmışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-205/2021 nömrəli qətnaməsinin “xx.xx.2020-ci il tarixdən cavabdeh X2 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 (bir yüz) manatdan hesablanmaqla yığılan borcu cavabdeh X1 alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməsi və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)- 205/2021 nömrəli qətnaməsinin “xx.xx.2020-ci il tarixdən cavabdeh X2 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 (bir yüz) manatdan hesablanmaqla yığılan borcu cavabdeh X1 alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, toplanmış sübutları məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayəti qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə versə də cavabdeh müqavilə şərtlərini pozaraq öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra edə bilməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilənin şərtlərinin pozulmasına əsas kimi ölkədə və dünyada baş vermiş pandemiyanı əsas gətirsə də sözügedən hallarda (forsmajor) hansı tədbirlərin görülməli olması və ya hansı güzəştlərin olması öz əksini tapmamışdır. Əksinə cavabdeh tərəfindən ona icarəyə verilmiş qeyriyaşayış sahəsində qeyri-qanuni və özbaşına tikilinin aparılması iddiaçının müqavilə öhədəliklərindən irəli gələn hüquqlarını pozmuşdur. Belə olan halda İddiaçı tərəfindən Cavabdehə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-qanuni tikinin sökülməsi tələbində tam haqlıdır. İddiaçı icarə müqaviləsi üzrə hesablanmış borcun alınması tələbində haqlı olsa da, müqavilədə göstərilən miqdarda yəni hər ay 300 manat olaqla yığılan borcun alınması məqsədə müvafiq deyil. Belə ki, hamıya məlum olduğu kimi 2020-ci ilin mart ayından ölkədə baş vermiş pandemiya ilə əlaqədar ölkədə karantin rejimi sərtləşdirilmiş və ticarət və iaşə obyektlərinin fəaliyyəti fasilələrlə də olsa dayandırılmışdır. Ölkə ərasində dövlət səviyyəsində sahibkarlara sözügedən məsələ ilə əlaqədar güzəştlər olduğu bir halda iddiaçı tərəfindən göstərilən məbləğin tələb olunması məqsədə uyğun deyil. Ona görə də iddia həmin hissədə qismən yəni icarə haqqı kimi hər ay 100 manat olmaqla hesablanıb cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədə müvafiqdir Hazırkı halda işə yenidən baxan apellysiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.50 kv. metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci ildən qeydə alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.50 kv. metr ümumi sahədən ibarət qeyriyaşayış sahəsini 3 il müddətinə aylıq 300 manat olmaqla X3 icarəyə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılmasına, həmin ərazidə qeyri qanuni cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və xx.xx.2020-ci il tarixdən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilənin ləğvi tələb edilməsədə, əslində iddaçının məqsədi məlum müqavilənin ləğvi edilməsidir. Çünki, iddia ərizəsində sadalanan tələblər bilavasitə sözügedən müqavilədən yaranan öhdəliklərdir. Bu baxımdan da, məhkəmə kollegiyası hazırkı iddia tələbini eyni zamanda icarə müqaviləsinin ləğv edilməsi kimi dəyərləndirir və uyğun olaraq belə vəziyyətdə iddianın təmin edilməsini mümkün saymır. Çünki, işdə olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə nəzər yetirdikdə bəlli olur ki, müqavilənin şərtinə görə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Ancaq öyrənilən işdən aydın olur ki, iddiaçı pretenziya qaydasına əməl etməyərək digər tərəfi qanunvericilidə nəzərdə tutulmuş müddətdə rəsmi qaydada məlumatlandırmamış və ya iş materiallarına digər tərəfi qanunvericilidə nəzərdə tutulmuş müddətdə rəsmi qaydada məlumatlandırmasına dair hər hansı bir sübut əlavə etməmişdir. Həmçinin, işdən görünür ki, iddiaçının tələblərindən biri məhz xx.xx.2020-ci il tarixdən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsi, eləcədə həmin ərazidə qeyri qanuni cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi təşkil edir. Göründüyü kimi, iddiaçının bu tələbləri tamamilə qeyri-müəyyəndir. Yəni iddia ərizəsində cavabdeh tərəfindən özbaşına inşa edildiyi tikililərin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin hansı hissəsində inşa edildiyi, həmin tikililərin nədən ibarət olması göstərilməyib. Digər tərəfdən cavabdeh özü də izahatında bildirir ki, o artıq o, quraşdırılmış avadanlıqlarını sökərək idman zalından çıxmışdır. İddia ərizəsinin forması və məzmunundan bəhs edən MPM-in 149.2.3 və 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Ərizənin baxılmamış saxlanmasının əsaslarından bəhs edən MPM-in 259.0, 259.0.1 və 259.0.12-ci maddələrinin ləbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, eləcədə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlanılır. Göründüyü kimi iddia tələbi tam olaraq aydın olmamaqla, həm də iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmi, digər tərəfi qanunvericilidə nəzərdə tutulmuş müddətdə rəsmi qaydada məlumatlandırmamış və iş materiallarına digər tərəfi qanunvericilidə nəzərdə tutulmuş müddətdə rəsmi qaydada məlumatlandırmasına dair hər hansı bir sübut əlavə etməmişdir. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.2-ci maddəsinə əsasən Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmək barədə nəticəyə gəlməklə prosessual hüquq normalarını pozmuşdur. Bununla bağlı olaraq, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh X4 tərəfindən verilmiş şikаyət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-205/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı icrarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar